Amid Səlimoğlu “Ruhilər”



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə5/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   2   3   4   5   6   7   8   9   ...   45
Bəyaz Dəhliz

Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
10 
 
 
– Heç nə. Nə deyəcəm. Yarısını verdim, getdi. 
Evdə o qədər pul var idi. 
 
– Lap yaxşı. – Sabir dərindən nəfəs aldı. 
 
–  Bilirsən  nə  olub?  –  Yasəmən  üzünü  Sabirə 
tərəf çevirib maraqla dedi. 
 
– Nə? 
 
–  Fəridə  xanımla  danışdım  səhər.  Bankda 
işləyir  axı.  Dedi  ki,  yoldaşının  rəsmi  iş  yeri  olsa, 
bankdan  kredit  götürməyə  kömək  edərəm.  Həm  də 
dedi ki,  ödəyəndə əlavə çox pul ödəməzsiniz.  
 
– Faizi deyib yəqin. 
 
– Hə, elə ondan.  
 
–  İnşaAllah,  Yasəmən.  Niyə  də  olmasın.  Pul 
götürüb evimizi tikərik bizdə.  
 
–  Həə...  elə  buralardan  bir  yerdə  torpaq  alıb 
başlayarıq tikməyə. Burada torpaq elə də baha deyil. 
İki otaq tiksək bəs edər. Balaca həyəti də olar.  
 
– Uşaqlar üçün də ayrı otaq edərik. Bəzəyərik 
istədikləri kimi.  
 
–  Həə...  Hədiyələr  də  alarıq  onlara.  Aytac, 
yazıq  uşaq  neçə  dəfə  kukla  istəyib  məndən. 
Siniflərindəki qızlarda görüb. Uşaqlar üçün aboy olur 
haa, ondan da alarıq. 
 
– Alarıq. Nə istəsələr alarıq. – Sabir Yasəmənə 
baxdı. – Bəs sən? Sən nə istəyirsən?  
 
–  Mən  heç  nə.  Daha  nə  istəyəcəm.  Evimiz 
olsun bəsimizdir.  


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
11 
 
 
Sabir Yasəməni çox yaxşı tanıyırdı. Bilirdi ki, 
bir şey istəsə də, utancından ağız açıb istəyə bilmirdi. 
Əslində,  Sabir  onun  əziyyətini  çox  yaxşı  görürdü. 
Yazıq  qız  bütün  günü  dayanmadan  işləyirdi. 
Gündüzlər  başqalarının  evinin,  axşamlar  isə  öz 
komasının  dərdinə  çarə  olmağa  çalışırdı.  Sabir 
gecələr daha çox düşüncələr içində boğulurdu. İki il 
bundan  qabaq  rayondan  necə  ümidlərlə  gəlmişdilər 
Bakıya.  Sabir  işləyəcək,  ev  tikəcəkdi,  ailəsi  üçün 
gözəl  gələcək  quracaqdı.  Ancaq  bu  elə  də  asan 
deyildi.  İşlər  heç  istədiyi  kimi  getmirdi.  Rayona  da 
qayıtmaq  mümkün  deyildi.  Qayıdıb  harada 
yaşayacaqdılar, necə dolanacaqdılar! Atasından qalan 
bircə ev var idi, onda da qardaşıgil qalırdı. Ona görə 
də Bakıda məskən salmaq üçün özünü məcbur edirdi. 
Yasəmən  isə  onun  qol-qanadı  idi.  Arabir,  daha 
doğrusu tez-tez “Yasəmən kimi həyat yoldaşına sahib 
olmaq üçün görəsən, necə bir savab iş görmüşəm?” – 
deyə  öz-özünə  sual  verirdi.  Yasəmən  onun  hər  şeyi 
idi.  Onu    məktəb  vaxtı,  dördüncü  sinifdə  gördüyü 
gündən indiyə kimi. Və bu heç vaxt dəyişməyəcəkdi. 
 
Sabir  bir  qədər  düşüncələrə  daldıqdan  sonra 
özünü toparlayıb dedi: 
 
– Sənin o dəfə gördüyün üzüyü də alarıq. Çox 
istəyirdin.  
 
– Necə istəyirsənsə, elə də olsun. – Yasəmənin 
qara gözləri parlayırdı.  


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
12 
 
 
– Hələ başqa şeylərdə.   
 
– İnşaAllah. 
 
Yasəmən  başını  Sabirin  sinəsinə  qoydu. 
Sabirsə, əli ilə onun saçlarını oxşayırdı.  
 
– Zakirlə danışdın?  
 
– Yox. Niyə ki? 
 
– Nə bilim. Fikirləşdim, yəqin danışarsan. 
 
–  Yox.  Danışmamışam.  Fikrim  də  yoxdur. 
Bircə dəli olmağım çatmırdı.  
 
– Necə istəyirsən.  
 
– Hə. – Sabir qısaca dedi. – Yat, qadası. Yat. 
Yuxun şirin olsun. 
 
– Sənin də.  
 
 
*** 
 
 
Gecədən xeyli keçsə də, Sabir hələ də oyaq idi. 
Gözünə  yuxu  getmirdi.  Necə  getsin  axı?!  O  qədər 
dərd  var  idi  ki.  Rahat  yatmaq  olardımı?  Gözlərini 
tavana  zilləyərək  eləcə  donub  qalmışdı.  Düşünür, 
düşünür, düşünür və yenə də düşünürdü. Düşünməklə 
bir  şeylər  əldə  etməyəcəyini  ondan  gözəl  bilən  yox 
idi,  buna  baxmayaraq,  düşünməyə  davam  edirdi. 
Bəzən 
də 
xəyallar 
qurur, 
gələcək 
həyatın 
gözəlliklərini  canlandırırdı,  qaranlıq  tavanda.  Lakin 
hər şey kimi o da bir anda gəlib keçirdi. Yuxu isə heç 
gəlmirdi.  Dərindən  nəfəs  alaraq  yavaşca  dikəldi. 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
13 
 
Yasəməni  oyandırmaq  istəmirdi.  Yataqdan  enərək 
hamamın  yolunu  tutdu.  Əl-üzünü  yuyacaqdı.  İşığı 
yandırdıqdan  sonra  qapını  açıb  içəri  girdi.  Halsız 
halda  krantın  başlığını  qaldırıb  doyunca  əl-üzünü 
yudu. Sonuncu dəfə üzünə su vurduqdan sonra əllərini 
saçlarında  gəzdirib  sərinləməyə  çalışdı.  Elə  bu  an 
gözləri  güzgüdəki  əksinə  sataşdı.  Saçlarına,  üzünə 
nəzər  yetirdi.  Saçları  seyrəlmiş,  üzündəki  qırışlar 
çoxalmışdı. İndiyə kimi buna o qədər də əhəmiyyət 
verməyən  Sabir  qocaldığının  fərqinə  varmışdı.  Yaşı 
az  idi,  ancaq  istənməyən  qonaq  kimi  gələn  qocalıq 
bürümüşdü,  bədənini.  Gözlərinə,  gözlərinin  altında 
yaranan şişlərə nəzər yetirdi. Kinayə ilə gülümsədi.  
 
– Qocalırsan, Sabir bəy. Qocalırsan. – Sakitcə 
dedi. Sonra yenidən güzgüyə yaxınlaşaraq gözlərinin 
içinə  baxdı.  –  Bu  qədər  problemin  içində  hələ 
yaxşıyam. – Biranlıq gülümsədi, sonra yenə güzgüyə 
diqqətlə baxdı. – Heç utanırsan? Hə? Neçə aydır ki, 
işsizsən.  Qonşular,  qohumlar  arxanca,  Allah  bilir 
nələr  danışır.  Qınamıram.  Vallah.  Qınanılası 
gündəyəm. Haqq edirlər. Millət hardan olur-olsun bir 
yolunu  tapıb  özünü  dolandırır.  Bəs  mən?  Elə  yol 
ölçürəm.  Gedirəm,  gəlirəm.  İş  dilənirəm.  Təmiz 
insan,  şərəfli  insan,  düzgün  insan  olmaq  kimə 
lazımdır axı? Nə edirsən, necə edirsən, fərqi yoxdur. 
Təki  edəsən.  Buna  baxacaqlar,  onsuzda.  Kimə 
lazımdı,  sənin  quru  şərəfin!  Eh...  Elə  buna  görə, 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
14 
 
çıxarmadılarmı səni işdən?! – Başını bulayaraq köks 
ötürdü. Nə danışdığını heç özü də bilmirdi. Yenidən 
başını qaldırıb güzgüyə baxdı. – Təki canımız sağlam 
olsun.  –  Yasəmənin  sözünü  xatırlayıb  gülümsədi.  – 
Yazıq qız. Onunda həyatını bərbad eləmişəm. Məni 
tanıdığı  günə  daş  düşəydi.  Nə  qədər  vədlər 
vermişdim, evlənəndə. Heç bir dəfə də soruşmur ki, 
hanı o  vədlər!  Elə hey  “təki  canımız  sağlam  olsun” 
deyir. Allah bəlamı da vermir ki, canlarını qurtarsınlar 
məndən.  Rahat  yaşaya  bilsinlər.  Mənim  etməli 
olduqlarımı o edir. Guya evin kişisi mənəm. Hah... – 
Kinayə  ilə  gülümsədi.  –  Kişi  haa...  Evin  dirəyi! 
Əynimdəki tumana qədər o alır. Kişi! Kül sənin kişi 
başına!  – Əlini güzgüyə tərəf sirkələdi.  
 
Sabir  getdikcə  sərsəmlədiyini  hiss  etmişdi. 
Suyu  açaraq  üzünü  bir  daha  yuduqdan  sonra  krantı 
bağlayıb  hamam  otağından  çıxdı.  Yataq  otağına 
keçərək  yerinə  uzandı.  Yatmağa  çalışacaqdı.  Sabah 
isə dünənki kimi yeni ümidlərlə oyanacaqdı. 
 
 
 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin