Amid Səlimoğlu “Ruhilər”



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə9/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   ...   5   6   7   8   9   10   11   12   ...   45
Bəyaz Dəhliz

Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
26 
 
 
–  Sabir,  istəmirsənsə,  getmə.  Bəlkə  hər  şey 
düzələcək. Hə? 
 
– Vaxt gedir, qadası. Nəsə etmək lazımdır.   
 
–  Mənə  görə  edirsən?  –  Yasəmənin  gözləri 
dolmuşdu.  
 
– Sənə, uşaqlara. Başqa kimə görə edəcəm ki? 
Hər şeyi sən etməli deyilsən ki.  
 
–  Mən  narazı  deyiləm.  İnan  mənə.  Sənin 
istəmədiyin bir şeyi zorla etməni mən də istəmirəm. – 
Sabirin əlindən tutdu.  
 
–  Bilirəm,  qadası.  Ancaq  etmək  lazımdır. 
İstədim  ya  yox.  Mən  etməsəm,  heç  kim  bizə  nəsə 
etməyəcək.  
 
Elə  bu  an  Zakir  həyət  qapısından  içəri  girdi. 
Qapının  açılmasını  eşidən  Yasəmən  əlini  Sabirin 
əlinin  üstündən  çəkib  ayağa  qalxdı.  Şkafa 
yaxınlaşaraq stəkan, nəlbəki çıxartdı. Çay süzdükdən 
sonra  çayı  masanın  üstünə  qoydu.  Sabir  isə 
mətbəxdən çıxıb Zakirin qarşılamağa getdi.  
 
– Nə tez gəldin? 
 
– Kənddəydim. Sən zəng edən kimi də gəldim. 
Yasəmən evdədir? 
 
– Hə. Gəlib. 
 
– Lap yaxşı. 
 
İkisi də evə girdilər.  
 
–  Salam,  Yasəmən.  Necəsən?  –  Zakir 
Yasəmənə yaxınlaşıb görüşdü. 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
27 
 
 
–  Salam,  qardaş.  Yaxşıyam.  Sən  necəsən? 
Xədicə bacı necədir? Uşaqlar? 
 
– Şükür. Hamısı yaxşıdır. Salamları var.  
 
–  Yaxşı  olsunlar.  –  Yasəmən  yer  göstərdi.  – 
Keç, otur. Yol gəlmisən. Çay süzmüşəm.  
 
Zakir masanın başına keçərək əyləşdi. Sabir də 
divanda  oturdu.  Yasəmən  isə  ayaqüstə  onların  nə 
danışacağını  gözləyirdi.  Zakir  çayından  bir  qurtum 
içdikdən sonra Sabirə baxaraq dedi: 
 
– Hə. De görək, nə deyəcəksən. 
 
– Dediyini edəcəm. – Sabir bu sözü deyərkən 
gözucu Yasəmən baxdı. 
 
–  Düz  eliyirsən,  Vallah.  Heç  narahat  olma! 
Mən hər şeyi həll edəcəm. – Üzünü Yasəmən çevirdi. 
–  Sən  də,  bacım.  Vallah,  hər  şey  istədiyimiz  kimi 
olacaq. 
 
– Bəs nə vaxt gedəcəm? Xəstəxananı deyirəm.  
 
–  Sabah  gedək  həkimin  yanına.  Şəxsiyyət 
vəsiqəni  özünlə  götürərsən.  Onla  danışarıq.  O  da 
sənədləşməni edəndən sonra, xəstəxanaya gedərsən.  
 
– Orda neçə gün qalacaq? – Bayaqdan susaraq 
danışanları dinləyən Yasəmən söhbətə qarışdı. 
 
–  On  beş,  uzağı  iyirmi  gün.  Ondan  çox 
olmayacaq. 
 
–  Ay  qardaş,  deyirəm,  Sabir  orda  yata-yata 
həqiqətən dəli olar. Onda neylərəm mən?!  


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
28 
 
 
–  Eşqimdən  dəliyə  dönüb  deyərsən.  –  Zakir 
sözünü bitirib qəhqəhə ilə gülməyə başladı. 
 
Onun bu sözünə Sabirlə Yasəmən də güldülər.  
 
– Bəs mənə inanacaqlar? 
 
–  Narahat  olma,  Sabir.  Həkim  sənə  hər  şeyi 
izah edəcək.  
 
– Yaxşı. Necə deyirsənsə, elə olsun. Yaşayaq, 
görək başımıza nə gəlir. 
 
– Mənə inan. Qalan şeyləri boş ver.  
 
–  Mən  yenədə  narahatam.  Orda,  xəstəxanada 
hər cür adam var. Nə desən olar.  
 
–  Ay  Yasəmən,  bu  adam  indiyə  kimi  hər  cür 
adam görüb. Bir şey olmaz. 
 
–  Xəstəxanadan  çıxan  kimi  pensiyaya  çıxmış 
olacam? – Sabir yenidən sual verdi. 
 
– Həkim dedi, xəstəxanaya yatan günü sənədlər 
göndəriləcək.  
 
–  Yaxşı.  Nə  deyim.  Təki  hər  şey  istədiyimiz 
kimi olsun. 
 
– Olacaq. Qəti narahat olmayın. – Çayı başına 
çəkdi. – Yaxşı mən gedim. Evə bir-iki şey almalıyam. 
Birazdan hər yer bağlanar.  – Ayağa qalxdı. – Sabah 
səni  özüm  gəlib  götürərəm.  Səhər  orda  olarıq.  Vaxt 
getməsin. 
 
– Oldu. Hazır olaram.  
 
– Di, salamat qalın.  
 
– Evdəkilərə salam deyərsən. – Yasəmən dedi. 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin