Atalar deyir atalarsöZÜ Işləyən Bey Hadi 20 200. S ebced Turuz-Tebriz



Yüklə 4,91 Mb.
səhifə18/48
tarix06.02.2017
ölçüsü4,91 Mb.
#7807
1   ...   14   15   16   17   18   19   20   21   ...   48
    Bu səhifədəki naviqasiya:
  • ağzı

dolmalar: -
yarpaqları bənzərdi dəriyə,
birini versəydin qoca qəriyə,
çeyniyərdi, yüz il başa dolmalar.
doldurdu gözümü yaşa dolmalar,
qazan qaynamadı, dolma pişməədi,
dolma qonaqlığı, bizə düşməədi,
hey utqunduq, boğazımdan keçməədi,
doldurdu gözümü yaşa dolmalar,
bənzərdi qayıya daşa dolmalar. nəxcüvan.

dolmaz qaba su qoyma (qoyma: tökmə).

dolmaz quyu dolça ilə su töksən, bitməz dəniz dolça ilə su götsən. (götsən: götürsən).

dolmaz quyu dolça ilə su töksən, bitməz dəniz dolça ilə su götsən. (götsən: götürsən).

dolmuş çiçəyə gözündə sevgi.

dolmuş tüfək (yaraq) birin qorxudar, dolmamış tüfək ikisin. (dolmuş yaraq birin qorxudar, dolmamış yaraq ikisin).



dolmuş tüfək birin qorxudar, dolmamış tüfək ikisin.

dolsa könül nisgilə, sevən kişi öləcək, kin ödünə dönəcək.

dolu başaq dik durmaz.

dolu ələ baxan çox, yoxsul ələ baxan yox.

dolu güdül fısqo ilə çınlamaz, bilən olsa bilməyəni danlamaz. (güdül: güyüm. afdafa). (fısqo: dırnaqla kiçik zərbə) (çınlamaz: cingildəməz. səs çıxarmaz).

dolu içli bir kişi, qoymaz yarımçıq işi.

dolu küpün səsi çıxmaz.

dolu qabda su durqun durar, qabda samballı.

doludan qurtulan yağmıra düşür, yağmurdan qurtulan damcıya düşür.

dolum anıt, qutun bul, dolum unut, bulun bul.


- yaraqlı ol, yarıq tap, yaraqsız ol, qaruq tap.

dolun ay barmaq ilə imlənməz. (aydın nərsədən danışanda deyilir).

dolun ay, barmaqla imlənməz (görsətilməz).
- ay dolunu barmaqla imlənməz.

dolun ay, barmaqla imlənməz (göstərilməz). (ay dolunu barmaqla imlənməz).

dolunun ''ağzı'' ürəyindədir, dəlinin ''ürəyi'' ağzında.

dolur badələr o boyda ki dolmalıdır, içirsən o boyda ki dolmalısan.

dolur badələr o boyda ki dolmalıdır, içirsən o boyda ki dolmalısan.

doluya qoyam almır, boşuna qoyam, dolmur. (düşunülən yolların heç biri çözüm, çıxış yolu sağlamamaq, düzəltəməmək).

doluya qoydum, almadı, boşa qoydum, doymadı.

doluya qoyursan alamır, boş qoyursan, dolamır. (almamaq. götürəməmək. çəkəməmək). (dolamamaq: dola bilməmək. doya bilməmək. doyamamaq. qanığamamaq.

domoqrasını (demoqrasini) anlamaq üçün, qozla badamı seçə bilmək gərək.

domuz dərisi post olmaz, əsgi yağı dost olmaz.

Domuzdan bir kıl koparmak kardır: Cimri, nekes insanlar vermeyi pek sevmedikleri için onlardan ne alabilirsen kardır (Bayram Özdemir).

Domuzdan bir kıl koparmak kardır: Cimri, nekes insanlar vermeyi pek sevmedikleri için onlardan ne alabilirsen kardır. (Bayram Özdemir).

domuzluqdan, domuz qaçmaz. (doğuzluqdan, doğuz qaçmaz).

don biçərlər enli boylu, dos tutarlar adlı sanlı.

don cana yakmaz. (cana: içə. tözə. özə). (yakmaz: yapışmaz. yaxışmaz). (iç boya götürməz).

donatmadan don olmaz, soyuq düşsə don çalar. (nədənləri aransın, çıxar yollar taransın).

donduraçı əli buzsada, ürəyi sıcaq.

donduraçıda əl buz olsada, ürək sıcaq.

donduraçının carlığı -bir qadınla soyuğda olsan, dondurma kimi ol, ürəyinə hop. (carlığı: anonsu).

donmasada, titrir.

donmuşa odun yaxdırma, acmışa qazan astırma.

donu daşı suv pozar, ər oğlanı söz pozar.

donuq sözlər axıb dodağda donar, yanıq sözlər gözyaşilə uçar.

donun geni oprulmaz, gəngəş bilik, ardırmaz. (oprulmaz: telləri çəkilib, gücə düşüb tez aşınmaz). (gəngəş: danışıq). (ardırmaz: dala aparmaz).

donun geni yırtılmaz, gəngəşli el yartılmaz. (ellər ara danışıq, qonuşuq olsa parçalanmaz).

dos acısın balla ut, yağu süycün, daşla tut. (daşğa tut: daşla tut: daşla).

dos alçatmaz, yağu ucatmaz. (yağu: düşman).

dos başa, düşman ayağa baxar. (baş ucalığın dosd istər, ayağ qaymasın düşman).

dos daşı baş yarmaz.

dos doğru dos, gərəkli gün dos qalar, iç oğru dos, gərəkli gün pox olar. (pox olar: yox olar).

dos dosda baxıb yolun aşar, uzaq gedər yolun çaşar. (dossuz yol sürümü güc olur, bırak (ama. vəliki) dosda qapılırsansa istəyindən uzaqlaşırsın). (yola yoldaş iyidir, bu koşullaki ona uyuğub, qapılmıyasan).

dos dosda deyir, oda kəndə.

dos dosda tən gərək, tən gəlmədi, gen gərək. (dos dosda tən gərək: dos dosda yana gərək, yolağ, fıda, qurban gərək).

dos dosda tən gərək, tən olmasa gen gərək (tən: dəng. bab).

dos dosda ulaşsın, qan qana bulaşmasın.

dos dosdun uğruna sevinər, oğruna (ağrına) döğünər. (oğruna: qəza qədərinə. narahatçılığına). (ağrına: incikliyinə. ağısına).

dos dosdun, yəhərlənmiş atıdır.

dos dosduna börk qoyar, özgə baxar mat qalar. (dos dosduna börk taxar, özgə baxıb mat qalar. ).

dos dosdunun yoxlamağın unutsa, böylə bir söz baş tutar. -sən hardasan, bu gün varsan yarın yoxsan.

dos dosla tanınmaz, igid itiylə.

dos əkiz, düşman səkiz.

dos gözə, yağun (düşman) yerə qaray.

dos xarlamaz, yağu yarqamaz. (yağu: düşman).

dos ikiz, düşman səkiz.

dos kimliyi qara gündə bəlqürür.

dos korğamaz, yağu yarqamaz. (yağu: düşman).

dos küydürü aytaru, yov güldürü aytaru. (yov: yağu) (aytaru: aytar. deyər). (dost yaxdırar söylər, düşman isə, güldürər söylər).

dos qazan, düşmanı nənəmdə doğar.



dos qazan, düşməni nənəmdə doğar.

dos od kimidir, çox yaxınsa yaxar. (yaxınsa: yaxın olsa).

dos özünün ağası, dostunun qulluğunda olur.

dos söyləyirsə acı, uzaq durmaz tapaçı, yov söyləyirsə sücü, uzaq durmaz toraçı. (tapaçı: dərman. ilac. tədbir). (toraçı: duzağı. gizli qurulan toru, tələsi).

dos sözün eşitməyən dos qulağa su keçsin.

dos tapbaq qolay deyil, çox qıy olur saxlamağı. (qıy: qıyın: çətin).

dos tutdun, yarımadı, döğünmədən atqınan. (döğünmədən: peşman olmadan) (yarımadı: yaxcı çıxmadı).

dos tutular sınabla, yov tutular qılabla. (sınabla: təcrübəylə. yoxlayışla). (yov: düşman). (qılabla: qılavla: kələklə).

dos var aşa, dos var başa. (aşados var, başados var). (başa: ağla).

dos verən gülüm, tikansız olur!.

dos yaxşısı uzaqda.

dos yamanı pula, ev yamanı bala. (ev: qadın).

dos yolunda başıvı ortaya qoy yindək yeri, yorğa (yeğrək) at min, quş kimi qaç yağu ilə var qovuş.

dos. hamı çıxıb getdiyində, çıxıb gələndir. hamı səni atanda, dosdun yalnız qalandır!.

dosd ağladar, öğrədər, düşman güldürər, öldürər.

dosd arama çiləsiz, el söyləyir biləsiz. (çiləsiz: dərdsiz).

dosd edinməyə bax, düşmanını anan belə doğurur. (edinməyə: qazanmağa). (bax: özən göstər).

dosd odunu yaşda olur tüstülü, tanozluda üstülü. (tanozluda üstülü: minnətlidə üstəlik). (tanışla alver iyi gedməz).

dosd odunun tüstüsü, korluq verməz gözüvə. (sıxıntı kimdən gəldiyinə salmıq kəsəlir). (salmıq kəsəlir: dartılır. önəm verilir).

dosda alqış, çora qarqış. (çora: düşmana).



dosda alqış, çora qarqış. (çora: düşmana).

dosda aytdım sözümü, düşman bildi sirrimi, söz aytmadım dosduma, dərdlər yedi içimi. (aytdım: dedim).

dosda bağlanma, dossuzda qalma. (dosda bağlan, qapılma, dossuzda qalma).

dosda eşmədən ver bir telin, əğrilirsə qır qutar. (eşmədən: qatmadan. ipdən). (ipin ucun özgəyə vermə).

dosda qıymamağı, yağuya qıymağı öğrəş!. (qıymamağı: acımağı). (yağuya: düşmana) (qıymağı: acımamağı).

dosda uyan çöldə qaldı, oynaşa guman evsiz. (guman: gumanı gedən).

dosdu iş başında gör.

dosdu kəndi dışında arayan, dossuz qalar.

dosdu yoxun, düşmanı yoğun.

dosdum dönə çıxdı, itim dona qaldı. (dönə: bəfsız) (dona qalmaq: şaşmaq. mat qalmaq).

dosdum olan güzgü kimi aytar manım üzümə, yağum olsa gülgü ilə manım örtər gözümdən. (manım: aybım).

dosdum sevinsə, düşmanın gözü çıxar.

dosdun axsağına göz yuman, qərib qalıb, göz yummaz. (axsağ: çaş. çaşa. səhv. iştibah).

dosdun aran dosda varmış. (yaşamda hamı içindəkindən çəkir).

dosdun bal kimi şirinsə, o saat yalama.

dosdun çini qın gündə.

dosdun dosd olsun, özündən üst olsun.

dosdun dosluğu gün (qın: korluq) düşəndə bəllənir. (gün: qın. korluq).

dosdun dosluğu gün düşəndə bəllənir. {dosdun dosluğu qın düşəndə bəllənir. (qın: korluq)}.

dosdun dosluqu günü (qın) düşsə bəllənir. (dosdun dosluqu gün (qın) düşəndə bəllənir).

dosdun düzü içində qalır, dosdoğrusu səninlə qalır, yoldaş tanış pay gözlər, umut güvən sinində yatır. (sinində: içində. ruhunda. ).

dosdun əsgisi, arvadın tazası.

dosdun görsən kişinin, sonu bəllər işinin. (görsən: tanısan).

dosdun gözündə yox, könlündə ol.

dosdun içi düz gərək, qoşluq tayı tuş gərək. (qoşluq: cütlük).

dosdun ikiz, düşman sekiz.

dosdun köhnəsi qalar, geyimin təzəsi.

dosdun könlü xoş olsun, düşman gözü kor olsun.

dosdun könlü xoş olsun, düşman gözü kor olsun.

dosdun olursa qarğa, izitdirsə koralqa. {götürdüyü yer daldurum (qozabad ıssız, ucqar yer). (na koca abad)}.

dosdun pisdir, daşın at, qonşun pisdir, daşın, at.

dosdun pullu olsun, yoxsullar yad olsun.

dosdun yaxşısı, başa salır, yamanı, yoldan alır.

dosdun yaman? bəkləmə uğur, yoğur ha yoğur. (uğur: xeyir) (yoğur!: yasa. yağla).

dosdun yoxsa yaşamda, könül bağın açılmaz, söylə dadlı dadlı duy, dil çiçəkdir suvarmasan gövərməz.

dosdundusa söyməz, düşmanındısa sevməz.

dosdunisə ver gedsin, dos değilsə at gedsin.

dosdunla aşır aşı, daşı daşı. (dosla kölgəli gəzmə).

dosdunla dost olduğuna öğün (sevin), düşmanınla dost olandan çəkin (sağın).

dosdunla üzləş, yağunla güləş. (yağunla: düşmanınla).

dosdunu əkmə, işdən qalmasın, yağuna güləmə, sirrin almasın. (əkmə: boşuna saxlama, gözətlətmə, mə’təl eləmə). (yağuna güləmə: düşmanıva üz vermə).

dosduva at vermə, verdinsə ''yavaş ged'' demə (at verməyin nə, yavaş ged deməyin nə?).

dosduvu bəklətmə işdən qalur, düşmənlə uğraşma, sirrün alur.

dosduvu borca, qonşuvu aşa öğrətmə.

dosduvu vara, qonşuvu paya öğrətmə. (arvadı vara, qonşunu paya öğrətmə). (çevrəvi vara, qonşuvu paya öğrətmə).

dosla, dağı, tez aşmaq olar.

doslar dursada yanyana, atma gözdən düşmanı yana.

doslarıvı artırma, doslarıvı arıtla.

doslğun dilin bil, düşmanın dilin öğrən.

dosluğ yağ ilə, düşmanlıq qan ilə başlar.

dosluğu aşdırsa qoy, dosluğu başdırsa tut.

dosluğu uca tut. –sözün dosd ağzına dadlısı, düşmanlara ağrısı gəlsin.

dosluğu var bir itin, cana dərman, bir dosduvun itligin, yağu alman. (alman: almaz). .

dosluq, arxalıq güvənlə qalır, gülün yolsan, ot alağ qalır.

dosluqlarda küsmə barış olası, sevgilərdə nə küsməyin yeri var, nə barşığın adı.

dosluqları yaman işlər yavuz duyqu pozarmıış.

dosman başan baxar, düşman ayağan. (dos baş ucalığın güdər, düşman ayağın altın qazmağı).

dosman üzündə aydar, düşman izində. (dosman: dosd olan) (aydar: söylər) (izində: dalında. arxanda).

dossuz başım, duzsuz aşım. (əli, könlü açıq çörəyin tək yeyənməz).

dossuz başım, duzsuz aşım. (yaşam belə gətirir ki, bir əl suyun tökür, bir əl duzun!. tək qalmaq, kişiyə uymaz).



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin