Amid Səlimoğlu “Ruhilər”



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə4/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   2   3   4   5   6   7   8   9   ...   45
Bəyaz Dəhliz

Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 

 
 
 
Yemək  yedikdən  sonra  Yasəmən  Rüfəti 
yatızdırmaq üçün otağına apardı. Aytac isə dərslərini 
oxumağa getmişdi. Sabah yenə dərs var idi. Sabir isə 
mətbəxdə  oturmuşdu.  Edəcək  bir  işi  yox  idi.  Fikirli 
halda  sabahı  düşünürdü.  Əslində  sabahı  deyil, 
birisigünü də, o biri günü də, bir həftə sonranı da, bir 
ay  sonranı  da  düşünürdü.  Düşünə-düşünə  dəliyə 
dönmüşdü. Çıxış yolları axtarır, axtardığı yollarda itib 
batırdı.  Kömək  olacaq  bir  düz-əməlli  fikir  tapa 
bilmirdi.  Rayondan  gələndən  bu  günə  kimi  bir  çox 
işdə  çalışmışdı.  Ancaq  heç  birinin  ömrü  uzun 
olmamışdı. İşləri heç cür gətirmirdi. Sonuncu işindən 
isə  səkkiz  ay  idi  ki,  çıxmışdı.  Pandemiya  çalışdığı 
şirkətdən  də  təsirsiz  ötməmişdi.  Şirkət  məcbur  olub 
işçilərin bir çoxunu işdən çıxarmışdı. Onların içində 
Sabir də vardı. Bu səkkiz ay Sabirə kabus kimi gəlirdi. 
Bütün  günü  iş  axtarır,  ancaq  yenə  əliboş  qayıdırdı, 
evinə.  Evdə  tək  çalışan  Yasəmən  idi.  O  da  evlərə 
təmizliyə gedirdi. Qazandığı pulla da birtəhər keçinib 
gedirdilər. Sabiri bu hal daha çox sıxırdı. Əlindən isə 
bir  şey  gəlmirdi.  Özünü  aciz  hiss  edirdi.  Daha 
doğrusu,  hiss  etmirdi,  aciz  olduğunu  qəbul  etmişdi. 
Yoxsa bir insan niyə bu qədər işsiz qalsın ki?! 
 
Bir  neçə  saat  eləcə  mətbəxdə  oturub 
qarşısındakı  stəkanla  oynadıqdan  sonra  yatmaq 
vaxtının  gəldiyini  görüb  ayağa  qalxdı.  Uşaqlar 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 

 
çoxdan  yatmışdı.  Bircə  Yasəmən  həyətdə  yuduğu 
paltarları sərirdi. Paltaryuyan maşınları olmadığından 
paltarları əllə yuyurdu. Bu da həm əziyyətli idi, həm 
də çox vaxt aparırdı. 
 
Mətbəxdən  çıxıb  yataq  otağına  girdi.  Əynini 
dəyişib  xəstə  adamlar  kimi  yerinə  uzandı.  Bir  qədər 
sonra Yasəmən də yanına gəldi.  
 
–  Paltarları  sərdim.  Çox  Şükür  işimi  qurtara 
bildim.  Elə  bilirdim,  çatdıra  bilməyəcəm.  –  O  da 
Yatağa uzandı.  
 
Yasəmən  yatağa  uzandıqdan  sonra  Sabirin 
dinməzcə divarı izlədiyini gördü. O da başa düşürdü 
ki, həyat yoldaşı “bugünlərdə” çox düşüncəlidir. Ona 
görə  də  birazda  ona  yaxınlaşaraq  başını  çiyninə 
söykədi. 
 
– Niyə narahat olursan? Hər şey yaxşı olacaq. 
 
–  Sən  elə  deyirsənsə,  olsun.  –  Sabir 
gülümsəyərək dedi.  
 
–  Hə  Vallah.  Hər  ailədə  çətinlik  olur.  Axır-
əvvəl bir yol tapıb çətinlikdən çıxacağıq.  
 
– Nə bilim, ay Yasəmən. Neçə aydır, işsizəm. 
Əlimə  bir  qəpik  də  dəyməyib.  Çörək  belə  ala 
bilmirəm. Sən işləyirsən... 
 
–  Elə  şey  demə!  –  Yasəmən  onun  sözünü 
kəsərək dedi. – Mən ya sən. Nə fərqi var? Bugün mən 
sənin üçün, sabah da sən mənim üçün. Biz bir ailəyik 
axı. 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 

 
 
– Düz deyirsən. – Sabir onun xətrinə dəymək 
istəmirdi. 
 
– Həm belə çox istəyirsən, işləyəndə borcumu 
qaytararsan qurtarıb gedər. – Gülərək dedi. 
 
–  Daha  denən, dağlar  qədər borcum  var ki.  – 
Sabir də gülməyə başladı.  
 
– Sən narahat olma. Təki canımız sağlam olsun. 
Qalan  şeylər  düzələn  şeydi.  Bugün  Pakizə  xala 
deyirdi  ki, bir qohumları  var,  xaricdə  yaşayır.  Varlı 
adamdılar,  ancaq  uşaqları  xəstədir.  Yazıq  heç 
yerindən tərpənə də bilmir. O qədər var-dövlət, gəl ki, 
bir oğulları var, o da xəstə. Ona görə də, Şükür edək. 
Canımız  sağlam  olsun,  qalan bütün  çətinliklər gəlib 
gedəndir.   
 
– Elədir.  
 
– Hə.  
 
–  Aytac  interneti  necə  elədi?  O  dəfə  deyirdi, 
nəsə köçürməli idi. – Sabir söhbəti dəyişdirdi. 
 
– Heç nə. Qonşunun internetindən istifadə edir. 
Sağ  olsunlar,  kodu  dedilər.  Aytac  da  nə  lazımdırsa, 
ordan köçürür.  
 
–  İndi  uşaqlara  internet  də  lazımdır.  Hər  şeyi 
elə  ordan  öyrənirlər.  Bütün  məhəllə  qoşdurub,  bir 
bizdən başqa.  
 
– Bugün ev yiyəsi də gəlmişdi. Pul üçün. 
 
– Sən nə dedin? 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin