MÜRƏKKƏb efiRLƏr tərkibində spirtlərin və oksigenli turşularin qaliqlari olan üZVÜ maddəLƏrdir



Yüklə 65,54 Kb.
tarix05.03.2017
ölçüsü65,54 Kb.
#10300

Kimya məktəbdə




MÜRƏKKƏB EFİRLƏR – TƏRKIBINDƏ SPIRTLƏRIN VƏ OKSIGENLI TURŞULARIN QALIQLARI OLAN ÜZVÜ MADDƏLƏRDIR” MÖVZUSUNDA FƏAL TƏLIMIN METODLARINDAN ISTIFADƏ
Sevinc Qarayeva

Kimya üzrə fəlsəfə doktoru,

Sabunçu r-nu, 107 saylı məktəbin kimya müəllimi

Şagirdlərdə bilik və bacarıqları, dərk etmə qabiliyyətini, sərbəst qərarları qəbul etməsini və yaradıcılıq təfəkkürünün inkişaf etdirib, yüksəltmək ücün onlarda müstəqil işləmək vərdişlərini formalaşdırmaq lazımdır. Bununla, şagirdləri dərsdə aktivləşdirmək, dərsin effekliliyinin yüksəltməyə nail olmaq olar.

Verilən dərsdə didaktiv materiallar əsasında şagirdlərin müstəqil işləmələrini təşkil edilərək, dərs nümunəsi göstərilmişdir.
Mövzu: Mürəkkəb efirlər.Yağlar.
Dərsin məqsədi: 1. Mürəkkəb efirlərin quruluşu, təbiətdə tapılması, xassələri haqqında bilikləri sistemləşdirilmək. 2.Yagların quruluşu, xassələri (sabunlaşma, hidroliz reaksiyaları) haqqında təsəvvürləri formalaşdırmaq. 3.Sabunun alınması ilə şagirdləri tanış etmək. 4. Mürəkkəb efirlərin, yagların tətbiq sahələrini göstərmək.

Təlim üsulu: müstəqil iş, mübahisəli şərh, BİBO.

Təlim forması: problemin qoyulması, kollektiv iş, fəndaxili və fənarası əlaqələrin qurulması

Təhcizat: Slaydlar, KMnO4, Br2, sabun, qliserin, C15H31COOH, NaOH, KOH, kərə yağı, bitki yağı, marqarin, ştativ, sınaq şüşələri.

Tədris fəaliyyətinnin məqsədi və motivasiya:

1.Şagirdlərdə məntiqi fəaliyyəti gücləndirmək,sərbəst işləməklə nəticələr çıxarmaq gabiliyyətini inkişaf etdirmək.

2. Fənnlərarası əlaqələr yaratmaq.
Müəllim: Spirtlər və karbon turşularını öyrənərkən, siz onların törəmələri olan - mürəkkəb efirlərlə dəfələrlə rastlaşmısınız. Meyvə, giləmeyvələrin, güllərin xoş ətirləri onların tərkibində müəyyən qədər bu və ya digər mürəkkəb efirlərin olması ilə əlaqədardır. Sintetik mürəkkəb efirlər meyvə essensiyalarından meyvə şirələrinin, müxtəlif ətirlərin hazırlanmasında iştifadə edilir. Bəzi mürəkkəb efirlərdən həlledici kimi istifadə olunur. Mürəkkəb efirlərə heyvan və bitki yağları da aiddir. Bu maddələr bizim qida məhsullarımızın əsas hissəsini təşkil edir.

Bu dərsdə, siz oksigenli üzvi birləşmələr sinfinə mənsub olan mürəkkəb efirlərin quruluşunu, alınmasını, kimyəvi xassələrini təfsilatı ilə öyrənməli, yağlar haqqında təsəvvürlərinizi genişləndirməlisiniz. Mürəkkəb efirlərin quruluşunu, xassələrini sadə efirlərlərin quruluşu və xassələri ilə müqaisəsə edib, onlar arasında nə kimi oxşarlıq və fərqlər müşahidə olunmasını araşdırmalısınız. Mürəkkəb efirlərin quruluşunu üzvi birləşmələrin digər sinifləri – üzvi karbon turşularının quruluşu ilə müqaisə etməlisiniz.


Dərsin gedişi:

1.Dərsə başlamaq üçün sinfin təşkili.

2. Sadə efirlərin quruluşu, onların alınma üsulları, kimyəvi xassələrini xatırlatmaq üçün şagirdlərə müraciət olunur.

1.Hansı maddələrə sadə efirlər deyilir?

2. Sadə efirlər necə alınır?

3. Sadə efirlərin molekul quruluşunu izah edin.

4. Sadə efirlərin hidroliz məhsulları nədir?
Şagirdlər:

1. R-O-R1 quruluşuna malik olan maddələrə sadə efirlər deyilir.

2. Sadə efirlərin alınması katalizatorun iştirakı ilə 1400-dən aşağı temperaturda gedir.

İki molekul spirtdən 1 molekul su ayrılmaqla sadə efir alınır.

Reaksiyasının tənliyi lövhədə göstərilir.

CH3 – OH + OH – C2H5 → CH3 – O – C2H5 +H2O

metil-etil efiri

3. Oksigen atomu iki tərəfdən alkil radikalı ilə əhatə olunmuşdur. Hər tərəfdən alkil radikallarının oksigen atomu vasitəsilə birləşdiyi görünür. Okigen atomu bir növ hər iki alkil radikalı arasında körpü rolunu oynayır. Alkil radikalları eyni olan CH3 – O – CH3 efirlərə simmetrik, alkil radikalları müxtəlif olan CH3 – O – C2H5 efirlərə qeyri simmetrik efirlər deyilir.

Ekranda slayd göstərilir. Şagirdlər 3 qrupa ayrılır.

Tapşırıq verilir: formulları məlum birləşmələri seçib hansı sinfə mənsub olduğunu göstərib adlandırın.




Tapşırıq yoxlanılır. Cavablar dinlənilir.

1 CH3СOOH – sirkə və ya etan turşusudur. Tərkibində karboksil qrupu var, karbon turşusularına aiddir.

2 С3H6O2 – doymuş karbon turşularının formuluna CnH2nO2 uyğun gəlir, propion və ya propan turşusudur. CH3CH2СOOH.

7 С2H5OH – etil spirti və ya etanoldur. Tərkibində bir hidroksil qrupu var, biratomlu spirtdir.

Müəllim: 3,4,5 nömrəli formulların quruluşuna diqqətlə baxın. Onların uyğun ümumi formullarınu tərtib edin. Bu birləşmələrdə ümumi olan nədir?

Sagird: Verilmiş birləşmələrdə karbon turşularının və spirtlərin qalıqları var. Bu birləşmələr belə bir formula uyğun gəlirlırlər. R—COO—R1, və ya


Müəllim: Bəli, bu formul mürəkkəb efirlərə aiddir. 3,4,5 nömrəli birləşmələr- mürəkkəb efirlərdir. Onların ümumi alınma üsulu belədir.


Mürəkkəb efirlər – turşuların spirtlərlə qarşılıqlı təsirndən suyun ayrılması ilə əmələ gəlir. Bu reaksiyalar efirləşmə reaksiyaları adlanır. Hidrogen atomu spirtdən, hidroksil qrupu isə turşudan ayrılır.

СН3COOH + C2H5OH СН3COOC2H5 + H2O

etilasetat

İndi isə 6 nömrəli maddənin tərkibini mürəkkəb efirlərin tərkibi ilə müqaisə edin.



Cavab: 6 nömrəli maddənin tərkibində də spirt və nitrat turşunun qalığı var. Bu birləşmə 3,4,5 nömrəli birləşmələrə oxşardır.

Müəllim: Deməli, 6 nömrəli maddə mürəkkəb efirdir. Gördüyünüz kimi, mürəkkəb efirlərin əmələ gəlməsində yalnız üzvü turşular deyil, eyni zamanda qeyri üzvü turşular da iştirak edə bilər.

İndi isə 8 və 9 nömrəli maddələrin tərkibini mürəkkəb efirlərin tərkibi ilə müqaisə edin.

Şagirdlər: 8 və 9 nömrəli maddələri də mürəkkəb efirlərə aid etmək olar, Çünki bu birləşmələrin təkibində üçatomlu spirt qliserinin və ali karbon turşularının qalıqları var.



Müəllim tərəfindən izahat verilir: Bu tərkibdə olan mürəkkəb efirlərə yağlar deyilir. Yağların quruluşunu və tərkibini diqqətlə araşdıraq. Yağların tərkibini öyrənmək üçün alimlər 2 üsuldan istifadə etmişdilər: analiz və sintez.

Fransız alimi E. Şevrel 1817-ci ildə sübut etmişdir ki, yağlar stearin və olein turşularının qliserinlə qarşılıqlı təsiri nəticəsində alınan mürəkkəb efirlərdir. O, yağları fermentlərin təsiri ilə su ilə birlikdə qızdırdıqda görmüşdür ki, onlar parçalanır, bu zaman qliserin və müxtəlif karbon turşuları əmələ gəlir.


tristearat

qliserin

stearin turşusu

1854-cü ildə Fransız alimi M. Bertlo əks prosesi həyata keçirmişdir: qliserini ali karbon turşuları ilə birlikdə qızdırdıqmışdı. Bu sintez nəticəsində yağ alınmışdır.

Slayda baxaq: yağların diyircəkli modeli və strukturu verilmlşdir.


O

C

H

Qırmızı oksigen, qara karbon, ağ rənglərlə hidrogen atomları ayrılmışdır. Strukturda karbon turşularının qalıqları aydın görünür.

Yağların əsas kimyəvi xassəsi onların hidroliz reaksiyasıdır. Su ilə hidroliz reaksiyasından başqa yağlar qələvilərin təsirindən də hidroliz edirlər.


tristearat



qliserin

natrium-stearat – bərk sabun

Bu proses çox qədim sintezlərdən biri olub, sabunlaşma adlanır. Yağların qələvilərlə hidrolizindən ali karbon turşularının Na və K duzları alınır. Ali karbon turşularının Na duzları bərk, K duzları isə maye sabun əmələ gətirir.


Yağların aqreqat halı

Kimyəvi tərkibi

Yağların mənşəyi

Müstəsna

Bərk yağlar

Doymuş ali karbon turşularının qalıqları

Heyvan yağları

Balıq yağı(maye)

Qarışıq yağlar

Doymuş və doymamış ali karbon turşularının qalıqları

Maye yağlar

Doymamış ali karbon turşularının qalıqları

Bitki yağları

Кокоs yağı(bərk)


Bitki yağlarının tərkibinə doymamış karbon turşuları daxil olduğundan onları hidrogenləşdirmək olur. Maye yağların hidrogenləşməsindən bərk yağlar alınır.


trioleat (maye yağ)

tristearat (bərk yağ)

Hidrogenləşdirilmiş yağa marqarin deyilir. Marqarin tərkibində doymuş karbon turşularının qalıqları olan piy-yağdır.

Slaydda hər iki yağın tərkibini müqaisə edib nəticə çıxarın.



Cavab: 1.Yağlar təkibində qliserin və karbon turşuları qalıqları olan mürəkkəb efirlərdir.

2. Yağların tərkibində - cüt sayda karbon atomları, eyni zamanda şaxələnməmiş karbon atomuna malik olan doymuş və doymamış karbon turşuları daxil olur.

Təbii yağı marqarindən necə ayırmaq olar?


Eksperiment 1. Hər qrup 2 sınaq şüşəsi götürür. Sınaq şüşəsinin birinə bitki yağı o birinə isə marqarin yerləşdirir və hər iki sınaq süsəsinə KMnO4 - ın isti məhlulu əlavə edilir, müşahidələr dəftərə qeyd edilir.
Eksperiment 2. Sınaq şüşəsinə su və üzərinə bir neçə damcı maye yağ əlavə edlir, müşahidələr dəftərə qeyd edilir.
Eksperiment 3. Həmin sınaq şüşəsinin ağzı kip bağlanır, çalxalanır, məhlula hissə ilə etil spirti əlavə edilir, müşahidələr dəftərə qeyd edilir.
Nəticə 1. Sınaq şüşəsinin birinə KMnO4 məhlulu əlavə etdikdə məhlulun tədricən rəngsizləşdiyi müşahidə olunur. Deməli, sınaq süsəsində yerləşən maddənin tərkibində doymamış karbon atomları var. Bu, təbii yağdır.
Nəticə 2. O biri sınaq şüşəsinə KMnO4 məhlulu əlavə etdikdə məhlulun rəngi dəyişmir. Deməli, bu sınaq süsəsində yerləşən maddənin tərkibində doymamış karbon atomları yoxdur. Bu sınaq şüşəsindəki yağ marqarindir.
Nəticə 3. Su olan sınaq şüşəsinə əlavə olunan yağ damcıları suyun üzündə qalır. Deməli, yağların sıxlığı suyun sıxlığından kiçikdir.
Slayd: Yağların bioloju rolu.

1.Yağlar inşaat funksiyasını yerinə yetirir. Onlar hüceyrə menbranının tərkibinə daxil olmaqla maddələrin bir çoxunun hüceyrə daxilinə keçməsinin qarşısını alır.

2. Yağlar enerji mənbəyidir. 1 qr yağ parçalanarkən 38,9 kC enerji ayrılır.

3. Yağlar bədən temperaturunu tənzimləyir. Dəri altında piy qatının olması bədən temperaturunun sabit saxlanılmasına təmin edir.

4. Yağlar su ehtiyat mənbəyidir. 1 kq yağ oksidləşərkən, adətən 1,1 kq su alınır.

5. Yağlar orqanizmdə maddələr mübadiləsini tənzim edir.



Mürəkkəb efirlərin tətbiqi

Yağların tətbiqi

  1. Ətir və odekalon istehsalında.

2.Meyvə essensiyaları şəklində qənnadı məmulatları istehsalında

3.Laklar üçün həlledici kimi

4. Nitron lifinin, polimetaakrilatın istehsalında

1.Qida məhsulları

2.Əzaşılıq
3.Sabun istehsalı

4.Sürtgü yağları




Ev tapşırığı: §15-16. Dəftərinizdə cədvəli doldurmaq.


Bilirdim

Öyrəndim

Maraqlı oldu












İstifadə edilmiş ədəbiyyat:


1.V.M.Abbasov, M.M.Abbasov, Kimya XI sinif, Bakı, 2005

2. Б.Н. Тютюнников, З. И. Бухштаб, Ф.Ф. Гладкий и др. Химия жиров -3-е изд., перераб. и доп.  М.: Колос, 1992. 448 с.


3.Грандберг И.И. Органическая химия. Раздел: “Липиды” М.: “Высшая школа” 1980 г.

4. Z.Veysova, ”Fəal təlim metodları”, Bakı, 2008.






С.Р.Гараева

доктор философии по химии
Использования активных методов обучения по теме «Сложные эфиры органических веществ, содержащие остатки карбоновых кислот и спиртов»
АННОТАЦИЯ
В данной разработке показано, как можно осуществить изучение темы «Сложные эфиры и жиры», закрепляя дидактические единицы путем организации самостоятельной работы обучающихся на уроке.

S.R.Garayeva

doctor of philosophy on Chemistry

The use of active teaching methods on the theme “The esters of organic substances containing residues of carboxylic acids and alcohols”
ANNOTATION

The present development has shown how to implement the study of the theme “The esters and fats”, fixing the didactic units through organization of independent activity of students in the classroom.



Açar sözlər: mürəkkəb efirlər, quruluş, yağların alınması, eterefikasiya reaksiyaları, sabunlaşma reaksiyası, yağların bioloju rolu, yağların təyini.

Ключевые слова: сложные эфиры, строение, получение жиров, реакция этерификации, омыление, биологическая роль жиров, определение жиров.

Key words: ester, structure, obtaining fats, esterification reactions, saponification, biological role of fats, determination of fats.





Yüklə 65,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin