Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən al



Yüklə 237,48 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix25.04.2017
ölçüsü237,48 Kb.
#15722
  1   2   3

    Naxçıvan Muxtar Respublikası

Dövlət Statistika Komitəsindən al-

dığımız  məlumata  görə,  cari  ilin

əvvəlindən muxtar respublikada ti-

kinti və ya əsaslı şəkildə təmirdən

sonra,  ümumilikdə,  95  obyekt,  o

cümlədən  1  peşə  məktəbi,  1806

şagird yerlik 6 ümumtəhsil məktəbi,

6 səhiyyə obyekti, 7 inzibati bina,

15  mədəniyyət  obyekti,  2  idman

obyekti, 1 yaşayış binası, 20 istehsal

və  xidmət  sahəsi,  37  digər  infra -

struktur obyektləri  istifadəyə ve-

rilib. Hazırda iqtisadi və sosial sa-

hələrdə  130  müxtəlif  obyektin  ti-

kintisi  və  ya  yenidən  qurulması

davam etdirilir. Eyni zamanda ötən

dövrdə  səmərəli  idarəetmənin  və

əhaliyə  göstərilən  xidmətlərin  sə-

viyyəsini yaxşılaşdırmaq məqsədilə

6 kənd mərkəzi istifadəyə verilib,

10 kənd mərkəzinin inşası isə da-

vam etdirilir.

    Bununla yanaşı, muxtar respub-

likada əhalinin keyfiyyətli içməli su

ilə təmin edilməsi, kanalizasiya sis-

temlərinin  yenidən  qurulması  isti-

qamətində də ardıcıl tədbirlər həyata

keçirilir. Qeyd edək ki, 2015-ci ildə

Naxçıvan şəhərdaxili içməli su və

kanalizasiya şəbəkəsi istifadəyə ve-

rilib, Culfa və Şahbuz şəhərlərinin,

eləcə  də  ətraf  kəndlərin  içməli  su

və  kanalizasiya  şəbəkəsində  işlər

tamamlanıb, evlər su ilə təmin edilib.

Komitənin məlumatına görə, hazırda

Şərur,  Babək,  Ordubad,  Kəngərli

və Sədərək rayonlarında, Naxçıvan

şəhərinin Tumbul, Qaraçuq, Bulqan

və Qaraxanbəyli kəndlərində içməli

su  və  kanalizasiya  şəbəkələrində

işlər davam etdirilir.



Cari ilin əvvəlindən muxtar respublikada 

95 yeni obyekt istifadəyə verilib

  Əhali gəlirlərinin artırılmasına

yönəlik məşğulluq tədbirləri hə-

yata keçirilən sosial-iqtisadi in-

kişaf strategiyasının əsas məq-

sədlərindən biri sayılır. Naxçıvan

Muxtar Respublikasında əhali-

nin daimi məşğulluğunun təmin

olunması  üzrə  görülən  bütün

işlər də sosial-iqtisadi inkişaf is-

tiqamətində qəbul olunmuş döv-

lət proqramlarının və digər mü-

hüm  tədbirlərin  uğurlu  icrası

sayəsində mümkün olub. 

    Naxçıvan Muxtar Respublikası

Dövlət Statistika Komitəsindən al-

dığımız məlumatda deyilir ki, cari

ilin ilk 6 ayının yekunlarına əsasən,

Naxçıvan Muxtar Respublikasında

mülki sektorda 94 min nəfər stabil

əməkhaqqı təminatı ilə işləməkdə-

dir.  Əhali  məşğulluğuna  dair  mə-

lumatların  keyfiyyət  göstəricisinə

gəldikdə  isə  muxtar  respublikada

bir  işçiyə  hesablanmış  orta  aylıq

əməkhaqqı məbləğinin 404 manat

olduğu bildirlir. Qeyd edək ki, bu

göstərici  üzrə  Naxçıvan  Muxtar

Respublikası  paytaxt  Bakı  şəhə-

rindən  sonra  ölkəmizin  bütün  re-

gionları arasında ilk yeri tutur. Əgər

muxtar respublika üzrə iqtisadi fəal

əhalinin  ümumi  sayının  231  min

600  nəfər  olduğunu  nəzərə  alsaq,

bütün bunların əmək bazarının tək-

milləşdirilməsi  istiqamətində  gö-

rülmüş işlərin məntiqi nəticəsi ol-

duğunu görərik. Naxçıvanda kiçik

və orta sahibkarlığın dəstəklənməsi,

ixracyönümlü  yerli  istehsalın  sti-

mullaşdırılması ilə yanaşı, işaxtaran

vətəndaşların məşğulluğunun təmin

olunması üçün həyata keçirilən da-

vamlı  tədbirlər  də  burada  özünü

göstərir. Belə ki, Naxçıvan Muxtar

Respublikası  Əmək  və  Əhalinin

Sosial Müdafiəsi Nazirliyindən al-

dığımız məlumatda muxtar respub-

likada işsiz statusunda qeydə alınmış

heç bir vətəndaşın olmadığı bildi-

rilir. Muxtar respublikada əməyin

mühafizəsi  və  işçilərin  əmək  hü-

quqlarının təmin olunması da əha-

linin məşğulluq imkanlarına müsbət

təsir edir.



Naxçıvan məşğulluq göstəricilərinə görə ölkəmizin

regionları arasında ilk yeri tutur

  Ordubad rayonunun quruculuq xəritəsi ildən-ilə genişlənir. Qu-

ruculuq tədbirləri cari ildə də davam etdirilir. Belə yaşayış məntəqə-

lərindən biri Baş Dizə kəndidir. Rayonun kiçik yaşayış məntəqələrindən

biri olan Baş Dizədə aparılan kompleks quruculuq tədbirlərinə mart

ayında start verilib.

    Burada  kənd  tam  orta  məktəbi,  kənd  və  xidmət  mərkəzləri  üçün

binalar inşa olunur. Quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin

inşaatçıları həyata keçirirlər. Onlara hərtərəfli şərait yaradılıb. 

    Üç mərtəbədən ibarət olan məktəb binası 156 şagird yerlik nəzərdə

tutulub. Təhsil ocağının yeni binasında geniş və işıqlı sinif otaqları, ki-

tabxana, idman zalı, kompüter və elektron lövhəli siniflər, laboratoriya

müəllim və şagirdlərin ixtiyarına veriləcək. 

    Kənd  mərkəzi  2  mərtəbədən  ibarətdir.  Burada  fəaliyyət  göstərəcək

müxtəlif dövlət qurumları üçün hərtərəfli iş şəraiti yaradılacaq. 

    Yeni  xidmət  mərkəzi  də  kənd  sakinlərinə  dövlətimizin  növbəti

qayğısıdır. 

    Hər  3  obyektdə  tikinti  işləri  əsasən  başa  çatdırılıb.  Hazırda  suvaq

çəkilir, daşüzləmə işləri görülür.

    Obyektlərin  inşası  başa  çatdırıldıqdan  sonra  ərazi  abadlaşdırılacaq,

yaşıllıq zolaqları, gülkarlıqlar salınacaq. 

Baş Dizə kəndində kompleks 

quruculuq işləri aparılır

    Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial sahələrdə in-

frastrukturun yenilənməsi həyata keçirilən tikinti-quruculuq tədbirlərinin

əsasını  təşkil  edir.  Əvvəlki  illərdə  olduğu  kimi,  2016-cı  ildə  də  bu

sahədə atılan addımlar yeni infrastruktur obyektlərinin tikilməsinə və

ya əsaslı şəkildə yenidən qurulmasına şərait yaradıb. 

    

Bu  ilin  ilk  yarısında  Duzdağ

Fizioterapiya Mərkəzinə “Duzdağ”

oteli  də  daxil  olmaqla,  3150  mü-

raciət  olub.  Müraciət  edənlərin

110 nəfərini xarici ölkə vətəndaşları

təşkil edib. Burada müalicə alanlar,

əsasən, Türkiyə, Rusiya, ABŞ, Qa-

zaxıstan, Moldova, Ukrayna, İran

vətəndaşları  olub.  Bu  barədə  qə-

zetimizə  məlumatı  mərkəzin  baş

həkimi Ruslan Süleymanov verib.

    Məlumatda  o  da  bildirilib  ki,

sözügedən mərkəzə ötən il 4000-ə

yaxın müraciət olub, müraciət edən-

lərin  228  nəfərini  xarici  ölkə  və-

təndaşları təşkil edib.  Ötən il mər-

kəzdə  139  nəfər  Rusiya,  42  nəfər

Qazaxıstan,  23  nəfər  Türkiyə,  7

nəfər Gürcüstan, 5 nəfər İran İslam

Respublikası,  5  nəfər  Ukrayna,  2

nəfər Latviya, 4 nəfər Kanada və-

təndaşı müalicə alıb. Naxçıvan Mux-

tar Respublikasından isə mərkəzdə

461  nəfər  müalicə  kursu  keçib.

Bundan başqa, Azərbaycanın müx-

təlif  bölgələrindən  olan  xəstələr

buraya müalicəyə gəliblər. 

    Qeyd edək ki, yer altındakı müa-

licə mərkəzi girişdən 300 metr mə-

safədə, 110 metr dərinlikdə yerləşir.

Burada iki qadın, iki kişi, bir uşaq

palatası və iki istirahət foyesi fəa-

liyyət  göstərir.  Yer  altındakı  duz

dağının  qalınlığı  8,2  metrdir.  Ha-

vanın  temperaturu  18-20  dərəcə,

nisbi rütubət isə 24-50 faiz arasında

dəyişir. Mərkəzdə duz layları ara-

sında  oksigen  havanın  20  faizini

təşkil edir ki, bu da ağciyər xəstə-

liklərindən əziyyət çəkənlərə təbiətin

bəxş etdiyi ən gözəl dərmandır. Du-

zun tərkibindəki zəngin minerallar

və kimyəvi elementlər də orqanizmə

müsbət  təsir  göstərir.  Oksigen  və

zəngin duz minerallarının yaratdığı

hava ağciyər xəstəlikləri – bronxi-

al-astma və bu kimi xroniki xəstə-

liklərin müalicəsində müstəsna rola

malikdir.  Burada  istənilən  adam

müalicə  ala  bilər.  Yalnız  müalicə

kursları  fərqlidir.  Uşaqlar  12-15,

böyüklər isə 14-18 gün burada qal-

maqla müalicə almış olurlar. Mər-

kəzdə ilin istənilən fəslində müalicə

almaq olar. Səhiyyə ocağında spleo-

terapiya Ukraynanın Ujqorod xəs-

təxanasının metodik göstərişlərinə

uyğun aparılır. Xəstələr əvvəlcə 2-

3 gün xəstəxana ərazisinə adaptasiya

olunurlar. Bundan sonra axşam saat

18

00

-dan səhər saat 8



00

-dək böyüklər

20-24 seans, uşaqlar isə 14-18 seans

yeraltı şöbədə olurlar. Müalicə başa

çatdıqdan sonra böyüklərdə 65-70

faiz, uşaqlarda isə 80-85 faiz yax-

şılaşma qeydə alınır. 

Xəbərlər şöbəsi

Duzdağ Fizioterapiya Mərkəzinə müraciət

edən xarici ölkə vətəndaşlarının sayı artır

Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Gündəlik ictimai-siyasi qəzet

qapısı

Qəzet 1921-ci

ildən çıxır

Sayı: 136 (21.546)

26 iyul 2016-cı il, çərşənbə axşamı

www.serqqapisi.az

Qiyməti 20 qəpik

    Bu  münasibətlə

keçirilən tədbirdə çı-

xış  edən  Culfa  Ra-

yon  İcra  Hakimiy-

yətinin başçısı Şükür

Babayev bildirib ki,

muxtar  respublika-

nın  digər  bölgələri

kimi,  Culfa  rayonu

da günü-gündən inkişaf edərək ye-

niləşir. Hər il kənd lərdə kompleks

quruculuq işləri aparılır, yeni sosial

obyektlər tikilir. Bənəniyar kəndində

istifadəyə  verilən  stadion  bu  isti-

qamətdə həyata keçirilən tədbirlərin

davamıdır. Şükür Babayev aparılan

quruculuq  tədbirlərinə  görə  rayon

ictimaiyyəti  adından Ali  Məclisin

Sədrinə minnətdarlıq edib.

    Naxçıvan Muxtar Respublikası-

nın  gənclər  və  idman  naziri Azad

Cabbarov isə çıxışında vurğulayıb

ki,  bu  gün  muxtar  respublikanın

tək şəhər və rayonlarında yox, həm-

çinin  kəndlərində  də  yeni  idman

obyektləri tikilərək gənclərin ixti-

yarına verilir. Kənddəki stadionun

yenidən  qurulması  istedadlı  uşaq-

ların  üzə  çıxarılmasına  və  onların

gələcəkdə böyük uğurlar qazanma-

sına zəmin yaradacaq. 

    Azad Cabbarov Bənəniyar kənd

stadionunun  istifadəyə  verilməsi

münasibətilə kənd camaatını təbrik

edib,  onlara  idmanımızın  inkişafı

sahəsindəki fəaliyyətlərində uğurlar

arzulayıb.

    Ramiz  Quliyev  kənd  sakinləri

adından  minnətdarlıq  edərək  de-

yib:  – Bənəniyarda  stadionun  ye-

nidən  qurulması  kəndin  simasını

dəyişib, gənc lərin rahatlığına xidmət

edən müasir infrastruktur yaradılıb.

Bu stadion sakinlərin böyük sevin-

cinə səbəb olub. Artıq dağların əha-

təsində yerləşən bu yaşayış məntə-

qəsində  idmanla    məşğul  olmaq

xeyli asanlaşıb. 

    Qeyd edək ki, müasir tələblərə

cavab  verən  stadionun  uzunluğu

86, eni 52 metrdir. Yararsız vəziy-

yətdə  olan  meydançaya  xüsusi  ot

toxumu səpilib, yeni oyun qapıları

qoyulub.  Stadionun  suvarılması

üçün  meydanın  ərazisinə  su  xətti

çəkilib. Oyunların rahat izlənməsi

üçün stadionda oturacaqlar quraş-

dırılıb. Bunlarla yanaşı, stadionun

ərazisinə müxtəlif tinglər əkilib.



Bənəniyar kəndinin stadionu yenidən qurulub

  Naxçıvan  Muxtar  Respublikasında  idmanın  inkişafı,  kütləvi  hal

alması  və  gənclər  arasında  təbliği  üçün  ardıcıl  tədbirlər  həyata

keçirilir.  Bu  tədbirlərin  davamı  kimi  Culfa  rayonunun  Bənəniyar

kəndində yeniyetmə və gənc futbolçuların bu növlə məşğul olmaları

üçün kənd stadionu yenidən qurularaq onların istifadəsinə verilib.

2

    Sübh  tezdən  mobil  telefonuma

gələn  zəng  məni  erkən  qalxmağa

məcbur etdi. 

    – Xeyirdir inşallah. Erkən zəng

vuran  kimdir  görəsən?  –  deyə  fi-

kirləşə-fikirləşə  telefonu  götürüb

ekrana baxdım. Tanımadığım nöm-

rədən gələn zəng idi, açdım.

    – Axşamınız  xeyir,  narahat  et-

mədim ki? – deyən dostum Tahiri

səsindən tanıdım.

    – Hər vaxtın xeyir. Qardaş, ha-

radan zəng vurmusan? Burada ax-

şam yox, sübh tezdəndir. 

    – Güldü. Rusiyanın Naxodka şə-

hərindəyəm. Yaponiyadan malımız

gəlir.  Doğrusu,  zamanı  da  dəyişik

salmışam.  Unutmuşam  ki,  burda

axşam  olanda  Naxçıvanda  səhər

olur. Üzr istəyirəm.

    – Narahat olma. Üzr istəməli bir

iş yoxdur. Xeyir ola. Nə yaxşı zəng

vurmuşdun? – deyə soruşdum. 

    –  Qardaş,  məni  yola  salmağa

gələrkən  Duzdağın  ətəyində  ucal-

dılan sement zavoddan başqa daha

hansı zavodları göstərdiniz?

    – Əhəng, gips, gips lövhələr və

məsaməli beton zavodlarını.

    – Hə, elə odur. Onlar çox qiymətli

və keyfiyyətli inşaat materiallarıdır.

Xahiş edirəm bizim məhəlləyə gedib

ata  yurdumda  tikdirdiyim  evə  ba-

xarsan.  Ustalar  mənə  zəng  vurub

dedilər ki, artıq dəmir-beton işləri

başa  çatıb.  Hörgü  və  suvaq  üçün

lazım olan inşaat materiallarını bir-

likdə alın. Özü də binanın daşıyıcı

divarları həmin o məsaməli betonla,

daxili arakəsmələr isə tuğla kərpici

ilə hörülsün. Gips, gips lövhələr də

elə həmin zavodun məhsullarından

olsun.  Allah  qismət  etsə,  payızda

gələcəyəm. Özü də Naxodkada ya-

şayan – gölməçə iyindən burunları

tutulan dostlarımla birlikdə. Atalar

yaxşı  deyib:  “Yüz  dəfə  eşitmək-

dənsə,  bir  dəfə  görmək  yaxşıdır”.

Qurulub-yaradılanlar haqqında mən

çox  danışdım.  Ancaq  baxdım  ki,

olanları olduğu kimi çatdıra bilmə-

dim. Qoy bunlar da gəlib Naxçıvanın

möhtəşəmliyindən  zövq  alsınlar.

Biz  gələnə  qədər  də  tikinti  işləri

yekunlaşar. Elə həyətdəcə sizə gözəl

bir ziyafət verərəm. 

    Güldüm.  Nə  deyəcəyimi  yaxşı

bilən Tahir:

    – Yox, yox, bu dəfə sözdə yox,

əməldə olacaq. Özü də əməlli-başlı,

– deyib xudahafizləşdi.

    İşdən  sonra,  axşamçağı  Tahir-

gilin məhəlləsinə getdim. Gənclik

dövrümüzün keçdiyi məhəlləni ta-

nımadım.  Sıralanan,  bir-birindən

yaraşıqlı iki-üç mərtəbəli fərdi ya-

şayış evləri məhəlləyə yeni görkəm

verib.

    Tahirin ata yurdunda gördüyüm



evin  yerində  isə  ucaldılan  üçmər-

təbəli  fərdi  yaşayış  evində  inşaat

işləri davam edirdi.

    – Yorulmayasınız. Allah qüvvət

versin,  – dedim.

    – Xoş gəlmisiniz, – deyən orta-

yaşlı bir kişi mənə yaxınlaşıb, – nə

lazımdır?  – deyə soruşdu.

    –  Heç.  Mən Tahirin  dostuyam.

Xahiş  etdi  ki,  inşaat  materialları

alarkən sizə köməklik edəm.

    – Qardaş, neçə illərdir ki, bu sə-

nətin çörəyini yeyirik. Əmanətə xə-

yanət olmaz,  – deyiblər. Sahibkar

hansı inşaat materialı deyibsə, ondan

almışıq.  Yaxınlıqdakı  “Naxçıvan

Sement” kisələrini, örtü yaradılmış

anbardakı gips, gips lövhələri, bi-

nanın içinə yığılmış məsaməli be-

tonu və tuğla kərpiclərini göstərib

–  biz  vaxt  itirə  bilmərik.  Tikinti

mövsümüdür. Başqa sifarişlərimiz

də var – dedi.

    – Tahir müəllim dedi ki, payızda

bu evdə yüngülvarı bir ziyafət verə-

cək,  – deyib ustanın üzünə baxdım.

    – Əlbəttə. Ona şübhəniz olmasın.

Əvvəlki vaxtlar deyil ki, o döngə

sənin, bu döngə mənim deyib hər

bir  inşaat  materialının  dalınca  on

dəfə  gedəsən.  Get  sabah  gəl,  get

birisi gün gəl, narahat olma malımız

yoldadır,  üç  gündən  sonra  gəl,  –

deyələr.  Gələn  inşaat  materialları

da, necə deyərlər, “od qiymətinə”.

İndi  başqa  zamandır.  Topdansatış

mağazalarında  nə  lazımdırsa  var.

Özü də əsas inşaat materialları yerli

istehsaldır.  Münasib  qiymətinə,

keyfiyyətinə də söz ola bilməz. Elə

bu işimizdən götürün. Mənzilin sa-

hibinin getdiyi gündən bir ay vaxt

ötüb.  Demək  olar  ki,  beton-qəlib

işləri başa çatıb. Hörgü, suvaq iş-

lərinə  başlanılıb.  Dam  örtüyünün

vurulmasına hazırlıq görülüb. On-

dan sonra hasar çəkiləcək, həyətdə

abadlıq işləri aparılacaq, hovuz ti-

kilib,  çardaq  qurulacaq.  Bina  da-

xilinə gipslə sığal çəkiləcək, gips-

dən hazır lanmış müxtəlif füqurlarla

bəzək-düzək veriləcək. Bütün bun-

lar üçün bizə bir ay kifayət edər, –

deyən  inşaatçı  qardaşlarımızla

xudahafizləşdik. 

    Ertəsi gün aparılan abadlıq-qu-

ruculuq tədbirlərində öz payı olan,

münasib  qiyməti, yüksək keyfiy-

yəti ilə seçilən inşaat materialları

istehsal edən müəssisələrdən biri,

Duzdağın ətəyində ucaldılan, dörd

zavodun  bir  ünvanı  –  Naxçıvan

Sənaye  Kompleksinə  yollandıq.

Görüşdüyümüz ayrı-ayrı mütəxəs-

sislərin dediklərindən:  

    – Son  illər  muxtar  respublika

iqtisadiyyatında yüksək templə in-

kişaf edən sahələrdən birinə çevrilən

və  yerli  istehsalın  stimullaşdırıl-

masında mühüm əhəmiyyətə malik

olan sənaye sektorunda həyata ke-

çirilən  tədbirlər  nəticəsində  Nax-

çıvanda  idxaləvəzləyici  və  ixrac-

yönümlü  məhsullar  istehsal  edən

rəqabətqabiliyyətli müəssisələr fəa-

liyyətə başlayıb. 

    Yeraltı  və  yerüstü  sərvətlərlə

zəngin muxtar respublikamızın təbii

resurslarından səmərəli istifadə olun-

ması istiqamətində həyata keçirilən

ardıcıl  və  məqsədyönlü  tədbirlər

öz bəhrəsini verib, “Gəmiqaya Hol-

dinq” Şirkətlər İttifaqının mütəxəs-

sisləri tərəfindən inşaat materialları

istehsalı üçün xammal mənbələrinin

müəyyən olunması məqsədilə geo-

loji  axtarışlar  aparılıb.  Yataqlarda

lazımi  xammal  aşkar  olunduqdan

sonra  onun  tərkibi  Türkiyənin  və

Çin Xalq Respublikasının bu sahə

üzrə ixtisaslaşmış laboratoriyalarında

yoxlamadan keçirilib.

    Laboratoriyalardan müsbət rəy-

lər  alındıqdan  sonra  qədim  Duz-

dağın ətəyində 2012-ci ildə sement

zavodu  tikilib  istifadəyə  verilib,

2014-cü ildə isə digər inşaat ma-

terialları istehsal ediləcək yeni za-

vodların tikintisinə başlanılıb. Yeni

layihələrin  reallaşması  üçün  Sa-

hibkarlığa Kömək Fondundan döv-

lət maliyyə dəstəyi göstərilib. La-

yihəyə uyğun olaraq, gips lövhələr,

gips, əhəng və məsaməli beton is-

tehsal olunacaq kompleksdə dün-

yada sement zavodları və onun ba-

zasında  digər  inşaat  materialları

istehsal edən müəssisələri qurmaq

sahəsində qabaqcıl təcrübəyə malik

Almaniyanın “KHO”, “Polysims”,

Danimarkanın  “Flsm.dth”  firma-

larını soba, daşqırıcılar və üyüdü-

cülərlə təmin edən Çin Xalq Res-

publikasının  “Jiangsu  Pengfei

Group Co.LTD” və digər şirkətlə-

rindən müasir texnoloji avadanlıqlar

alınıb gətirilib. İdxal olunan ava-

danlıqlar  həmin  şirkətlərin  mütə-

xəssisləri  tərəfindən  quraşdırılıb. 

    Naxçıvan Sənaye Kompleksinin

inşası “Gəmiqaya Holdinq” Şirkətlər

İttifaqının təcrübəli mütəxəssisləri

və inşaatçıları tərəfindən həyata ke-

çirilib.  Burada  istehsal  sahələri,

xammal və hazır məhsulların sax-

lanılması  üçün  anbar,  inzibati  və

iaşə  xidməti  binaları  tikilib,  yük-

səkkeyfiyyətli məhsul istehsalı ilə

yanaşı, hazır məhsulun daşınmasına

da hərtərəfli şərait yaradılıb.

    2015-ci il dekabrın 1-də muxtar

respublikamızda səfərdə olan Azər-

baycan Respublikasının Prezidenti

cənab İlham Əliyev Naxçıvan Sə-

naye  Kompleksinin  açılış  mərasi-

mində iştirak edib.

    Sənaye  kompleksində  müasir

avadanlıqlarla  təmin  olunmuş  la-

boratoriya fəaliyyət göstərir. İstehsal

olunan məhsulların laborator müa-

yinələri aparılır. 

    Ümumi  sahəsi  9  hektar  olan

kompleksdə ildə 40 min ton gips,

2 milyon kvadratmetr gips lövhələr,

36 min ton əhəng və 150 min ton

məsaməli beton istehsal etmək gü-

cünə malik zavodlar fəaliyyət gös-

tərir. Müasir avadanlıqların quraş-

dırıldığı zavodlarda istehsal prosesini

avtomatik idarəetmə və təhlükəsiz-

liyə  videonəzarət  sistemləri  yara-

dılıb. Kompleksin istifadəyə veril-

məsi ilə muxtar respublikada mü-

vafiq tikinti materiallarına tələbatın

yerli  istehsal  hesabına  ödənilməsi

təmin  olunub.  Bu  zavodların  fəa-

liyyətə  başlaması  daxili  tələbatın

ödənilməsi  ilə  yanaşı,  yerli  inşaat

materiallarının  ixracına  da  imkan

yaradır. 

    Məsaməli  beton  istehsal  edən

zavodda yüksəkkeyfiyyətli məhsul

istehsal  olunur.  Burada  xammal

kimi  daş  qumundan,  əhəng,  gips,

sement və alüminium tozundan is-

tifadə  edilir.  İnşaat  sektorunda  ən

çox istifadə edilən bu tikinti mate-

rialları  istənilən  ölçüdə  asanlıqla

kəsilir, yüksək səviyyədə səs və is-

tilik izolyasiyasına malikdir. Bundan

əlavə, yüngül və zəlzələyə davamlı

olan bu materiallar yanmaya qarşı

beynəlxalq  standartlara  uyğundur. 

    Kompleksə daxil olan digər za-

vodlarda da yüksək şərait yaradılıb.

Əhəng  zavodunda  istifadə  olunan

yerli xammal Qarabağlar mədənin-

dən gətirilir. Burada hazırlanan məh-

sullardan  inşaat  sektorunda,  kənd

təsərrüfatında, kağız və şüşə isteh-

salında istifadə edilir. 

    Gips zavodunda istifadə olunan

xammal isə Çalxanqala, Çeşməba-

sar,  Xıncab  və  Böyükdüz  zonala-

rından gətirilir. Burada istehsal olu-

nan məhsullar məsaməli beton blok-

ların,  suvaq  və  üzləmə  gipsinin,

gips lövhələrin hazırlanmasında is-

tifadə edilir.

    Gips lövhə zavodunda da yüksək

şərait  yaradılıb.  Xammal  kimi  ni-

şasta,  gips,  üzləmə  kağızı  və  ya-

pışqandan istifadə olunur. Müəssi-

sədə istehsal olunan məhsullara in-

şaat  sektorunda  tələbat  böyükdür. 

    Müəssisə muxtar respublikamız-

da  həyata  keçirilən  genişmiqyaslı

quruculuq tədbirləri nəticəsində in-

şaat  materiallarına  artan  tələbatın

yerli  istehsal  hesabına  ödənilməsi

zərurətindən yaradılıb. Kompleksdə

istehsal edilən məhsullar daxili ba-

zarın tələbatını tamamilə ödəməklə

yanaşı, bu yerli inşaat materiallarının

xarici  bazarlara  çıxarılmasına  da

imkan verir. Əvvəllər bu inşaat ma-

teriallarına  olan  tələbat  xaricdən

idxal  olunan  məhsullar  hesabına

ödənilir, əlavə daşınma xərci çəki-

lirdisə,  yeni  layihənin  reallaşması

ilə bu problem aradan qaldırılıb. 

    Mərkəzi Bankın Naxçıvan Mux-

tar Respublikası İdarəsindən aldı-

ğımız məlumata görə, muxtar res-

publikada fəaliyyət göstərən banklar

tərəfindən 2016-cı ilin ilk 6 ayı ər-

zində  2085  hüquqi,  55  min  689

fiziki  şəxs  olmaqla,  57  min  774

müştəriyə xidmət göstərilib.

    Xidmət göstərilən hesabların 51

min 436-sı işlək hesab olub ki, on-

ların  1381-i  hüquqi,  50  min  55-i

fiziki şəxsdir. 

    Bəhs olunan dövrdə 32 hüquqi,

9  min  622  fiziki  şəxs  olmaqla,  9

min 654 müştəriyə yeni bank hesabı

açılıb.  Açılmış  bank  hesablarının

hamısı fəaliyyət göstərir.  

    Əsassız  nağd  ödənişlərə  yol

vermə mək üçün müəssisə və təşki-

latlara qonşu xarici ölkələrdən aldığı

mal və avadanlıqların dəyərinin is-

tənilən valyuta növündə köçürülməsi

təmin  olunub,  akkreditiv  forması,

avans ödənilməklə və digər müqavilə

şərtlərinə uyğun olaraq xarici ölkələrə

mal və avadanlıqların dəyərinin ödə-

nilməsi  üçün  5  milyon  238  min

avro, 8 milyon 319 min ABŞ dolları,

15 milyon 85 min rus rublu köçü-

rülüb. 90-180 gün müddətində ava-

danlıqların  alınıb  muxtar  respubli-

kaya gətirilməsinə nəzarət olunub,

gömrük bəyannamələri alınıb. 

    Məlumatda  o  da  bildirilir  ki,

muxtar respublikada fəaliyyət gös-

tərən  banklar  tərəfindən  bankların

əməliyyat  kassalarına  daxil  olan

nağd pul hasilatını artırmaq və Mər-

kəzi Bankın ehtiyat fondundan döv-

riyyəyə buraxılan nağd pul kütləsinin

artım tempinin aşağı salınması isti-

qamətində də məqsədyönlü tədbirlər

həyata  keçirilib.  Həmin  tədbirlər

hesabına  2016-cı  ilin  ilk  6  ayı  ər-

zində bankların kassa mədaxili 196

milyon 952 min manat olub. Bank-

ların kassa mədaxilinin 39 milyon

341 min manatı ticarət müəssisələ-

rindən, 4 milyon 32 min manatı sə-

naye  müəssisələrindən,  3  milyon

502 min manatı tikinti müəssisələri

və  kooperativləri  üzrə  daxilolma-

lardan,  6  milyon  614  min  manatı

yanacaqdoldurma müəssisələrindən,

6 milyon 418 min manatı nəqliyyat

müəssisələrindən,  10  milyon  614

min manatı rabitə müəssisələrindən,

1  milyon  61  min  manatı  hüquqi

şəxs  yaratmadan  sahibkarlıq  fəa-

liyyəti ilə məşğul olan fiziki şəxs-

lərdən,  4  milyon  419  min  manatı

vergi və rüsumlardan, 2 milyon 176

min manatı kommunal xidmətlərdən,

12 milyon 663 min manatı pul kö-

çürmələri  və  fiziki  şəxslərin  cari

hesablarına daxilolmalardan, 11 mil-

yon  832  min  manatı  əmlak  alqı-

satqısı ilə əlaqədar notariat kontor-

larının  hesabına  daxilolmalardan,

94 milyon 280 min manatı isə digər

daxil olmalar  hesabına  əldə  edilib. 

    Məlumatda deyilir ki, bankların

kassa məxarici 359 milyon 37 min

manat olub. Bunun 14 milyon 607

min manatını sənaye müəssisələri,

15 milyon 695 min manatını ticarət

müəssisələri,  63  milyon  262  min

manatını  tikinti  müəssisələri  və

kooperativləri, 12 milyon 573 min

manatını  nəqliyyat  müəssisələri,

596  min  manatını  rabitə  müəssi-

sələri  üzrə  ödənişlər,  194  milyon

655 min manatını əməkhaqqı, pen-

siya,  müavinət,  sığorta  və  digər

sosial  ödənişlər,  41  milyon  647

min manatını bankın hüquqi və fi-

ziki şəxslərlə maliyyə əməliyyatları

üzrə  ödənişlər,  16  milyon  2  min

manatını isə digər ödənişlər təşkil

edir. 

     


2016-cı  ilin  birinci  yarısında

Mərkəzi Bankın ehtiyat fondundan

bankların nağd pula olan tələbatının

ödənilməsi məqsədilə 209 milyon

212 min manat nağd pul dövriyyəyə

buraxılıb. 



Yüklə 237,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin