Asif KƏNGƏRLİ



Yüklə 16,07 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix22.04.2017
ölçüsü16,07 Kb.
#15244
1   2   3   4   5   6   7   8

Fətulla – Yaxşı, əgər desəz ki, siqaret ağciyərdə, nə bilim, xər-
çəng əmələ gətirir, buna inanmaq olar. Bəs, siqaretin ayağa nə dəxli 
var? Siqaret hara, ayağın qanqreni hara? 
Aydın – Elə məsələ də orasındadı ki, siqaret təkcə ağciyərlərə 
zərər verməklə qurtarmır, o, damarları da daraldıb qanın hərəkətinə 
mane olur. Axırda da qan işləmədiyinə görə, qanqrena əmələ gəlir. 
Sən bir gün bizim xəstəxanaya gəl. Mənim üç-dörd belə xəstəm var, 
birinin adı Nüsrətdi, otuz dörd yaşı var – keçən ay onun sol ayağını 
diz  oynağından  amputasiya  etdik.  İndi  yazıq  şikəst  olub,  heç  yerə 
gedə bilmir. Səbəbi də ki, siqaretdi, bildin? 
Fətulla – Doktor, deyirsiz, deməyinə, amma o qədər də ağlıma 
batmır. 
Professor  (nəsihətlə)  –  İndi  qulaq  as,  oğul,  deyim.  Mən 
institutu  təzə  qurtaranda  Respublika  xəstəxanasının  cərrahiyyə 
şöbəsinə bir kişi gətirdilər. Onun sağ ayağında qanqrena başlamışdı. 
O  vaxt  xəstənin  sağ  ayağını  dizdən  amputasiya  etdik,  dedik  ki, 
siqareti atsın. Atmadı.  Bir üç-dörd ildən sonra onu  yenə gətirdilər. 
Bu  dəfə  bud-çanaq  oynağından  götürdük.  Yenə  dedik  ki,  siqareti 
mütləq  atsın.  Yenə  atmadı.  Beş-altı  ildən  sonra  onu  təzədən  gətir-
dilər – bu dəfə sol ayağını dizdən kəsdik. Yenə dedik, izah elədik ki
əgər siqareti atmasa, daha pis olacaq. Elə də oldu: onu iki-üç ildən 
sonra dördüncü dəfə gətirdilər. Axırıncı dəfə onun sol ayağını dib-
dən kəsdik. Yalnız bundan sonra o, siqareti atdı, amma artıq çox gec 
idi! İndi çuval kimi evin bir küncündə qalıb! (Həyəcanla) Təsəvvür 
edirsinizmi bu nə deməkdi? Siz siqaretin zərərini bir dərindən düşü-

 
72 
nün. Özünüzü bir anlığa həmin adamın yerində hesab edin. On beş-
on  altı  ilə  həmin  kişini  dörd  dəfə  amputasiya  etmişik.  Hətta  innən 
belə  siqareti  atmasa  idi,  yəqin  ki,  daha  pis  ola  bilərdi.  Özü  də  çox 
qoca da deyil – cəmi əlli yeddi yaşı var. 
 
Hamı susur. Teymur yenə öskürür. 
 
Teymur – Balam, qoyun görək bu radio nə deyir də? 
 
 
Radio:  “Siqaret  çəkməyin  sizin  ailə  büdcənizə  vurduğu  zərəri 
heç  hesablamısınız?  Siqaretə  xərclənən  pulu  aya,  ilə  vursaq,  çox 
böyük bir rəqəm alınar. Sizin çətinliklə qazandığınız pullar gözünüz 
görə-görə yanıb kül olur. Axı, bu israfçılıqdır! 
Mir Həsən – Müqəddəs kitabımızda deyilir: «Yeyin, için, israf 
etməyin, çünki Allah israf edənləri sevməz». 
Teymur  (astadan)  –  Ona  qalsa,  mən  iki  maşının  pulunu 
yandırıb kül eləmişəm. 
Radio.  “İndi  isə  gəlin,  siqaretin  ətrafımıza  və  ekologiyaya 
vurduğu zərəri araşdıraq. Ata evdə siqaret çəkir: görəsən, bu onun 
ailə üzvlərinə, qadın və uşaqlara necə təsir edir? Bayaq deyilənləri 
siqaret  çəkənlə  bir  yerdə  olan  «zərərdidələrə»  də  aid  etmək  olar. 
Özü  də  belə  zərər  uşaq  və  yeniyetmə  orqanizmi  üçün  daha  çox 
ziyanlıdır! Üstəlik, atanın öz övladı üçün pis örnək olması da nəzər-
dən qaçırılmamalıdır. Vay o günə ki, evdə hamilə qadın olmuş ola! 
Daha pisi isə əgər hamilə qadın, ya da süd verən ana siqaret çəkir-
sə”… 
Mir Həsən – Qurani-Kərimdə deyilir ki, “Allahın qulu qiyamət 
günündə dörd şeydən hesabat verməlidir. Birincisi, özünü nəyə həsr 
etməsi  barədə,  ikincisi,  elmi  ilə  nə  iş  gördüyü  barədə,  üçüncüsü, 
malını  nəyə  sərf  etməsi  barədə  və  dördüncüsü  isə  canına  necə 
baxması  barədə  hesabat”.  Necə  bilirsiz,  siqaret  çəkən  bu  hesabatı 
verə biləcək?Ay verdi ha... Qurandan daha bir ayə: “Sağlamlıq qay-
dalarına  riayət  edərək  qüvvətli  olan  mömin  həmin  qaydalara  əməl 
etmədiyi  üçün  gücsüz  və  zəif  düşən  mömindən  Allah  qarşısında 
daha xeyirli və sevimlidir”. 

 
73 
Fətulla (rişxəndlə gülür) – Bu Mir Həsən də lap molla imiş ki?! 
Radio.  “Dörd  yüz  il  bundan  qabaq  Amerikadan  Avropaya 
gətirilən  tütün  bitkisi  indi  bütün  dünyaya  yayılıb.  Milyonlarla  hek-
tar münbit torpaqları “zəbt” edən tütünün əkilib becərilməsinə, za-
vod və fabriklərdə istehsalına, hazır məhsulun dünyanın hər yerinə 
daşınıb aparılmasına və satışına görün nə qədər insan zəhməti, nə 
qədər  xərc  tələb  olunur.  İstifadə  olunmuş  siqaret  isə  öz  «bəd 
əməlini»  yerinə yetirdikdən: havamızı, suyumuzu korladıqdan, get-
diyi hər yeri zibillədikdən sonra öz “missiyasını” başa vurmuş olur. 
İstirahətə  gedən  siqaret  həvəskarlarının  ildə  minlərlə  hektar  ağac 
və bitki örtüyünü puça çıxardıqlarını hesablamaq mümkündürmü?” 
Məhəmməd  (təsbehini  çevirə-çevirə)  –  Mən  özüm  buralara 
Keçili  kəndindən  gəlmişəm.  O vaxtı bizim kənddə bir kişi var idi. 
Adı Hüseynqulu idi, amma hamı ona Pəhləvan Hüseynqulu deyərdi. 
Ucaboy,  zəbərdəst
*
  bir  kişi  idi,  bir  oturuma  dörd  adamın  yeməyini 
yeyərdi. Müharibəyə gedib gələndən sonra başladı tənbəki çəkməyə. 
O  vaxtlar  belə  siqaretlər  hələ  yox  idi,  hamı  tənbəki  çəkərdi. 
Hüseynqulu əmi hara getsə idi, tütün torbası da yanında olardı. So-
vetin vaxtı «Kommunist» qəzeti çıxardı. Götürərdi o qəzeti hər səhi-
fəni on yerə bölər, tənbəkini ovub içinə doldurar, eşmə hazırlayardı. 
Çəkdiyi  də  elə  eşmə  olardı.  O  vaxtı  ən  yaxşı  tənbəki  Qarabağlar, 
Şahtaxtı tənbəkisi hesab olunardı. Şahtaxtında da onun Mir Ələsgər 
adlı bir seyid dostu vardı. Payızda gedib ondan illik tənbəki payını 
alardı. Əvəzində də ona ya iki-üç toğlu
*
,  ya da pul verərdi. Nə isə, 
sözüm  onda  deyil…  Hüseynqulu  kişi  bir  gün  başladı  öskürməyə. 
Hara apardılar dərdinə əlac eləyən olmadı. O vaxtı heç həkimlər də 
xərçəngin  nə  olduğunu  bilmirdilər.  Əlqərəz,  kişi  düşdü  ölüm 
yatağına. O boyda kişi əridi oldu bir ovuc, paltarının biri də əynində 
durmadı.  Onun  dörd  oğlu,  iki  qızı  var  idi.  Oğlanlarının  hamısı  da 
siqaret  çəkirdilər.  Dədələrinin  yanında  çəkməsələr  də  o,  bunu 
bilirdi. Ona görə də, Hüseynqulu əmi oğlanlarını yanına çağırıb belə 
dedi: «Bizim tayfamıza Pəhləvanlar tayfası deyərlər. Özüm dörd ada-
ma  dov  gəlmişəm,  hələ  indiyə  qədər  bir  adam  mənim  dizimi  yerə 
vura  bilməyib.  Müharibədə  qurşağa  kimi  qarın,  suyun  içində  yatmı-
şam, xəstələnməmişəm. Amma bu tütün görün nə «köpəyoğlu» şey-

 
74 
disə, məni yıxdı, mənim kimi pəhləvanı ikiqat elədi! Sizə vəsiyyətim 
budu: qırxımı verən kimi dördünüz də siqareti atın! Bilirəm, hamınız 
çəkirsiz, o zəhrimarı atmayan məndən deyil, heç qəbrimin üstünə də 
gəlməyin”. 
O  vaxtlar  mən  də  tay-tuşum  kimi  siqaret  tüstülədərdim. 
Rəhmətliyin  o  sözlərindən  sonra  o  oldu-bu  oldu  siqareti  atdım! 
Fikirləşdim ki,  “siqaret  o boyda kişini  yıxandan sonra mənim kimi 
cılız  bir  adamı  dünəndən  yıxar”.  Oturub-durub  Hüseynqulu  əmiyə 
rəhmət oxuyuram. 
Professor  –  Mən  də  onuncu  sinifdən  siqaret  çəkirdim.  Evlə-
nəndən  sonra  –  üzr  istəyirəm  –  arvadım  xəstələndi.  O  həkim 
qalmadı  aparmayam,  əlacı  olmadı.  Moskvaya  apardım,  Təbrizə 
apardım, axırda Türkiyədə bir professor var, uzun illər Amerikada, 
Almaniyada işləmiş adamdı, onun yanına apardım. O mənə dedi ki, 
“sənin  xanımındakı  boğulma  tutmaları  sənin  siqaret  çəkməyinlə 
əlaqədardı”.  Dedi  ki,  “xanımda  nikotinə  qarşı  allergiya  var”.  Elə 
həmin  gündən  siqareti  atdım.  O  vaxtdan  üç  il  keçib,  yoldaşım  bir 
dəfə də olsun xəstələnməyib… 
Aydın – Professor, Sizin bu sözünüz şahidi olduğum bir hadisə-
ni  yadıma  saldı.  Biz  o  vaxt  patanatomiya  dərsində  idik.  Zərdab 
rayonundan  bir  adam  gətirmişdilər  –  qırx  yeddi  yaşında.  Bunu  əv-
vəlcə  gətirirlər  klinikanın  cərrahiyyə  şöbəsinə, orada onu  «operasi-
ya»
*
 edirlər. Cərrah görür ki, bunda ağ ciyər xərçəngidi – yaranı tə-
zədən  tikir.  Beş  gündən  sonra  xəstə  rəhmətə  getmişdi.  Öləndən 
sonra diaqnozun təsdiq olunması üçün onu gətirmişdilər morqa. İn-
diki kimi yadımdadı: morqda bizim patanatom müəllimdi, cərrahdı, 
bir  də  qrup  yoldaşlarımız.  Patanatom  həkim  meyidi  yarıb  daxili 
üzvlərini  açdı.  Birdən  soruşdu  ki,  “sizlərdən  siqaret  çəkəni  var?”. 
Dedik:  “Bəli,  var”.  Dedi:  “Baxın,  görün  ağciyərlə  qaraciyəri  seçə 
bilərsiz?”. O vaxt qrupdakı oğlanlardan çoxu siqaret çəkirdi, mən də 
həmçinin. Baxdım ki, ağciyər qapqaradı. Dedik: “Doktor, indi bizim 
də ağciyərimiz belədi?”. Həkim güldü: “Əlbəttə. Bakıdakı maşınlar-
ın  tüstüsü,  zavodların  tüstüsü  plyus  siqaretin  tüstüsü.  İndi  özünüz 
mülahizə  edin”.  Sözün  düzü,  nə  təhər  qorxdumsa,  elə  onunla  da 

 
75 
siqareti  atdım.  Uşaqların  çoxu  təzədən  başladılar,  amma  mən  yox. 
Artıq iyirmi beş ildir ki, mən siqaret çəkmirəm. 
Teymur durub yavaş-yavaş çayxanadan çıxır. Professor saatına 
baxır. Aydın həkimlə Professor ayağa qalxırlar. 
Professor  (Teymurun  arxasınca  baxa-baxa)  –  Bu  kişinin 
ağciyərlərində deyəsən bədxassəli şiş var. Fikir verdin, dedi ki, “bir 
ildir  öskürürəm,  plyus  temperaturum  da  olur”.  Demək  ki,  xəstəlik 
sonuncu stadiyaya keçib, yəqin ki, artıq metastaz da verib. 
Aydın  –  Elə  mən  də  o  fikirdəyəm,  Professor,  klinikası  çox 
oxşayır. Allah özü ona kömək olsun! 
 
Hamı ilə sağollaşıb çıxırlar. 
Pərdə 
 

 
76 
 
ÜÇÜNCÜ PƏRDƏ 
 
Çəksən siqarı ciyərə tərəf, 
Siqar da çəkər məzara tərəf.
 
Müəllif 
 
Teymurgilin  evi,  zal  otaq.  O,  siqaret  damağında  yavaş-yavaş 
otağa  daxil  olur.  Əlindəki  pivə  butulkasını  stolun  üstünə  qoyur. 
Sürəkli öskürür. 
 
Teymur – Allah Kolumba lənət eləsin, o, bütün dünyanı bəlaya 
saldı! Allah məni bu siqaretə alışdırana lənət eləsin! 
...Rəhmətlik  atam  cavan  yaşda  öldü;  biz  –  anam,  üç  bacım  və 
mən başsız qaldıq. O vaxt mənim on iki yaşım var idi, altıncı sinifdə 
oxuyurdum, əlaçı şagird idim. Məcbur olub gecə məktəbinə keçdim. 
Tikintiyə işə girdim: gündüz işlədim, gecə oxudum. Əgər mən belə 
etməsəydim, hamımız ac qalardıq... Orada bir ustam var idi, yaman 
siqaret çəkən idi, o məni bu zəhrimara alışdırdı. 
Universitetdə oxuyanda bir ara tərgitdim, səkkiz ay çəkmədim, 
kökəldim, adama oxşadım. Sonra yenidən başladım. O başlayan düz 
otuz beş ildi ki, fasiləsiz siqaret çəkirəm... Bu müddət ərzində nə ye-
diyimin,  nə  də  içdiyimin  tamını  bilməmişəm.  İştahdan-zaddan  da 
düşmüşəm,  arıqlamışam,  yarı  canım  qalıb.  Bir  yandan  bu  mənim 
canıma daraşıb,  içəridən söküb dağıdır.  O biri  yandan da pul  qoy-
mur  qalsın  məndə.  Demək,  siqaret  mənim  həm  can,  həm  də  cib 
düşmənimdi. Üstəlik bu məni hər yerdə hörmətdən salır, evdəkilərlə 
“üz-göz”  eləyir. Yazıq  Fatma insafən düz deyir  də... (Uzun pauza. 
Fikirli halda otaqda gəzişir
Yox, belə olmaz! Qərarım qətidi: siqaretlə birdəfəlik qurtarmaq 
lazımdı! Belə görürəm  ki,  mən bununla qurtarmasam,  bu zəhrimar 
mənim  axırıma  çıxacaq!  (Siqaretə  xitabən).  Sən  nəsən  ki,  mən  sə-
ninlə  qurtara  bilməyim?!  Mən  səni  özümə  dost  bildim,  amma  sən 
mənə  xəyanət  elədin.  Mənə  deyən  gərək:  “Siqaret  sənin  əlindədi, 
sən ki siqaretin əlində deyilsən?!” Bax, bu axırıncı siqaretimdi, çə-

 
77 
kim, əgər bir də bu zibilə əl vursam, itin oğluyam! (Teymur siqareti 
tez-tez  sümürüb  külqabına  basır.  Pivəni  açıb  başına  çəkir,  yenə 
öskürür). Yox, qoy birini də çəkim, onsuz da bu mənim lap axırıncı 
siqaretimdi, çünki sabahdan ta çəkməyəcəm (O, təzədən bir siqaret 
yandırıb  divana  uzanır  və  teleseriala  baxa-baxa  onu  yuxu  aparır. 
Əlindəki siqaret kötüyü xalçanın üstünə düşür... Bir azdan bütün ev 
alışıb yanır. Fatma xanım, gəlin və qonşular qaçaraq gəlirlər
Fatma – Vay, vay evim yıxıldı! Ev yandı, Teymur yandı, qızın 
cer-cehizi yandı, hər şeyimiz yandı, vay, vay!!! 
Qəşş edib yıxılır. Gəlin yerə çöküb ağlayır. Qonşular ora-bura 
qaçır, su gətirir, yanğını söndürməyə çalışırlar. 
Qorxunc səslər. Həyəcanlı musiqi. Bu musiqi səngiyir və yavaş-
yavaş yanıqlı notlara keçir. 
 
Pərdə 
 
Son 
 
Bakı, 2009 

 
78 
 
T
T
Ə
Ə
N
N
Ə
Ə
Z
Z
Z
Z
Ü
Ü
L
L
 
 
 
Pantomima 
 
 
I gəliş. Ərzaq dükanının qabağı. İri, bahalı bir cip gəlib dayanır. 
Dolu  bədənli,  şıq  geyimli  bir  gənc  maşından  düşüb  dükana  daxil 
olur.  Alacağı  şeyləri  əli  ilə  göstərir.  Satıcı  cəld  dörd  torba  yığıb 
piştaxtanın üstünə qoyur. Gənc oğlan cibindən bir dəstə iri kağız pul 
çıxarır. O, pulu verib qalığını almadan tez maşına tərəf gedir. Satıcı 
əlində kağız pul oğlan gedən tərəfə baxa-baxa qalır... 
 
 
 
 

 
79 
 
II  gəliş.  Həmin  gənc  işlənmiş  "Mersedes"də  gəlir,  dükana 
daxil  olur.  Şıq  olmasa  da  geyimi  pis  deyil.  Cibindən  irili-xırdalı 
kağız pul çıxarır, alacaqlarını işarə ilə göstərir və iki torba mal alır. 
O,  pulun  qalığı  olan  dəmir  pulları  almaq  istəyir,  lakin  son  anda 
ondan imtina edir. Satıcı əlində dəmir pullar o gedən tərəfə baxır... 
 
 
 
 
 
 
 

 
80 
 
III  gəliş.  Gənc  oğlan  köhnə  "Jiquli"də  gəlir.  O  arıqlayıb,  üzü 
tüklü,  paltarı  nimdaşdır.  Oğlan  sağa-sola  boylanır.  Dükana  girir, 
siqaret və tum alır, dəmir pullarla hesabı ödəyir. Gedir. Satıcı onun 
arxasınca heyrətlə baxır... 
 
 
 
 
 
 
 
 

 
81 
 
IV  gəliş.  Həmin  gənc  piyada,  axsaya-axsaya,  əlində  bir  torba 
gəlir.  Çox  arıqlamış,  üzü  tüklü,  ayaqqabısı  və  paltarı  cırıq 
vəziyyətdədir.  O  torbanı  piştaxtanın  üstünə  qoyur,  gətirdiyi  boş 
şüşələri təhvil verib bir qutu siqaret alır. Gənc başını aşağı salıb ya-
vaş-yavaş  ordan  uzaqlaşır.  Satıcı  onun  arxasınca  baxır,  başını 
bulayır... 
 
 
 
 
 
 
Bakı, 2011 
 
 

 
82 
 
 
 
 
 
I
I
I
I
 
 
h
h
i
i
s
s
s
s
ə
ə
 
 
 
 
H
H
E
E
K
K
A
A
Y
Y
Ə
Ə
L
L
Ə
Ə
R
R
 
 
 

 
83 
 
Z
Z
Ə
Ə
H
H
R
R
İ
İ
M
M
A
A
R
R
 
 
 
(Bədii-sənədli novella) 
 
Siqaretin əvvəli qazılıqdı, 
sonrası  tazılıq. 
Deyim 
 
Ağzınızdan çıxan siqaret tüstüsü təkcə tü-
tünün yox, həm də sizin yanan toxıımala-
rınızın, hüceyrələrinizin tüstüsüdü. 
Bıı, hələ alışmayan, lakin yavaş-yavaş, 
için-için yanan canınızın və cibinizin 
tüstüsüdü. 
Müəllif 
 
Çəksən siqarı ciyərə tərəf, 
Siqar da çəkər məzara tərəf. 
Müəllif 
 
Şəhərimizin Söyüdlü məhləsində əlli beş-əlli altı yaşlarında bir 
kişi  var.  Adı  Teymurdu,  amma  tay-tuşları  ona  hərdən  "Tütün 
Teymur" da deyirlər. Bu ayamanı ona kim yapışdırıb – bilən yoxdu, 
amma  yerində  yapışdırıb,  çünki  onu  siqaretsiz  təsəvvür  etmək 
mümkün  deyil,  bütün  günü  eyzən  paravoz  kimi  tüstülənir.  Onu 
harada görsəz, mütləq siqaretlə görərsiz, zalım oğlu odu-oda yandı-
rır! Teymur kişinin kvadrat bığının ortası və seyrək dişləri, sağ əli-
nin  iki  barmağı  oddan  yanıb  saralmış  olar.  Əgər  işdi,  təzə  paltar 
geysə, bilin  ki,  o  paltar  beş  günün içində deşik-deşik  olacaq. Bunu 
görən  arvadı  Fatma  xanım  yenə  deyinəcək,  aralarında  söz-söhbət 
olacaq. Axırda hövsələsiz Teymur arvadını söyüb yamanlayacaq və 
evdən  çıxacaq.  Bu  zaman  hasar  qapısının  çırpılmağından  bilmək 
olur ki, kişi evdən acıqlı gedir. 

 
84 
 
 
 

 
85 
Bu  gün  də  elə  oldu:  gəlin  şüşəbənddə  uşağı  yedizdirirdi.  Tey-
mur kişi də ki, televizora baxa-baxa siqaretini tüstülətməyində idi... 
Uşaq  tütün  iyinə  dözə  bilməyib  asqırdı  və  ağlamağa  başladı.  Səsə 
özünü  yetirən  nənəsi  Fatma  uşağın  niyə  ağlamağı  ilə  maraqlandı. 
Gəlin əli ilə qayınatasını göstərdi. Fatma xanım odlandı: 
–  A  kişi,  görmürsən  uşaq  boğulur?  O  zəhrimarı  çıxıb  eşikdə 
çəksən  olmaz?  Yeddi  ildən  sonra  nə  müsibətlə  bir  uşaq  tapmışıq, 
onu da sən zəhərləmək  istəyirsən? Dur, dur çıx eşiyə,  –  deyə  ərinə 
acıqlandı. 
–  Ay  arvad,  rədd  ol  başımdan.  Qoy,  kinomuza  baxaq,  –  deyə 
Teymur kişi deyindi. 
–  Yox,  yox,  dur  ayağa,  dur  çıx  eşiyə,  –  deyə  Fatma  xanım  əl 
çəkmədi və onu kürəyindən itələyib saldı həyətə. 
–  “Lənət  sənə  kor  Şeytan”  haa...  Belə  olur  bax,  söyülürsən, 
tünbətün qızı, toxumunuz kəsilsin sizin! 
Teymur  kişi  lap  əsəbiləşdi,  dodaqlarının  arasında  olan  siqaret 
kötüyünü  tez-tez  sümürə-sümürə  yeni  bir  siqaret  üçün  əlini  döş 
cibinə atdı. Bu, Fatma xanımı daha da cırnatdı: 
– Səni görüm öz odunda yanasan, harayına gələn olmasın! Sən 
məni bu neçə ildə dəli eləyibsən, – deyə qarğış elədi. 
– Get, qurban ol ki, gəlin evdədi, yoxsa sənə bir Həzrət Abbas 
şilləsi  çəkərdim,  mis  dadı  verərdi,  –  deyə  Teymur  hirslə  hasar 
qapısına  tərəf  addımladı.  Təzəcə  yandırdığı  siqaretin  tüstüsünü 
burun deşiklərindən eşiyə buraxdı. Küçəyə çıxdı. Arvadın onu çölə 
atması  Teymur  kişiyə  yaman  yer  eləmişdi.  Amma  hiss  edirdi  ki, 
əvvəlki gücü, heyi qalmayıb, indi çox da "zilə" gedə bilmir. Bir beş-
altı il bundan qabaq olsaydı, arvadın ağzı nə idi ki, gəlinin yanında 
onu  bayıra  itələyə  idi?  İnan  Allaha,  qan  salardı,  amma  indi?  Onu 
gücdən salan, hər yerdə xəcalətli eləyən damağındakı bu "zəhrimar" 
idi. 
Yadına  bu  günlərdə  olan  bir  hadisə  düşdü.  Keçən  bazar  günü 
Bakıya  –  qardaşı  oğlunun  toyuna  getmişdi.  Toy  evidi  deyə,  evdə 
çoxlu adam vardı, Teymur kişi də orada idi. O, bütün gecəni yatmadı, 
elə  hey  öskürdü.  Səhərə  yaxın  bəlğəm  gəldi,  hayxırdı,  tüpürdü, 

 
86 
tualetə  girdi,  otağa  keçdi  –  bir  sözlə  toya  gələnləri  bidar  elədi, 
qoymadı  yatmağa...  Arvadı  o  vaxt  onu  nə  qədər  danladı.  Bu  yaşda 
siqaret üstə ər-arvad yenə savaşdılar, hamı da Fatma xanıma kömək 
çıxdı. Axırda qardaşı dedi ki, "Teymur, gəl, səni xeyir işdən sonra bir 
həkimə  aparım".  Guya  razı  oldu,  amma  sonra  aradan  çıxdı.  "Gərək 
həkimə gedə idim", – deyə peşman-peşman düşündü. Ona: "Siqareti 
tərgit",  –  deyəndə  cavab  verərdi  ki,  “mən,  qırx  illik  yoldaşıma 
xəyanət edim?” Belə düşüncələrlə  çayxanaya getmək qərarına gəldi. 
Çayxanaya qədər xeyli yol vardı. O, iki yüz-üç yüz metr gedib dayan-
dı, elə bil, ayaqları yoruldu. Ona elə gəldi ki, əsəbiləşdiyi üçün belə 
oldu. Dincini alıb yenə getdi, bir iki yüz metr gedəndən sonra təzədən 
dayanmalı oldu. Təəccübləndi. "Mənə nə oldu belə?" – deyə düşün-
dü.  Bir  az  yorğunluğunu  alıb  əli  ilə  ayaqlarını  yoxladı.  Ayaqları 
soyuq idi, tüklər seyrəlmişdi, dərisi də nəsə
 
xoşagəlim deyildi. Bunu 
görən  Teymur  kişi  bir  az  qorxdu,  amma  tez  də  özünə  ürək-dirək 
verib,  çayxanaya  tərəf  getdi.  Keyfi  yox  idi,  ona  görə  də,  orada 
oturanlara  başı  ilə  salam  verib  hovuzun  yanındakı  stola  yaxınlaşdı. 
Boş  stullardan  birini  çəkib  əyləşdi.  Ayaqlarını  irəli  uzadıb  dərindən 
nəfəs  aldı.  Bir  siqaret  yandırıb  tüstülətdi.  Fikirli  idi.  Qutuya  baxdı, 
orada  üç-dörd  dənə  siqaret  qalmışdı.  Yadına  saldı  ki,  dünən  axşam 
Əhmədin  dükanından  beş  qutu  siqaret  aldı.  Ona  görə  də,  çayla 
bərabər  iki  qutu  siqaret  də  sifariş  verdi.  "Nə  edim?  Bəlkə  bu 
zəhrimarı tərgidim?", – deyə fikrindən keçirtdi. Amma bu iş ona çox 
ağır  və  qeyri-mümkün  kimi  görünürdü.  “Allaha  təvəkkül”,  –  deyib 
çayını içməyə başladı. Ağzı zəhər kimi idi, ona görə də, dad nədi hiss 
eləmədi.  Çayxanada  daha  kimlərin  olduğunu  bilmək  üçün  ətrafa 
boylandı. Yaxında Məhəmməd kişi ilə Mir Həsən oturmuşdular. Bir 
az aralıda – çinar ağacının altında dörd cavan oğlan domino çırpırdı-
lar. Onlardan sağda iki nəfər yaşlı müəllim çay içir, söhbət edirdilər. 
Solda  isə  rayon  qəzetinin  müxbirləri  –  Əli  müəllimlə  Əbülfəz 
müəllim qəzet oxuyur, çay içirdilər. 
Teymur  kişi  cibindən  müştüklərini  çıxarıb  qabağına  qoydu. 
Onlardan biri qabıqlı uzun gilənar çubuğu, o biri isə qabığı qaşınmış 
qısa  və  yaraşıqlı  müştük  idi.  İkisini  də  həyətlərindəki  gilənar  ağa-

 
87 
cından  kəsib  düzəltmişdi.  O,  bunları  həmişə  cibində  gəzdirər,  boş 
vaxtı  olanda  çıxarıb  "mafi  qayda  ilə"  çəkərdi.  Müştük  ki,  ortaya 
gəldi, bil ki, Teymur kişi hələ çox oturacaq. 
Elə  bu  vaxt  hamının  yaxşı  tanıdığı  cərrah  Aydın  həkimlə  bir 
yaşlı  adam  çayxanaya  gəldilər.  Onlar  hamıya  salam  verib  keçib 
oturdular.  Aydın  həkim  çayçı  Mahiri  yanına  çağırıb  alçaq  səslə 
dedi: 
–  Mahir,  Bakıdan  qonağım  var,  bizə  Ordubad  lumusu  ilə  bir 
qəşəng pürrəngi çay ver, özü də yekə çaynikdə. 
– Baş üstə, doktor, – deyə Mahirin şən səsi eşidildi. 
Teymur kişi Aydın həkimlə gələn adama bir xeyli zəndlə baxdı. 
"Üzü mənə tanış  gəlir, amma  heç  cür aşıra
*
  bilmirəm.  Zehnim  lap 
kortalıb",  –  deyə  dilxor-dilxor  düşündü  və  müştüyünə  taxdığı 
siqaretə  dəm  verdi.  Birdən  xatırladı:  "Hə,  bu  həmin  professordu, 
keçən il bacım qızını operasiya edən". 
Professor Aydın həkimə tərəf əyilib işgüzar şəkildə dedi: 
–  Çox  maraqlı  xəstə  idi,  belə  hadisə  nadir  hallarda  olur. 
Yadımdadı, hələ iyirmi il bundan qabaq Mustafa Topçubaşovla bir 
xəstəni əməliyyat edərkən belə bir anomaliyaya rast gəldik. 
–  Professor,  Sizin  bu  sinteziniz  çox  uğurlu  oldu.  Mən  də  çox 
şey öyrəndim, – deyə Aydın həkim təşəkkür etdi. 
–  Mənimlə  müntəzəm  əlaqə  saxla.  Çalış  təyinatı  dəqiq  yerinə 
yetirsinlər. Dinamikanı izlə, qeydlər apar, çünki fikrim var bir elmi 
məqalə  hazırlayıb  ikimizin  imzası  ilə  verək  İstanbuldakı  “Genel 
cerrahiyye” jurnalında dərc olunsun. 
Aydın həkim sevincək: 
– Nə yaxşı olar, Professor! Bu məqalənin mənim dissertasiyama 
da köməyi dəyər, – deyə ruh yüksəkliyi ilə bildirdi. 
İlin "qora bişirən" ayı idi. Göydən “od tökülürdü”. Hərə başını 
bir kölgənəcəyə soxmaq, çay, ya pivə ilə sərinləmək istəyirdi. 
Uğurla  bitən  ağır  cərrahiyə  əməliyyatından  sonra  xəstənin 
qohumları professora nə qədər yemək, içmək, kabab təklif etsələr də 
o, hamıya təşəkkür etmiş, bu çayxanaya gəlməyi, yolqabağı çay içib 
bir az dincəlməyi daha üstün tutmuşdu. Bura şəhərdə "Məmişin çay-

 
88 
xanası" adı ilə tanınırdı. Məmiş kişinin əkiz oğlanları Mahirlə Tahir 
çayxananı təmiz saxlayır, müştərilərlə xoş rəftar edirdilər, çaylarına 
isə söz ola bilməzdi... 
Bir  azdan  Teymur  kişi  çay  içdiyi  yerdə  onu  boğulma  tutdu, 
öskürdü,  öskürdü,  öskürdü...  Hamı  dönüb  Teymura  tərəf  baxdı, 
hətta domino oynayanlar da əl saxladılar. Əli müəllim: 
–  Teymur  əmi,  yenə  niyə  elə  öskürdün?  Bir  həkimə  getsənə, 
ölürsən axı? 
– Nə bilim, ay Əli müəllim, bir ildi ki, bu öskürək məni əldən 
salıb. İstilik də ki, bir yandan... 
– Bəs, həkimlər nə deyir? Heç müayinəyə-zada gedibsən? 
– Yoox. Düzü, qorxuram getməyə. Elə bilirəm nəsə əngəlli bir 
şeydi – ona görə getmirəm. 
–  Mən  onu-bunu  bilmirəm,  səninki  siqaretdəndi,  Teymur  əmi. 
Gündə nə qədər çəkirsən? 
– Ha çox... Teymur kişi bir az düşündü, uşaqlıq və gəncliyini, 
siqaret çəkməyə nə vaxt başladığını yadına saldı: “On üç yaşımdan 
bu  zəhrimarı  çəkirəm.  Düz  qırx  iki  ildi.  Həmişə  də  papiros  çək-
mişəm,  yəni  filtrsiz  siqaret.  Gün  olub  beş  "paçka"
*
,  gün  olub  altı 
"paçka" çəkmişəm. Özü də tüstü gərək mənim ürəyimə dəyə, yoxsa 
qanıx
-
 verməz. Axır səkkiz-doqquz ildə  səhər acqarına da çəkirəm. 
Nə  bilim?”,  –  deyə  Teymur  günahkar  adamlar  kimi  başını  aşağı 
saldı... 
Radioda  həzin  musiqi  verilirdi.  Diktor  qız  növbəti  verilişi  elan 
etdi.  Məlum  oldu  ki,  həkim-narkoloq  tütünün  insan  orqanizminə 
zərəri barədə çıxış edəcək. 
Tahir bufetdən söz atdı: 
– "Adın çək, qulağın  bur." Teymur  əmi, di  qulaq as! Ə, orada 
dominonu  az  şaqqıldadın,  qoyun  görək  həkim  Teymur  əmiyə  nə 
deyir? 
Radionun  növbəti  həkim  söhbəti  başlandı:  "Bizlərdən  çoxu 
siqaret  çəkir.  Siqaret  çəkməyin  zərərli  vərdiş  olmasını  indi  hamı 
bilir.  Görəsən,  biz  belə  adətin  özümüzə  və  ətrafımızdakılara  necə 
zərər verməsi barədə heç düşünürük? 

 
89 
 
 
 
 

 
90 
Əvvəlcə görək, tütünün tərkibində hansı  zərərli maddələr var? 
Siqaretdə  dörd  minə  qədər  belə  maddə  aşkar  edilib.  Onlardan  ən 
çox nikotin, kanserogen maddələr, karbon qazı, dəm qazı, qatranlar 
və  digər  maddələr  insanda  müxtəlif  xəstəliklər  əmələ  gətirdikdən 
sonra onu öncə əlilliyə, sonra isə erkən ölümə doğru aparır. 
İndi  isə,  belə  maddələrin  insanda  hansı  patologiyalar 
törətməyinə nəzər salaq. Gəlin, nikotindən başlayaq. 
Nikotin – narkotik maddə olub güclü sinir zəhəri hesab olunur. 
Nikotin  yüksək  dozada  olarsa,  mərkəzi  sinir  sisteminin  iflicini 
əmələ gətirə bilər, az dozada isə hafizəni zəiflədir, başağrıları və 
yuxu  pozğunluğuna  səbəb  olur.  Qana  sorulan  kimi  endokrin 
sistemə,  xüsusilə  böyrəküstü  vəzə  təsir  edərək  adrenalin  ifrazını 
artırır.  O  isə  damar  spazmı  törədərək,  arterial  qan  təzyiqini 
yüksəldir. Yaşlı və təzyiqi olan adamlar üçün bu, çox təhlükəlidir! 
Bununla  iş  qurtarmır:  adrenalin  ürək  üçün  "qamçı"  rolunu  oy-
nayaraq,  onu  sürətlə  döyünməyə  məcbur  edir.  Nəticədə,  ürək 
əzələsi yorulur, haldan düşür və vaxtından tez qocalır. Bu isə, ürək 
infarktı  üçün  zəmin  yaradır.  İnfarkt  keçirmiş  şəxslər  üçün  siqaret 
çəkməyə  davam  etmək  növbəti  infarktı  göz  qabağına  gətirmək 
deməkdir.  Adrenalin  periferik  damarları  daraltdığı  üçün  orada 
axan qanın miqdarı azalır və qidalanma pozulur: siqaretin ən ağır 
fəsadlarından  biri  olan  ayaq  damarlarının  obliterasiyaedici 
endarteriti  belə  əmələ  gəlir.  Bu  da  axırda  ayaqların  qanqreni  ilə 
sonuclanır.  Bundan başqa, nikotin xoşagəlməz acı dadı ilə həm də 
mənfi emosiya yaradır. 
Vaxtilə  nikotini  tütünün  tərkibində  ən  zəhərli  maddə  hesab 
edirdilər,  lakin  məlum  olub  ki,  radiaktiv  maddələr  ondan  da 
təhlükəlidir.  Bu  radiaktiv  maddələrdən  benzpiren  və  dibenzpireni 
göstərmək olar. Onlar alfa- və beta-hissəciklər şüalandırmaqla ağ 
ciyəri  daxildən  dağıdır  və  xərçəng  xəstəliyi  əmələ  gətirirlər.  Bu, 
həyat  üçün  çox  qorxuludur!  Bədxassəli  şişlərin  əmələ  gəlməsinə 
şərait yaradan və onun inkişafına kömək edən dəm qazı və kükürd 
qazıdır. Dəm qazının toksiki maddə olması isə hamıya məlumdur. 

 
91 
Otuz  doqquz  yaşında  həyata  gözlərini  yuman  bir  amerikan 
jurnalisti  görün  nə  yazır:  "Mən  öz  "düşmənimlə"  on  dörd  yaşında 
tanış oldum və onunla iyirmi beş il "dostluq" etdim". Belə "dostlu-
ğun" sonu isə təəssüf ki, ağciyər xərçəngi olub. 
Siqaret  tüstüsünün  iyini  və  aromatikliyini  efir  yağları  və 
qatranlar  müəyyən  edirlər.  Həmin  qatranlar  tədricən  ağciyər 
alveollarını  doldurub,  tənəffüsü  çətinləşdirirlər.  Tənəffüsün  pozul-
masına  karbon  qazı  və  dəm  qazı  da  pis  təsir  edir.  Belə  ki,  siqaret 
tüstüsündə olan karbon, oksigendən dörd dəfə sürətlə hemoqlobinlə 
birləşərək karbohemoqlobin əmələ gətirir ki, bu şəkildə toxumalara 
gedən  qan  zəhərli  olub  orada  oksidləşmə-bərpa  reaksiyalarını 
pozur. 
Tütün  təkcə  ağciyər  və  tənəffüs  yollarına  mənfi  təsir  etmir,  o 
həm  də  həzm  traktına  ziyan  verir.  Siqaret  çəkənin  ağız  suyuna 
qarışan belə maddələr mədəyə düşərək həzm prosesini çətinləşdirir, 
iştahanı  pozur,  mədə  xorasına  və  axırda  isə  həzm  sisteminin 
xərçənginə  səbəb  olur.  Onu  da  qeyd  edim  ki,  siqaret  çəkənlərdə 
maddələr  mübadiləsi  və  vitamin  balansı  da  pozulur.  Hər  çəkilmiş 
siqaret  bütöv  apelsində  olan  qədər  C  vitamini  parçalayır.  Gözün 
daxili təzyiqini siqaret artırdığı üçün görmə də pisləşir". 
Domino oynayan gənclərdən biri – bu, Cığal Cəfərin oğlu Dan-
qa Fətulla idi – cibindən siqaret çıxarıb alışqanla yandırdı, tüstüsünü 
udub dedi: 
–  Bu  həkimləri  də  qoyasan  camaatı  yaxşıca  qorxuda.  Hə-
kimlərin  hamısı  siqaret  çəkir,  özləri  də  deyir:  "Ziyandı".  Əgər  elə 
ziyandısa, bəs həkimlər onu niyə çəkir? 
Onun  bu  atmacasına  Aydın  həkim  dözmədi.  Qayıtdı  ki, 
"həkimlərin  heç  də  hamısı  siqaret  çəkmir.  Onu  da  nəzərə  alaq  ki, 
həkim  də  insandı,  onun  da  zəif  cəhətləri  olur.  Özü  də  nikotin 
narkotik maddə olduğuna görə, hamıda asılılıq yaradır. Həmin asılı-
lıqdan çıxmaq isə hər oğulun işi deyil». 
Fətulla yenə razılaşmadı, söz güləşdirməyə başladı: 
–  Yaxşı,  bu  siqaret  ziyanlı  şeydisə,  niyə  onu  bu  qədər  findi-
firuşqa düzəldib satırlar? Üstəlik onu reklam da edirlər, hə? 

 
92 
O,  bunu  deyib  əlində  olan  gözəl  siqaret  qutusunu  yuxarı 
qaldırdı. Aydın həkim onun bu sözünü də cavabsız qoymadı: 
– Ay qardaş, əvvəla siqaret maqnatları öz mallarını satmaq üçün 
onu  belə  gözəl  hazırlayırlar.  Bu,  normal  bir  şeydi.  O  ki  qaldı 
reklama – onu düz demirsən. Artıq bütün dünyada siqaret reklamları 
yığışdırılıb.  Xəbərin  var  ki,  Yaponiyada  siqaret  çəkəni  işə 
götürmürlər? Papiros çəkməyənə əlavə pul, ya məzuniyyət verirlər, 
hə? 
Həmin höcət adam yenə söz altda qalmadı: 
– Bayaq radioda həkim deyir ki, siqareti çox çəksən, guya iflic 
olarsan, harada belə şey olub? Əşi, deyir də… – deyə lağ ilə güldü. 
Yanındakılar da ona qoşuldular. 
Söhbət  bu  yerə  çatanda,  Mir  Həsən  də  kənarda  qalmaq  istə-
mədi: 
– Niyə ki? Elə bizim evin dalında Əsgər İsayev adında bir kişi 
var idi. Onda mən uşaq idim, o vaxt biz hələ kənddə yaşayırdıq. Bir 
gün  xəbər  çıxdı  ki,  Əsgər  kişi  öldü.  Bilirsən  o  niyə  öldü?  –  deyə 
Fətullagilə tərəf baxdı. 
Oğlan istehza ilə: 
– Birdən siqaretdən ölər ee… 
–  Sən  heç  lağ-zad  eləmə,  qardaşoğlu.  Bəli,  elə  siqaretdən 
ölmüşdü!  Səhər-səhər  durub  gedirlər  çölə,  ot  yığmağa.  Çöldən  ot 
yığası, gətirib evə çıxardası saat olur on iki. Ona qədər də Əsgər kişi 
bəlkə  on  siqaret  çəkir,  özü  də  ac-susuz.  Vurub  zəhərləmişdi  onu. 
Rəhmətlik  elə  onunla  da  getdi.  Sən  heç  elə  demə,  görürsən,  siqa-
retdən nəinki iflic, hətta ölüm də olur… 
Yoldaşları  onun  ayağını  nə  qədər  bassalar  da,  Fətullanın  yenə 
öcəşkənliyi tutdu: 
–  Yaxşı,  əgər  desəz  ki,  siqaret  ağciyərdə,  nə  bilim,  xərçəng 
əmələ gətirir, buna inanmaq olar. Bəs, siqaretin ayağa nə dəxli var? 
Siqaret hara, ayağın qanqreni hara? 
Aydın həkim güldü və başladı Fətullanı başa salmağa: 
–  Elə  məsələ  də  orasındadı  ki,  siqaret  təkcə  ağciyərlərə  zərər 
verməklə qurtarmır, o, damarları da daraldıb qanın hərəkətinə mane 

 
93 
olur. Axırda da qan işləmədiyinə görə, qanqrena əmələ gəlir. Sən bir 
gün bizim xəstəxanaya gəl. Mənim beş-altı belə xəstəm var, birinin 
adı  Nüsrətdi,  otuz  dörd  yaşı  var  –  keçən  ay  onun  sol  ayağını  diz 
oynağından amputasiya etdik. İndi yazıq şikəst olub, heç yerə gedə 
bilmir. Səbəbi də ki, siqaretdi, bildin? 
– Doktor, deyirsiz, deməyinə, amma o qədər də ağlıma batmır. 
Bu yerdə professor söhbətə qarışdı: 
–  İndi  qulaq  as,  oğul,  deyim.  Mən  institutu  təzə  qurtaranda 
Respublika  xəstəxanasının  cərrahiyyə  şöbəsinə  bir  kişi  gətirdilər. 
Onun  sağ  ayağında  qanqrena  gedirdi.  O  vaxt  xəstənin  sağ  ayağını 
dizdən  amputasiya  etdik,  dedik  ki,  siqareti  atsın.  Atmadı.  Bir  üç-
dörd ildən sonra onu yenə gətirdilər. Bu dəfə bud-çanaq oynağından 
götürdük.  Yenə  dedik  ki,  siqareti  mütləq  atsın.  Yenə  atmadı.  Beş-
altı ildən sonra onu təzədən gətirdilər – bu dəfə sol ayağını dizdən 
kəsdik.  Yenə  dedik,  izah  elədik  ki,  əgər  siqareti  atmasa,  daha  pis 
olacaq. Elə də oldu: onu iki-üç ildən sonra dördüncü dəfə gətirdilər. 
Axırıncı  dəfə  onun  sol  ayağını  məcbur  olduq  ki,  dibdən  götürək. 
Yalnız  bundan  sonra  o,  siqareti  atdı,  amma  artıq  çox  gec  idi!  İndi 
çuval  kimi  evin  bir  küncündə  qalıb!  Təsəvvür  edirsinizmi  bu  nə 
deməkdi?  Siz  siqaretin zərərini  bir  dərindən  düşünün.  Özünüzü  bir 
anlığa  həmin  adamın  yerində  hesab  edin,  –  deyə  professor 
həyəcanla izahat verdi və əlavə etdi – on beş-on altı ilə həmin kişini 
dörd dəfə amputasiya etmişik. Hətta innən belə siqareti atmasa idi, 
yəqin ki, daha pis ola bilərdi. Özü də çox qoca da deyil – cəmi əlli 
yeddi yaşı var. 
Professor  söhbətini  bitirib  cavanlara  tərəf  baxdı.  Hamı  sus-
muşdu. 
Teymur yenə öskürdü o, bir qurtum çay içib dedi: 
– Balam, qoyun görək bu radio nə deyir da? 
Hamı həkim söhbətinə qulaq asmağa başladı: 
«Siqaret  çəkməyin  sizin  ailə  büdcənizə  vurduğu  zərəri  heç 
hesablamısınız? Siqaretə xərclənən pulu aya, ilə vursaq, çox böyük 
bir rəqəm alınar. Sizin çətinliklə qazandığınız pullar gözünüz görə-
görə  yanıb  kül  olur.  Axı,  bu  israfçılıqdır!  Müqəddəs  kitabımızda 

 
94 
deyilir:  «Yeyin,  için,  israf  etməyin.  Çünki  Allah  israf  edənləri 
sevməz». 
Teymur kişi astadan dedi: 
– Ona qalsa, mən iki maşının pulunu yandırıb kül eləmişəm. 
«İndi  isə  gəlin,  siqaretin  ətrafımıza  və  ekologiyaya  vurduğu 
zərəri  araşdıraq.  Ata  evdə  siqaret  çəkir:  görəsən,  bu  onun  ailə 
üzvlərinə,  qadın  və  uşaqlara  necə  təsir  edir?  Bayaq  deyilənləri 
siqaret  çəkənlə  bir  yerdə  olan  «zərərdidələrə»  də  aid  etmək  olar. 
Özü  də  belə  zərər  uşaq  və  yeniyetmə  orqanizmi  üçün  daha  çox 
ziyanlıdır!  Üstəlik,  atanın  öz  övladı  üçün  pis  örnək  olması  da 
nəzərdən qaçırılmamalıdır. Vay o günə ki, evdə hamilə qadın olmuş 
ola!  Daha  pisi  isə  əgər hamilə  qadın,  ya  da  süd  verən  ana  siqaret 
çəkirsə»… 
Mir  Həsən  asta-asta  moizə  elədi:  «Qurani-Kərimdə  deyilir  ki, 
Allahın  qulu  qiyamət  günündə  dörd  şeydən  hesabat  verməlidir. 
Birincisi,  özünü  nəyə  həsr  etməsi  barədə,  ikincisi,  elmi  ilə  nə  iş 
gördüyü  barədə,  üçüncüsü,  malını  nəyə  sərf  etməsi  barədə  və 
dördüncüsü isə canına necə baxması barədə hesabat». Necə bilirsiz, 
siqaret  çəkən  bu  hesabatı  verə  biləcək?  Ay  verdi  ha…  Qurandan 
daha  bir  ayə:  «Sağlamlıq  qaydalarına  riayət  edərək  qüvvətli  olan 
mömin həmin qaydalara əməl etmədiyi üçün  gücsüz və zəif düşən 
mömindən Allah qarşısında daha xeyirli və sevimlidir». 
Fətulla yenə bir söz tapıb: 
– Bu Mir Həsən lap molla imiş ki? – deyə yenə rişxəndlə güldü. 
Narkoloq  həkim  isə  deyirdi:  «Dörd  yüz  il  bundan  qabaq 
Amerikadan  Avropaya  gətirilən  tütün  bitkisi  indi  bütün  dünyaya 
yayılıb.  Milyonlarla  hektar  münbit  torpaqları  «zəbt»  edən  tütünün 
əkilib  becərilməsinə,  zavod  və  fabriklərdə  istehsalına,  hazır 
məhsulun dünyanın hər yerinə daşınıb aparılmasına və satışına gö-
rün  nə  qədər  insan  zəhməti,  nə  qədər  xərc  tələb  olunur.  İstifadə 
olunmuş siqaret isə öz «bəd əməlini» yerinə yetirdikdən: havamızı, 
suyumuzu,  ekologiyanı  korladıqdan,  getdiyi  hər  yeri  zibillədikdən 
sonra  öz  «missiyasını»  başa  vurmuş  olur.  İstirahətə  gedən  siqaret 

 
95 
həvəskarlarının  ildə  minlərlə  hektar  ağac  və  bitki  örtüyünü  puça 
çıxardıqlarını hesablamaq mümkündürmü?» 
Teymur kişi çənəsini stola dayayaraq, yerə baxa-baxa günahkar 
adamlar  kimi  həkim  söhbətinə  qulaq  asır,  qulaq  asdıqca  da  xəstə-
liyin xofu  onu daha  da  basırdı…  Məhəmməd kişi  təsbehini  çevirə-
çevirə belə bir əhvalat danışdı: 
–  Mən  özüm  buralara  Keçili  kəndindən  gəlmişəm.  O  vaxtı 
bizim kənddə bir kişi var idi. Adı Hüseynqulu idi, amma hamı ona 
Pəhləvan  Hüseynqulu  deyərdi.  Ucaboy,  zəbərdəst  bir  kişi  idi,  bir 
oturuma  dörd  adamın  yeməyini  yeyərdi.  Müharibəyə  gedib 
gələndən  sonra  başladı  tənbəki  çəkməyə.  O  vaxtlar  belə  siqaretlər 
hələ  yox  idi,  hamı  tənbəki çəkərdi. Hüseynqulu  əmi hara  getsə  idi, 
tütün torbası da yanında olardı. Sovetin vaxtı  «Kommunist» qəzeti 
çıxardı.  Götürərdi  o  qəzeti  hər  səhifəni  on  yerə  bölər,  tənbəkini 
ovub içinə doldurar, eşmə hazırlayardı. Çəkdiyi də elə eşmə olardı. 
O  vaxtı  ən  yaxşı  tənbəki  Qarabağlar,  Şahtaxtı  tənbəkisi  hesab 
olunardı. Şahtaxtıda da onun Mir Ələsgər adlı bir seyid dostu vardı. 
Payızda gedib ondan illik tənbəki payını alardı. Əvəzində də ona ya 
iki-üç  toğlu,  ya  da  pul  verərdi.  Nə  isə,  sözüm  onda  deyil… 
Hüseynqulu kişi bir gün başladı öskürməyə. Hara apardılar dərdinə 
əlac eləyən olmadı. O vaxtı heç həkimlər də xərçəngin nə olduğunu 
bilmirdilər.  Əlqərəz,  kişi  düşdü  ölüm  yatağına.  O  boyda  kişi  əridi 
oldu bir ovuc, paltarının biri də  əynində durmadı. Onun dörd oğlu, 
iki  qızı  var  idi.  Oğlanlarının  hamısı  da  siqaret  çəkirdilər.  Dədələ-
rinin  yanında  çəkməsələr  də  o, bunu  bilirdi.  Ona  görə  də,  Hüseyn-
qulu  əmi  oğlanlarını  yanına  çağırıb  belə  dedi:  «Bizim  tayfamıza 
Pəhləvanlar tayfası deyərlər. Özüm dörd adama dov gəlmişəm, hələ 
indiyə  qədər  bir  adam  mənim  dizimi  yerə  vura  bilməyib.  Mühari-
bədə qurşağa kimi qarın, suyun içində yatmışam, xəstələnməmişəm. 
Amma bu tütün görün nə  «köpəyoğlu» şeydisə, məni yıxdı, mənim 
kimi  pəhləvanı  ikiqat  elədi!  Sizə  vəsiyyətim  budu:  qırxımı  verən 
kimi  dördünüz  də  siqareti  atın!  Bilirəm,  hamınız  çəkirsiz,  o  zəhri-
marı atmayan məndən deyil, heç qəbrimin üstünə də  gəlməyin»,  – 
deyə sözlərini bitirdi. Rəhmətliyin o sözləri hələ də qulaqlarımdadı. 

 
96 
O  vaxtlar  mən  də  tay-tuşum  kimi  siqaret  tüstülədərdim.  Rəh-
mətliyin  o  sözlərindən  sonra  o  oldu-bu  oldu  siqareti  atdım! 
Fikirləşdim  ki,  siqaret  o  boyda  kişini  yıxandan  sonra  mənim  kimi 
cılız  bir  adamı  dünəndən  yıxar.  Oturub-durub  Hüseynqulu  əmiyə 
rəhmət oxuyuram.” 
Maraqla  qulaq  asan  professor  siqaret  söhbətinə  yenidən  qa-
rışaraq dedi: 
– Mən də onuncu sinifdən siqaret çəkirdim. Evlənəndən sonra – 
üzr  istəyirəm  –  arvadım  xəstələndi.  O  həkim  qalmadı  aparmayım, 
əlacı  olmadı.  Moskvaya  apardım,  Təbrizə  apardım,  axırda  Türki-
yədə  bir  professor  var,  uzun  illər  Amerikada,  Almaniyada  işləmiş 
adamdı, onun yanına apardım. O mənə dedi ki, «sənin xanımındakı 
boğulma  tutmaları  sənin  siqaret  çəkməyinlə  əlaqədardı».  Dedi  ki, 
«xanımda  nikotinə  qarşı  allergiya  var».  Elə  həmin  gündən  siqareti 
atdım. O vaxtdan üç il keçib,  yoldaşım bir dəfə də olsun xəstələn-
məyib… 
–  Professor,  Sizin  bu  sözünüz  şahidi  olduğum  bir  hadisəni 
yadıma saldı, – deyə, Aydın həkim xatırlamağa başladı. Biz o vaxt 
patanatomiya dərsində  idik. Zərdab  rayonundan  bir adam  gətirmiş-
dilər  –  qırx  yeddi  yaşında.  Bunu  əvvəlcə  gətirirlər  klinikanın 
cərrahiyyə şöbəsinə, orada onu «operasiya» edirlər. Cərrah görür ki, 
bunda ağ ciyər xərçəngidi – yaranı təzədən tikir. Beş gündən sonra 
xəstə  rəhmətə  getmişdi.  Öləndən  sonra  diaqnozun  təsdiq  olunması 
üçün  onu  gətirmişdilər  morqa.  İndiki  kimi  yadımdadı:  morqda 
bizim  patanatom  müəllimdi,  cərrahdı,  bir  də  qrup  yoldaşlarımız. 
Patanatom həkim meyidi yarıb daxili üzvlərini açdı. Birdən soruşdu 
ki,  «sizlərdən  siqaret  çəkəni  var?».  Dedik:  «Bəli,  var».  Dedi: 
«Baxın, görün ağciyərlə qaraciyəri seçə bilərsiz?». O vaxt qrupdakı 
oğlanlardan  çoxu  siqaret  çəkirdi,  mən  də  həmçinin.  Baxdım  ki, 
ağciyər  qapqaradı.  Dedik:  «Doktor,  indi  bizim  də  ağciyərimiz 
belədi?».  Həkim  güldü:  «Əlbəttə.  Bakıdakı  maşınların  tüstüsü, 
zavodların  tüstüsü  plyus  siqaretin  tüstüsü.  İndi  özünüz  mülahizə 
edin».  Sözün  düzü,  nə  təhər  qorxdumsa,  elə  onunla  da  siqareti 

 
97 
atdım.  Uşaqların  çoxu  təzədən  başladılar,  amma  mən  yox.  Artıq 
iyirmi beş ildir ki, mən siqaret çəkmirəm. 
Professor  saatına  baxdı.  Aydın  həkim  getmək  vaxtı  olduğunu 
hiss  edib  ayağa  qalxdı.  İkisi  də  çayxanadakılarla  sağollaşıb  oradan 
çıxdılar. 
Onların  ardınca  Teymur  kişi  də  durub  yavaş-yavaş  evə  tərəf 
getməyə  başladı.  Yolüstü  Əhmədin  dükanına  girdi,  oradan  üç  qutu 
siqaret aldı. Dükanda bir nəfər cavan oğlan pivə içirdi. Teymur kişi 
birdən ayaq saxladı: 
–  Əhməd,  ondan  birini də  mənə  aç,  ürəyim  yanır,  –  dedi.  Əh-
məd  soyuducudan  bir  sərin  pivə  çıxartdı.  Teymur  kişi  pivəni  içdi, 
xoşuna  gəldi,  ona  görə,  ikisini  də  evə  götürdü.  Evə  çatanda  gördü 
ki, qapı bağlıdı.  «Yəqin Tellinin qızının nişanına gediblər», – deyə 
düşündü.  Qapını  açıb  evə  girdi.  Pivələri  stolun  üstünə  qoydu.  Bir 
siqaret yandırıb fikrə getdi, sonra özü ilə danışmağa başladı: 
–  Allah  Kolumba  lənət  eləsin,  o,  bütün  dünyanı  bəlaya  saldı! 
Allah məni bu siqaretə alışdırana lənət eləsin! 
...Rəhmətlik  atam  cavan  yaşda  öldü;  biz  –  anam,  üç  bacım  və 
mən başsız qaldıq. O vaxt mənim on iki yaşım var idi, altıncı sinifdə 
oxuyurdum, əlaçı şagird idim. Məcbur olub gecə məktəbinə keçdim. 
Tikintiyə işə girdim: gündüz işlədim, gecə oxudum. Əgər mən belə 
etməsəydim, hamımız ac qalardıq... Orada bir ustam var idi, yaman 
siqaret çəkən idi, o məni bu zəhrimara alışdırdı. 
Universitetdə oxuyanda bir ara tərgitdim, səkkiz ay çəkmədim, 
kökəldim, adama oxşadım. Sonra yenidən başladım. O başlayan düz 
otuz beş ildi ki, fasiləsiz siqaret çəkirəm... Bu müddət ərzində nə ye-
diyimin, nə də içdiyimin tamını bilməmişəm. 
İştahdan-zaddan  da  düşmüşəm,  arıqlamışam,  yarı  canım  qalıb. 
Bir yandan bu mənim canıma daraşıb, içəridən söküb dağıdır. O biri 
yandan  da  pul  qoymur  qalsın  məndə.  Demək,  siqaret  mənim  həm 
can, həm də cib düşmənimdi. Üstəlik bu məni hər yerdə hörmətdən 
salır,  evdəkilərlə  “üz-göz”  eləyir.  Yazıq  Fatma  insafən  düz  deyir 
də... 

 
98 
 
 
 

 
99 
Teymur fikirli halda otaqda gəzişir, yenə özü ilə danışırdı: 
–  Yox,  belə  olmaz!  Qərarım  qətidi:  siqaretlə  birdəfəlik 
qurtarmaq  lazımdı!  Belə  görürəm  ki,  mən  bununlaq  qurtarmasam, 
bu zəhrimar mənim axırıma çıxacaq! O siqaretə xitabən: “Sən nəsən 
ki,  mən  səninlə  qurtara  bilməyim?!  Mən  səni  özümə  dost  bildim, 
amma  sən  mənə  xəyanət  elədin.  Mənə  deyən  gərək:  “Siqaret  sənin 
əlindədi, sən ki, siqaretin əlində deyilsən”?! Bax, bu axırıncı siqare-
timdi, çəkim, əgər bir də bu zibilə əl vursam, itin oğluyam”, – deyə 
o,  siqareti  tez-tez  sümürüb  külqabına  basdı.  Pivənin  birini  açıb 
başına çəkdi, yenə bir-iki ağız öskürdü. “Yox, qoy birini də çəkim, 
onsuz da bu mənim lap axırıncı siqaretimdi, çünki sabahdan ta çək-
məyəcəm”, – dedi. 
Teymur  özünə  yer  tapa  bilmir  hey  vurnuxurdu,  elə  bil  “itiyi 
itmişdi”… Birdən o dib  otağa keçdi.  Burada kiçik qızın  cer-cehizi 
yığılmışdı: yataq və istirahət mebeli, televizor, soyuducu, tozsoran, 
xalça-palaz,  dörd  dəst  təzə  sırınmış  yorğan-döşək,  «Madonna» 
servis  və  bir  neçə  qeyri  ayın-oyun.  O  bunları  «əlinin  isti  vaxtı» 
arvadının təhrikilə almışdı. «Əgər Fatma deməsəydi, almayacaqdım 
yaxşı  ki,  almışam,  indi  çox  şükür,  rahatam»,  –  deyə  sevindi. 
Elçilərin: «Havalar bir az sərinləyən kimi gəlinimizi aparacağıq», – 
deməsi  yadına  düşdü.  Gülümsədi.  Şüşəbəndə  keçdi.  Teymur  kişi 
teleseriala baxa-baxa ikinci pivəni də içib siqaret damağında divana 
uzandı. Və Teymuru yuxu apardı… 
…Bir  saatdan  sonra  Teymur  kişinin  öz  evində  evi  ilə  bərabər 
yanması barədəki xəbər ildırım sürətilə şəhərə yayıldı. 
 
Naxçıvan, 2002

 
100 
Yüklə 16,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin