Atalar deyir atalarsöZÜ Işləyən Bey Hadi 20 200. S ebced Turuz-Tebriz



Yüklə 4,91 Mb.
səhifə22/48
tarix06.02.2017
ölçüsü4,91 Mb.
#7807
1   ...   18   19   20   21   22   23   24   25   ...   48

Elçiye zeval olmaz. Eli kişiler veya devletler arasın da aracılık yaparlar. Neyle emredildiyse onu söylerler. Söylenmesi emredilen sözlerden emreden sorumludur, Elçi sorumlu değildir. Elçi bu sözlerden dolayı cezalandırılamaz. (Bayram Özdemir).


eldə düzər, el pozar, qulaq duyar göz görməz. (tapmaca). (söz).

eldən atılmış, külsıra qalmış. (külsıra: külbaşlı. kimliyi alçalmış).

eldən atılmış, külsıra qalmışlar. (külsıra: külbaşlı. kimliyi alçalmış).

eldən ayrı düşəni qur yeyər.

eldən bəfa, ağıdan şəfa umma.

eldən gəlsə məlamət, qalanmazsan səlamət.

eldən qalan dil olsun, seldən qalan iz olsun. oddan qalan kül olsun.

eldən uman, gorunda bulur. (el: yad. özgə).

eldən yaxşı sözün, gülər üzün, açıq könlün qısqanma. (eldənğ yaxşı sözünğ, gülər üzünğ, açıq könlünğ qısqanma).

elə ağac yoxdur ki, üstündə qarqa oturmasın.

elə bağlılıq, kişioğluna güc verirdə, qut verir.

elə batmışıq çilə, bilmirik nədir çillə. (çilə: dərdə).

elə dədə belə gədə, elə eşşək, belə köşşək.

elə fırıldaq gəlib ki, fırlana fırlana qalmışıq.

elə günə düşüb ki burnun ucu titrəyir.

elə iygilik isdə. {iyiliyi su dibində kəmiş, başında dilə. (dibində: ayağında, altında). (kəmişmək: əkişmək. gəmişmək. gömüşmək. quylamaq)}. (əkməyi suyun tübünə (dibinə) at, betində (üzündə) topla). (əkməyi su tübünqə (dibinə) daşla, su betində (üzündə) gözlə (izlə). - əkmək su dibində qalmaz, suluq odun yanmaz. (suluq: şeh. nəmli).

elə sınmış qanadım uçamağ artıq tov yox, nə bileydim yadav ölkə qonağun doğçalamaz. (doğçalamaz: doğma saymaz).

elə uğramaz 'nəyə' yaramaz. (elinin yarasına yarımayan, kimə yarıdı).

elə uydum evim tozdu, evə uydum elim. (tozdu: dağıldı). {el (xalq, özgə) ağzına baxıb ev saxlanılmaz, evdəkilərin açısıyla kəndi kimliyin doğulmaz}. {ikinci anlam. evin (xanımın) sözü ilə eli, dosdu qoruyanmazsan}.

elə ver aşın sıylasın başın.

elə verir dalqımı, kendi yutar salxımı. (dalqım: üzüm püsgülü).

elə verir təlqini, kəndi utur salxımı.

Elə yaxşılıq elə, sağ əlinin verdiyini sol əlin bilməsin. (Araz Gunduz).

elə yanan kül, ağlayan kor olmuş. (elə: özgəyə. yada).

elədə qalmaz. -at gedibdə qalırsa qatır, dünya sürər sona çatmaz.

eli gəzən, el tanır, yolu gəzən, yol tanır.

elik, kişilərin bir tin təməllərinə gərəklərinə dayanaraq bir topluma çevrilməsidir. (elik: millət). (tin təməllərinə: ruh əsaslarına).

elim günüm gülməsə, ayım günüm doğmasın.

elim günüm olmasa, ayım günüm doğmasın. (birinin elinə yurduna bağlılığın ötgəzir). (ötgəzir: yetirir. müntəqil elir) i.

elimizin çıxarı olar saxlar, çıxarı olmaz qoşular giclərlə sürünər, köləlik yaşın sürər.

elin ağzı torba deyil ki büzəsən.

elin ağzı yığılmaz, çəlik ağzı boğulmaz. (çəlik: dol. dolça).

elin atan, başı, daşdı, dilin satan, qırdıqaçdı!. (qırdıqaç: satqın. saltasız).

elin birlə birgə olub yaşarsan, iyi işlə könüllərə daşarsan.

elin çoxluğuna güvənmə, birliyindən al güvən.

elin danmış, 'yolun azmış' demişlər.

elin dərdin çırpda daşa, elində! ol ağrıdaşı (dərddaşı).

elin düşsə çoğun eşinə, nərsə qılın, yaran işinə. (çoğun eşinə: fələk kələyinə).

elin gümən, puluna qıyar. (gümmək: sevmək. sevib gözləmək).

elin kəllə başı olursa, başı yolsuz, yolu başsız sürünməz.

elin kəllə başı olursa, başı yolsuz, yolu başsız sürünməz.

elin oğlu oxur atomu bulur, bizimkilər oxur, elini bölür. (elin: yadın. özgələrin).

elin sevən özün sılar. (sılar: hörmət qoyar).

elin söğən atadan min, anadan on olur.

elin söyən çöldə qalar, tüm qaranı üzdə yığar. (söyən: nifrət edən).

elin sözu evə sığmaz. . (eşik, toplum soruları, sözü evdə çözülməz, konuşulmaz).

elin varında gözün qalsın. (çox üzgün, yoxsul düşəsin). (qarqış).

elindən ısrıq, özündən üzrük, savından dönrük: eldən qovulmuş, sevikdən (eşqdən) üzülmüş, əhdindən dönmüş.

Eline, diline ve beline sahip ol. Hacıbektaşı Veli hazretleri. (Bayram Özdemir).

Eline arxalanan iğidin arxası yere gelmez. (Kordus).

elinə ağlayan qalmır, elindən yazan qalır.

elinə gümən, malına qıyar. (elinə gümən: elinə güvənən, elindən görən, güdən. elindən gümanı olan). (qıyar: imsak edməz).

elinə yaman tapmaz aman. {elin sevməyən güvəş itirir). (güvəş: e'timad bi nəfs)}.

elini sayan, dilini danmaz, dilini danan, atasın anmaz! (anmaz: xatırlamaz, xətir saxlamaz).

Elini ürküt, axsağında yapış. (Evlənmək istəyənlər üçün deyərlər). (Ara Gündüz).

elinlə olsun toyun bayramın, görən desin doğan elin var olsun.

elizə günüzə qutluq!.

ellər ara il bolsun. (il: yil. ilik. yilik. (rabitə). barış).

ellər köçər, dağlar qalar.

ellər qısqaşda qalmayınca heç nəyi dəğişməz. (qısqaşda: məcburluqda. zərurətdə).

ellərin tini dilində yatır, ellər ölür dilləri qalır. (tini: ruhu).

elsiz kişi, gölsüz balığ.

elsiz qalan uca dağlar başından, ağac itər, yollar gedər iz qalmaz. (hər yurdun dəyərin yaşaycıları verir).

Emmim dayım kesem, elimi soksam yesem. Akrabalarının verdiği ile rahat bir hayat olmaz, Karşı karşıya galırsanız başınıza kakarlar. En iyisi kendin kazan minnet etmeden de harca. (Bayram Özdemir).

endirməyin (qazanmağın) bilməyən, qaldırmağın nə bilir.

Engin daldan dut yemem, G. te yaxın yerden et yemem. (Anamın sözü). (Kordus).

enik küçük qurd basar. (enik küçük qurd təpər). (tula qurda atılar. tula, qodukluğuna görə (kudəkliyinə görə) qurdu enmək istər. niyə çünkü qoduğdur (kudəkdir), qanmır ki, qurddan əmi çıxmaz).

enik küçük qurda təp (bərk) təpilər.

enik qaldıq, minik geçdi.

Er ek, geç ek, tava ek. İster erken, ister biraz zaman geçince ek, tohumu, toprak nemliyken ek ki tohum çimlenip çıkabilsin. (Bayram Özdemir).

erçək acı isə, yalan ağudur.

ergən (özgə) gözlə qız alma, gecə gözlə bez alma. (gözlə: gözilə).

erken kalkan yol alır, erken evlenen döl alır. erken kalkan işlerini çabucak yapar amacına ulaşır. erken evlenen de genç yaşda çoluk çocuğa garışır, mürüvetlerini görür. (özdemir).

erkək dişi hamaşmaz, çaqqal tülkü oxuşmaz! (oxuşmaz: tutuşmaz). (hamaşmaz: dəngişməz. təngişməz. üst üsdə düşməz). (erkəklə dişi kəndi özəl baxışları var evrənə, çevrəyə).

erkək ev yapır, qadın oda. (yuvanı dişi quş yapar).

erkək əlin saxlasın, qadın dilin qorusun!.

erkək yoldaşdan bəllər, xanım boydaşdan. (boydaşdan: yaşam yoldaşından).

erkəklə kəl əş tutulmaz. (əş tutulmaz: aynı tutulmaz).

erkəklər boş tutdular, dişilər bərkitdilər, evdən xoşluq, gündən quşluq uçar oldu. (bərkitdilər: bərk tutdular). (gün quşluğu: günün doğan çağından öğləyə qalmış sürə. günün ən çalğın, mut, umut dolu çağı).

erkəklər sevəndə sağır, dişilər sevəndə kor olurlar.

erkən qalxan yol almış, bilib əkən tox qalmış.

erkən qalxan, erkən çatar evinə.

erkən qalxan, erkən çatar.

erkən onğmayan, gec onğmaz, gec onğmayan, heç onğmaz. (erkən düzəlmiyən, gec düzəlməz, gec düzəlmiyən, heç düzəlməz).

erməni hər poxundan əl çəksədə, dığalığından əl çəkməz. (dığalıq: gədəlik).

erməniyə bir otralıq yer versən, orda yatar. (yatar: yerin salar).

ertə qanmayan gec qanmaz, gec qanmayan, heç qanmaz.

ertə namaz gec namaz, ağılda qoyun qalmaz.

ertələb gecə ağlayu, yırtalab bağır dağlayu, qalmazda yağ ürəkdə, qan damarda çağlayu.

ertələmə gün işin, işi bitirdə şişin. (ertələmə: yarına qoyma) (bağlaqılan gün yeşin, ertələmə gün işin). (yeşin: yeşigin. yükün).

ertəyə qalan arxaya qalar.

ertəyə qalan bəladan qorxma. (ertəyə: sabaha. yarına).

ertəyə qalan, arxaya qalar.

ertin çıxsa yoluna, qarşılayar gün onu, gecin girsə yoluna, qarşı tutar tün onu.

ertiriin başlasa iyi, gün qalanı yağ üsdə. (ertiriin: sabahın).

ertirki quyruqdan, bu günki öpgən yeğ. (ertirki: yarınkı. sabahkı). (öpgən: ağ ciyər).

esinə yığan əsgi üsgünü, yorqun qalar düşünməyə, için boş, beyin yüngül ola, iri atdımla yarınları döğünməyə. (esinə: xatirinə. yaddaşına) (yarınları döğünməyə: sabahları atdımlamağa).

eski aldışı qayuq çoğunun, oğrunu qoysun, doğrunu tuşsun. (tuşsun: tutsun). (qayuq çoğunun: qəhbə, namət fələyin).

eskidən böylə, dəğirman dönər, təvrəgin öğər. (təvrəgin: girdə daşın). (öğər: övər. oğar).

Esmere al bağla karşına geç ağla, Esmer, gara, Kara yağız kişilere al elbise yakışmaz. (Bayram Özdemir).

eşdib ata ananın, savlarını qoyurma.

eşdiyin quyuya düşəsi. (öz oyunuva gələsən. kəndi kələyivə gələsən).

Eşeğe altın semer de vursalar eşek, yine eşektir. Değersiz insanlara makam, unvanda versen. en güzel elbiseler de giydirsen. Bayağı ve adilikten kurtulamaz. (Bayram Özdemir).

Eşek eşeği öndücüyle kaşır. Öndüç, karşılık. Çıkarcı insanlar karşılıksız hiçbir şey yapmazlar. (Bayram Özdemir).

Eşek hoşaftan ne anlar, suyunu içer denesini bırakır. Bilgisiz ve görgüsüz kimse, ince güzel işlerin verdiği zevki, tadı anlayamaz. (Bayram Özdemir).

eşə eşə topraq gəlişər, söyləyə söyləyə söz.

eşə eşə topraq ürər (gəlişər), söyləyə söyləyə söz. (eşə eşə topraq gəlişər, söyləyə söyləyə söz).

eşək ata demişki: yoxuşda sən məni güd, enişdə mən səni küdərəm.

eşək bir kərəm yıxılan yerdən, ikinci kərəm keçməmiş.

eşək bulsan palan ol, palan bulsan eşək yox.

eşək gülü iyləməz, yeyər.

eşək gülü iyləməz, yeyər.

eşək işsiz qalmaz.

eşək minənin ayağı, iki arvadlının qulağı dinməz.

eşək olan çulun tapmış. (çoxun işlər qarşına qarşın yapılır).

eşək olsa, palan tapılar, isti təndir, unun olsa, çörək yapılar.

eşək öldü palan qaldı, doğru köçdü yalan qaldı.

eşək öldü palan qaldı, doğru köçdü yalan qaldı.

eşək səmirsə yiyəsin təpər.

eşək səmirsə yiyəsin təpər. (yedir yetimi siksin götüvü).

eşək tanımaz alşaq, at bilməz. (alşaq: alçaq. əsgik).

eşək üsdə yüküm yox, aşırsında qayğım yox.

eşəkin quyruğu kimi nə uzar, nə qısar (qısanar).

eşəklə eşək gərək. {eşək: (< eşmək). eşici. tovlaq. kələkçi. hoqqaçı)}. yaman ilə yaman gərək, eşşəkliyə saman gərək. kopoyoğlu ilə kopoyoğluluq gərək).

eşəklə evlənən yükündə çəkir, ununda daşır. (eşəklə evlənən: eşşəkdə oturan).

eşən əkdi, əkən dərdi!.

eşəyə quyruq, öküzə buynuz, ağır olmaz.

eşəyyin quruğu kimi nə uzar, nə qısanar.

eşidən dəh gələmir gözlə görən qarşında.

eşidən görənə xəbər verir.

eşidən görənə sav salır (xəbər verir).

eşidən qulağ, baş ağrıtmaz! (bu kişini, qulağı işə tutmağı, qulaqdan iş çəkməyi öğrədir).

eşidən qulağda suç yox.

eşidən qulaq bir asılsa, deyən dil, min asılmış.

eşidənə bir söz keçər, eşitməzə mini neylər. (dinlər qulaq bir söz ilə yol tapar, dinləməzsə min söz belə boş çalar).

eşik açıq olsada, sorab gir. (eşik: qapı).

eşik qar, içəri dar.

eşik sözü evə girsə ev yıxar. (demək ev yatağında eşik sözləri, siysət qulan danışlmaz) (qulan: filan).

eşikdən çıxar, deşikdən girər. (eşikdən: qapıdan).

eşikli ipə tutulma, tutduğun ipi eş. (yaşamda yol çığırlardan, kəndi yoluvu eş, toxu, qur).

eşiksiz qalan baş, işsiz qalmaz. (eşiksiz: (< eşmək). məşquliyyətsiz).

eşiksiz qalma, bitli mal alma. (eşiksiz: (< eşmək). məşquliyyətsiz).

eşili dünya tərsə fırlanır. (eşili: tovlaq. tovlu. kələkçi).

eşinmədən işənmə. (quşqulanmadan inanma).

eşit qıl dosdu yarı təklik olmaz əşimiz, tikə ağır çətin olsa işimiz, bir bir qırar qoymaz qala dişimiz.

eşitdiyin hər nəyi çiğinə aldın, gördün gedir sola, onqura sandın, tək deyilsin, gənclər səntay, günü gəlsində, qarır, yanlışlığın qanır. (çiğinə almaq: ciddiyə tutmaq). (qanır: düşünür). (qulağın duyduğunu ciddiyə tutdun, əğri getdiyini gördün, ama dedin olasun (inşallah, bəlkə) doğrudur, bu düşüncədə səndə tək deyilsin, taydaşların, gənclərə taysan, yaşayıb qocalırsın, yanlışığın anlarsan).

eşitmək olmamış görməkdən irdək. (irdək: irəli. əfzəl).

eşitmək, öğrətir, görmək, biltirir!. (öğrətmək: tansıtmaq. öğrəti, teori olaraq bildirmək). (görmək: 1. gözlə tanımaq. 2. qılmaq. çalışmaq). (bildirmək: qandırıb iç eləmək).

eşitməsə söz qulaq, başı olar kor ulaq.

eşq ağladır, dəd söylədir.

eşq çiçəgə bənzər, ən gözəli günündə ölər.

eşq kiçik böyük tanımaz.

eşq kimin batırır, kiminə yatır, kimin bulatır.

eşq köləlik deyil.

eşq kölgəli yoxluqdur.

eşq küçük büyük tanımaz.

eşq mal deyir satıla, mallara qatıla, bir ''maldan'' alına, ''öküzə'' satıla.

eşq oddur əllə tutulmaz, dönər daşa utulmaz.

eşq olan yerdə biliklər qapısı bağlı durur.

eşq olan yerdən uzaq durmaz çilə. (çilə: dərd).

eşq olmasa canlar ilə devran sürə bilməz.

eşq olsa nələr çəkilmir.

eşq olsun bacardığı kimi yox, istədiyi kimi yaşayana.

eşq olsun bacardığı kimi yox, istədiyi kimi yaşayana.

eşq olsun qananlara, inanmayan yalanlara.

eşq oyunçaqdır alan çox, itirən yox!.

eşq var tapar səni, eşq var yapar səni. (yapar: düzəldər. yüksəldər).

eşqdir dəngə verir hər yaşama, eşqsiz dəngə bulanmaz bulğan. (dəngə bulanmaz: dinc bulanmaz).

eşqə dolan dirilər, eşqə doyan ölülər.

eşqə gürəş olmaz, eşqilə gürəşmək olur.

eşqi nisgillə yaşa, nisgili eşqin ilə yok.

eşqi nisgillə yaşa, nisgili yaşatma bırak. (bırak: ama).

eşqi ölümsüz bilənlərdən, çevrəmi ömürlük sevənlərdənim.

eşqi, sevgini yaşamaq gərək. (sevgi keçmişdə qalmaz, sevgiyə keçmiş yaramaz).

eşqilə mən yaşaram nisgilivi, əkərəm sevgi otun, tikən boğub çiçək doğar.

eşqin donuğun görüb, eşqin dönüyün görməyib. (eşqin donuğun görmək: eşqə tutulmaq). (dönüyün: xəyanətin. tərs üzün).

eşqin gözü kor olur, qulağı kar.

eşqin gözü kor olur, qulağı kar. (eşqin, gözü yox görə, qulağı yox eşidə).

eşqin kiçik böyügü yok.

eşqin tərs uvandı olmaz, qırığ qalmaz, üzük durmaz. gedəni boşver, qalanı xoş ver.

eşqlə sevgi yeri almaşılmasın. (almaşılmasın: dəğişik salınmasın).

eşqsiz can, gövdəsi cansız durur.

eşqsiz yaşam könül istəməz, aşiq olan ağıl götüməz.

eşqsiz, can gövdəsi, cansız durur.

eşşəgə min ata çatınca, ata min baxta çatınca, baxtıvı tut sinə yatınca. (sinə: gora) (hər nəyin sonu var).

eşşəgivi bağla, sonra allaha ısmarla (: tappışır).

eşşəgivi bağla, sonra tanrıya (allaha) ısmarla.

eşşək adam öz başını düşünər, yaxcı adam yoldaşını.

eşşək atla yarışmış, quyruq, qulax qarışmış.

eşşək başı ağırlıq götürməz. (ağırlıq: hörmət).

eşşək bilməz tutarı nə arpanın. (tutarı: qiyməti).

eşşək demə özgüyə, eşşək odur qanmıya, qulaq duya anğmıya. (anğmıya: anlamıya).

eşşək görməyən, keçinin zırtlamasın toy bilər.

Eşşək hara, döşək hara? (Ara Gündüz).

eşşək qaçdı, ip uzandı.

eşşək qəşov götürməz. (eşşək nə bilir qəşov nədir). (at qəşovlanar eşşək yok).

Eşşək nə bilir zəfəran nədir? (Ara Gündüz).

eşşək nə düşünür, eşşəkçi nəyə.

eşşək nə eşşək, tükü məxmər, incə kəmər, üzü qəmər, yerişi at, üstündə yat, belinə min, evinə çat.

eşşək o eşşəkdi, palanı dəyişsə də. (geyimlə iç dəyişməz).

eşşək oğrusu varki sofuluk satır, haqdan gələn səsi bəyənmir.

eşşək olan öz başını düşünər, yaxcı olan yoldaşını.

eşşək olsan palan tapılar.

eşşək palansız, göt siksiz qalmaz.

eşşək sığalanmaz, sığır silkəniş bilməz.

eşşək üsdə yüküm yox, dağdan uçsa qorxum yox.

eşşək yeddi çeşit üzmək bilsədə, suyu görən kimi, tümün (hamısın) unudar.

eşşək yügürər, at küyər.

eşşək, atla yarışmış, quyruq, qulax qarışmış.

eşşəkçi eşşəyə baxar, qonağçı, qonağa.

eşşəkliyi bəs deyir, dəvəni yədəkliyir.

eşşəyə arxadan, xana qabağdan yaxınlaşma.

Eşşəyə dedilər qanacağını göstər, yıxıldı yerə ağnayıb toz qaldırdı.

eşşəyə dedilər, ''oğlun olub, gözün aydın". dedi, ''yüküm artıb, yemim azalıb".

eşşəyə görə çulu.

eşşəyə quyruğ, öküzə buynuz, ağır olmaz. (eşşəyə palan yük değil).

eşşəyə min ata çatınca. (eşşəyi minmək gərək, ata yetincə). (eşşəyi minmək gərək, ata yetincə görək).

eşşəyə minən iyinə dözər. (eşşəyə minən osdurağına dözər).

eşşəyə minmədən, ayağların sallayır, suya çatmamış, qıçın çırmayır.

eşşəyə palan, yük deyil.

eşşəyi minmək gərək, ata yetincə.

eşşəyi olmaq, eşşək olmaqdan yeğ!.

eşşəyi palan saxlar, evrəni yalan saxlar.

eşşəyi palan saxlar, evrəni yalan saxlar. (palansız eşşəgi işlətmək olmaz. palansız yağırlanar, yağırçalar. (yağırlanmaq: yağırçalmaq: kürəyi, beli sürtülərək yaralanmaq).

eşşəyi yükə çək, o gəlməsə, ona yükü çək.

eşşəyin burnuna yarpız tuddular iyləsin, yedi!.

eşşəyin hesabi başqa, eşşəkçinin ki başqa.

eşşəyin işi nədir toyda, ya su gətirməkdə, ya odunda.

eşşəyin qədrin atdan düşəndən sor.

eşşəyin quyruğu kimi nə uzar, nə qısar (qısanar).

eşşəyin yaxcı pisi, işdə bəllənər.

eşşəyin yügrəni, atın axsağı kar verməz.

eşşəyivi bərk bağla, andan tanrıya ısmarla.

eşşəyivi bərk bağla, andan tanrıya ısmarla. (ısmarla: tappışır).

Et tırnaktan ayrılmaz, Akrabalar birbini ne kadar sevmeselerde, aralarında antlaşmazlıkta olsa birbirinden ayrılmazlar. (Bayram Özdemir).

etdiyin yaxşılıq, iç çağrıva qarşılıqdır, kimsiyə bağış deyil. (qarşılıqdır: yanıtdır. cavabdır). (bağış: minnət).

etdiyini bul, inləyib öl. (öz işlərivin (pisliklərin) qarşılığın alda, güc bir ölümə düş). (qarqış).

etgisiz söz, yağışsız bulut.

Etme bulursun, inleme ölürsün. Kötülük yaparsan kötülüğü iyilik yaparsan iyiyliği bulursun. İnlemeye (içini döğmeye) başlarsan da ölürsün. (Bayram Özdemir).

ev alan damdan evə baxmaz.

ev alan damdan evə baxmaz.

Ev alma konşu al. Ev alacak kimse komşularını seçmeli. Aldığı ev ne kadar da güzel olursa olsun rahat edemez. (Bayram Özdemir).

ev almadan qonşu al.

ev almadan, qonşunu tap (tanı).

ev almadan, qonşuv tap (qonşuvu tanı).

ev düzənin yad sözləri özgətir. (özgətir: pozar. dəğişir) (yad sözlər, eşikdən girən sözlər evə uymazda, pozarda).

ev evə girsə, ev evdən olar. (olar: dağılar).

ev evi dağıdar.

ev hesabı, çarşıya uymaz. (bazar kökgəsi evdə salınmaz).

ev içində savaş çıxdı, ortama donu yırtışdı. (ortama donu: ortalıq donu: yaşama gərəcləri. məişət vəsayili).

ev kimindir ? - oturanın, söz kimindir ? - götürənin.

ev kimindir ? - oturanın, söz kimindir ? - götürənin.

ev kişinin aynasıdır.

ev oğrusu tutulmaz.

ev yapan balta, dışarıda qalır.

ev yoldaşın yamansa, tütün basar qır qutar.

Evdeki hesap çarşıya (pazara) uymaz. Yapacağımız işleri ne kadar da iyi planlarsak planlayalım, beklemediğimiz, ummadığımız bir engel çıkabilir. (Bayram Özdemir).

evdə ara sırdaşın, yola çıqsan yoldaşın.

evdə odabaşı, çöldə obabaşı. (hər yanda sözü keçən kişiyə söylənir). (hər yanda başına buyruq kimsə).

evdə olan az görünür, qonşu quşu qaz görünər.

evdəki qızın gözü qapıda, doymamış itin qulağı.

evdəki sayap, çarşıya çıxmaz, bazar sayabı, evlərə sığmaz. (sayap: sayab: hesab). (çarşı: bazar). (ev könül yuvasıdır, bazar, alıv satıv).

evdən evə ışıq düşməz. (hər evin öz ışığı var). (ışıq: qiblə). (el elə sığar, ev evə sığmaz).

evdən verməz, qonaq gedməz.

evə sığmayan, elə sığmaz.

evgidir könlə verən ısığı, sevgidir gözdə əkən ışığı.

evi daraldan qonaq olsun, qonağı daraldan, dilin olmasın.

evi quran balta, dışarda qalar.

evi quran balta, dışarda qalar. (devrim öz balaların yeyər). (çevrən çevrənin yeyər).

evi pozuq onqalır, oyu pozuq onqalmaz. (oyu: düşüncәsi).

evi yaxın itin quyruğu uzun. (evi yaxın itin iyi kəsilməz) (tez tez gedib gələr).

evi yapılmış, qabı asılmış. {çölməyi közdə, çörəyi dizdə (əldə)}.

evi yığanda arvaddı yıxanda.

evilib kullanmaqdansa, sevib kulla.

evilmək gözləmir sevgi, verirsin ver, gedirsin ged, bu bir borcdurki qalxmışdır içindən bil, gərəkməz gözləmək bir qarşılıq ondan.

evilmək gözləmir sevgi, verirsin ver, gedirsin ged, bu bir borcdurki qalxmışdır içindən bil, gərəkməz gözləmək bir qarşılıq ondan.

evin aşağısıda olur yuxarısıda.

evin itirən, ev tapınca, yarın itirən yar tapınca.

evin qoşatı yıxılırsa, ev duramaz. (qoşat: götrə. qutra. . ana dirək, sutun).

evin sözü elə çıxsa ev yıxar.

evin sözü yoxdu eşikdə yeri, eşik sözü gəzə bilənməz evi.

evin yağı təkyə üçün yaxılmaz. (ilkin özüm sonra gözüm).

Evin yarasigi usaqdir, sufrenin yarasigi qonaq. (Gunay IR).

evin yıxar kişinin, dosdan gәlәn dönüklük, düşman verən yönüklük. (yönüklük: tədbir).

evində batmanı görməz, qonşuda oqqanı çəkməz. (oqqa: kiçi ağramlı çəki birimi) (batman: böyük ağramlı çəki birimi) (çəkməz: götürməz, dözəməz).

evində olsa umut, qonşuya olmaz umuq.

evindəki yalanı, dansa biri olanı, çıxmaz dana gecəsi, güvlü çıxar keçəsi. (güvlü: güvəli. bitli).

evir evir evrənir, atar tutar çevrənir, birdənbirə devrənir, aldışıdır sürüb gedər bu evrən. (evir evir: mərhələ mərhələ) (devrənir: münqəlib olur. qarışır). (aldışıdır: alşıqıdır. adətidir).

Evlenene ve ev alana Allah yardım eder. evlenmek ve ev sahibi olmak hayırlı bir iştir. Allah her ikisine de yardım eder. (Bayram Özdemir).

evlənib baş ağrıyınca, subay gəzib dadın çıxar.

evlənincə tutun açıq iki gözün, evləndikdən tutuq yapın bir gözün.

evlənmə ''eşqlə sayqı'' altında dürsütlənən bir şıltaqlıqdır, ''eşqlə sayqı'' aradan qalxdıqda, yalnız şıltaqlıq qalır. (dürsütlənən: üzə salınan. tovcih olunan).

evlənmədən söz çoxdu, evləndinsə söz yoxdu.

evlənmək demişlər, bir ay sevinc, bir yaşam qayğı.

evlənmək, istər istəməzlərdən oluşan olay.

evlənmək: - boşluqları doldurmaq, doluqları daştırmaq.

evlənməyin, toy gecəsi, bayramın axşamı (xoş olar).

evliliklər içlənməkdən çox, donanımlardır.

evliliyin süycüsünü yanlış seçən, subay qalan dadanmaz. (süycüsünü: dadlılığın. ləzzətini). (subay: əşsiz. bekar).

Evlinin bir evi var, kiracının bin evi var. Evi olan odamın ne kadar evi de olsa sınırlı bir evi olur. Kiracının evi ise o yerde ne kadar kiralık ev varsa okadardır. Anlaştıktan sonra her evde oturabilir. (Bayram Özdemir).

evliyin yeyən oldu, vurdu tanrın, malın yeyən oldu, verdi tanrın.

evrəin çevrinə uymaq, qurğudan çıxıb duzağa düşmək.

evrən ağlı qara sıçovul yalı qırar baradur. (gecə gündüz kimi qırıb gedər).

evrən bitməz bir yuxu, evrən tükənməz yuxu.

evrən boşa, yalana bitir, yoxluqda itir.

evrən budur, bir gün yolda, bir gün gorda, bir gün ayağda, bir gün yastığda.

evrən budur, günü devrilir yola, günü devinir gora.

evrən çevrənə baxır boyanır, evrəndən gözləmə değişə boyanı. (bizim durmuşumuz yaşadığız çevrədən etgilənir).

evrən çəkən üçün yoxluğa çıxır, qalanlara sovğa yetirir.

evrən çönər bir oxluda dayanmaz, günün biri barışır, günü gəlir uruşur. (oxluda: oxluqda: əksdə. mehvərdə. istiqamətdə).

evrən çönür hovanla, arda qalmış qovanlar. (hovanla: haxmaqla). (


Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin