Atalar deyir atalarsöZÜ Işləyən Bey Hadi 20 200. S ebced Turuz-Tebriz



Yüklə 4,91 Mb.
səhifə23/48
tarix06.02.2017
ölçüsü4,91 Mb.
#7807
1   ...   19   20   21   22   23   24   25   26   ...   48
qovanlar: özlərin ağıllı sananlar).

evrən dönər oda ötər içizdən, ölüm gəlib ağzın açar, incə belin topraq qucar, gülər gələn ağlar qaçar, qıyar axsın göz yaşınız içizdən. .

evrən dönür devrənir, bir mıncığuq boyunda, oyunçuğuq oyunda.

evrən dönür döndərir.

evrən gözəl dil ilə. (dil: söz). (dedilər var dərmanı minbir, olursa dərdi min, minbirinci dərdivə sözdür gəlir dərmanuva).

evrən içrə ən çətin iş, kəndi özün dəğişmək, hər kişidə yoxdu güc, böylə işlə ərişmək.

evrən iki günlük, bir gün sənə qarşı, bir gün sənə yarşı. sənlə oldu boysanma, sənə oldu qoysanma, evrən ikiymiş, sonda bitirmiş. (qarşı: əleyh. aykır. zidd). (yarşı: ləh. tərəf). (boysanma: qurranma). (qoysanma: üzülmə. mə'yus olma. naymıt olma).

evrən işi çevrilir, duralanları devrilir, kim yaza, kim oxuya, hər yazılı nə oxuna bəllənməz.

evrən işi oyunçaq, qalan işi əğləncək, çox ağırın uğraşma, dibi durur yelləncək. (çox ağırın uğraşma: çox ciddiyədə tutma).

evrən işi ötürmək, işi burda bitirmək. (qılmalın var qılınqıl, yarın gələr gəlməz, bəllənməz).

evrən quruqdu böylə. -biri düşürər, biri pişirər. (düşürmək. qazanmaq). (pişirər: yasar. hazırlar).

evrən ötər kişi qalmaz söz qalar, adamlığı söz ışığiylə yaxar.

evrən ötür çay yalı, ötüb keçənlər hanı, indi yaşa indi tut, yarın üçün pay qalı.

evrən sənə gülməsə, sən evrənə gülgilən. (evrən sənə çönməsə, sən evrənə çöngilən).

evrən sonsuz baş quyruğu yığılmaz, boş bir güdül tutmaqilə tıxılmaz. {yol yola çatır, yoluğ uzur. (yoluğ: səfər)}. (hər kim gəlmiş kәndi ömrün yaşamış). (kəndi başın kəndi yolun tutqılan, ömür bitər səndən qalan iz olur). (yolçular bitər, yolçuluq sürər).

evrən tapmış dəğişmədə duraqlıq. (dünyanın mədarı dəğişmədən durmaz).

evrən tapmış dəğişmədə duraqlıq. (dünyanın mədarı dəğişmədən durmaz).

evrən üzrə gözəllik öz özündə doğqurur, görənmirsə açıq göz, qapıq gözlə uydurur. (uyarı (xiyali) xoşluğa nəvarki).

evrən yağlı bir quyruq, tülkülərə eşq olsun.

evrən yalan bir oyun, bu evrənin ən güclüsü kəndi özün aldadır. (aldadır: inandırır).

evrən, oyun evridir, duran yeri çevridir, duran ona əğməyir, evrən onu devridir. (evridir: çevridir: pozur).

evrənçilər altun tasda ağulu aşı bal görür. (evrənçilər: dünyaçılar. dünyapərəslər).

evrəndə hər nə çevrənir. iyisin bərk tut, kötüsün boş tut. (bərk: ciddi). (çevrənir: dönür. dəğişir).

evrəndə sənə ən gözəl qadın anandırsa, nec olduğun atandan sor!.

evrəndə yaşayan ən təkin yalquz kəslər, uşaqlar, qocalar. (təkin yalquz: təkinə tək qalmış tək).

evrəndi bu, çevrik işi, -qaş taparsa, üzük arar, yular tapsa atın arar.

evrəni başından yaşa, dibini bırax. (hay boş deyən evrənin sonu, sonun buraq, başınla yaşa).

evrəni çevrəyəməyən, kəndi devrənir.

evrəni dəğişən dəlilərdilər, dünyanı çevirən axmaqlar!.

evrəni dəlilər sürər. başlı başlayınca, təlvə aşıb keçdi). (təlvə: dəli. düşünməyən).

evrəni hovalara sürür, başlılar kəlləbaş yürür. (hovalar: axmaqlar).

evrənidə aldat, al, dad. (evrənidə: dünyanıda) (aldat: tovla). (al, dad: dadın çıxart. yiyənib dadın al).

evrənin dar genliyi çıxarıva baxır. (evrənin geniş açıqlığı çıxarıva baxır).

evrənin dar genliyi çıxarıva baxır. (evrənin geniş açıqlığı çıxarıva baxır).

evrənin ən böyük gayı, öğrəşib alışıb itirmək payı. (evrənin ən böyük gayı (gayı: gici. budalası): kişioğlu).

evrənin ən dadlısı doğan gercək, ən acısın çəkəndən sor.

evrənin geniş açıqlığı çıxarıva baxır. (evrənin dar genliyi çıxarıva baxır).

ey dünya qovan dön geri irüp yetəməzsin, yüz min il əgər yel kimi yelsən yetəməzsin.

ey gidi dünya!. -biri gülə, biri qıza qızıla, nə bilim nəyə qızdı, biri qıza biri yaşama, ağıya zara küsdü. (qızdı: maraqlandı). (qıza küsmək: evlənməmək).

ey hüseynə ağluyanlar ağlayun öz halüzə, indi şahi kərbəla ağlır sizin əhvaluza. (taib).

ey könül gəl olmaqıl haqdan ıraq, donda canım var ikən eylə yaraq. (donda: təndə).

ey ''yaşasın ölülər''deyən ölümsül dos, bu dirilərdən qorxanın sözüdür, ölülərdən xoddanmışın özüdür. (ölümsül: ölümcül. tağdan tovdan düşmüş). (xoddanmışın: ovsunlanmış).

ey zamana atından qalan yayaq, zamana ana tutarmı ayaq ?.

Eybi kim deyer?-Eybecer. (Gunay IR).

eybi yox deyin, eybsizləşin.

eybini bilən, özgəyə eyb eyləməz.

eygiligin gəl, ısızlığın gəlmə


- xeyirlə gəl, şərrilə gəlmə.

eygin, el manın açmaz. (eygin: eyi olan. yaxcı olan). (yaxcı kişi el aybın (yada) açmaz).

eyi dosdun olduqda, güzgü sana gərəkməz.

eyi pisin sonu var, hər genliyin donu var. (hər genliyin \hər gövdənin). (yanan ışıq sönər bir gün).

eyib tapır özgəyə, bir baxmayır güzgüyə.

eyibsiz dost axdaran dossuz qalar.

eyiklərə umuqlan, yaman qarşı yaraqlan. (eyiklərə: iyilərə). (gözəlliklər umudun olsan, kötülərdən qorunmağı unutma).

eyilərdən ol, kəndini arat!. (eyilərdən: iyilərdən: yaxcılardan. onatlardan). (kəndini arat: özüvü istət).

eyilik dadlı oli, onu yeyən dadanmasa, axmaq oli.

eyirlər dünya içi min dərd, minbir dərmanı var?. -o sözdə minbirinci dərdin dərmanıdır.

eyirlər. -arvadı gözələ dosulq çoxun verilər!.

eyitən açar yolu, yürüyən sənsən özün. (eyitən: əkitən. məəllim).

eyku danış, eyku qılın, eyku san. (eyku: iyi. yaxcı). (san: düşün).

eyku danış, eyku yapın, eyku san.

eyku düşün, eyku gəpin, eyku qıl.

eyku geyku ayrılsın. (incə yoğun seçilsin). -eyku geyku. yaxcı pis. yaxcı yaman. yaxcı yaman. qutuq kötük. incə yoğun. xeyir şərr.

eyku kişi, eyku işi. {eyku: > niku (fars). iyi}.

eyku könül yerdə qaldı, yavuzları başa saldı. (eyku könül: iyi ürək) (başa saldı: üstün tutdu).

eyku qılın eyku gəlsin üzüvə, yaman qılın, yaman girsin gözüvə. (eyku: yaxcı).

eyku qonuş, eyku dönüş, eyku san. (dönüş: qılın. davran. rəfdar ed). (eyku: iyi. yaxcı).

eyku sanış, eyku danış, eyku yap. (sanış: düşün).

eyku söz can azığı.

eykülük edsən güdünmə qarşuluq, könlün istir can çəkir etdiklərin. (eykülük: yaxcılıq).

eykülük edsən güdünmə qarşuluq, könlün istir can çəkir etdiklərin. (eykülük: yaxcılıq).

eykülük yap eykülük yap eykülük, at geri qalsın uzaq tam yadquluq. . (yadquluq: düşmanlıq. biqanəlik. ).

eylik qılsan danqaza, baş qaldırıb yan keçər. (danqaza: buruşa. tərsəğə. qanmaza).

eylik qılsan danqaza, baş qaldırıb yan keçər. (danqaza: buruşa. tərsəğə. qanmaza).

eytgən söz, atğan ox. (söz deyildi, alınmaz, ox atıldı qayıtmaz).

eytgən söz, atqan ox. (söz deyildi, alınmaz. ox atıldı qayıtmaz).

eytinməz at, yügənməsə.

əbbəyin ayan aşa yetər, donun ayan, toya. (əbbəyin: çörəyin). (ayan: saxlayan. qoryan. qayğıran).

əcəl gəlirkən cana, baş ağrısı bahana.

əcəl gəlməz, vax çatmasa.

əfəndilərdə çoxdur böylə işlər, kimi açuq boyur kim gizli işlər.

əgər lə "məgər" evləndilər, "kaşki" doğdu.

əgri öyle bağırdı ki, doğrunun bagrı cırıldı.

əğib geyim qazanmamış göz nazın. (dəğərsiz geyim göz iltifatın çəkməmiş).

əğib geyim tutar tapar geyəndən. (əğib: dərviş).

əğib görüş sayılmaz. (görkəmi yoxsul, geyimi dəğərli olmayan sayılmaz). (əğib: alçaq).

əğib olma man deyil, əğib qalma man gəlir. (əğib: yoxsul).

əğik başa, daş ilişməz.

əğiq başı, kəsməz qılıc. (əğiq başı: müti' olanı) (qılıc dik duran başlar üçün qalxır).

əğilən baş urulmuş, işləyən baş qutulmuş. (urulmuş: vurulmuş).

əğilən başı qılıc kəsməsin.

əğilib qoyun oldun, hər nəyə boyun oldun. (qoyun: tabe'. müti').

əğilirsə su içə, qaynar bulaq quruyar. (kütaçuğ. şansısız). (əğilmişsə içə su, qaynar bulaq qurudu).

əğilməsin bilməyən, yıxılmadan qaçanmaz. (bilməyən: bacarmayam).

əğilmişsə içə su, qaynar bulaq qurudu. (kütaçuğ. şansısız). (əğilirsə su içə, qaynar bulaq quruyar).

əğilsəndə, sınma!.

əğrəti ata minən, tez enər.

əğrəti ata minən, tez enər. (əğrəti: ələnti. borc).

əğri ağaca yayım demə, hər görənə yarım demə (dayım demə).

əğri ağacın, düz kölgəsi olmaz.

əğri ağız bəy olsa, yalan sözü düz çıxar.

əğri azar, doğru uzar demişlər.

əğri basılar, doğrusu çıxar.

əğri bazar uz gedməz. (uz: uzaq).

əğri bitirsə ağac, çətin düzəlmiş ola.

əğri budağın, əğri kölgəsi var.

əğri doğrulunca, doğru əğrilər. (yaşam pozuqluğa çox əğimlidir).

əğri doğruya dönməsin batsın, doğruluq dilənçilik bilməz. (əğri oğru, kahıl qanmaz, kütbeyin üzərində çalışma).

əğri duvar tez yıxılar.

əğri gördün, yolun çöndər tərsinə.

əğri oğru olmasa, bağ çəpəri, qoyun damqa neyləyir.

əğri oxlar tuş gəlməmiş amacqa, əğri yüklər çatanmamış barınca. (barınca: məqsədə).

əğri olsun yol yaxşı, qarrı olsun yar yaxşı. (yar: əş).

əğri poxun yeyib tox gəzər, vay doğrunun tavına. (əğri bir pox tapıb tox gəzər, vay doğrunun çağına). (çağına: tavına: halına).

əğri sınınca, doğru üzülər.

əğri tutsan düz keçməz.

əğri tutsan düzəlməz.

əğri yol, düz gedilməz. (yol əğrisi, düz gedilməz). (əğrisə yol, düz gedilməz). (əğri yolu, düz gedmək olmaz).

əğri yoldan doğru amac alınmaz.

əğri yolu bilmədən, düzgünlüklər seçilməz. (düzgünlüklər: sədaqətlər) (yalançılığı tanımayan, sadiqligin nə olduğun bilənməz).

əğri yolu düz gedmək olmaz.

əğridə tox, doğruda ac görmədim.

əğrilərlə oturmaq, doğruluğa artırmaz.

əğrilərlə, oğrularla eygin doğrun davranma. (eygin: içiz çəkən kimi).

əğrilik dayaq kökdü evrənə, güvənən axmaq tansız çevrənə. (tansız: namussuz. arsız). (çevrənə: çevirənə).

əğrilik hər zaman zoru gəzər, (gəzər: axdarar).

əğrilik hər zaman zoru gəzər.

əğrilməsə düzəlməz, bulanmasa duralmaz.

əğrini düzəltmək nəyimə gərək, düzü düz saxlamaq gərək.

əğrisi düzü, dadlısı duzu.

əğrisinə baxan, tüsdünün düzündən qalar.

əğriyə olmasın nə köməkdi. düzə yalnız sən, sən özünsən yarac.

ək dərim, əkim dərsin.

əkdə bilsən əkdə sən, qurd balası əkdənməz, qurd qatında heç bir qoyun ətlənməz. (əkdəmək: tərbiyət edmək). (qatında: qulluğunda).

əkdə bilsən əkdə sən, qurd balası əkdənməz, qurd qatında heç bir qoyun ətlənməz. (əkdəmək: tərbiyət edmək). (qatında: qulluğunda).

əkdi bilik gözəldir. (əkdi: ədəb). (bilik: ilim).

əkdi dərdim, əkim dərsin.

əkdi görməmiş kişi ösmədi, su görməmiş əkin. (əkdi: tə'lim). (ösmədi: ötmədi: böyümədi).

əkdidir yalğunu kökdən çevirən, bilim olmuş dəğişən dünyanı. (əkdidir: tə'limdir). (yalğunu: insanı).

əkdilər aldız, əkin alsınlar.

əkdim əl verməz əkdisizlik edənə, susmaq ən gözəl yanıt, əkdi əldən gedənə. (əki: əkdi: ədəb. tərbiyət).

əkdisiz uşaq yaşamış, yarımamış. (əkdisiz: ədəbsiz. tə'limsiz).

əkdiş göyə sağuruq, topla üzdə yoğuruq. (əkdiş: ədəbsiz. tərbiyəsiz)qurra göyə tükürük, topsa üzdə düşürük. (qurra: məğrur) (göyə tüpürsən, ondan yoğurun, onun yoğrulmuşun üzündə yığarsan).

əkdiyin biçən, ağlamaz.

əkdiyin uran verdiyin alar. (uran: biçən).

əkdiyindən o çıxar kin əkisən. (kin: ki).

əkdiyini biçərsin, seçdiyini yaşarsın.

əkdiyini biçərsin, seçdiyini yaşarsın.

əkdiz dərdik, əkək dərin.

əkən arar, qılan tapar.

əkən biçər, qonan köçər.

əkən biçər, soran yetər.

əkən bilməz, biçən bilər.

əkən dərdi. səpilmədən gögərməz.

əkən dəyər, qazan düşər.

əkən əkdiyin yeyər, əkməyən kəlləsin. (əkən əkdiyin yeyər, əkməyən başın).

əkən kim dərən kim.

əkən olmaz ki buğdanı saman dərsin. (kimsə saman dərmək üçün buğda əkməmiş).

əkən orar, toxan geyər. (əkən urar, biçər, toxuyan geyər).

əkən orar, tokan geyər. (orar: oraqlar. biçər), (tokan: toxuyan).

əkən urar, edən görər.

əkən ursun tikən geysin.

əkəndə ölən çox, biçəndə olan.

əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.

əkənə baxma, ək bitir, biçənə qarma, biç bitir, tutduğun yolu, ged kitir!. (qarma: baxma) (kitir: gerçəkləşdir. doğrut. uyqula).

əkənə yar, əkməzə dar gəlir. (yar: gen. gülər. bol).

əkəşik iş görənindi, kəsilən dil, deyənindi. (əsgik iş görənindi, kəsilən dil, deyənindi).

əkəşik iş görənindi, kəsilən dil, deyənindi. (əsgik iş görənindi, kəsilən dil, deyənindi).

əki, yağında, işi, çağında. (əkişə yağış, nəmiş gərəkir, işi uyuqun çağında qılmaq görəkir. (görəkir: uyğun görülür, məsləhət görülür).

əkib bitir, suvar ösüt. (bitir: gögərt). (ösüt: böyüt).

əkib dərim, əkim dərsin.

əkib dərim, əkim dərsin.

əkib döz, əkməyə yox.

əkib dözən, bitirər işin, dözməyi əkən, itirər işi. (dözməyi əkən: çox səbr edən). (qıssa ömür, alqamaz dözüm). (alqamaz: xoş qarşılamaz).

əkib ur, əkləb gör. (ur: vur. oraqla. dər). (əkib dər, əkləb gör). (əkləb: tərbiyət ver).

əkibdir bağına solmayan gülü, açılar bağında, tikənsiz gülü.

əkid, gör, əkir, ur. (əkid: öğrət. becərt). (əkir: ək). (ur: oraqla).

əkilən topraq təpilsin. (təpilsin: sürülsün. soxulsun).

əkilən, biçilir. (dünlə bu gün olduğun, yarın odur doğduğun).

əkili, əkidən susar, əkisiz, susdurdum sanar. (əkili: əkitli: ədəbli. tərbiyətli).

əkili, əkidən susar, əkisiz, susdurdum sanar. (əkili: əkitli: ədəbli. tərbiyətli. {utlu, utundan susar, utsuz, susdurdum sanar. (ut: uy. həya)}.

əkilməmiş biçilməz, oxumamış çözülməz.

əkilməsə urulmaz, edinməsə görünməz. (urulmaz: biçilməz). (edinmək: əldə edmək).

əkilmisən, itmə, bit. (əkilmək: toprağda tuxum kimi gizlənmək).

əkilsə tarla, biçilsə tarla, dərmanda dartsa, unu çıxar.

əkim dərin, əkin dərək.

əkin çağı əkməyən, biçin günü yolda qalır (ağlar qalır).

əkin əksən, yerə bax, elin sevsən, elə bax.

əkin irdəşi, biçin urdaşın qaldırır. ( hesaba yetişmə, hesabı aydınlatmaq, bitindəki savaşı (odaşmanı, ixtilafı) qaldırar). (irdələmək. ardalamaq. 1. incələmək. 1. hesab kitaba yetişmək).

əkin olsa, əkmək olar.

əkin tikin şuxumda olmaz izi, biçin, döğüm, yığımda atmaz bizi.

əkin üstə əkilir, xərmən başı tikilir. (söz konusu, əngəlliyi, otanlığı, ərkəlliyi (ərköğüllügü) kötüləməkdir). (bu söz kişini əngəllikdən, otanlıqdan (müfdəxorluqdan), ərkəllikdən (ərköğüllükdən) ırqamağa, çəkinməyə çağırır). {otan: (< otlayan < otlamaq: boşuna keçinmək). müfdəxor}.

əkinçi ol qarda din, yoluğçu ol yağışda, çoban oldun gorunda.

əkinçi yerdən umar. balığçı göldən.

əkinçi yerdən umar. balıqçı göldən umar.

əkinçi yolu dəğirmana, dəğirmançı yolu əkinçiyə düşər.

əkinçidən əkməyi, biçinçidən biçməyi.

əkinçini, əkinindən tanırlar.

əkində izi qalanın, xırmanda üzü olar.

əkində izi olanın, süfrədə üzü olar.

əkində yox, biçində yox, döğümdə yox, yığında pay güdməyin unutmaz. .

əkində yox, tikində yox, xırmanda durmuş xoca. (durmuş: hazir).

əkinə su, kişiyə əkdi gərək. (əkini su yetirər, kişini əkdi). (əkdi: tərbiyət).

əkinən əkitən olur. (öğrətilən öğrətən olur). (əkitən əkindən olur) (öğrətən öğrəncidən olur). (əkitən əkitlə olur). (öğrətən öğrətməklə olur).

əkinən əkitən olur. (öğrətilən öğrətən olur). (əkitən əkindən olur) (öğrətən öğrəncidən olur). (əkitən əkitlə olur). (öğrətən öğrətməklə olur).

əkinən əkitən olur. (öğrətilən öğrətən olur). (əkitən əkindən olur) (öğrətən öğrəncidən olur). (əkitən əkitlə olur). (öğrətən öğrətməklə olur).

əkinin biçəyi, əməyin çiçəyi, yaltanın dincəyi süycü. (əkməyin biçməsi, zəhmətin barı, təmbəlin yuxusu şirin). (yaltanın: gəvşəyin. təmbəlin). (dincəyi. istirahəti). (süycü: dadlı).

əkinin biçəyi, əməyin çiçəyi, yaltanın dinəyi süycü. (əkməyin biçməsi, zəhmətin barı, təmbəlin yuxusu şirin). (yaltanın: gəvşəyin. təmbəlin) (dinəyi: dinəği. dincəlməsi. dincəlmə yeri. yatağı. yatması). (süycü: dadlı).

əkirən urar, bəkliyən görər. (əkirən urar: əkən biçər).

əkirsən buğdanı özü öndürür samanı, iyiliklə sınama yamanı.

əkişdə izi yox, dərişə tələsir.

əkişdə yoxalan, dərişdə toxlanmaz.

əkit bitsin, suvat össün. (əkit: becət). (bitsin: dirçəlsin). (össün: böyüsün).

əkitən əkitlə olur. (öğrətən öğrətməklə olur). (əkinən əkitən olur). (öğrətilən öğrətən olur). (əkitən əkindən olur) (öğrətən öğrəncidən olur).

əkitən əkitlə olur. (öğrətən öğrətməklə olur). (əkinən əkitən olur). (öğrətilən öğrətən olur). (əkitən əkindən olur) (öğrətən öğrəncidən olur).

əklənən bəklənir, özlənən gözlənir, sərilən dərilir.

əklənən qara, yergə çalar!. (əklənən: yapışdırılan). (yergə: yerə). (çalışmalıyıq, qara ləkə yaxışlara, paylaşlara tuş düşmüyək. yalan yüklü, qalıcı olmasada, oldağa, doğruya axsaqlıq gətirər). (yüklü: payalı. müstənəd). (oldağa: vaqeiyyətə). (doğruya: həqiqətə).

əklənin dərəkin, əklənir biləsin, sağlığın dərəkin, işlənir biləsin!. (əklənin: əklənin: ədəbin) (dərəkin: tutarın. qiymətin).

əkmək əldən, su göldən.

əkmək su dibində qalmaz, suluq odun yanmaz. (suluq: şeh. nəmli). . -{iyiliyi su dibində kəmiş, başında dilə. (dibində: ayağında, altında). (kəmişmək: əkişmək. gəmişmək. gömüşmək. quylamaq)}. (əkməyi suyun tübünə (dibinə) at, betində (üzündə) topla). (əkməyi su tübünqə (dibinə) daşla, su betində (üzündə) gözlə (izlə). (elə iygilik isdə).

əkmək yoxu yamandır, qar qurunu gəmdirir. qadın yoxu yamandır, qart qə. bəni köçtürür. (qəhbə: oruspu).

əkmək yoxu yamandır, qart qurunu gəmdirir, qadın yoxu yamandır, qart qəhbəni köçtürür. (yoxu: olmamazlığı). (köçtürmək: oynatmaq).

əkməkçilər əkər tuxum ərinməz, yalançılar yalan söylər çəkinməz. .

əkməmiş bitməz, dəlməmiş keçməz.

əkməsən əkin dərilməz kəsin.

əkməsən tuxum, tökməsən suyun yapmasan işin nə bərə güdün. (bərə: asın. fahda). (nə bərə güdün: nə hasıl güdürsün).

əkməyən biçməz.

əkməyi su tübünqə (dibinə) daşla, su betində (üzündə) gözlə (izlə). {əkməyi suyun tübünə (dibinə) at, betində (üzündə) topla}. {iyiliyi su dibində kəmiş, başında dilə. (dibində: ayağında, altında). (kəmişmək: əkişmək. gəmişmək. gömüşmək. quylamaq)}. (əkməyi suyun tübünə (dibinə) at, betində (üzündə) topla). (elə iygilik isdə). - əkmək su dibində qalmaz, suluq odun yanmaz. (suluq: şeh. nəmli).

əkməyin əkdiki, urmağı qalsın. (urmağı: biçməyi). (nə əkmiş, nə biçsin).

əksən bitər, sorsan çıxar.

əksən urarsan. (urarsan: oraqlarsan. biçərsən. dəyərsən).

əksik satdın, artıq aldın, kimin qaldı, kimə qaldı.

əksiklərlə otursan yüksəkligin güdülməz.

əksiklərlə otursan yüksəkliyin artınmaz.

əksilməsin dilədik, əksildilər olanlar, olanı sən dərkilə, qalanlarda əksilər. (dərkilə: düşün. fərq ed). (dərkiləmək: ayırıd edmək. fərqinə varmaq).

əl alanı, göz danar.

əl aşlı, göz yaşlı.

əl az olsa iş qalışar, baş çox olsa iş azışar.

əl bəğənər, göz dirənər. (dirənər: bəğənəkdən çəkinər).

əl bir olaq qol qola, arzuları çək yola.

əl bolluğu göz önü, göz darlığı görünməz.

əl çatmayan aş, ya qarın ağrıdar, ya baş.

əl çatmayan buğdadan, əlindəki arpa yeğ. (iyi).

əl çatmayan buğdadan, əlindəki saman yey.

əl çox olsa iş qarışar, baş çox olsa iş azışar.

əl əl ilə, dəgirman yel ilə.

əl əldən ötgündü.

əl ələ su qoyuşar, əllə üz yuvuşar.

əl ələ su qoyuşar, əllə üz yuvuşar. (qoymaq: tökmək).

əl əli tutsun, ayağ ayağı yox.

əl əli yuğar. {kişi kişə yoluğar. (kişə: kişiyə)}. (yoluğar: dərdinə dəgər).

əl əli yuğar. {kişi kişə yoluğar. (kişə: kişiyə)}. (yoluğar: dərdinə dəgər).

əl əli yumadı, əl üzü yumadı, qolu əlsiz qaldı, əli qolsuz qaldı, suyu üzsüz qaldı, üzü susuz qaldı, yaşı külsüz qaldı, külü odsuz qaldı.

əl əlin örtüyüdü.

əl gedirsə cibə, kitab gəlir göz açır, yumuq qalırsa ovuc, olar başa toxmağuc.

əl görsədər, göz görməz. (əl görsətir, göz dözməyir).

əl götürmə götürəllikdən, ağızlar dadıdır, kişiyə bircə qalan, yaxşılığın soy adıdır.

əl hən deyər, göz yox.

əl ilə gözün yarışı: - biri alar, biri salar, biri qalar, biri dalar.

əl iş görər, göz qorxar.

əl işə bas dişə. (gözləyən gözə ağ düşmüş, sərilən tora av). (ağ düşmüş: kor olmuş).

əl işlər, ağız dişlər, qarın çevirər, dığır çevrənər. (dığır: dəgirman. fələk).

əl işləyər üz gülər.

əl işləyib, baş çalışar, ülkər, ülək daşıyar. (ülkər. şans eniştəsi (mələyi) ). (ülək. tanrıdan düşən pay. nəsib. qismət. pay. şans).

əl qatıqsa, ürək yumuşar. (qatıqmaq: qatmaq. qurumaq. sərtinmək).

əl qısarsa, göz qırar (əl yumar, göz tikər). (əlin yumulduğu yerdə, göz sevincindən, yumuğu tikməyə başlar, ta açılmasın, gizli qalsın).

əl qıydı, göz qıymadı.

əl oğurlayır, ürək əsir.

əl oxşasa könül dinər, dil oxşasa tinim dinər. (əl çəkmək könlü toxdadar, söz ruhu dindirər).

əl olut, göz soyut. (olut: müsbət). (soyut: mənfi).

əl ortada, hər yana yaxın. (gündəlik yaşamda əlin önəmi).

əl özünün, cib qonşunun.

əl salanı, göz talar (salmaq: yıxmaq).

əl sınayar, göz qınayar.

əl tox olar, göz ac.

əl toxlar, göz yoxlar (güdər).

əl tutacağına, od tut.

əl tutanı, göz tutmaz.

əl tutanın, əli qopar, od tutanın əli yanar.

əl tutunca od tut. (zəmanət, oddan pis yandırar).

əl tutunca od tut: zəmanət, oddan pis yandırar.

əl tutunca, od tut.

əl var qınıfı kirli, əldə var çınıfı. (çınıf: iç).

əl verənə, göz durmaz. (durmaz: razı olmaz).

əl verəni, göz bilməsin.

əl verəni, göz danar. (əl yiğit olur, göz çiğit). {(yiğit: əlaçıq. əlibol). (çiğit: çinis. əlaçıq, əlibol olmayan. bərk)}. (göz qorxaq olur, qol yılmaz!. (yılmaz: qorxmaz). (əl mərd olur, göz naməd). (ürək qısır, əl utanır). (ürək verməz, əl utanar).

əl verər, göz dartar.

əl verməsə, göz dəğməz (əl görsətməsə, göz vurulmaz). {(əl: barmaq) barmaq göstərməsə, göz dəğməz)}.

əl yığanı, göz görər.

əl yozanı, göz pozar.

əl yumar, göz tikər. (əl qısarsa, göz qırar).

əl zeyrək oli, göz ürkək. (zeyrək: zirək. çevik) (ürkək: qorxaq).

Əl zirəkdir, göz ürkək. (Araz Gunduz).

əlaçıq eşigin açıq qoyar, oğru girməkdən utmaz. (eşigin: qapısın) (utmaz: utanmaz). (hər götverənə (götürü verən: şişirdən. müddəiyə. iddiaçıya) qapı açılmaz). {hər iyilik yerin açmaz (yerində oturmaz)}. (iyilik hərgələ yapılamaz. düşün kimədir, nəyədir). (koramal iyilik, suya su qatmaqdır). (koramal: qanmazlıqla).

əlayağın yapuqsa, geniş evrən dar gəlir. (yapuqsa: bağlısa).

əldə qalmış əğri yay, barağ alar doğru ox. (barağ: mənzil).

əldə malın, qolda gücün, başda usun olursa, düşman dönüb gələr sənə dosd olar, yoxsul olsan qaçar səndәn dəh döşün, yaman çıxar yaxcı qılığ işlərin.

əldə varın olsa belə sərçəcik, avlanmamış almaşılmaz qartala. (almaşılmaz göydə uçan qartala). (almaşılmaz: çalışılmaz. dəğişilməz).

əldəki siqar, asma çönüb asar bir gün.

əldəki, ağızdakı, gözdəki, qulağdakına verilməz!.

əldəkilər dərəkini bilməsən, gələnlərə dərək vermən quşqulu. (gələnlərə: gələcəkdə əldə etdiklərivə). (quşqulu: şəggili. olumsuz).

əldəkilər sevilsin, istəkləriz edilsin, keçmişləriz silinsin, yeni günlə doğgilən.

əldəkinə qıvan artsın. (qıvan: bəğin. sevin).

əldəkinə ürək onsa, baş bildiyin edər. (onsa: razı olsa).

əldən çıxıb ayağa düşmək. (ölçünü qoru, alçalma).

əldən gedmiş ötənin, durma yürün ilərin. (ilərin: iləriyə).

əldən gəlməz iş olmaz, ayağ gedməz yol olmaz.

əldən iş, baxda güc verər.

əldən qaçan balığ, böyük görünür.

Əldən qalan əlli il qalar. (Araz Gunduz).

əldən qalan əlli il qalar. (əl işi yaşamda birinci yeri tutur).

əldən tutulan qutulur, dildən tutulan dürtülür.

əldən tutulan qutulur, dildən tutulan ütülür.

əldən tutur, ayağdan itir.

ələ düşən əkilir, başa gələn çəkilir.

ələ salmaqdansa öz əlivi özün üçün işə sal.

ələ salmaqdansa öz əlivi özün üçün işə tut.

ələkçinin qıl verəni yanında olar.

ələyi ələnib qəlbiri göydən asılıb.

ələyib ələyib kəpəyinə qatmaq. (gördüyü işi poxlamaq, vurub dağıtmaq).

ələyin əliyib gəlbirin asıp. (ələyin: ələdiyin. ələməlisin).

əli açığın, əli dar (qıs) olmaz.

əli bağlı olanı yetən döyər, yetməyən söyər.

əli beldə, dili sözdə. (hər çeşit qulluğa hazır).

əli əğrinin, dili düz olmaz.

əli hamını dolu görür, oğru hamını oğru.

əli ilə götürəmmir, gözü il yeyir.

əli işdə, gözü oynaşda. (işləyibdə, başı başqa nərsə ilə uğraşıq olan).

əli işli olunca, baxtı güclü olsun.

əli işli, baxtı güclü.

əli saxla oyundan, qurdu saxla qoyndan (əl ilən şaka, şuxluq olmaz, qurdla qoyunun oyun olmaz).

əli toxla, gözü yoxla. (əlin dolu olsunda, göz ölçəyin unutma).

əli tutanın, əli qopar, od tutanın əli yanar.

əli uzun olan, kefindən göt qıvırar. (əli yuxarlara çatan, kefindən göt burcudar).

əli yamanın gözü ac, eli yamanın götü qaç. (yaman dünyanı yaxar, doymaz, bir yaramaz topluluqdan, pis cəmiyyətdən uzaq dur).

əlifə dayaq, mimə çomaq deyənlər.

əlifin hicəsı var, gündüzün gecəsi var.

əlim aşa dəğdi, başım daşa. (dəğmək. çatmaq. yetişmək).

əlin canından üzən iyi kötü sayanmaz. {üzgünlərə iyi kötü sayılmaz. (üzgünlərə: umutsuzlara)}. (batan biri saman ilan seçənməz). (dənizə düşən yılana sarılır).

əlin əkəli biçəli olsun. {kimsəyə diləngi olmayasın. (diləngi: möhtac)}. (əlin barlı gəlirli, bərəkətli olsun).

əlin ələ güvən güvənə, gözün yummaz itən itənə.

əlin işdə us başda, bilik qazan yaşlıqda. (yaşlıqda: yaşkən. gənckən).

əlin işdə us başda, bilik qazan yaşlıqda. (yaşlıqda: yaşkən. gənckən).

əlin verər, ayaqın izlər.

əlində olanı sən verdin, ürəyizdəkin o versin.

əlində tutulmayan nərsənin, olma aşıq dəlisi.

əlində yüvən, kəndivə güvən. (yüvən: yürvən. yular. cilov).

əlində yüyən, kəndivə güvən.

əlində yüyən, kəndivə güvən.

əlindəkin biləbilsan, istəkmədən qutlusan.

əlindəkin bilməyən yol üsdəkin tutanmaz.

əlindəkin bıraxıb, alnındakın tutunma. (alnındakın tutunma: baxt, yazı deyilən nərsiyə aldanma).

əlindən yapışıb ayağından dartır.

əlindəykən dəğərlət, ertə qalar gec olur.

əlinlə xəmir ovar, gözü ilə dənə qovar.

əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli.

əlivi qoyma əlin üsdə, oturma dizin üsdə, götün üsdə, tanrıdan gözləmə yardım verər o iş əlivə.

əlivi versən, qoluvu tutar (qapar).

əlivi vuranda dizivə, onda gələrsən özüvə.

əlivin işi, baxtıvın gücü.

əliz işli, ağzız dişli, baxtız güclü.

əlizə barlıq (bərəkət), elizə varlıq.

əllə ayaq tez doyar, gözlə damağ, heç doymaz (doyar: toxlanar. yorular) (damağ: boğaz).

əllə ver, ayaqla izlə.

əllər gəzsin, gözlər yox. gəzəyən (iş görən) əlin olsun, ələ baxan gözün yox.

əlli arxan ola xaqan, sənə yox payı belə qan. (ırqıçlara man olsun). (əlli arxan olsada xan, sənə yox payı belə qan). (keçmişlərin şahısan, indi parça çörək acısan).

əlli ilin eşşəginə, dəyirman yolu göstərir.

əlli sözdən bəlli söz.

əlli yaşdan aşar, canın topraq qoxar. (ölkədən uzadakıların özləmi).

əlli yaşın tək başın, qəm qayğıdır sırdaşın, yalnızlığın at daşın, axdarda tap yoldaşın.

əlli yaşın tək başın, qəm qayğıdır sırdaşın, yalnızlığın at daşın, axdarda tap yoldaşın.

əlllə könlün gizini mən bilə bilməm, əldən gedənin nisgili könlümdə can almış.

əmçə sözün sürüb dünyada, yaman kişi oğru əllər yalın göz. (əmçə: həmməşə. hamıçağ).

əməgə vur, yeməyə dur.

əmək bizdən ola, tarıdan yardım.

əmək bizdən, yaran tarıdan. (əmək bizdən ola tarıdan yardım).

əmək bizdən, yaran tarıdan. (əmək bizdən ola tarıdan yardım).

əmək kişiyə, lələk quşa yaxışır.

əməkdə duz olmasaydı, kimsə dözəmməzdi.

əməklə kişi doğulur, odla qızıl.

əməklə kişi sınanır, od ilə qızıl.

əməksiz gəlir, dərəksiz qalır. (əməksiz: zəhmətsiz). (dərəksiz qalmaq: qədir verilməmək).

əməksiz iş olmaz, duzsuz aş.

əməyi keçənlərə uçun süycüləri yasbarsın. (uçun: cənnət) (süycüləri: şərabları) (yasbarsın: nəsib olsun).

əməyi yengə çəkər, daduğu güveyə düşər. (yengə: muşata). (daduğu: ləzzəti). (güveyə: kürəkənə).

əmik yenğdə qalmaz. (yenğdə: əğində. təndə). (ağrı canda qalmaz).

əmiklə qut birgə doğar, biri onar biri boğar. (əmik: . əmgək. . əmək. zəhmət. mehnət).

ən alçaqlıq, ən yoxuqdan bəklənir.

ən böyük dağ işsizlik, dağ yarılmış iş ilə.

ən böyük ümid, ümüdsüzlük üstündə qurulur.

ən böyük yalan, ən çox inananları utmuş.

ən böyük yalançı olduki, diri ikən ölümnən danışır.

ən çətin işlərdən: - kəndi gücən inanmaq.

ən dəlicə acıdan candan sevənlər olmuş.

ən gobud yanlıq başlamamaq, ən böyük suçluq işsiz qalmaq. (yanlıq: yalhalıq. iştibah).

ən gözəl dosdu durur hər kəsçün kəndi özü.

ən gözəl güzgü dosdun gözü.

ən gözəli məndə deyil, məndəkilər ən gözəl.

ən iyi, ən pis, dil ilə ürək.

ən kötü ana, anadilin danandır.

ən kötü durum, ən kötü seçim. - ya ölüm, ya öldürüm.

ən kötü, ağır yaşamı gizlisi çoxlar yaşarmış. (gizlətmək, kəndi içində, ikinci məni yaratmaqdır. ekkiz yaşam).

ən kötüsün ağır güvəndiyin yaşatır.

ən qaba alçaqlığı, ən yovuqdan görəqıl.

ən qatı yakıt, ''bu son yakıt'' deməkdir. (yakıt: (yanmışlıq). qələt. xəta. iştibah. səhv).

ən qolay güntaylıq, iç durumun, dışarla uyqunutmaqdır. (güntaylıq: xoşbaxlıq).

ən mutlu olmaq üçün, evrənin ən yaxcılarına, gözəllərinə yiyələnmək deyil, evrənin ən yaxcıların göyçəklərin yapmaqdır.

ən sevişli kimsələr, ən iyiyə yox yiyə, ən iyisin yapanlar. ( sevişli: sevincli).

ən tez qızan ürəkdir, ən tez soğuyanda.

ən ucalar ucası, ən ulular uluğu, ən diblərin dərini sığmaz qalmaz ölçüyə. (hər nərsənin sonu var, hər əğinin donu var).

ən uzaq yolu adam, addım addım gedib gələr, ən ağır daşı, su damcı damcı damıb, dələr.

ən uzun dözüm ölümə bitmiş.

ən yaxından bəkləyin, ən gücüzə gedəni.

ən yaxının satılar, özgələrə qatılar, güman edmə özgəyə, güvən olsun kəndivə.

ən yaxının satılar, özgələrə qatılar, güman edmə özgəyə, güvən olsun kəndivə.

ən yaxşı dos odur ki, qarşı durmaya.

əndi başın tutmayan, öz yağında qavrular!. (tutmayan: qormayan). (kişi, özlüyün, özgürlüyün düşünməlidir). (qonşu dadına uman, dadlar içrə, yad qalar).

ənə yaxın səndən ıraq düşürsə, demək ona başqabiri yaklaşıb.

əngəl gülə basılı, əngəl güldən asılı, gül olmasa, əngəl başı qazılı. (başı qazılı: məhkum). (pislər yaxcılrın çotuna (hesabına) yaşırlar).

əngəl ilə tikan, biri yardan, biri güldən (olur).

əngəl ilə tikan, biri yardan, biri güldən (olur).

əngəlləri əngəlləmək geri saxlar gedəni, kəndi yolun, kəndi qolun doğru gedsən irəli.

əngəllərlə boğuşma, dik tut başın doğru yola irəli.

əngəllərlə uruşa, ilgəri yür utuşa. (mane'lərlə vuruşub, iləri yeri zəfərərə sarı).

ənginardan soruşdular, yuvan hardadır, demiş: külək bilər.

ər ağacı gül ağacı, taqsırım var, vur ağacı.

ər altında at olur, qeyrət altında ər olur.

ər altun ilə ölçülməz, ərdəmli baş, dil gərək. (dil: söz. düşüncə).

ər arvad arası ipəkdir, araya girən köpəkdir.

ər arvad savaşı, batı küləyi, axşam düşüncə yatar.

ər arvad savaşı, batığay yeli, gün düşər yatar. (batığay yeli: axşam qalxan batsı yeli). (gün düşər: gün inər. gün batar).

ər arvad şamı danğa dək yana?!. (istək dolular, bıraxıb getdi, edməzəm dedi, edməzin etdi). (dosd, yar sözünə baxan, yolda qalar. kəndivə güvən).

ər arvadın arası, yaz günlərin havası.

ər arvadın savaşı, yaz gününün yağışı.

ər arvadın savışı, yay gününün yağışı. (heç biri çox sürməz).

ər arvadlıq qarıdar, yaman olsa ərarvad.

ər arvadlıq, dillə qıla (telə) bağlıdır.

ər arvatlıq andağı, uymur bu çağ yaşama. (andağı: sözləşməsi. muqaviləsi). (olsunki: bə'zən).

ər aytmaz, aytdı qayıtmaz. (ayıtmaq: demək).

ər aytmaz, aytdı qaytmaz. (aytmaq: demək. söz vermәk).

ər bildiyini, dəyirman döndüyün düşünür.

ər bildiyini, dəyirman döndüyün düşünür.

ər bilimdən qut bulur. (insan elimdən xoşbəxlik, dinclik tapar).

ər çöldə olar, çörəyi evdə.

ər çörəyi, ər qursağında qalmaz.

ər doğan yerini küysər (istər), it doyan yerini.

ər dosdunun tanışı, qadın boydaşının. (boydaşının: yaşam yoldaşının). (kişi dosduna, qadın yoldaşına çəkər).

ər ev yapır, xanım oda.

ər əkməyi, alan (meydan) əkməyi. (ərin qazancı, arvadı üçün tapılan maldır, qolayca işlənir, yeyilir).

ər ərdəmi dosdunan, boydaşı seçən xanımdan.

ər ərə qonaq, tin tənə.

ər əri yoldaşlıqda, ev evi qonşuluqda tanır.

ər qarır ərkdən, xatun qarır görkdən. (ərkdən: gücdən. ixtiyardan). (xatun: qadın. zənən). (görkdən: gözəllikdən).

ər qocalar, könülki yox.

ər qocalsa ərki gedər, diş qocalsa, görki gedər. (ərk: güc. quvvət. (diş: dişi. arvad). (görki: gözəlliyi).

ər nəyin var nədəni bir ucubu, nəmli yer görməsə hardan atacaq pas dəmirin.

ər od olar, arvad su. (- sən ölmüyəsən).

ər oğlu bunğazmaz, it oğlu qolazmaz. (bəniadəm, adəm nəvəsi uzun sürə sıxıntıda qalmaz, it balası büdrəməz). .

ər olursa karvanında yol alır, aldışı böylə gedərmiş dünyanın. (aldışı: adəti).

ər yalağı min, otur yalağı üç. (yalağı: qayışı. təsməsi). (otur: yəhər). (kişini min yolla dilə tutmaq olar).

ər yaşar, ərki gedər, qadın yaşar görki gedər. (yaşar: yaşad olar. yaşlanar. - yaşarmaq: qocalmaq).

ər yaşar, ərki gedər, qadın yaşar görki gedər. (yaşar: yaşd olar. yaşlanar. ( ərki: gücü). ( görki: gözəlliyi).

ər, axar çaydır. arvadisə ona ovsar.

ər, doğan yerin isdər, it doyan yerin. (ər doğan yerini küysər, it doyan yerini).

ər, doğan yerin isdər, it doyan yerin. (ər doğan yerini küysər, it doyan yerini).

ər, əri yoldaşlıqda tanır, ev, evi qonşuluqda tanır.

ər, əri yoldaşlıqda, ev, evi qonşuluqda tanır.

ərarvad var birbirini qocaldar, ərarvad var birbiriylə qocalar.

ərarvadın gizli sözü, çatınca çağ, çalar üzü. (çalar üzü: açılar üzü).

ər-arvadın savaşı, yaz gününün yağışı.

ərdəm aldı, altun dil. (aldı: alnı. yüksəyin. ən yüksəyi. başı) (ərdəm başı, til).

ərdəm başı dil, yardam başı il. (dil: söz). (il: el). (dəğərlərin ən yüksəyi sözdür, kömək diləsən eldir).

ərdəm başı, dildir.

ərdəm istir qorumaq toprağını, bu bacarma hər elin buyruğu dəl. (buyruğu dəl: qisməti deyil).

ərdəmin qolayı yox. (başarılıq, bir işi iyi bilmək heç çağım qolay ələ gəlməz).

ərdəmin var bir qapını açıq tutut, yoxsa navar qapatmağa min qapı.

ərdəmli ol sözün yoxa çıxmasın, yaxşılıqdan yalqu başa çıxmasın, bərk oturub boş yerə söz danışma, qulaq duydu ağzını yum çıxmasın. (yalqu: qanmaz, annamaz) (Araz Təbrizli).

ərdəmli ol sözün yoxa çıxmasın. (ərdəmli: ər dəmli: kişi nəfəsli. kişi sözlü). (yoxa: boşa. puça. puka).

ərdəmsizdən qut çərtilir. (qut: şans). (çərtilir: cayır. qaçır).

ərdən aş, eldən yok. (: keç).

ərdəni dil bilgə sözü yaştuq yola yaxtuq səpər. (ərdəni: ərdənli: tutarlı. qiymətli). (yaştuq yola yaşam, həyat yoluna). (yaxtuq: ışıq).

ərdi üzə ərənər, ərdəm bəyi, bilik dağ. (üzə: ərsiyə) (ərdəm bəyi: ləyaqət kanı). (çıxdı ərsiyə kişilər, ləyaqət kanı, elm dağı).

ərdi verər dərmanını gizlədər, ov bıraxar ovçuya iz izlədər, yaman dünya, yalan dünya.

ərə getmək hasatdır, ər donu tikmək çətin.

ərə qadaş gərək düşman dağıda, ki demişlər yavuz qardaş yağıda. (yavuz: pis. yaramaz) (yağıda: düşman içində. düşmana yaxcıdı).

ərə qılqan yaxşılıq, yerə batmaz. (kişiyə yapılan iyilik, boşuna getməz).

ərə ver atın, elə ver aşın.

ərən ərəklə yaşır, ərən irkəsiz çaşır. (ərəklə: amacla). (irkəsiz: amacsız. mənzilsiz. məqsədsiz).

ərən olan savaş günü kəndi özün itirməz, min munğ çək, bir işini bitirməz. (munğ: qayğı).

ərənləri ayrılmış, ıssız yerində qalmış. (ərənləri: adamları) (ıssız: ürək sıxıcı. təki tənha) (yerində: yurdunda).

ərənlərin nərsəsi yox itirsin, itirmişsə ümidin. (ərənlərin nərsəsi yox: ərənlərə nərsə qalmaz). (ümidin: umacağın. amacın). {amac hər yolun dalqacıdır) (dalqacı: çaxmıqı. mühərriki)}. (kişi üçün durmuş, yaşam seçdiyi diləklə sürür) ). (ərənlərin nərsəsi yox: ərənlərə nərsə qalmaz).

ərənlərin sağı solu olmaz. (bəylər istəkləri kimi yaparlar).

ərgin olan bir im ilə söz qanar. (ərgin: bilgin).

ərgin olan qaşdan anlar (bilər) işini (arif olan işarədən söz qanar).

ərginliyin dəğəri əldə ikən, ağçanın dəğəri cibdə ikən bəllənsin. (ərginliyin: azadlığın).

əri qoy olan qadın, günü gündən yaşınar. (qoy: qoyun. tabe') (yaşınar: gəncləşər. cavanlaşar).

ərigidi ər tanır, qayər yaxşı pisi nə bilsin. (tanır: dəğər verir). (qayər: çaşqın. kor eşşək. nakəs).

ərik irni yağlı, ərməğu başı qanlı. (ərik: çərik. çevik. çalağ). (irni: dodağı). (ərməğu: gəvşək. təmbəl).

ərik verər bildirməz, ərik alar dindirməz, öz aldığın sindirməz, əzib tökər verdiyin. (ərik: ərkə: güc. nifuz. saltanat. səltənət). {dünyanın bəfasızlığı doğru (haqda)}: .

ərik verər bildirməz, ərik alar dindirməz, öz aldığın sindirməz, əzib tökər verdiyin. (ərik: ərkə: güc. nifuz. saltanat. səltənət). {dünyanın bəfasızlığı doğru (haqda)}: .

ərin ağrısın yeynisin at bilir. (ərin ağırlıq, yüngüllüyün at çəkər).

ərin ağrısın, yeynisin at bilir.
- ərin ağırlığın, yüngüllüyün at çəkər.

ərin dodağı yağlı, ərməkün (təmbəlin) başı qanlı.

ərin dodağı yağlı, ərməkün (təmbəlin) başı qanlıq.

ərin sözü bir, otur çəki üç. (otur: yəhər). (çəki: qayışı).

ərin üzü dönüncə yəhərin üzü dönsün. (o deməkdir ki, bir qadından əri soyuyub-üzü dönməkdənsə, yəhərdən, atdan düşüb ölsə daha yaxşıdır) (meriban az).

ərincək örətin uyur, yatıp işsər. (ərinck: təmbəl). (örətin: oratın: dikə duran. ayağ üsdü): təmbəl ayağda yuxlar, yataqda işləmək duyğusunda olur).

ərincək örətin yuxlar, yatıb işlər. (örətin: ayaq üsdü).

ərincəyə iş buyur, qulağ öğütlər duyur. (ərincəyə: təmbələ).

ərincəyin işi bitməz, yaz gəlsədə qışı bitməz (geçməz). (ərinck: təmbəl).

ərincəyin işi bitməz, yaz gəlsədə qışı bitməz.

ərinə görə, bağla başını, qabına görə qaynad aşını.

ərinə görə, bağla başını, qabına görə qaynad aşıvı.

əringən qız ərdən qalar.

əringənə bulut artıq yük gəlir. (artıq: 1. böyük1. belə).

əringənə, əlli qarı bezdən yum olmaz: subaya əlli qarış parçadan, don çıxmaz. (subaydan ev olmaz).

ərinmə başla işə, yorulma çatmaz dişə. (çatmaz dişə: əldə edməmiş).

ərinməsən, usta olarsan.

ərişi yalan olanın hörüşü düz çıxmaz.

əriyəndə ol əridəndə ol, hər nəisən ol özüvünkü ol. (durmuşunda: yaşamnda. həyatında).

ərk qapını verim açar, dərd qapısın, dözüm açar, özgəyə bel bağlayan, şamsız qalıb, əlin açar. (Araz Təbrizli).

ərk satılmazımış, sən satdın bir cüt gözə. (ərk: ixtiyar).

ərkək quş havanı, dişi quş yuvanı güdər.

ərkək ol yaki dişi, kişilik varsa dəğişməzdir işi.

ərkəkdə söz, aşda duz gərəkdi.

ərkəs bir yaşam seçər, seçdiyi yaşamın töləvin ödər.

ərkəyə ürək gərək, qadına dirək.

ərkin əlində olsa, bağlı qapı tapılmaz. (ərkin: gücün. ixtiyarın).

ərkişilər iş üsdə, qaykişilər aş üsdə.

ərköyülü gözün yaş azmaz, qaçan atdan tər azmaz. (ərköyülün gözü yaşı, ağlağan olu, qaçan atdan tər əsgilməz).

ərlə arvad birgələşmiş bir yaşam qurmaq qolay, dəmdaş olmuş qayğudaşlıq, arxadaş qolğay deyil. (qolğay: qolay).

ərlə arvad quruşar, biri calar biri yaxar, böyləliklə evi yıxar! (quruşar: qurşanar. qızar. təhrik olar).

ərlə qadın çəlişdə, oddu saman qatında. (çəlişdə: uyuşmazlıqda). (qatında: yanında).

ərməgiyə (təmbəl), bulut yük olur.

ərməgiyə (təmbələ), bulut yük olur. (ərməgügə, eşik art olur. (təmbələ qapı, dağ beli görünür).

ərməkügə, eşik art olur. (təmbələ qapı, dağ beli görünür).

ərnəgənə iş buyur, işin bitməzin sürür. (ərnəgənə: əringənə. ərincənə. təmbələ).

ərnova bulut yük. (ərnov: gəv. təmbəl).

əroğlu ol elə yaya saçağın, doğru yola əkidiləqıl çevrəvi. (saçağın: süfrəvi) (əkidiləqıl: hidayət ed. tərbiyət ver).

əroğlunu qurtaran gözəllik yox, söz olacaq. (söz, savsal. fəlsəfə analamındadır. örnək-sözlü sözlər. birdə söz: dil anlamındadır. divandan. -erdem başı dil. söz hər nəyin eşidilməz, duyulan, qavranan içidir).

əroğlunu söz pozar. donla daşı suv pozar. (kişi sözündə durduqca dəğərlənər, ''parça, daş'' su altında yeyilib, əriyər, pozular).

ərsək kişi diləyi, dini, dili, topraği. (ərsək: arsaq. kişi sarat. azadə).

ərsək, ərə dəğməz, ivsək evə dəğməz. (oynaş, ərdə qalmaz, tələsən evə çatmaz).

ərsək, ərə dəğməz, ivsək evə dəğməz: oynaş, ərdə qalmaz, tələsən evə çatmaz.

ərsiz arvad, güvənsiz at.

ərsiz qız, sükansız gəmi, oğulsuz arvad, yüyənsiz at.

ərşid olan bir im ilə söz qanar, ərişməyən anlayınca söz yanar. (ərşid: ərşin. ərmiş. ərgit. anlı. arcı. arif. buluc). (ərişməyən: çatışmayan).

əsən yeldən, hürən itdən küsməzlər.

əsən yeldi, titrəyən yapraq. ər ər olsa, saxlayar arvad.

əsən yeli, ösən göyü dananlar, anadilin, doğma isin qananmaz. (ösən: bitən) (doğma isin: təbii hiss, həyəcan).

əsəndə ivik yox. (sağlıq, tələsmə götürməz).

əsəndə ivik yox: sağlıq, tələslik götürməz.

əsər qılmaz söz, ol yerdəki dərd yox, pişməz təndir oluncaq soyuq.

əsər yellər hürər itlər karvan keçər yolunu. (hər işin öz gedişi var).

əsgi ağıza, yeni qaşıq. (alışılmış olanlara sunulan yeni nərsə).

əsgi aldış almaşlığı güc olur. (aldış: adət). (almaşlığı: dəğişməsi).

əsgi bataqlıqda, içməli su aranmaz.

əsgi çamlar, bardaq oldu. (o dövrə keçdi. hər nə dəğişmiş).

əsgi dəğərə minsəydi, bit bazarına ışın yağardı.

əsgi dos, düşman olmaz, calanan su, qaba dolmaz, qırılan cam bütün olmaz, çolax əldə çəlik durmaz. (əsgi düşman dost olmaz, əsgi pambıx bez olmaz. (əsgi düşman, el olmaz). (əsgi düşman, eli pozar, el olmaz).

əsgi dosdu düşman, əsgi yağuvu dos yapınma.

əsgi düşman dost olmaz, əsgi pambıx bez olmaz.

əsgi düşman, el olmaz.

əsgi ilin hesabi, yeni ilin sabağı (dərsi).

əsgi ilin sorağı, yeni ilin sabağı. (sorağı: öğrətisi). (sabağı: dərsi. ibrəti).

əsgi yenini saxlar.

əsgi yoldan əsgi dosdan ayrılma.

əsgi yollar yeni qapı açmamış.

əsgi yollar yeni qapı açmamış.

əsgi, yamağ götürməz.

əsgi, yenini saxlar.

əsginməyən torba yox, tükənməyən dağar yox. (dağar: mal). (torba yoxdur əsgiməz, dağar yoxdur tükənməz).

əsginməyən torba yox, tükənməyən dağar yox. (dağar: mal). (torba yoxdur əsgiməz, dağar yoxdur tükənməz).

əsginməyən torba, tükənməyən mal olmaz.

əsgisi olmayanın, yenisi olmaz.

əsgisin arıd, əsgisin saxla.

əsil aynamaz, aynasada çürüməz.

əsil ilə daşı daş, bədәsillə yemə aş.

əsil itməz, yağ iylənməz.

əsirgənmə keçən günlərivin nə olduğuna, güvənginən bu gün əlində olduğuna.

əsirsə yel oxşasun saçun, yağsa yağış sulasun bağun, çevrə bərin dos tanış dolu, daş əzsin başun hardasa yağun. (yağun: düşmanın).

əsiyə baxıb, yelə qapınıb, (əsiyə baxıb: əsməyə baxıb).

əskiləri boğulmadan yeniləri doğulmaz, yaşam yaşıl, saralmışsa onulmaz. (onulmaz: dirsəlməz. yolda durmaz).

əskinməyən torba, tükənməyən mal olmaz.

əslək olan, bəslək olur. {yuşaq (yumşaq) olan yardım görür, onu bəsləyən çox olur}.

əslək olda, dişlək olma. {yuşaq (yumşaq) ol, qapağan olma}.

əsləyən, dişləməz. (yumşaq olan, başqaların incitməz).

əsməyə baxıb, yelə qapınıb. (əsiyə baxıb, yelə qapınıb).

əsməyincə yel, urlamaz orman.

əsridən içməmişin, qanda durur yar, degən. (içməmiş keflədən yar hardadır, deginən).

əsrik uşaq içindəki dilində. (əsrik: kefli).

əsrik üsrük tanrıya, başla işi yadına. (tanrı eşqinə, işivi başla onu adına).

əsrük keçi, qurd evin arar!. (əsrük keçi, qurd evin sorar!). (əsrük: kefli. sərxoş) (kefli keçi, qurda boy deyər).

əsrük suyun içərsin, toz dumana dönərsin, bilgə sözün duymasan, uzun sürməz çaşarsın.

əsrük vurulmadan yıxılar. (əsrük: kefli).

əsrükün dilində olan, ağıllının başındadır. (əsrük: kefli).

əsrüyə sayıqlamaq, ayqıra çul yırtmaq man deyil. (ayqır: güclü ərkək at).

əş aldıq, iş çıxdı.

əşib eşmiş, gəzib görmüş, sınıb qırmış.

əşin olsun yolda yoldaşın, evdə sırdaşın.

əşin olur düşərə. (düşərə: raslaşa). (heç kim düşünüb sevgisin seçmir).

əşköküz axsa qanı bir barmağın, başqa sınlarda belə durmaz durar. (sınlarda: sınğlarda. üzvlərdə) (əşköküz: həməslik). (durmaz durar: qərar qalmaz).

əşlər ara dil dursa, könülləri dinc alır. (dil: söz) (sevgilər (ər arvad, qız oğlan) arsında söğüş dalaş yerinə ökdəlik (mə'qulluq) dil, söz üstəlik sürsə, iş sonu gəlirsədə könülləri dinclikdən qalmaz).

ət ətə dəğər, sümük sümükdən qaçar. (ağız ağıza verilmiş, diş dişə verilməz). (olamaz, görünməmiş iş).

ət qanlı, iğid canlı gərək. (ət çox pişmədən yeyilməli, gənc isə çabalı olmalı).

ət qanlı, iyid canlı olmalı.

ət qanlı, iyid canlı olmalı.

ət mət varıdı, duz istiyot çatmırdı.

ət olan yerdən, it getməz.

ət sümüyə çəkər, kişilik suyuna (xuyuna) çəkər.

ət yeməgən quş, olmaz. (yırtıcı quşun yemi ətdir). (oldağ (vaqeiyyət) danılamaz).

ət yeyən quş dimdiyindən tanınar.

ət yeyən quşun dimdiyi əğri olar, pox yeyən qaşığı belində.

ət yiyən quşun dimdiyi əğri olar, pox yiyənin qaşığı belində. {hər gərəyin gərəci var. hər işi özləşmiş aracı olur. (gərəci: özəl ayqıtı, aləti)}.

ətacı axdarmazlar, ras gələr.

ətacıdan ıraq ol, kötü birlə yaşama!. çevrəndə dəh düşün oynar, qapında qazanın qaynar, için yanar, gözün oynar. (dəh tuşun: dənğ tuşun: qohum əqrəban). (pis yoldaş, boydaşla heç türə barışıq, dinclik olamaz).

ətacısın alınca, subay otur, ölüncə.

ətəkinğ götüvə yetməsin!. (iyilik üzü görməsin!).

ətəkli, ötəkli. (1. qadın sözü keçərli olur. 1. ətəkli, örtəkli. ətəklinin, donlunun (qadının) həmməşə gizlisi olur).

əti acı adamı axdarmazlar, ras gələr.

əti büzütün şorbası düzün çıxmaz. (büzütün: həramın). (düzün: duzun. dadlı. həlal).

əti ətdən kəsərlər, uman yerdən küsərlər.

əti nə budu nə?. -yoluğda nə var yaluğa versin.

ətin gücü, çəlik dələr. (ətin gücün, çəlik bilməz). .

ətin gücün, çəlik bilməz. (ətin gücü, çəlik dələr). .

ətin olsun, çölmək tapılar. (bu söz kişini, ilkin, hər nəyin içi, özəyi, amacı üzrə düşünməyə çağrır).

ətin pişsə tiltəsi, günün keçsə ertəsi (var). (tiltəsi: çörək doğramalı syuy).

ətin yemiş, sümüyünə dayanmış.

ətin yeyir, sümügünə göz tikir.

ətlə dırnaq ayrılmaz, iyi yavlaq ayrılsın.

ətlə dırnaq ayrılmaz, iyi yavlaq ayrılsın. (iyi yavlaq: yaxcı pis).

ətlə sözün çiği, yeyilməz.

ətləs əsgilsə belə patava çıxmaz. (patava: cında). (sür duramı, dəvamı olmayan nərsə).

ətliyə sütlüyə qarışmamaq. (soru çıxacaq işlərdən uzaq durmaq. öz keçimində, halında olmaq).

ətsiz boş, gəlinsiz toy olmaz. (boş: aş türü).

ətsiz olsun, atsız yox, adsız olsun, dadsız yox.

əvrən (dünya) qızıl güldür, qoxla ver yoldaşuva.

əy! qanuna ər isən, əyəmməsən, ərirsən.

əylənməz ötür evrilir. (durmadan zaman dəğişir).

əyri ağaca yayım demə, hər görənə yarım demə (dayım demə).

əyri ağaca yayım, hər görənə dayım demə.

əyri ağız bəy olsa, yalan sözü düz çıxar.

əyri azar doğru uzar demişlər, tam tərsinə, üzüldü doğru, uzaldı oğru.

əyri basılar, doğrusu çıxar.

əyri duvar tez yıxılar.

əyri olsan yay təki, əldə dutulursan, doğru olsan oxq təkin fırladıp atılırsan. (Kordus).

əyridə tox, doğruda ac görmədim.

əyrisinə baxan, tüsdünün düzündən qalar.

əzəli düşman, el olmaz, ətəgi kəssən dar olmaz.

əziləbildiyin dərək əzərlər, dəğər verdiyin dərәk dəğərlərlər.

əziziyəm dil açar, bərk toprağı bel açar, toprak sənin dil başqa, körpə dilin kim açar.

əziziyəm dilim dilim, kəs qarpızı dilim dilim, əlçəkmərəm dilimdən, kəssən dilim, dilim dilim.

əziziyəm qardaşıdı, oğlumunan qardaşıdı, mənləndə qardaşıdı, bəs bu necə qardaşıdı. (''qar daşımaq'').

əzraillə çəlik ağac oynayır.

əzrayil vurar pəncə, baxmaz qocaya, gəncə.

əzrayil, axşaq heyvan kimidir, hər qapıda dayanır.

fala inanan, suya dayanan, nəyimə (skimə) dönər.

fala inanma, suya dayanma.

fala inanma, suya dayanma. (fala inanma, falsızda qalma).

fala uyan, fala düşər.

faydalı yerə qaça - qaça get, zərərli yerdən qopa - qopa qaç.

faydalı yerə qaça qaça get, zərərli yerdən qopa qopa qaç.

Fazlalık (artık) mal göz çıkarmaz. Fazlalık diy elimizden çıkarmaya çalıştığımız mal gün gelir işimize yarar. Gereksiz olmadığı anlaşılmış olar. İstihza ile elinde aynı maldan olduğu halde bedavadan geldiği için istemem mal bendede var demiyenler için de kullanılır. (Bayram Özdemir).

Felek kimine kavun yedirir, kimine (acı) kelek. Kelek, kavunun olgunlaşmamış hali. Bu dünyada bazı insanların işleri düzgün gider rahat yaşar. Bazı insanlarda ne yaparsa yapsın işleri düzgün getmez başarılı olamaz. (Bayram Özdemir).

fələkin belə işləri çox, qaplanı ac gəzdirir, tülkünü tox.

fələkin işinə bax, birinə qismət, birinə nisbət verir.

fəlsəfə inancdan asılı olmayaraq, soyut bir bilgilər verməkdədir, inanclar somut.

fəlsəfə oxuyan filosof olmur, düğünü yozan, yaşamı yoran faylasof olur. filosof.

fəlsəfə sorquyla başlır, sorağla sürür. (sorquyla: sualla) (sorağla: yanıtla. cəvabla).

FƏLSƏFƏ yolu kitabdan öğrəşilir, TƏMƏL FƏLSƏFƏ yaşamdan bilgilənir!.

fəlsəfə, öğrəşmə, bilmə konusu deyil, yaşam yoludur.

fəlsəfə, yaşamı kəndi qafasına uyqulamadır.

fikir dili basar, dildə gücü.

fil azacıq doğur, doğanda balası fil olur.

fil kimi ağır ol, bars kimi sıçraq.

filçini, fil basar, ovsunçunu, ilan çalar.

Fincancı katırını ürküten dayak yer. Fincancı, kervanla ticaret yapılan zamanlarda, kırılabilen değerli malları alıp satan, tüccar, tacir. Bir ülkede kurulu düzene karşı baş kaldıran, kurulu düzene çomak sokan cezsını ağır öder. (Bayram Özdemir).

fırlanar cıvar, kiminə yemək bitidi kiminə əmək. (cıvar: dünya).

fırlanır tərsəsinə bax devranımız, su götürmək yerinə suv tökülür güv quyuya. (güv: yağış suyu yığışan çuxur).

Fukaranın ahı, tahtdan indirir şahı. Fakir, muhtaç kişilere yapılan kötülüğün karşılıksız kalmayacağı muhakkak bir gün cezasının çekileceğini belirtir. (Bayram Özdemir).

Fukaranın tavuğu tek tek yumurtlar. Zengin ve fakire eşit imkanlar sunulsa bile zengin çok kazanır. Fakir az kazanır. Şans, kısmet yoksula pek gülmez. (Bayram Özdemir).

fürsət yelə bənzər, onu keçərkən tutmalı.

Gafile kelam, nafile kelam, Gaflet içinde olan kişi söz dinlemez. Ona boş yere bir şeyler anlatıp kendinizi yormayın. (Bayram Özdemir).

gah sözündə seviş, gözündə söyüş, gah sözündə söyüş, gözündə seviş. biləməm gözə biləməm sözə inanım. (söyüş: nifrət).

gahdan olur yol səni bulur, gahda olur sən yolu.

gahdan tovaçlıq seçdiklərin deyil, boşverdiklərindir. (tovaçlıq: tovçalıq: tovğaclıq: cürət. cəsarətlilik. baturluq. bağraqulluq). (boşverdiklərindir: vaz geçdiklərindir).

gahdan tovaçlıq seçdiklərin deyil, boşverdiklərindir. (tovaçlıq: tovçalıq: tovğaclıq: cürət. cəsarətlilik. baturluq. bağraqulluq). (boşverdiklərindir: vaz geçdiklərindir).


Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin