Asif KƏNGƏRLİ



Yüklə 16,07 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix22.04.2017
ölçüsü16,07 Kb.
#15244
1   2   3   4   5   6   7   8

 
 
 
 
 
 
I
I
 
 
h
h
i
i
s
s
s
s
ə
ə
 
 
 
 
 
P
P
Y
Y
E
E
S
S
L
L
Ə
Ə
R
R
 
 
 

 
15 
 
B
B
Ə
Ə
L
L
A
A
 
 
 
Altı pərdəli bədii-sənədli pyes 
 
 
Bu hadisələr Azərbaycan rayonlarının 
birində cərəyan edir,  
amma dünyanın hər yerində ola bilər. 
 
 
İŞTİRAKÇILAR: 
 
Vaqif – Narkoloji dispanserin baş həkimi, 40 yaşında 
Mezi, Məzahir – narkoman, 25 yaşında 
Məsmə  – Məzahirin anası, 55 yaşında 
Sevda – Məzahirin həyat yoldaşı, 25 yaşında 
Cibiş – narkoman, 30 yaşında 
Qıllı – narkotik alverçisi, 35 yaşında 
Zazan – narkoman, 30 yaşında 
Bəxtiyar – narkomanlığa təzə başlayan gənc, 20 yaşında 
Viloş – narkoman, 30 yaşında 
Əbili – alkoqolik, 40 yaşında 
Səfər – Məzahirin dostu, 25 yaşında 
Qara – Məzahirin dostu, 25 yaşında 
Səməd Kərimbəyli –  müxbir, 35 yaşında 
Leyli – alkoqolikin həyat yoldaşı,45 yaşında 
Nəcibə  – müəllimə, Məzahirgilin qonşusu, 50 yaşında 
Günay – tibb bacısı, 30 yaşında 
Müstəntiq – 40 yaşında 
Katibə, polis, həkim və uşaq.  
 
 
 

 
16 
 
BİRİNCİ PƏRDƏ 
 
Narkotikə pul çatsa, can çatmaz, 
Can da çatsa, pul çatmaz. 
Müəllif 
 
Şəhərin  dördmərtəbəli  binası  yanında  iki  narkoman:  Cibiş  və 
Mezi  ayaq  üstə  durublar.  İkisi  də  arıq,  üzləri  tüklü,  üst-başları 
səliqəsiz.  Yerlərində  dura  bilmir,  büzüşür,  ora-bura  boylanır  və 
siqaret çəkirlər. 
Cibiş (xırıltılı səslə) – Mezi, nə var, nə yox? 
Mezi  (xırıltılı  səslə)  –  Əh!  Bütün  bədənim  ağrıyır,  ölürəm…, 
gecə bir «qram»
*
 da yatmamışam. 
Cibiş – Mən də. «Bir şey»
*
, «mir şey» var? 
Mezi  –  Yoox…  Dükandan  borc  almağa  ta  üzüm  qalmayıb. 
Evdəki  xrustal  vazanı  götürmüşəm,  iki  «çetə»
*
  dəyişəcəm.  Anamla 
Sevda bilsə, yenə dəli olacaqlar. Bəs sən? 
Cibiş – Məndə iki «çet»lik pul var, bir «list»
*
 də diazepam. 
Mezi – Pulu haradan tapdın? 
Cibiş  –  Dünən  mamam  “pensiyası”nı
*
  almışdı,  onun 
«sumka»sından
*
 götürdüm. Bu gün heç, birtəhər ötüşərik. Sabah nə 
edəcəyik – bilmirəm.., yenə qırılacağıq. (Pauza. Alçaq səslə). Mezi, 
gəl  belə  edək:  qonşumuzda  bir  gəlin  var,  üstündə  çoxlu  qır-qızıl 
gəzdirir.  O,  «podyez»ə
*
  girəndə  qaranlığa  salıb,  ondan  bir  şey 
çırpışdırım,  sən  də  qorxma,  Səfərgilə  gir.  Kalandırlar.  Bir  müddət 
belə ötüşək… 
Mezi – Mən yox, qardaş. Mən qələt elərəm. 
Cibiş – Bə evinizdən niyə oğurlayırsan? 
Mezi – O başqa.., «Şeytan ayrı, Cin ayrı». Özü də mən Səfərlə 
dost olmuşam, çörək kəsmişik. 
Cibiş – Özün bil! Onda sabah başıvın çarəsini qıl. Mən sənə heç 
bir «desil»
*
 də «mal» verməyəcəm. 
Mezi  –  (Ağır-ağır,  düşüncəli)  Düz  deyirsən,  başımın  çarəsinə 
baxmalıyam. (Birdən qızışır. Ucadan) Bu da bir işdi? Ordan-burdan  

 
17 
 
 

 
18 
çal, çap, oğurluq-doğruluqla, yüz müsibətlə pul tap, ona da apar öz 
əlinlə  “şörü”
*
  Qıllıya?  O  da  sənə  zəhər  versin,  sən  də  “damara 
qulluq”
*
  elə?  Yox,  belə  çox  getməz!  Cibiş,  gəl  gedək  müalicə 
olunaq,  çıxaq.  Bunun  axırı  ya  qəbirdi,  ya  “Sibir”,  üçüncü  yol 
yoxdu! 
Cibiş  –  Əə,  yenə  başlama  görək!  Kişi  ol  ə,  adam  öddək
*
 
olmaz!.. «Bayan»
*
  var,  «tiyan»
*
  var,  iki  «çet»  də  «mal»  tapsaydıq, 
«lomka»dan  çıxardıq.  Gəl  buradan  “fitilləyək”  düz  Qıllıgilə,  sən 
vazanı,  mən də pulu  verim,  «mal»  alaq, vuraq,  «lomka»dan  çıxaq. 
Harada qırıla, qırıla… 
 
Gedirlər. 
Pərdə 
 
İKİNCİ PƏRDƏ 
 
Narkotik – bütün çirkinliklərin «ata»sıdır. 
Narkomaniya – ölümü pulla satın almaqdır. 
Müəllif 
 
Qıllının  hasarlı  həyəti.  Hasar  qapısı  və  ona  bitişik  tək  otaq. 
Otağın  küçə  və  həyətə  açılan  iki  qapısı  var.  Otaqda  köhnə  masa, 
kətillər,  masanın  üstə  işlənmiş  qanlı  şprislər,  su  dolu  stəkan. 
Səliqəsizlik.  Qapı  döyülür.  Qıllı  qapının  deşiyindən  baxır,  gələn 
adamları içəri buraxır. Cibişlə Mezi daxil olurlar. Cibiş pulu, Mezi 
isə vazanı Qıllının qabağına qoyur. Qıllı iki heroin bükümünü gəti-
rib onlara verir. 
Cibişlə  Mezi  çöməltmə  otururlar.  Onlar  butulka  qapağına  sim 
sarıyıb  içərisinə  heroin  və  lumu  duzu  atırlar,  alışqanın  üzərinə 
tutub «mal» bişirirlər. Tezliklə heroin hazır olur. Onlar çirkli şprisə 
pambıq sarıyır və ona heroin çəkirlər. Narkomanlar heroini dama-
ra  vurmaq  üçün  çox  əlləşir,  nəhayət,  vururlar.  Sonra  bir  müddət 
hərəkətsiz qalırlar. 
Otağın  qapısı  yenə  döyülür.  Qıllı  gedib  açır.  Bir  nəfər 
narkoman daxil olur. 

 
19 
 
 
 

 
20 
Zazan  (yalvarıcı  səslə)  –  Qıllı,  «lomka»dayam,  ölürəm,  mənə 
bir az «mal». 
Qıllı (laqeyd) – Pulunu düş, sonra. 
Zazan  –  Sabah  gətirərəm,  vallah,  billah,  anamın  qəbri  haqqı 
gətirərəm. 
Qıllı  –  Yox,  yox,  «keçəl  suya  getməz!»  Ə,  bilirsən  nə  var? 
«Pulun var giriş, yoxdu sürüş» – beynimə qavara* çəkmə! 
Zazan  –  Vallah,  sabah  gətirəcəm.  Gətirməyən  arvadının 
qurumsağıdı, gör nəyə and içdim? 
Qıllı  –  Səni  yaxşı  tanıyıram,  «atanşik»in
*
  birisən!  Mən  sənə 
dünyasında müf
*
 «mal» vermərəm. Pulun yoxdusa, get bir şey gətir. 
Zazan (yalvarıcı səslə)  – Evdə bir şey qalıb ki? Gümanım heç 
yerə gəlmir… Sən Allah, bu gün məni ötüşdür, sabah artıqlamasilə 
pulunu  verəcəm.  (Səsini  alçaldır,  udqunur).  Sabah  bir…  işim  var. 
Pul  olacaq,  həə…  Qurban  olum,  tez  ol!  Görmürsən  nə  gündəyəm, 
sınıram ee… 
Qıllı – Vallah, elə torbanın dibindəkini bunlara verdim. «Mal» 
yoxdu, oğlumun ölmüşü! 
Zazan – «İt yuvasından sümük əskik olmaz!» Sən oralara yaxşı 
bax, yoxsa özüm durub «şimon»
*
 eləyəcəm. 
Bu  dəfə  hasar  qapısı  döyülür.  Hamı  qorxub  bir-birinə  baxır. 
Qıllı ehtiyatla qapıya yaxınlaşıb deşiyindən xeyli baxır. 
Qıllı – Kimdi? Kim lazımdı? 
Səs – Qıllı lazımdı, açın qapını. 
Qıllı (qorxa-qorxa) – Siz nə istəyirsiz, qardaş? 
Səs  –  Mənə  buranı  deyiblər,  «mal»  almağa  gəlmişəm.  Məni 
«qızıl Qadir» göndərib. 
Qıllı  qapını  açır.  Son  dəblə  səliqə  ilə  geyinmiş  bir  gənc  içəri 
daxil  olur.  Onun  qolunda  qiymətli  saat,  bir  əlində  mobil  telefon,  o 
birində maşın açarı var. 
Qıllı – Eşidirəm, nə qulluq? 
Bəxtiyar  –  Mənim  adım  Bəxtiyardı.  Qorxma,  «uqolovnik»
*
 
deyiləm.  Mənə  beş  qram  «ağ»
*
  lazımdı.  «Kristal  mal»
*
  olsun, 
tapılar? 

 
21 
Qıllı  –  Ayıb  şeydi  ki?  Bəxtiyar  müəllim,  sənin  üçün  hər  şey 
tapılar.  Sənə  elə  «mal»  verəcəm  ki,  lap  ürəyin  istəyən  –  ceyran 
südü, can dərmanı. Qadir məni yaxşı tanıyır. O bilir ki, şəhərdə ən 
təmiz “mal” ancaq məndə olar. 
Bəxtiyar  5  ədəd  100  dollarlıq  pulu  masanın  üstünə  atır.  Qıllı 
pulu götürüb heroin gətirmək üçün evə gedir. 
Zazan  –  Bəxtiyar  müəllim,  «ölmüşəm  məni  yerdən  götür», 
ayağıvın altında ölüm, «lomka»dayam, mənə də «mal» al. 
Bəxtiyar – Sən kimsən? 
Qıllı gəlir. 
Qıllı  –  Əşi,  ona  fikir  vermə,  o,  cındırın  biridi.  Bayaqdan  «it 
milçəyi» olub ki, «mənə də «mal» ver». 
Zazan (əl açır) – Allah rizası üçün.., sən cavan canın! 
Bəxtiyar cibindən pul çıxarıb Qıllıya verir. 
Bəxtiyar – Buna da bir şey ver, əl çəksin. 
Qıllı bir büküm heroini Zazana verir. 
Zazan  –  Qıllı,  bəs  deyirdin  «mal»  yoxdu?  Əvvəllər  sən  mənə 
müf də «mal» verirdin. İndi mən həmin adam deyiləm? 
Qıllı  (hırıldayır)  –  Yoox,  sən  qabaqlar  yağlı  «qaz»  idin,  indi 
yoluq «cücəsən», ona görə, bildin? 
Zazan  –  Mənim  nəyim  var  idisə,  «pılesos»
*
  kimi  sən  onu 
sordun. İndi məni quru yurdda qoyubsan, özün də məni saymırsan. 
Bu kişilikdəndi? 
Mezi  (nəsihətamiz)  –  Bəxtiyar,  görürəm  «pionersən»
*
,  bu  yola 
təzə  düşübsən.  Bax,  sonra  gec  olacaq,  ha!  Bacarsan  qaç,  qurtar  bu 
bəladan! «Gözü çıxmış» biz qardaşlarıvı görmürsən? 
Qıllı – Adə, nə özüvü  «lezvalayırsan»
*
,  səni  camaata  advokat
*
 
qoyublar?  Bəxtiyar  müəllim,  sən  buna  baxma,  işində  ol!  Ə,  Mezi, 
qoymazsan işimizi görək? Dur ə, dur bas bayıra! 
Bəxtiyar  –  Bura  gəlmək  qorxuludu,  adam  tez  “ilişər”
*
.  Qıllı, 
mənə «malı» «çerez»
*
 Qadir göndərərsən, bildin? 
Qıllı – Baş üstə! Necə istəsən? 
Bəxtiyar (əlilə ətrafı göstərir) – Qıllı, bəs belə… qorxmursan? 

 
22 
Qıllı  –  Əh,  rəhmətliyin  oğlu,  «islanmışın  yağışdan  nə  qor-
xusu»?  Mən  heç  nədən,  heç  «türmə»dən  də  qorxmuram.  Üç  dəfə 
«srok»
*
  yatmış  adamam,  «Araz  aşığımdandı,  Kür  topuğumdan». 
Qorxduğum bir şey varsa, o da «lomka»dı. «Lomka»nın adı gələndə 
başıma hava gəlir.  
Zazan  həmin  heroini  “bişirib”  şprisə  doldurur  və  başı  üzərinə 
qaldırır. 
Mezi – Ə, “qotur”, görməmişlik eləyib hamısını vurma. Vursan, 
“peredoza”
 *
ya gedərsən haa, o, “at dozasıdı”. 
Zazan – “Qoy atın ölümü arpadan olsun!” Uxx! “Doma!”
*
 Əla, 
kontrol verdi! 
Zazan  iynəni  damara  sancır  və  axıracan  yeridir.  Tezliklə  o 
göyərir, gözləri axır, bədəni titrəyir və qıcolmalar başlayır. 
Mezi – Adə, tez olun qoymayın, Zazan “trixat”
*
 eləyir. Bədbəxt 
“peredoza”ya getdi, buraxsaq öləcək! 
Hamı  Zazana  yardım  edir:  onu  sillələyir,  silkələyir,  əl-ayağını 
ovur,  yaxasını  açır  və  “Zazan,  Zazan”  –  deyə  çağırırlar.  Mezi 
şprisə stəkandan su çəkib onun venasına vurur. Zazan tərpənmir. 
Qıllı  –  Ə,  deyəsən  bu  keçindi...  Mezi,  Cibiş  götürün  bunun 
mitilini atın eşiyə, yoxsa o bizi zibilə salacaq. 
Mezi (təəssüflə) – Yazıq Zazan «qızıl vuruş»* elədi… O getdi, 
canı qurtardı, qaldıq biz… Belə bir gün bizim üçün də var. 
Cibiş – Onu hara qoyaq? 
Qıllı  –  Çıxarın,  çıxarın  onu  atın  damın  dalına,  indicə  “it”lər 
töküləcək, tez olun! Özünüz də rədd olun xarabanıza. Baax, “dəvə 
gördüm, qığın görmədim” haa, yoxsa “körpü qalar çayın o tayında”. 
Bildiz?  Hamınız  məni,  he,  he,  Allaha  şükür  ki,  yaxşı  tanıyırsız. 
(Bəxtiyara)  Ə,  Bəxtiyar,  sənə  kim  deyirdi  ki,  ona  o  boyda  pul 
verəsən? 
Bəxtiyar  (qorxa-  qorxa)  –  Mən  yazıq  nə  bilim  ki,  belə  olacaq? 
İndi məni də ora-bura çəkəcəklər, hə?! 
Qıllı  –  Bəs  nəə?!  Polisin  bizimlə  nə  işi  var,  onlara  mən  lazım 
deyiləm ee, sən lazımsan. (Rişxəndlə gülür) 

 
23 
 
 
 

 
24 
Bəxtiyar – İndi mən başıma haranın daşını salım? Mən nə qələt 
elədim  ki,  bu  xarabaya  gəldim?!  Atam  bilsə,  qanım  getdi!  Elə 
qorxuram ki… 
Cibiş  və  Mezi  Zazanı  sürüyüb  eşiyə  çıxarırlar.  Bəxtiyar  da 
onlarla çıxır. Qıllı cib telefonunu çıxarıb nömrə yığır. 
Qıllı – Alo, salam, həə, mənəm. Xəbərin olsun haa, bu gün qar-
mağa  təzə  bir  «balıq»  düşüb,  adı  da  Bəxtiyardı.  Özü  də  zərgər 
Qadirin dostudu. Hə, hə, həmin Qadirin. 
Qıllı telefonu söndürür, kətilə otururbir siqaret yandırır. 
– Həə, Zazan da belə getdi… O qabaqlar Moskvada yaşayırdı. 
Orada  bunun  iki  dükanı,  Rıjski  vağzalda  «toçkası»
*
,  bazarda  yeri, 
yurdu, hörməti… Altında da son model «Mersedesi», Moskva kimi 
yerdə üçotaqlı mənzili, ailəsi, uşağı. İnsana daha nə lazımdı? Özü də 
pula  pul  demirdi,  bəy  balası  kimi  yaşayırdı…  Əvvəllər  iyləyirdi, 
son  iki  ildə  isə  “iynəyə  oturmuşdu”
*
.  Narkoşa
*
  olandan  sonra  dü-
kanları  satıb,  «toçkası»  əldən  gedib,  özü  də  «bankrota»
*
  düşüb… 
Arvadı  da  rusdu.  Keçən  ildən  bunu  salıb  eşiyə,  olan-qalanını  da, 
maşını  da  o  əlindən  alıb.  Sonra  atasına  xəbər  göndərib  ki,  «gəlin, 
oğlunuzu aparın, yoxsa onu milisə verib tutduracam». Qardaşı gedib 
gətirəndən  sonra  burda  düşdü  küçələrə,  avaralandı…  Axırı  da  ki, 
belə… (Pauza). 
Atası  şəhərdə  beş  kişidən  biridi,  özü  də  yaxşı  adamdı. 
Eşitdiyimə  görə,  o  deyib  ki,  “kim  Zazanın  ölüm  xəbərini  gətirsə, 
ona muştuluq verəcəm”. 
 
Pərdə 
 

 
25 
 

 
26 
 
ÜÇÜNCÜ PƏRDƏ 
 
Dadanmışla qudurmuş eynidi. 
Atalar sözü 
Heroin – ailəvi qırğın silahıdı. 
Müəllif 
 
Mezigilin  evi.  Evdə  köhnə  mebel  qoyulub.  Pəncərədə  kon-
disionerin  boş  qalmış  yeri  və  sınmış  şüşələr  diqqəti  cəlb  edir. 
Məsmə  xanım  ilə  Sevda  divanda  bikef  oturublar.  İkisi  də  başını 
aşağı salıb, fikrə gediblər. 
Məsmə – Deyirəm: «Bir adama pislik etmək istəsən, ona heç nə 
eləmə,  övladını  narkotikə  sal,  çəkil  dur  kənarda.  O  narkoman  beş 
günün içində həmin evi elə tar-mar eləsin, elə altını üstünə çevirsin 
ki, gəl görəsən! Heç düşmən də düşmənliyilə evi elə dağıda bilməz 
ki, narkoman dağıdar». Ona görə də deyirəm: «Bu bir bəladı, bəla»! 
Sevda – Ana, dünəndən nəsə özündə-sözündə deyilsən. Bir şey 
olmayıb ki? 
Məsmə  (yorğun)  –  Daha nə  olacaq,  ay qızım? Bizə olan olub! 
(Pauza) Dünən getmişdim bazara, dedim: “Fəridə bir az mer-meyvə 
alım”.  Kaş  heç  getməyəydim!  (Doluxsunur)  Gördüm  ki,  Məzahir 
piştaxtaları  gəzib  pul  istəyir,  kiminsə  «sumka»sını  maşına  qədər 
aparır  ki,  nə  var,  nə  var  ona  beş-on  qəpik-quruş  versin.  Elə 
yerimdəcə quruyub qaldım! Dedim: “Yer ayrılsın, yerə girim!” Xə-
calətimdən  öldüm,  ölə  bilmədim.  İndi  də  deyəcəklər  ki,  “köhnə 
katib  Aslan  Süleymanovun  oğlu  bazarda  hamballıq  edir,  dilənir”. 
Əlimdəki  pulu  harada  salmışam,  evə  necə  gəlmişəm  –  xəbərim 
olmayıb. Dünəndən bu dərdi çəkə bilmirəm, vallah, çəkə bilmirəm. 
(Ağlayır) Ay Allah, kaş öləydim, bu günü görməyəydim! 
Məzahir  ölsə,  billəm  ki,  ölüb,  oturub  beş  gün  ağlaram,  qurtarar 
gedər,  “torpağın  üzü  soyuq  olar”  –  deyiblər.  Mənim  oğlum 
Qarabağda  şəhid  olanlardan  artıq  deyil  ki!  Məsəl  var,  deyərlər: 
“Ölüm  var,  ölüm  kimi,  ölüm  var,  zülm  kimi!”  Bununku  zülmdü, 
zülm. Deyir: “Ölüsü olan beş gün ağlar, dəlisi olan hər gün”. İndi isə 

 
27 
gündə  on  yol  ölürəm,  dirilirəm,  ölürəm,  dirilirəm.  Sən  də  məndən 
betər. (İkisi də ağlayır) 
Sevda  – Ana, bir az özüvü ələ al, birdən Allah eləməmiş, yenə 
şəkərin qalxıb-eləyər! 
Məsmə  –  Ta  “qarınınkı  Qurandan  keçib”,  qızım.  Allahdan  ya 
özümə, ya da Məzahirə ölüm istəyirəm, daha tabım qalmayıb! (İkisi 
də ağlayır) 
Məsmə  (yavaş  və  ehtiyatla)  –  Sevda,  qızım,  mən  anayam,  hər 
şeyi  görürəm,  bilirəm.  Mənə  açıq  de,  sənin  Məzahirə  qarşı  bir... 
istəyin-zadın qalıb? 
Sevda  –  Yox.  Yalan  niyə  deyim?  Ona  olan  əvvəlki  hisslərim 
çoxdan ölüb. O öldürüb! Məzahir yalan danışanda, evdən oğurluq-
zad  eləyəndə,  ya  məni  döyəndə  elə  gözümdən  düşür  ki!  Onda  ona 
nifrət edirəm, görmək belə istəmirəm. O hər gün mənim əsəblərimlə 
oynayır, ona görə də, isterik olub getmişəm. Evə nə qədər “skorı”
*
 
gələr? Mən daha dözə bilmirəm, bezmişəm. Hələ mən heç! Barı evə 
baxsın, uşağa baxsın. Bu bir ildə nə evə Allahın bir çörəyini alıb, nə 
də Fəridə bir cüt corab. Elə deyil? Bəlkə, yalan deyirəm? Mən onu 
bağışlaya  bilmirəm.  O,  mənim  bütün  ömrümü  zəhərləyib.  Vallah, 
neçə dəfə istəmişəm özümü öldürəm, Fərid qabağımı kəsib... Əgər 
Fərid olmasaydı, yəqin ki, çoxdan özümü toka verib öldürmüşdüm. 
Məsmə  –  Amandı,  qızım,  elə  demə!  Qulaqlar  kar  olsun, 
eşitməsin.  Sən  niyə  ölürsən,  sən  cavansan,  mən  ölməliyəm,  mən! 
Amma... indi bədbəxtlikdən heç birimiz ölə bilmərik, çünki bizə bir 
şey  olsa  onda  Məzahir  də,  Fərid  də  ortalıqda  qalıb  məhv  olar! 
Fikirləşib  bu  işə  bir  əncam  çəkmək  lazımdı,  qızım.  Fəqət...  necə? 
Heç özüm də bilmirəm. 
Sevda  – Mən Məzahirə neçə dəfə dedim, yalvardım, neçə dəfə 
ağladım, özümü öldürdüm – eşitmədi. Yenə elə öz işindədi... Ondan 
sonra  çox  düşündüm,  çox  götür-qoy  elədim.  Axırda  bu  qərara 
gəlmişəm ki, mən... mən uşağı da götürüb gedəm... Çünki bu yazıq 
uşaq belə atadan nə götürəcək, nə öyrənəcək? Heç olmasa, oğlumu 
xilas edərəm... 

 
28 
 
 
 

 
29 
Məsmə  –  Sən  bir  az  səbrli  ol,  qızım,  “Allah  da  səbrlinin 
tərəfindədi”.  Mən  də  bilirəm  ki,  «bıçaq  ta  sümüyə  dayanıb».  Sən: 
“Lənət Şeytana”, – de. Mən istəmirəm ki, sizin ailəniz dağılsın... 
Sevda  –  Nə  ailə?  Belə  də  ailə  olar?  O  ailə  çoxdan  yoxdu… 
Sizdən  də  üzüqaralıq  edirəm,  biz  bir  ildi  ki,  ailə  həyatı  yaşamırıq, 
bacı-qardaş kimiyik! 
Məsmə (əllərini göyə açır) – Ay Allah, sən saxla, bu cavanlara 
yazığın  gəlsin!  Bizə  kömək  elə,  ya  Rəbbim!  Bu  zəhrimar  nə  bəla 
şeydi  belə?!  Mən  belə  şey  görməmişəm,  deyir:  «Evdə  bişməyib, 
qonşudan gəlməyib». Allah heç kimə göstərməsin! (Pauza), Sevda, 
axı siz bir-birinizi çox istəyirdiz. İndi niyə belə oldu? 
Sevda – Düzdü, mən onu – nə gizlədim – çox istəyirdim, çünki o 
mərifətli, qanacaqlı oğlan idi. Mən Məzahirə görə nələrdən keçdim – 
bunu  Siz  özünüz  də  bilirsiz.  Amma...  o  indi  çox  dəyişib,  əvvəlki 
Məzahir deyil. 
...Orası  da var ki,  Məzahir indi xəstədi,  özü də ağır xəstə, ona 
xəstə  kimi  baxmaq  lazımdı.  (Pauza)  ...Onun  o  ağrılarını,  o 
əzablarını  görəndə  bir  insan  kimi  yazığım  gəlir,  kömək  etmək 
istəyirəm ona. Amma necə kömək edim, bilmirəm. (Pauza) Məzahi-
rin  yoldaşlarından biri o gün elə  yanındaca ölüb, o biri isə tutulub 
gedib.  Ondan  sonra  yaman  qorxuya  düşüb.  Ona  görə  də,  indi  özü 
müalicə olunmaq istəyir. Dünən deyirdi ki, “pis gündəyəm, Sevda, 
əgər müalicə olunmasam,  ya öləcəm,  ya da tutulacam”.  Bəlkə onu 
müalicə etdirək, hə? 
Məsmə  –  Düz  deyirsən,  qızım.  Qoy,  Məzahir  gəlsin,  oturub 
onunla bir əməlli-başlı danışaq. Görək onun buna sözü nədi? 
Məzahir daxil olur. 
Mezi – Ana, “lomka”dayam, ölürəm, mənə tez pul ver, gedim. 
Məsmə  –  Ay  bala,  mən  pulu  haradan  alım?  Evdə  gün-dirilik 
qoyubsan ki, pul da istəyəsən? Utanıb qızarmırsan? Heç düşünürsən 
ki, iki arvad bir uşaqla bu evə qapanıb nə yeyir, nə içir, nə ilə dola-
nırlar? Evə qazanc gətirmirsən, gətirmirsən, barı heç olmasa, evdən 
də daşıyıb aparma... Günlərlə evə, eşiyə gəlmirsən, anan cəhənnəm, 
heç  olmasa  bir  uşaqla,  gəlinlə  maraqlan!  Axı,  Sevda  cavandı,  ye-

 
30 
mək,  geymək,  başqaları  kimi  gəzmək  istəyir,  sənsə...  Vallah,  gün-
lərin  bır  günü  mən  də  çərləyib  öləcəm,  onda  rahatlanacsan.  Atan 
öldü, ürəyin soyumadı, indi də məni öldürmək istəyirsən? 
Mezi  –  Ana,  vallah,  ağrıyıram,  özümlə  bacara  bilmirəm,  nə 
edim? Mən bu bəlaya düşəndən bəri nələr çəkmişəm – onu bir Allah 
bilir!  Kimlərin  ayağına  getməmişəm?  Elə  adamların  ki,  əvvəllər 
mən onları  heç adam  da saymırdım! Ana,  elə  bilirsən iynə  vurmaq 
xoşuma  gəlir?  İndi  bunun  bir  «kayfı»
*
  da  qalmayıb,  “ağrıya  vuru-
ram”.  Yəni  vururam  ki,  ağrım  olmasın,  mən  də  adam  balası  kimi 
özümü bir az normal hiss edim. İndi bütün bədənim dəlik-deşikdi. 
Onu  da  bilirəm  ki,  heç  kimin  yanında  bir  itcə  hörmətim 
qalmayıb…  Yadıma  keçən  illər  düşəndə  az  qalıram  dəli  olam! 
Amma,  vallah,  bir  çıxış  yolu  tapa  bilmirəm…  Adam  deyir:  «Bunu 
da vurum, bir də vurmayacam». Elə bil, beynimdə bir «qurd» var. O 
«qurd»  tərpənəndə  məni  çox  narahat  eləyir.  Elə  heey  o  «qurdu» 
öldürmək  istəyirəm.  Ona  görə  də,  bir  də  görürsən,  yenə  heroin 
axtarırsan,  yenə  gedibsən  bariqanın
*
  xarabasına,  elə  bil,  ayaqları 
adamı sürüyüb aparır ora… Bunu izah edə bilmirəm e, bu bir qəribə 
hissdi, özüm də baş aça bilmirəm, vallah... Ana, məni başa düş, bu 
dəfə  də  məni  ötüşdür  –  bu  axırıncı  dəfədi,  qoy  gedib  «qurdumu» 
öldürüm, bir də səndən pul istəməyəcəm. 
Yüklə 16,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin