Amid Səlimoğlu “Ruhilər”



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə17/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   ...   13   14   15   16   17   18   19   20   ...   45
Bəyaz Dəhliz

Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
53 
 
 
–  Nəysə,  söhbəti  uzatmayaq.  Mənim  artıq 
yuxum gəlir. Yeməyimi də yeyib bitirdim. Bugün çox 
yorulmuşam. – Zakir sonuncu tikəsini ağzına atdı.  
 
– Nuş olsun.  
 
 
–  Sağ  ol,  Yasəmən.  İndi  də  bir  çay  versən, 
səndən başqa heç nə istəmirəm.  
 
– Baş üstə. – Yasəmən ayağa qalxdı. 
 
Xədicə  də  Yasəmənə  süfrəni  yığışdırmaqda 
kömək edirdi. Zakirlə Sabir isə sabah nə edəcəklərini 
müzakirə edirdilər.  
 
– 
Sabah 
şəxsiyyət 
vəsiqəni 
yaddan 
çıxartmazsan. 
 
– Götürəcəm. 
 
– Mütləq. Həkimlə də danışmışam bugün. Nə 
lazım olsa, o da köməklik edəcək. 
 
– Yaxşı.  
 
Zakir  bir  neçə  saniyə  susduqdan  sonra 
Xədicəyə baxaraq soruşdu: 
 
– Uşaqlar hardadılar? Yemək yemirlər? 
 
– Onlar çoxdan yeyiblər. Sən gec gəldin deyə, 
biz  səni  gözlədik.  O  biri  otaqdadırlar.  Telefonla 
oynayırlar. 
 
–  Deyirəm  axı,  niyə  belə  səssizlikdi.  –  Zakir 
gülərək  dedi.  –  Bu  telefon  olmasa,  bizim  uşaqlar 
aləmi qatar bir-birinə. 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
54 
 
 
–  Əslində,  heç  də  yaxşı  etmirik.  Rüfətə  mən 
telefon  vermirəm.  Bütün  günü  telefonla  qurdalansa, 
uşaqlıq nədir bilməyəcək. – Yasəmən dedi. 
 
– Ay qız, düz deyirsən. Ancaq Həmidlə Ayazı 
elə  o  telefon  sakitləşdirir.  Yoxsa  evi  uçurdarlar 
başımıza. – Xədicə gülərək ona baxdı. 
 
– Mənə oxşayıb. – Zakir qəhqəhə ilə gülməyə 
başladı. 
 
–  Xədicə  bacı,  sən  Həmidi  deyirsən,  ancaq 
Zakirin uşaqlığını görsən, Həmidə şükür edərsən.  
 
– Niyə ki? – Xədicə maraqla soruşdu. 
 
– Bütün kənd bunun əlindən təngə gəlmişdi. O 
qədər  dəcəl  uşaq  idi  ki,  hər  gün  şikayət  üçün 
qapılarında nə qədər adam olardı.  
 
– Ay Sabir, uşaq idim də. Mən nə qanıram o 
vaxtı. – Zakir yazıq-yazıq dedi. 
 
–  Əşşi,  nə  uşaq.  Hamı  buna  iblis  deyirdi. 
Kənddə  başına  oyun  açmadığı  kimsə  qalmamışdı. 
Hələ Məşədi Yəhyanın oğlunun başına açdığı oyunu 
desəm, ölərsiniz gülməkdən.  
 
–  Həə...  yadımdadır.  Uşaq  utandığından  neçə 
gün çölə çıxmamışdı. 
 
–  Sən  canı,  danış  görək,  nə  məsələdir  elə.  – 
Xədicə əlindəki boşqabı silib şkafa qoydu.  
 
– Ay kişi, biabr eləmə məni.  
 
–  Danışacam,  Zakir.  –  Sabir  gülərək  Zakirə 
baxdı. 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
55 
 
 
–  Çaylar  hazırdır.  Soyutmadan  içməyə 
başlayın. Sonra nə istəsəniz danışarsınız. – Yasəmən 
çayları süfrəyə qoydu.  
 
Hamı  çayından  bir  qurtum  aldıqdan  sonra 
Sabirin söhbətə başlamasını gözlədi.  
 
–  Deməli,  mənim  olardı  on  ya  on  bir  yaşım. 
Sinifimizdə  bir qız  vardı. Adı  Səadət  idi. Çox  gözəl 
qız  idi.  Bu  qızdan  da  hamının  xoşu  gələrdi.  Elə 
Zakirin də... 
 
– Ə, mən o vaxtı elə şeylər nə qanıram. – Zakir 
Sabirin sözünü kəsdi. 
 
– Danış, danış, Sabir qardaş. – Xədicə Sabirin 
davam etməsini istədi. 
 
– Zakir bizdən iki sinif yuxarı olsa da, bu qıza 
görə hərgün bizim sinifə gələrdi. Sinifimizdə də Taleh 
adında bir oğlan vardı. Talehlə bu qıza görə az qala 
qıralar bir-birlərini. Bütün günü dalaşardılar. Nəysə, 
sözümün  canı,  günlərin  bir  günü  Zakir  bu  Talehi 
aldadıb tövləyə aparır. Guya orda şokolad saxlayırlar. 
Talehdə  saf  uşaq,  inanır  buna.  Sevinə-sevinə  gedir. 
Tövləyə  girəndən  sonra  yerdə  olan  qoyun  qığılarını 
şokolad adıyla buna yedirməyə başlayır.  
 
– Yadımdadır, elə yeyirdi ki. Hələ deyirdi ki, 
bunun dadı nəsə qəribədir. O birilərinə heç oxşamır. – 
Zakir uğunaraq özündən getdi.  



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin