Atalar deyir atalarsöZÜ Işləyən Bey Hadi 20 200. S ebced Turuz-Tebriz


İç güveyliğinden bir parça, Eh iç güveyliğinden nasıl memnun olunursa, ben de hayatımdan öyle memnunum (Bayram Özdemir)



Yüklə 4,91 Mb.
səhifə28/48
tarix06.02.2017
ölçüsü4,91 Mb.
#7807
1   ...   24   25   26   27   28   29   30   31   ...   48
İç güveyliğinden bir parça, Eh iç güveyliğinden nasıl memnun olunursa, ben de hayatımdan öyle memnunum (Bayram Özdemir).
İç güveysi, iç ağrısı, İç güveyi, erkeğin kızları ile evlendiği ailenin yanına yerleşmesi, birlikte yaşaması. İç güveysi konuk gibidir. Aile ne kadar iyi davranırsa, ne kadar ilgi gösterseler, acaba iyi davranmıyormuyuz diye rahatsız olurlar. (Bayram Özdemir).

iç güzgüsü kor olan, ömür boyu kor qalar.

iç güzgüsü kor olan, ömür boyu kor qalar.

iç qapısı bağlı qalsın özgəyə, güvən olmaz duran dışda içindən.

iç sezinin qaynağı, başın çalar çalvasın. (qaynağı: qaynaması). (oyundan keçən başında açılar).

iç sıcaq, sığıncaq, dış soyuq, doncaq. kəndivə güvən.

iç yarası sarılmaz, göldə balıq satılmaz.

iç, üz basa. (üz: surət). (yaşam sürmür üz ilə, üzləşiri öz ilə). {çağı gəlir özün basar üzdəkin. (özün: içindəki). (üzdəkin: zahirdə olanı)}. (içdə olan üzə damar). (üz dad alar içindən, iç bəzəməz üzdəki).

içdə qaldı qulunc, çölə çıxdı gülünc.

içdə olan sözlə süzər.

içdə olan üzə damar. (yaşam sürmür üz ilə, üzləşiri öz ilə). {çağı gəlir özün basar üzdəkin. (özün: içindəki). (üzdəkin: zahirdə olanı)}. {iç, üz basa. (üz: surət)}. (üz dad alar içindən, iç bəzəməz üzdəki).

içdə yanırsa kürən, çöldə donu çözdürür, için geyirsə dona, sıcaq suyu dondurur. (donu: buzu). (dona: buza).

içdən qopan cana hopan sözlər.

içən başın çəkdiyini görməyən, içən əsrik olur deyərmiş. (əsrik: kefli. köklü. məzəli. hallı).

içən başlar, çəkənlər, əsriməsin neyləsin, yaş çatışıb səksənə qəbir sinə girməsin?.

içəndə başıvı yoxla, yeyəndə qarnıvı.

içər küzə, sağar üzə.

içərikən əsirir ərquşlar, olduğundan oluru us huşlar. (əsirir ərquşlar: keflənir, qızır quş kimi kişilər).

içgi başa çıxanda, ağıl dolçaya düşür.

içgi içən içsinər, çox danışan gecsinər. (gecsinər: gec qalar). (içsinmək. içdirinmək. içməyə qoşqudular, təhrik olar. genə içmək istəmək).

içgi yara gizli qalsa qan verər. (içgi: için. içəridə olan).

içgidən bükülən olur, bükünən yox. (içgi, içəni büksədə (yıxsada), içən içgiyə doymaz). (bükünən: doyan. doyunan).

içgüvənin kəndiözən kar olar. (özüvə e'timadın şəxsi özüvə yardımçı olar).

içi ac doymadı, qarnı ac doyub yatdı. (içi ac: gözü ac).

içi boşdan doluq alnaq gözlənməz. {anlaqsızdan doluq alnaq gözlənməz. (alnaq: xiyal)}.

içi dar yoxsul, özün bəyliyə vurur (varlı olmağın göstərir).

içi gəzsə dağ daşı, evdə gəzməz yoldaşı. (min qapıya öğrəşən, bir qapıdan doymamış).

içi gözəl yaşam boyu doydurmaz, üzü gözəl içi pozuq bıqdırır.

içi qararmış, dışı ağarmış.

içi qaymaq istəyən, camışı yanında daşır. (gül qoxuyar tikan dibində).

içi mənim, poççağu senin. (poççağu: qabığı).

içi təzək, üzü bəzək.

içi tut, donu yax!.

içidər aşın ağılı olsa bal dadar, qələm qaşlı dadlı sözlü gözəllər.

içik odu tutunsa, öpgə ürək qavrular. (öpgə: ciyər) (içik: iç. öz. töz. nəfs. ruh). (içik odu tutunsa: eşq başa vurursa).

içim içi sevgilim, bilməm nəyə oxşarsan, yanımda olmayırsan, içim içrə yaşarsan. (içim içrə: könlüm içrə).

içim ikicik yeri var, üçlük olsa yeri dar.

içimdə qalıb qulunc olunca, çölə çıxsın gülünc olum! (içində qalıb qulunc olunca, çölə çıxsın gülünc olsun!).

içimdə yox bir yerim orda qoyam boşluğu, bilməlisən boşluq ölüm, yoxluq bitik deməkdir.

için ağzında yaşa, ağzın içində yok.

için çəkən çevrəni, çalış işlə yarıtqıl.

için çəksə gözün görsə, əllə beyin öğrəşər.

için diləm yardım olmuş özgüyə, qılanmadın savul qıraq qırma anın könlünü. (için diləm: doğru inanc) !.

için donu torba adlanar. (içi necə bəzəsən gizlətmək, torbalamaq, kələk üçündür) (iç don bəğənməz). (içə don uymaz). (içə don yaranmamış).

için küysə, könül yansa, göz yaşar.

için olsa uçurdar, uçuq olsan içirdər.

için yaxan gül olmuş, donun yaxan kül olmuş. (için: nəfsin). (için yaxan: kəndinin önün tutan. nəfsin önləyən. iç güdüsün yönətmiş).

için yeyən qutuldu, idiş yalğan tutuldu. (idiş: qab).

içində boşluq olan, doluq yaşamı görməz.

içində coculuğun itirən könüldən gülə bilmədi.

içində yatan gücü başın seçməz, əlin ölçməz, gözün görməz. kəndivə güvən.

içindəki varlığın dışarıda kölgəsini göz arar. (hər nəyə sən cumursun, başqasından umursun).

içindən alış, utmağa çalış.

içivi çəkmə, içindən çəkinmə, yollar içindədir, kəndivə güvən. (içivi çəkmə: ah çəkmə. təəssüflənmə). (içindən çəkinmə: vicdanından qaçınma).

içivi dəğiş, nə olduğun, harda olduğun dəğişir.

içivi düzəlt, qalanı bırax. ( (içivi: zehnivi). (içivi, düşüncəvi yola versən, qalan nərsələr yolun tapar).

içlənməsə işlənməz. (açılınmadan, məfhum olunmadan işlənilməsi güc olur).

içlik olsa at yağurmaz. (içlik: yəhər altı. yağur keçə). (yağurmaz: sürtülüb, əzilb inciməz, yaralanmaz).

içməklini vur, yalınqac qorxsun. (içməklini: qalın içili geyim).

içməz su gözüm birdə gedən yar görnə.

içsitərmiş içgi, içəni, itsitərmiş bilöv, biçəni. (içsitmək. içdirtmək. içməyə əğimi, meyli artırtmaq). (içgi içildikcən yanqı gətirir, bilöv daşı kəsəri (orağı. piçağı) itildər).

içuç deyilen vicdanızı qoruyun. kəndizə güvənin.

igid başı çanağ qan, damar dolu tamır qan. (tamır: qayrat. qeyrət). (gəncləri, dəliqanlıları başa düşməli, anlamalıyıq. təki onlarda coşan ürək, çırpan damar olur, böyüklərə doğru yol göstərmək düşür).

igid çün bula aşqilə qərar, onu tutmaq necə yarar (: mümkün olar).

igid dəli ya dolu gәrәk.

igid ərən, doğma dilin yeğginər. (yeğginər: yeğ tutar. tərcih edər).

igid igidin aynası, igidi tanıdan yoldaşı.

igid işdə, dos darda, uka qızqanda bəlgirür. (uka: ağıllı).

igid qoyun qoç adlanar.

İgid odur atdan düşə atlana, İgid odur acılara qatlana. (Araz Gunduz).

igid odur hər toxuya (əzaba) qatlana, kişi odur atdan düşə, adlana.

İgid odur yıxılanda çəm öyrənə. (Araz Gunduz).

igid olsan, ol igid, yaki ona, qulluq ed.

igid özü üçün doğulur, özgələr üçün ölür.

igid sözündən dönməz, aslan, izindən.

igid yavanı (yamanı) bağışladı, yava igidi yox.

igiddə ağıt (ziyan) olmaz, çalğaqda inam.

igidin, soyu sorulmaz.

igidlik ondur, doqquzu qaçmaq, biri aradan çıxmaq.

igidlik ondur, doqquzu qaçmaq, biri aradan çıxmaq. (igitlik ondur, biri güc, doqquzu fənd).

igirmisində gözəl, otuzunda güclü, qırxında uslu ağıllı, əllisində varlı olmayandan heç nə çıxmaz.

igit altında, at bəllənir. (igidin ad almağı, öz əlində, atın ki, igid əlində). (igit əlində, at ad qazanır, igid öz əlilə).

igit gürəşdə, dos darlıqda, aşqın acrıqda. (igit: gənc. güclü). (darlıqda: darıtlıqda: giriftarlıqda). (aşqın: pişmiş. təcrübəli). (acrıqda: acrqlananda. qəzəbdə).

igit igitdən umar. (kişi kişidən gözlər. kişi kişidən söz edər. kişi kişiyə əl uzar, yağunun belin qırar).

igit olsun, erkək dişi dərk edməz. (dərk edməz: fərq edməz).

igit savaşda, qarrı gəngəşdə. (qarrı: yaşlı). (gəngəşdə: danışıb məsləhət almaqda).

igit üçün, biləkdə gərək, ürəkdə gərək, bilikdə gərək.

igitdə yatsa baxdı, tüys doğanı dış bolar, igitdə gülsə baxdı, yox doğanı beş bolar. (tüys: düz. çin. həqiqi). (doğanı: tanışı. qardaşı) (dış bolar: yoxa çıxar).

igitlə gəzgin, bafalı olur, yavıya yoldaş olan xar olur.

igitlərdə dalqa keçməz baş olmaz. (dalqa: xiyal. xəyal. xiyalat).

igitligin yolu bir, yavuzluğa min yol var!. (Igitligin: doğruluğun).

igitlikdən qocalığa güc saxla, bayıqlığdan yoxsulluğa pul saxla, savaşdınsa barışmağa üz saxla. (bayıqlığdan: zəginlikdən).

igitlikdən simgələr, -yozbaşlığa girişməz, özgələrə qarışmaz, yavlaqlarla yarışmaz, yaşab durub, barın solmaz. (yozbaşlıq: darqaşayıtlıq). (yavlaq: pozuq. namussuz) (barın: heç çağ). (yaramazlarla al verə girməz, böylə huşlu başlı dolanıb, genə yaşamağın qorur).

iğən (çox) dadlı udular, iğən acı atılar.

iğən aclıq ola, artar savaş, el xarab ola dəli oynada baş. (iğən: çox).

iğən dadlı udular, iğən acı atılar. (iğən: çox).

iğən ox kimi yüksək uçma qəfil, ki toprağdır sənə sonuncu tutraq. (iğən: çox).

iğlabağan balağa əmcək yox. (ağlamayan cocuğa məmə yox).

İğneyi kendine batır, sonra çuvaldızı ele, Kişiler incitici davranışların etkisini, ilk önce kendi üzerindeki etkisini düşünmeli, daha sonra bunun daha ağırını başkalarına yapıp ve yapmamaya karar vermelidir. (Bayram Özdemir).

iğnə atsan yerə düşməz, tünlüyündən gözü seçməz.

iğnə çuvalda, dəvə palazda gizlənməz.

iğnə hara, sap ora.

iğnə harda sapda orda.

iğnə həsrəti dəvə itrətir (: itirdir).

iğnə həsrəti, dəvə batıdar (itirdər). {iğnə dək həsrət dəvə itrətir (itirdir)}.

iğnə ilə quyu qazılmaz, köklənmədən saz çalınmaz.

iğnə iplik sap üsgük. (hər gərək olan yerdə deyilir). (hərnə yasındır, hazırdır).

iğnə oğurlayan, öküzdə oğurlar.

iğnə sapladın, düymələ ucun, sonra peşman olmamaq uçun (üçün).

iğnə satan (salan), tikəndən çox olur.

iğnə sofalsız, bilik biləksiz olmasın. (sofalsız: ötüksüz. gözsüz. deşiksiz). (biləksiz: gücsüz).

iğnə tikər, tikən sökər.

iğnə torbada qalmaz.

iğnə torbada qalmaz.

iğnə torbada qalmaz. (dan atarkən sökülər qarnı bu boylu gecənin).

iğnə yataxda gizlənməz.

iğnə yataxda gizlənməz: iynəylə çuval kimidilər.

iğnəçilər məhləsində, iğnə satmazlar.

iğnəni axdaran, dəvə itirər. (iynə həsrəti dəvə itirdər).

iğnəylə çuval kimi (birbirinə qarşıt, icəşik, zidd).

iğnəylə quyu qazır, sözdə deyəndə çaşır.



Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin