Atalar deyir atalarsöZÜ Işləyən Bey Hadi 20 200. S ebced Turuz-Tebriz


Dört atanın dördü de hak. Karı koca anne ve babalarına saygı gösterdikleri gibi, kayınbaba ve kaynanasına da saygı göstermeleri gerekir. (Bayram Özdemir)



Yüklə 4,91 Mb.
səhifə20/48
tarix06.02.2017
ölçüsü4,91 Mb.
#7807
1   ...   16   17   18   19   20   21   22   23   ...   48

Dört atanın dördü de hak. Karı koca anne ve babalarına saygı gösterdikleri gibi, kayınbaba ve kaynanasına da saygı göstermeleri gerekir. (Bayram Özdemir).


döşəgin eninə baxıb yaslan, yorqanın boyğuna baxıb uzğan. (boyğuna: boyuna). (döşəgin görən yaslan, yorqanın görən uzğan).

döşəgin görən yaslan, yorqanın görən uzğan. {döşəgin eninə baxıb yaslan, yorqanın boyğuna baxıb uzğan. (boyğuna: boyuna)}.

döşək tapar öz tutarın üstündəki yatanla, topraq tapar öz tutarın üstündəki duranla.

döşək tapar öz tutarın üstündəki yatanla, topraq tapar öz tutarın üstündəki duranla.

dövələk gəzdiyi yurdu kəndinki sanar. (dövələk: hərcayi).

dövlətlinin xoruzuda yumutlar. (dövlətlinin xoruzu banlarda yumurtarda!).

dövük qab su saxlamaz. (dövük qabda su durmaz).

dövük qabda su durmaz. (dövük qab su saxlamaz).

döyülən it olur, öldürülən qurd.

döyülməklə ağıllı olsaydı, birinci ağıllı öküz olardı.

döyülürsə qapılar, işi işləyən tapılar!.

döyüşdə güdülməz ''vurum? vurusan?'', vuran yıxar, vurulan yıxılar.

dözən, batdı, çalan qapdı. (dözmək ölümə soxar, çalıb işləmək düz yola qoyar).

dözən, döl yığar. (döl: tuxum. fayda).

dözən, istəgin tapmasa, topraq onu tapar.

dözənə ömür çordaş, ölüm yoldaş. (çortaş: kortaş: ağşım. zəqqum).

dözmək ilə bal danmamış qoradan, acınmasa acı qora dad tapmaz. (acınmasa: təxmir olmazsa).

dözmək uğur gətirməz, çalşmaqla doğar sənə uğurlar.

dözməsər baş yoluğar tez qadağa. (dözməsər: dözməsər. dözümsüz). (qadağa: bəliya).

dözməyilə açılmaz, gecə keçib dan atmaz, balta götür çapgilən. , tünün bağrın yargilən.

dözməyini bilməyən, arman qalmış gəbərmiş. (dözməyini bilməyən: dözməyini çəkləməyən. dözməyinə hədd qoymayan). (arman: nisgil. arzısına çatmamış).

dözüb duran, ölür bir gün, dözərək yürən, yetir bir gün.

dözüm acı ot durur, canı yaxar, canı yoğar. (yoğar: dincəldər. derman eder).

dözüm ilə bağlı qapı açılmaz, çəkiş çalış olmasa.

dözüm ilə doğulmuşdur umutlar, yenilmişdir amaclar.

dözüm qılan, arza yetmədi. (arza: arman. arzu. aranan nərsə).

dözüm sonu batalqa, itgi qazanc döğümlə. (dözmək iş arasında bir evrə, çıpış çalış olmasa, üstünlüyə umut yok). (batalqa: batlağqa). (evrə: mərhələ).

dözüm varsa iş bitər, dözüm yoxsa iş itər. (itər: batar).

dözüm yolu, umut döşəli ölüm yolu.

dözümçünün sandığçası boş qalar.

dözümdən yalançılı nərsə görmədim. dözənin, gözləyənin gözün ANCAQ, topraq doyura bilər.

dözümlə ölüm əsgi yoldaşlar, dözürsə biri ölüm gələcək.

dözümlüdə san çalışmaz, oy alışmaz, baş yerində soyuq kəssək, dəmir daşşaq bitərmiş.

dözümüm dəmir, min yol öldürüblər yenə ölməyib.

dözümüm dəmirdəndi, min yol öldürüblər yenə ölməyib.

dözümün ağacı yox, gülü var.

dözümün sonu ölümdür.

dözün birlə ərişgil, ortun birlə duruşma. (ortun: od). (odla oynamaqdansa, dözmək yeğdir).

dözüş bəkləş yol deyil, ömür keçər yaş bitər. (yaluğ dözümlə çözər, evrən dözümə dözər). (yaluğ: insan). (çözər: başqa deyişdə çezər, açılar). (yaluğ dözümə doydu, evrən dözümə doymaz. (dözümün sonu ölümdür. keç işə!).

dözüş gürəş birləşə, olmasını var edər. (olmasını: namümkünü).

dözüş ilə çalşılar, ulu dağlar aşılar, kit qapılar açılar. (kit: bağlı).

droğrunun yavuzu (yamanı) söz oğurlayan.

duquların yularla, oyğuların toparla, gecə keçər gün atar, doğan günlə başarlar.

duquların yularla, oyğuların toparla, gecə keçər gün atar, doğan günlə başarlar.

dul arvad yuxuda, ikinci ərin görər.

dul gözilə əş seçmə.

dul gözüylə arvad alma, yaya gözüylə at.

dul varki dəyər min qιza.

duldu keçən, gələn gəlin. (duldu keçən, gəlin gələn). (keçən dul, gələn gəlin).

duman almış dağ başın, soraq alma kaç yaşın, könül sevincə dolsa, banqu yaşam göy yaşın. (soraq alma: soruşma). (sevincli könül əbədi yaşamın sırrıdır).

duman bürür, bilməyən çürür, bacaran türür. (türür: törür. yaradır).

dumanda, süpürgəlik, sayılmaz (seçilməz).

dumanın dağılmağı, qurdun istəyi değil.

dumanlı dağlar, yağışsız qalmaz.

dur yeni bir gün, hava köklə. (ölüsü ölənə, neçə gün keçmişində deyilən söz).

dura ölmək yeğ, yata ölməkdən. (yeğ: yaxcı. burda yaxşıdır) ). (çalışıb, büdrürüb, yıxılıb ölmək, işləməyib, qartalıb ölməkdən çox çox onğun durur). (onğun: onurlu, şərəflidir).

duran durmuş yaşam gözləyirkən, oykuların duyquların qulu olamam.

duran durmuş, gedəni tut.

duran günün saylansın, keçən günlər saylanmaz. (saylamaq: seçmək. hesaba qoymaq).

duran öküz, yatan öküzün başına sıçar.

duran yetirir, yatan itirir.

durar durar, gözündən vurar. (düşnülüb qılınan iş çətinki caya).

durar evrən göz doymaz, yatan baxtım oyğanmaz, tülkü gəlib aslan olub bars olmaz.

durar olsan tanertən, bitər işin, tüşə qalmaz. (tanertən: səhər tezdən). (tüşə: ikindi, gün batana yaxın).

durduqca durasan. (kölgən səni izləsin. uzun yaşa).

durğal aylanar belə qalmaz, dünya fırlanar geri qalmaz. (durğal aylanar: durum, hal çevrilir).

durğu bulsaq durarız, qılğı düşsə qılarız. (yaşamda uğur güdmə, düşdüyün yap) (uğur: ans. uyuğn çağ. fürsət) (durğu: durqunaq. iqamətqah). (qılğı: iş).

durqun göldə, qurd olar.

durqun olan iğlənir, selə çönən hellənir, axar su ol, bulağ gözü axgilən.

durqun olan toxac görməz, yeriməyən yıxılmaq. (durqun: durar. dənik. sakin). (toxac: 1. tatalış. istikak. 1. bərxud. təsadüm).

durqun olan toxac görməz, yeriməyən yıxılmaq. (durqun: durar. dənik. sakin). (toxac: 1. tatalış. istikak. 1. bərxud. təsadüm).

durqun sudan çəkin. (yatan sudan çəkin). (uyan sudan çəkin). (çəkin: ehtiyatlı ol).

durqun sudan çəkin. (yatan sudan çəkin). (uyan sudan çəkin). (çəkin: ehtiyatlı ol).

durqun sular dərin olar, axar sular sərin.

durqunmağı unutan, dayanmağı öğrəşər, yıxılmadan qorxmayan, üstünlügə yol tapar.

durmağın kefini yıxılmaq öğrədir.

durmaq istisən, öldürməgə yaraqlan. (istəyirsən durmağı, öldürməyə yaraqlan). (durmaq. yaşamaq).

durmuş bir sınağ, sınana yazığ, sındırana eşq olsun. durmuş bir sınağ, sınana yazığ, sındırana eşq olsun. (durmuş: yaşam).

durmuş bir sınağ, sınanın payı, sındırana eşq olsun. (payı: qisməti). (durmuş bir sınağ, sınana yazığ), (durmuş: yaşam).

durmuş durana gülər, yatana yox. (durmuş: yaşam) (yatana: baxtı yatığa).

durmuş durur, axar durar, yol qolların burar durar, yaluğ yılığ yollarından keçib köçər, batar durar!.

durmuş ilərir, yaşam sevmir dündə qalanı. (durmuş: yaşam).

durmuş orunun bərk, özgür qalasan ərk. (orunun: yerin). (ərk: güc. ixtiyar).

durmuş uçan, boşuna yatan tutanmaz. {(durmuş uçan: yaşam (yaş) tutulmaz)}. (ömür qısqa, yaş qurar).

durmuş uçan, boşuna yatan tutanmaz. {(durmuş uçan: yaşam (yaş) tutulmaz, boşuna keçirən tutanmaz)}. (ömür qısqa, yaş qurar).

durmuşda yox düz buruq, oxunmaz kitabdur, başa gələn yazılar. (durmuşda: yaşamda).

durmuşu boş tutmayın, atar tutar saymayın, özünğüzə sayqılar, bəslə qılın yatmayın. (çağ gələndə çağrılırsın, gələməz mən deyəməzsin).

durmuşun azıb keçmişə dalıb, amac itirib düz yolun azıb.

durmuşunda bir atdımın dəğişmək etgiliyər çevrəvi. (durmuşunda: yaşamında).

durmuşunda bir atdımın dəğişmək etgiliyər çevrəvi. (durmuşunda: yaşamında).

durmuşunda biraz öğrəş, biraz alış, biraz keçin, biraz çəkin başa vur. (durmuşunda: yaşamında).

durmuşunda biraz öğrəş, biraz alış, biraz keçin, biraz çəkin başa vur. (durmuşunda: yaşamında).

durmuşunda yaramıyan kimsələr, yaramışın pozulmasın güdərlər. (durmuşunda: yaşamında). (yaramıyan: müvəffəq olmayan).

durna bacağın küt görür. (leyləyə durnaya qıçları uzun gəlməz).

dursun yanan ocaq yox, ölməz qalan dirik. (dursun: həmməşəlik).

durub qıldın iş bitdi, güdüb durdun iş itdi. (durub qıldın iş bitər, güdüb durdun iş itər).

durulduq, yorulduq, qırıldıq, sürdük başa devranı.

durum çönmüş, sevgi dönmüş, sən gedəli səni sevəndə ölmüş.

durum var yenməli, durumda var yenilməli. (durum vardır sürüb çevirməlisin, durumda var boyun əğməlisin). (yəhərin qaşında duran, qazanın aşından olur).

duruma görən, işini görən. (duruma görən: vəziyyətə nisbət). (çətinlikdən, qıyınlıqdan qaçınmamaq).

durumunla çağdaşlan!.

durunmadan iş bitməz, su yağmadan ot bitməz. (durunmaq: başlamaq. təşəbbüs, iqdam edmək).

durursa baş qınında, çıxmaz qılıc qınından.

durursa baş qınında, götdə bilər neyləsin. (baş dinc dursa, götün bir yerə qoyub düşünsə, işlərə yol tapılar). (götün tikib yerə, bir iş üzrə dərinləşmək).

duruş, ösüş bilimlə, durmuş yaşam biliklə. (dirəniş, muqavimət, tərəqqi ilimlə, həyat dirilik hikmətlə). (bilimli uçar, bilimsiz qaçar).

dusdağın yekə tutan, azadlıq tapar.

dustaq olub qəm öyündə sarqama, uçunda ged, yaşın töküb ağlama.

duvar keçən aşar keçər, açar keçər. (işi görən vurar daşa çıxar başa).

duvar olma, duvarları aşan ol.

duvar tapmır qatın qoya. (palan tapıb eşşək arır, ovsar taspıb atın arır. işləri tərsə mallaq aparmaq).

duvar vardı dursayır, duvar da var yuvsayır. (dursayır: bərkiyir) (yuvsayır: boşalır).

duvarın qulağı var, tavanın gözü. (tavan: çatı. dam).

duyan qanıq bir sözlə, duymaz qanmaz min söylə.

duyan qulağda suç olmasada, suçlanar.

duyan qulağda suç yox.

duyan qulaq suçlanmaz. (uqqan qulaq yazğınmaz).

duyan qulaq yanılar.

duyan qulaq, aydın söz, umaylı el açıq göz. (umaylı: baxtı açıq). (bir elgəni, milləti eşidən qulaq, aydın, açıq, doğru, qarışıqsız, qorxusuz qoxusuz söz, görən göz qurtarar).

duyan qulaq, görən gözdə suç olmaz.

duyanda adın, könül daralır, gələndə səsin ağım ucalır, səssizcə gülüm könül ağlayır.

duyarsızlıq, saymamazlıq, anlamazlıq dinclik görünsədə, alçaqlıq sayılır.

duyduğuma atçəkişim yapmışsın, üzözümə söyləməkdən qaçmışsın, öziçidə tanrıtaydan qorxmamış, mənim kimi yayav birdən qorxmuşsun. (artçəkiş > atçəkiş. qiybət). (öziçidə: vicdanıvın yanında).

duyduğun baş ağrıtmaz. (artıq eşitmən, itgi (zərər) verməz).

duyduğun içlə, gördüyün danma. (duyduğun içlə: duyduğunu eşitdiyini yoxla).

duyduğuva baş qoşma.

duyduğuvu yanıtmadan düşünqıl. (duyduğuvu: eşitdiyin).

duyduğuvu yanıtmadan düşünqıl. (duyduğuvu: eşitdiyin).

duyduq, gördük, qurar kişiyə kəndi evrənin, duyular, görülər, çevirər onun beterin. (duyduq: duyduqlar). (gördük: gördüklər). (çevirər: 1. qurar. dolandırar. 1. dəğişər). (beterin: kökün). (hər kimin düşüncəsi, gözaçısı (nəzəri), hiss etdikləri, oysandığı, gördükləri təməlində qurulur, dağılır). (tüm kimsələr, duyu, görülərinin ürünləri durur). (tüm kimsələr, duyu, görülərinin ürünləri durur).

duyğu düşlər barışan yerdə gözəl çağ sürülər. (barışan: tutuşan).

duyğu düşlər barışan yerdə gözəl çağ sürülər. (barışan: tutuşan).

duyğu, söz bulağıdır.

duyğuları bırxma, arzuları uzatma, arman qalmış istəyin, çalış yetin durağma. (arman qalmış: çatmaz qalmış). (durağma: quşqulanma. ikilənmə. şəgg edmə).

duyqu qalmaz ölüyə tay diridə.

duyquçuluq artıq könül ağrıdar, duyqulu baş qalmasını arzular. (duyquçuluq: çox həssaslıq).

duyqusunu bilməyən, qayuqluğu nə bilər. (duyqusunu: düşünməyini. fikirləşməyini. (qayuqluğu: (qayğıkeşlik).

duyqusuz kişi, qanatsız quş.

duyquya dalın, bulutdan asın.

duymaz qulaq başa dəgirdir çomaq.

duymaz qulaq can qadası.

duymaz qulaq çomaq yedirmiş başı. duyar qulaq ıraq gitərmiş daşı. (ıraq gidərmiş: yana tullamış. geri qitərmiş).

duysa soyuq söz qulaq, könlə yetcək buz bağlar.

duysan yalan birindən, itər güvəncin ona, olsa güvənci sənə, satma yalan söz ona.

duysan yalan birindən, itər güvəncin ona, satma yalan birinə, olsa güvənci sana.

duyulmağa qulaq, duymağa könül gərək.

duyum səsin, tinim çınlasın. (çınlasın: titrəyib çağlasın).

duyur, buyur!. (heç yana, öndən bildirmədən, gedmə). (gedilən yerə sayqı duyursansa, yekəxanalıq, özbaşdalıq edmək, qınanır, pis (mənfur) sayılır).

duyuru vermiş, asmamış qulaq, ulağ oğlu ulağ. (duyuru: bəşarət. xəbər.

duyuva boysan, dilivə söygün, yarına inan. (duyuva: oyuva. düşüncəvə). (boysan: öyün. şişin. fəxr ed). (söygün: sevin. sevinc bildir).

duz acıda olsa, yeməyin dadıdır.

duz bilməyən alçağa düzlük duzu yalatma. (boşuna and içitmə).

duz bilməzə düzlük duzu yalatma. (boşuna and içitmə).

duz kimi acı, bal kimi dadlı.

duz olmasa dad olmaz, dad olmasa, duz olmaz.

duz şor olsada, dad duzdadı.

duz vurular hər nəsə ki ısqanar, vay o günə duz kəndisi ısqana.

duz yeyən susar (susar: yanığar).

duza gedənin, yükü ağır olar.

duzağa quşu dən çəkər.

duzağım dil bəzəyin boşlu sözə, gözəlim gözdü bəzək vermiş üzə.

duzağın duzağına düşmə duzaq: (duzaq: duz kanı. çox göyçək). (gözəlin tələsinə düşmə gözəl).

duzağın duzağına düşmə duzaq: gözəlin tələsinə düşmə gözəl.

duz-çörək deyiblər, düz çörək yeyiblər.

duzdan duzlu olma, baldan şirin.

duzdan şor, baldan dadlı olma.

duzla, buz, hava. (duz buzu əridib heç edər).

duzlu suya susuz olan qanıqmaz, duz yeməyən susarsada yanıqmaz.

duzlu verib susuz qoyma.

duzlu verib, suyu gizləmə.

duzluğu sıdır, duzun atma.
- duz qabın qırdın, duzun atma.

duzun çoxu yanqı verir, söz dinləməz gora keçir.

duzun yeyib duzluğun oğma. (: uşatma. sındırma).

duzun yeyib duzluğun oğma. (duzluq: duz qabı. (oğma: uşatma. sındırma).

düd olan yerdə od aranar.

düd tütən yerdən od aranmıış.

dügüylə ovlanan quş olur, pulla ovlanan öküz. (dügüylə: dənlə).

düğmələnməsə büklənməz, büklənməsə güllənməz. (düğmələnməsə: cücərinməsə). (büklənməz: qonçalanmaz).

düğü döğülməsə, aş olmaz.

düğün düşdü düğünə, deyənmədim ana, sənə olan ana, olsun mana qaynana.

düğün düşdü düğünə, deyənmədim ana, sənə olan ana, olsun mana qaynana.

düğün el ile xərmən yel ilə.

düğürdən uzaq, qırx min ayaq, səndən bizə olsun dayaq, yardımçım ol, tanrı barım, tanrı barım. (düğürdən: şərdən). (tanrı barım: hər nəyim tanrı).

dülgərin qapısı, sınıq olar, çarıqçının başmağı.

dün boğanaq, bu gün doğanaq, yarın dolanaq. (dün ölmüş, bu gün olunuş, yarın dolanırsa olur, güman).

dün bu gün olamaz, bu gün ertəyə qalamaz. (ertəyə: yarına).

dün bu günü gələr gəlməz düşünməmiş, günüm bu gün yarın hələ bəllənəmiş.

dün bu günü gələr gəlməz düşünməmiş, günüm bu gün yarın hələ bəllənəmiş.

dün əkəcin, gün sənin, yarın balavın. (əkəc: (əkə + əçə). atana. valideyn).

dün əkmişsin günü gəlmiş dərirsin, bu gün əkdin yarın gəlsə dərirsin.

dün əkmişsin günü gəlmiş dərirsin, bu gün əkdin yarın gəlsə dərirsin.

dün gecəyə bitdi, ertin dana açılar. (ertin: yarın).

dün itgi, gün yetgi, dan vergi.

dün keçib gedib, boşa ver gülüm, yoldadır yarın, budur çatacaq.

dün keçibdir gözlənməz, gün bu gündür bəklənməz, yarın gələr bəllənməz.

dün qayqusu keçibdi, bu gün üçün qıtca qayqun bolmasun. (qıtca: zərrəcə).

dün qonşuya qucaq açanlar, bu gün əl açır.

dün qonşuya qucaq açanlar, bu gün əl açır. (dün qucaq açanlar, bu gün əl açır).

dün ötünmüş yoxa, gün batırma poxa, ertin gəlir? bəllənməz!. (ertin olur? bəllənməz!). (ertin: yarın. sabah).

dün savılmış, gün sevilmiş, dan umulmuş.

dün yapdığın, bu gün yaşısan.

dündəkilər dündə qaldı dalıda, quyu qazan kəndin bular çalıda. (çalıda: çuxurda. oyuqda).

dündəkilər dündə qalı paslanı, hər günüvün yeni barı, öz dadı.

dündən qalan kölgələr, olan günü qaraldar. (olan günü: çıxan günü).

dündən öğrəş, günün yaşa, yarına umut saxla.

dünə baxsan dündəkini taparsan, ilgəri bax yeni yollar açarsan yararsan.

dünə bu gün, günə yarın durşulur. (durşulur: duruş qurulur. durşun açılır. məhkəmə yapılır).

dünə dönmə, yarınlara irəli!.

dünə dönsən dündəkində batarsan, günə baxsan yarınları yararsan.

dünə qalma, günün sovma, irtə dalma. (irtə: yarına).

dünə yapılma, indiyə qapılma, yarına satılma. {dündə qalma, indiyə tutulma (indiki durum, olum, biləvi kor etməsin), gəlməmiş, olmamış, olası gələcək ötrə, indivi itirmə. (dünə yapılma: dündə, keçmişdə qurulub, quylanma)}.

dünən bitdi, yarın bu gün başlar.

dünən əkdin, bu gün dər, bu gün əkdin yarın dər.

dünən keçmiş solan güldür, bu gün doğmuş olan güldür.

dünən keçmiş solan güldür, bu gün doğmuş olan güldür.

dünən yumurtadan çıxmış, bu gün bizə cip cip öğrədir.

dünəni boş ver, bu günü xoş ver, ertin günə pay saxla (ertin: yarın).

dünəni dündə bıraq, günüvü gör, yarına bax.

dünəni ötür, atdım irəli götür. (atdımı götür: yatma).

dünəni ötür, gününlə ötün, yarına köçün.

dünəni ötür, günüvü yaxla, yarını saxla. (yaxlamaq: dərək dəğər, qədir qiymət vermək).

dünəni yoxla, günüvü toxla. (yoxla: 1. sal çıx. 1. heçə say). (toxla: yetiş. becər).

dünənki bu günə qalmaz, bu günki yarına. (qalmaz: oxşamaz).

dünənki dündə qaldı, çağdaşlığı tut yaşa.

düngü qapursun yarnı açursun, nəyni yapursun, anğa çatursun. (düngü: dünü). (yarnı: yarını). (anğa: ana). {dünü boş ver, günü yoş ver. (yoş: xoş)}.

dünkü səni boşlamaz, dündəkini gündəkilər xoşlamaz. (çağınla ayaqlaş).

dünkünü unut, özünlə barış, türkcə danış.

dünlə bu gün olduğun, yarın odur doğduğun. (əkilən, biçilir).

dünü bəklər keçirdim, günü sənli, yarın sənsiz keçəcək.

dünü boş ver, günü xoş ver, yarıncığa pay saxla. (dünü boş ver, günü xoş ver, yarınlara pay saxla).

dünü boşla, günü xoşla!.

dünü günə bağlamar!, günü tünə, tün ertinlə yarınar!. (bağlamar!: bağlama!. bağlac qılma!).

dünü günə bağlamar!, günü tünə, tün ertinlə yarınar!. (bağlamar!: bağlama!. bağlac qılma!).

dünü unut, bu günә umut.

dünü unut, günü yönüt. (yönüt: yöndər. dolandır ).

dünü unut, indiyə urut, yarına durut, ertirə umuq, ilgəri utut. (urut: çalış. vuruş). (durut: dirəniş. muqavimət). (ilgəri: iləriyə. gəlquca). (utut: utuş. qələbə).

dünün keçdi geri dönməz bəkləmə, günün axır, yararlanıb gözləmə, yarın yarar, gətirdiyin görərsən.

dünün keçmiş unutqıl, yaşam sürsən indi sür, bəklə gələr yarının.

dünün otuna bu gün qızınmaz, gün otuna yarın. (gün işin gündə qoy, tün işin tündə). (atan kimidir sənə nə, indi atasan, kimsən) ). (kimsən: neçədən birisən).

dünün ötmüş küllük külü savrulmaz, yarın yolda nə gətirər bəllənməz.

dünün ötmüş, günün gəlmiş əlində, yarın üçün bəklənməz, gələr gəlməz bəllənməz.

dünün yadı, günün dadı, danın adı varmış.

dünya bala dönsədə, ala qarğanın gözü poxdadı.

dünya barı, yaşam dadı.

dünya bir holadır, gələn keçir, qonan köçür.

dünya bir pəncərədir, biri yenər, biri çıxar.

dünya böyük neylim, uzaq düşdü, qolum qaldı, dərin düşdü boyum qaldı
böyüklük açamır hər qılpı (qıfılı), qoluva görə yolun, boyuva görə quyun olsun.

dünya dadımlığımış, doyumluq yox.

dünya doğandan, fırlanır belə, səndə dolan, istəyin elə. dəğişər dərmanın daşı, dünya varikən, fırladar genə.

dünya dönür, yaşam çönür, sevənlərin özgələşir, özgələrin özünləşir.

dünya dönür, yaşam çönür, sevənlərin özgələşir, özgələrin özünləşir.

dünya durağu demə. (durağu: qalağu. qalan. baqi. əbədi. cavid).

dünya durur kərvansaray, bizlər onun kərvanıyıq.

dünya gedər durandır. (dünya gedməkdən qalmaz).

dünya gözəli kimdir, qarğaya öz balası, qayğıya dözüm varsa, gəl balası (ay balam. ay oğul. oğlum).

dünya göziylə görmə onu, əşik könüllə keçmə bu yolu, yollar başqa, keçən başqa, görən başqa. (əşik: aynı). (könüllə: həvəslə).

dünya malı elə girmiş başından, götü belə çıxmış onun yadından.

dünya malı əldə varkən həp düşmanlar dost olur. əldə nərsə qalmayınca dost bilə düşman olur.

Dünya senin gibi körünen, benim gibi topala kaldı. Emir Timur Bek. Rivayete göre, Angara savaşında, adına uyğun ıldırım gimi savaşan I. Ildırım Bayezit Han gece yarısına gadar savaştı. Timur Han'ın torunu Muhammed Mirza kuvvetleri tarafından kement atılarak yakalanır. Akşam karargaha getirilerek, Emir Timur Beğ'in otağına çıkarılır. Hoş beşten sonra, Emir Timur Bek, ıldırım Bayezit Han' bakıp bakıp gülüyormuş. Ildırım Bayezit Han çıkışmış. Senin gimi bir hükümdara mağlup olmuş bir hükümdar garşısında gülmek yakışıyormu demiş. Emir Timur Bek, hayır ona gülmüyorum, Dünya senin gibi körünen, benim gibi topala galdığı üçün gülüyorum demiş, Ildırım Bayezit Han biraz şaşı, Emir Timur Bek'te topaldı. (Bayram Özdemir).

dünya sönərsədə, düşman, yalan sönməz (bitməz).

dünya üzü dolu malın var olsa, durağı yox daşlab atıb gedərsən. (durağı: qərarı). (daşlab: bıraxıb).

dünya üzü yaranandan görməyib yarqı, minin öldurən bir kərəm ölüb. (yarqı: ədalət).

dünya yalan dönüklüyü danılmaz, aldışdığın bataqlıq, çıxılmağın sanılmaz, verən alan, sözün yayan yanılmaz. (bataqlıq: bu dünya). (sanılmaz: güman edilməz).

dünya yaman, dünya yalan dünyadı. -at belinə aşırdı, at belindən daşırdır, qara günə salırdı, yaman gündə asırdı.

dünya yarandığından belə yazmış. - eniş yoxuş dünyanı basmış, birin asmış, birin yasmış. (asmış: məhv edmiş). (yasmış: mərhəmət edmiş).

dünya yoxumuş, yalan varımış, iyi köngülə dünya darımış.

dünyada dinclik sevən, başa gələni, xoş görər.

dünyada ən çətin olan sözdür, anlamağıda çətin, anlatmağıda (çətin).

dünyada sənə tay bir dənədir. -kəndivə güvən.

dünyanı aparmış çığıran gur.

dünyanı çəkən dərd ilə dərmanıda çəkmiş.

dünyanı gəzdim tatdan dadsız görmədim!.

dünyanı tutanmasan, ölümdən qaçanmasan. çalış olduğun yaşa, günün xoşa vur başa.

dünyanı tutma ağa qarıya, yaşamda dadlı gəlir ağıya, dirsəldib yerə çırpmaqdansa, ötür özü bulsun yaxı yarıya.

dünyanı yığdırar sənə, sonda salar əldən gedər. (yalan dünya).

dünyanı, çevrəni dəğişənmədin, kəndivi dəğiş!.

dünyanın ən gözəlin buldun nəyivə gərək, dünyavı ən gözəl edəni bulmağun gərək.

dünyanın işi, pişməmiş aşı, doludur daşı, daşı ha daşı, qaşı ha qaşı, doymağı yox dolmazda çox, dünyanın işi, pişməmiş aşı. (naşı kürəkən təzə gəlin, eski qaynana dəlik tas).

dünyanın ucun (sonun) görməyən barsız gələr, varlansada, barsız gedər.

dünyanın zoru, anlamaz sözü.

dünyaya gələn, söz, qalan, söz, aparan söz. (ərdəm başı dil).

dünyaya ''yalançı'' dünya deyənlər, yalançıların ən oğrəşidir.

düş olursan yaman qadına, yaşın düşər tərs qatına.

düşcəğim bilsəydim, döşərdim saman yerimə. (düşcəğim: düşən çağım. yıxılançağımı).

düşdü ərənlər balığ (yaralı), indi ürək ağrınır.

düşdün suya üzmə üzüşdən əlin.

düşdüyün sevmişdim, sevənin seçməmişdim, böylə sevgi gedərmi başa, yoxdur sonu dəğəcək daşa. (düşdüyün: tuşlandığın).

düşdüyündən çəkənlər, seçməyinə uğralmaz. (uğralmaz: yer qalmaz. imkan tapmaz. şans bulmaz).

düşdüyündən çəkənlər, seçməyinə uğralmaz. (uğralmaz: yer qalmaz. imkan tapmaz. şans bulmaz).

düşəcəyin bəkləyən, gələcəyə inanmaz.

düşən ağaca, odunçu tapılar.

düşən ağacı, yonmağa gələn çox olur.

düşən yapraq birdə dala yapışmaz, duysa yalan birdə könül inanmaz.

düşən yerin bilseydim, döşək döşərdim öndən.

düşənə bax düşün. (düşənə bax üşün).

düşəni, götürərlər.

düşənin dosdu olmaz, varlının düşmanı.

düşənlərə çələb yarıcı, hamı azmış işlərə, onarıcı. (onracı). (çələp: tanrı. həqq). (düşənlərə həqdir yarıcı).

düşənlərə çələb yarıcı. (çələp: tanrı. həqq).

düşgün arslanı eşəkdə təpər. (çıpdığın, təpdiyinin canına bax). (ölçüsüz durmaz ayaqda bir yapı).

düşlərin ən gözəli ayıqkən görülür.

düşlərin qorxuvu bassın, işlərin sözlərin bassın. (düşlərin: oyuların. rö'yaların). (bassın: ağır gəlsin. önəmsinsin).

düşlərin qorxuvu bassın, işlərin sözlərin bassın. (düşlərin: oyuların. rö'yaların). (bassın: ağır gəlsin. önəmsinsin).

düşlərivi, düşüncəvi bıraxma, başqaların düşüncəsi nəyivə.

düşlərivi, düşüncəvi bıraxma, başqaların düşüncəsi nəyivə.

düşman ağzın qapayanmasan (bağlayanmasan), öz əlin uzun olsun.

düşman anlar gizim, dosda desəm sözüm.

düşman ayaqa, dos başa baxar. (kişi ayaqdan yıxılar, başdan qalxar). (düşman ayaqa baxdıqda, sənin yıxılmağıvı özlər, güdər, dos başa baxmaqda sənin ucalmağıvı ölçər).

düşman dağın dalında (dır), qurd meşə yolunda (dır).

düşman dosdan tez tapar, yaman yamanın yapar. (düşman ocaq başında, dosdun qapı dalında).

düşman duysa dərdivi, sevincindən çatlayır, dosdun bilsə dərdivi, dədin alar azaldar.

düşman qaçanda usar, düşman görəndə pusar. (usar: coşar. ).

düşman ocaq başında, dosdun qapı dalında. (düşman dosdan tez tapar, yaman yamanın yapar).

düşman oldu yayını yasmaq gərək, iki dillinün dilin kəsmək gərək.

düşman səni tanıyınca, sən onu tanı.

düşman, düşman halına qalmaz.

düşmana ılqar igidin yaraşığıdı, düz söz, uz ilqar, onun yaraqıdı. (ılqarmaq: həmlə etmək). (uz ilqar: düz and). (yarağıdır: hərbəsidir. silahidir).

düşmana ölüm diləyincə, özüvə yaşam dilə.

düşmana sırr, dosta yalan söyləmə.

düşmana sırr, dosta yalan söyləmə. (düşmana sirrivi, dosta yalanıvı söyləmə).

düşmana uyan, poxluğa cuman.

düşmandan iyilik, başdan gerilik. (öclüsündən, düşmanından uğur bəkləyən, başdan pozuqdur).

düşmandan pay uman dişisiz qalar.

düşmandan pay umanğ dişisiz qalır. (düşmandan pay umanın dişi sınar).

düşmandan pay umanın dişi sınar.

düşmanı bas, itgi varsa as. (itgi varsa: ziyan yetirirsə).

düşmanı dost elə, dosduvu düşman yox.

düşmanı qoğmaqdansa, dosları ara.

düşmanı qovaram, dosdun dalında dururam.

düşmanı özüncədə görməsən, topuğunca gör.

düşmanı vurmağa biləği pişgin igit.

düşmanıdır düşüncə, az qanışla inanmaq.

düşmanın aslanın olsun, tülkü yox.

düşmanın dalında olunca, içində ol.

düşmanın içində olub çalışmaq, qarşında durub çalışmaqdan yeğ. (yağunun dışından içi aman).

düşmanın içində olub çalışmaq, qarşında durub çalışmaqdan yeğ. (yağunun dışından içi aman).

düşmanın ingəlsin.

düşmanın qoğ, dosd özü gələr. (düşmanın qoğ, dosdun gəlsin).

düşmanın qoğ, dosdun gəlsin. (düşmanın qoğ, dosd özü gələr). (düşmanın qoğ, dosd özü gəlməz, dalıca ged).

düşmanın oxşayan bəlaya düşər, mal yığmağı düşünən dinclikdən olar. (yağısın qayğıran qaya düşər, barını qayğıran borana). {yağın qayğıran yağa düşər. (yağın: yağısın). (yağısın gözləyən qaynar yağda pişər)}.

düşmanın öldürübən qoyma bata qanə əlün, ıraqun tulla gedə çox uzağa görməyəsi birdə gözün. (ıraqun: ıraqlara).

düşmanın yolları kəsilmiş olsun, gücləri kamanları yasılmış olsun.

düşmanın, ərkək - dişisi yoxdur.

düşmanın, ərkək dişisi olmaz.

düşmanından sovğat, üzünə baxma at!.

düşmanqa bel aldırma. (düşmana gücün, gizin bəllətmə!. düşman qarşısında kəndini yiğit göstər).

düşmanuva ölüm diləyincə, kəndivə ömür dilə.

düşmədən sonra necə qalxısan, iç gözündə nə, andaq olusan. (iç gözündə nə, andaq olusan: içidə nəsən elə o olusan).

düşməkdənsə, düşün. (düşməkdənsə: yıxılmaqdansa).

düşməm demə düşərsin, şaşmam demə şaşarsın, ölməm demə ölərsin.

düşməmişsə pusquya, düşməz hələ quşquya. (pusquya: kələyə. tovtiəyə).

düşmən görüsən üzdə, düşmən deyiləm içdə, kökdən doğulan türkəm, tat söylüyürəm dildə.

düşmən yaxamdan tutur, it ətəyimdən.

düşmən, düşmən halına qalmaz.

düşməsən yolağa, düşərsən colağa.

düşməsin dildən dilin.

düşməsindən qorxulu, uçmaqlara düşünməz.

düşməz it, qarnı doyan evdən uzaq. (düşməz uzaq: ayrılmaz).

düşmüş birinə çatmır əlin vurma təpik. (çatmır əlin: köməklik edəmirsən).

düşmәsə uyğun yaşam biləvə, düşdüyün yeri, gördüyün düşü dəğiş.

düşsə qaranlıq gecə, qonmayanı qondurar, qanmayanı qandırar, yanmayanı, yandırar.

düşsə ülək dam bacadan yağ dami, gedsə ülək dam duvardan qan yağı. (ülək: ülük. qismət. nəsib).

düşsən ucadan düş, yıxılsan güclüdən yıxıl.

düşun daşın! evlənmə başlanqıc, boşanma ömürlük olur.

düşüb qalmaq bir olay, qalxıb gedmək bir seçim.

düşüb öğrəşmə, düşəndən öğrəş.

düşüb yıxılmağı bilmək, durub qalmağı öğrənmək. (bilmək: görmək. keçirmək. aşırmaq. təcrübə edmək).

düşük qanı bəsləyir, göyə qalxan bayrağı.

düşük ölmez yurt bölünmez.

düşüklər çağırır. –bayrağı alqışarkən, sanğurayın bizləri, görün bayraq üzündə, bizdən qalan izləri. (alqışarkən: səlamlarkən). (sanğurayın: sanğurlayın. xatırlayın).

düşüklərdən axan qan, bayraq edmiş sancağı. (düşük: şəhid).

düşün bil, könül qutar, oxu bil başın.

düşün danış qılmaqla, varlığıva dəğər biç.

düşün yaşa, qılın yaşa, yatıb ölmə!.

düşüncə doğsa mutluq, inanc ocağı sönər.

düşüncə niyəylə başlır, niyədə qalmır.

düşüncə özgürlügü, inançılıqdan uzaq, inandınsa düşünmədən ol uzaq.

düşüncə özgürlügü, inançılıqdan uzaq, inandınsa düşünmədən ol uzaq.

düşüncə var bilgisi yox ardında, bilgidə var düşüncəsi yanında. (bilgi: savad).

düşüncədir yasayan kişini, kişilik kişinin öz əlindədir. (yasayan: yazqaran. öğrədən).

düşüncələr çıxıb gedər, olaylar əzib geçər. (olaylar: düşənlər).

düşüncən dərinləşincə, ağrılar, acılar azalar.

düşüncən qonuşmavı, qonuşman qılışmavı, qılışın yazıvı yazsın. (düşüncən sözüvü, sözün özüvü, işin yazıvı yazsın). (düşünü qonuş, qonuşu qılış, yazın doğsun işindən).

düşüncən sözüvü, sözün özüvü, işin yazıvı yazsın. (düşüncən qonuşmavı, qonuşman qılışmavı, qılışın yazıvı yazsın). (düşünü qonuş, qonuşu qılış, yazın doğsun işindən).

düşüncən yerin bulsa, işlərin onarılsa, kim keçmişin yadavur, sönən külün savurur. (yadavur: yada salır). (yaşam günündə belə yaşansın). (çalış günülən yaşa, günündə yaşa).

düşüncəni boğanmır, düşüngəni öldüdür. (öldüdür: boğdudur).

düşüncənin köləsi olur, yiyəsi yox.

düşüncəsi olmayan, mutluq nədir bilənməz.

düşüncəvə sığamıyan, düşlərivə sığınmasın.

düşüncəvi dəğişsən, gördüklərin dəğişir.

düşüncəvi toparla, düşündüyün tək yaşa. (düşüncəvi toparla, düşündüyün tək yapın).

düşündə görənmir, döşündə arır.

düşündə görmədi, döşündə tapdı.

düşündə görür, döşündə arır. (düşündə göürb, döşündə arama).

düşündə göürb, döşündə arama. (düşündə görür, döşündə arır).

düşündəki doğru olmaz, gördüyün yuxu olmaz.

düşündürəndə baş, oynadanda baş.

düşündüyün düşün, bildiyin yapın.

düşündüyün qurur içində yaşın, yaşandığın düşüncəvi etgilir. (yaşın: həyatın).

düşündüyün sözündə, qonuşduğun işində, işlədiyin alın yazın yansıtır.

düşünə batır, döşünə yatır.

düşünə bildiyin, dünyavı qurur. (hərnə olsa anlağın, olda olar qavramın). . (hər kimin dünyası düşüncəsi qədərdir).

düşünə düşünə gör işi, daldan ökünmə (peşman olma) kişi.

düşünə düşünə yaşama, yaşıya yaşıya düşün.

düşünən bildi, üşünən itdi. (üşünən: çəkinən. ürəkli olmayan).

düşünən həp yanır, düşünməz nəyə yarır.

düşünən inansada, inanan düşünmədi.

düşünən kimsə artıq eskisi kimi değildir.

düşünən tapdı, üşünən yandı. (üşünən: çəkinən. ürəkli olmayan).

düşünən yanmış, düşünməz danmış.

düşünmədən danışan, xəsdələnmədən ölər.

düşünmədən söz demə, hər qızıla köz demə, hər gələnə xoş demə, hər duyanı düz demə, hər söyəni yov demə, hər dadlıya bal demə,.

düşünmədən, qonuşma, danışmadan, sonuşma. (qonuşma: ağız açma). (danışmadan: gəngəşmədən). (sonuşma: qərar vermə. hükm vermə).

düşünmək inanmaq değil, inanmaq düşünmək değil.

düşünməki sən yapdığın kiçikdir, aç gözünü görki yapanlar kimdir. (düşünməki: sanışmaki. təsəvvür edməki).

düşünməsən dilivi, düşüncəvi azarsan.

düşünməsəndə belə, səni düşünənlər var!.

düşünməyə alışqınlar korarmış, düşünmədən alışqanlar yaşarmış.

düşünməyi düşünmə, çırpın uçun, oynab gülün atıl düş.

düşünməyib bilməyən qanmazdır, bilib qanıb dinməyən qınzıroğlu tinsizdir. (tinsiz: vicdansız. . butumsuz. qınzır. kültüksüz. qırıq).

düşünməyin köp olsa, güvənməyin kəm olar.

düşünməzə qanmamazlıq yük olmaz.

düşünmәk öğrənmənin anasıdır.

düşünü qonuş, qonuşu qılış, yazın doğsun işindən. (düşüncən qonuşmavı, qonuşman qılışmavı, qılışın yazıvı yazsın). (düşüncən sözüvü, sözün özüvü, işin yazıvı yazsın).

düşünüb qılınan, düşüb düşünməz.

düşünüb yaşama, yaşarkən düşün.

düşünüb, söz verməli, söz verib, düşünməməli. (fikirləşib qərar ver, qərar verib, düşünmə).

düyün əl ilə, xırman yel ilə olur.

düz bəzənər, dağ bəzənər, çöl bəzənər, bağ bəzənər, el bəzənər, el bəyənər, yaz gəliri yaz gəlir.

düz bəzənər, dağ bəzənər, çöl bəzənər, bağ bəzənər, el bəzənər, el bəyənər, yaz gəliri yaz gəlir.

düz bildiyin, düz görünəndir, düz olanı tut.

düz danışan, anlayanı cırdılar, anlamıyan danışmıyan otlasun!.

düz danışanın, atı yaraqlı, bir ayağıda üzəngidə olmalıdır.

düz duvar yıxılmadı, əğri duvar, başa çatmadı.

düz əğrilik yaddı sevgiyə. (sevgilik, aşıqlıq qoyu veri (icazə, ruxsat) bəkləməz. çağlar şarlar sular kimidir, dərədən daşar, qayadan aşar).

düz gedən, daldakına yol göstərir.

düz gözünən gir, əyri gözdən çıx.

düz işgələr, qırılmaz.

düz olan düzdə qalır, duz olan içə alınır.

düz olan yol yoxikən əğri tanınmaz düzdən.

düz oturub düz gəpir.

düz seçilən diləklər, mutlu yaşam sağlatar. (sağlatar: tə'min edər).

düz seçilən diləklər, mutlu yaşam sağlatar. (sağlatar: tə'min edər).

düz səyasətçi, uğurlu oğru tapılmaz.

düz söz daşı deşər, demişlər, düz söz daşı deşsədə, qulağa keçməz!!!.

düz üz üzmür işi, dala üz, keçər işi.

düz yerdə, su durqun (sakit) axar.

düz yol gedən yadaqmaz. (yadaqmaz: arqınmaz).

düz yol ilə yaşa qıl, əğri yolla yaşama!.

düz yolların lap düzü dənizdən keçir.



düz yolun yolçusu, azmaz.

düz, əğrini kəsər.

düz, əyrini kəsər.

düz, işgələr, qırılmaz.

düzdə duz axdarma.

düzə dedilər nədən düz oldun. dedi: - əğriydim qala bilmədim. əğriyə dedilər: - nədən düz olmadın. dedi: - doğruydum, əğriliklərə dözə bilmədim.

düzə inanan düzdə qaldı, duza inanan onmaz maldı. (düzdə qaldı: əli boş qaldı) (onmaz maldı: düzəlməz eşşəkdir).

düzələr işlərimiz az dözsən, ağlamaqdan nə çıxar az gül sən.

düzələr süngü qılış yarası çox, düzəlmir dil yarası çarə yox.

düzəlmişdi hər yarağımız, qalmışdı saqqal darağımız.

düzənə sox düşüncəvi, başına uçur keçmiş evin. (günüvü bilməzə bıraqsan, keçmiş dusdağın sənin).

düzənə soxsan düşüncəvi, başına uçar keçmişin evi. (keçmişin yoxluğu tanınar).

düzgü (təğvim) işə gəlməz, əsgiyincə.

düzgünə dos az olsada uz olar.

düzgünə uyan armamış. (düzgünə: dəsdura. proqrama).

düzgünə uyan, quyusun tanar. (tanar: tanır). (düzgün: dəsdur. proqram).

düzgünə uymaz, amaca ulmaz. (ulmaz: ulamaz. çatmaz). (düzgün: dəsdur. proqram).

düzgünlügü çox az kişi göstərər, sevgi sözün qalmaz kişi söyləyər. (düzgünlügü: sədaqəti).

düzgünü qur, onunla yür. (düzgünü: dəsdurü. proqramı).

düzgünü pozuq, yolları yozuq. (yozuq: yazıq. sapıq. ataqsız. amacsız. kötü). (düzgün: dəsdur. proqram).

düzgünün dizginin alsın düzən əllər əlinə. (düzgün: dəsdur. proqram. bərnamə). (dizgin: yular. cilov. kontrol). (düzən: yasan. yaradan).

düzlük borcundur, yalançılıq oğurluq.

düzlük güdülməz, yalançılıq gözlənməz.

düzlük sayqı təməli.

düzlük tutarlı nəsnə, ucuzlarda, hər kimsədə bulunmaz, hər bir yerdə əkilməz. (tutarlı: bahalı).

düzlük tutarlı nəsnə, ucuzlarda, hər kimsədə bulunmaz, hər bir yerdə əkilməz. (tutarlı: bahalı).

düzlük, borcunan, batırlıq, vuruşnan, dosluq yaman gündə bəllənər.

düzlük, düz kişinin görküdür. (görküdür: gözəlliyidir).

düzlük, düz kişiyə yaraşır.

düzlüksanı öğrədər qandırmağı, qanıqmağı. (düzlüksanı: doğru, uz düşüncə). (qandırmağı, qanıqmağı: razı salıb razı qalmağı).

düzlüyə, - biləkdə, bilikdə gərək.

düzlüyün canı, insafdır. (düzlüyün canı, ruhu, özü insafdır).

düzlüyün dabanı toxluqdu.

'düzü' anlayan elə az olur, sonradan çoxluğa anladır. (araz gündüz).

düzü yazan əğri, -pisi qanmaz, düzə yanmaz, yaxar dünyanı, özü yanmaz, heç uvanmaz, üz utanmaz, (uvanmaz: vicdan ezabı çekmez).

düzü yoxuşu enişi, kəndi asqından sayqın asılı. (verilən dəğərin bir yanıda kişi özüdür).

düzük düzər düzən pozar sürən çağ. (düzük: kələk) (düzən: sistim).

düzümün ornayan (ölçüb, biçmək), dözümsüz qalmaz.

düzün birlə görün, ütük gördün sürün. (düz olanla görü. , yalançı, kələkçi gördun çəkin, üzdənmə).

düzün denə yorulma. uzun geddə qırlma. yaxın durda alınma, tutulma.

düzün duzuna baxma, duzsuz gördün çaşma.

düzün toru, hörülü olar. (axmağın işi torsuz, qadasız olmaz).

düzün toruna düşmək. (axmağın (sadə kişinin) toruna düşmək).


Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin