Amid Səlimoğlu “Ruhilər”



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə14/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   ...   10   11   12   13   14   15   16   17   ...   45
Bəyaz Dəhliz

Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
43 
 
 
– Oldu, həkim. İki gün sonra görüşərik. – Zakir 
ayağa qalxıb Sabirə baxdı. – Dur, gedək.  
 
– Sağ olun, həkim. – Sabir də ayağa qalxdı. 
 
İkisi də dəhlizə çıxıb pilləkənlərə yaxınlaşdılar. 
Birinci  mərtəbəyə  enib  xəstəxananın  həyətinə 
çıxdılar. 
 
–  Gedək,  evə.  İki  gün  vaxtım  qalıb.  Heç 
olmasa, evdəkiləri doyunca görərəm. 
 
– Elə deyirsən, elə bil ölürsən. İki-üç həftəlik 
gedirsən  də.  –  Əlini  Sabirin  qoluna  toxunduraraq 
gülməyə başladı. 
 
–  Yenə  də.  Birdən-ikiyə  o  qədər  uzaq 
olmamışıq bir-birimizdən.  
 
– Necə deyirsən, elə də olsun. Mən bizimkiləri 
gətirərəm sizə. Sən də evdəkilərdən narahat olmazsan. 
Mən də elə sizdə qalaram.  
 
– Çox sağ ol.  
 
– Borcumuzdur. Təki bu iş alınsın. Qalanı boş 
şeydir. – Zakir dedi. – Gedək.  
 
Xəstəxananın  həyətindən  küçəyə  çıxaraq 
Zakirin  avtomobilinə  yaxınlaşdılar.  Avtomobilə 
mindikdən  sonra  oradan  uzaqlaşaraq  evin  yolunu 
tutdular. 
 
 
 
 
 
 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
44 
 
*** 
 
 
 – Sabir hardadır? 
 
– Zakirlə gediblər. Birazdan gələrlər.  
 
Yasəmən  çay  süzüb  Pakizə  xalanın  qabağına 
qoydu. 
 
– Sağ ol. – Pakizə xala çaydan bir qurtum alıb 
dedi.  
 
–  Ana,  yemək  hazır  deyil?  –  Mətbəxə  girən 
Rüfət soruşdu. 
 
–  Gözlə.  Hazır  olanda  deyəcəm.  –  Yasəmən 
Rüfətə baxaraq öz otağına getməyini istədi.  
 
Rüfət anasının nə demək istədiyini başa düşüb 
mətbəxdən çıxdı.  
 
– MaşaAllah, necə də ağıllı uşaqdır. Hər şeyi 
başa düşür.  
 
–  Başımıza  oyun  açır.  Bütün  günü  bir  yerdə 
durmaq  bilmir.  –  Qazı  yandırıb  qazanı  odun  üstünə 
qoydu.  
 
– Uşaqdır. Elə olsa yaxşıdır. Böyüyəndə diribaş 
olacaq. 
 
–  İnşaAllah.  –  Yasəmən  gülərək  dedi.  Sonra 
söhbəti dəyişdirərək soruşdu. – Ayan necədir? Öyrəşə 
bilib? 
 
– Hə. – Pakizə xala elə bunu gözləyirmiş kimi 
danışmağa başladı. – Çox yaxşıdır. Qaynanası ilə ana-
bala  kimidilər.  Əri  də  ona  gözüm  üstə  qaşım  var 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
45 
 
demir. – Süni şəkildə güldü. – İşləməsini də istəmir, 
deyir elə evdə otur. Mən sənin üçün hər şeyi edəcəm. 
Çox yaxşı oğlandır.  
 
– Nə gözəl. – Yasəmənə elə gəlirdi ki, Pakizə 
xala  bunları  bilə-bilə  danışır,  onu  incitmək  istəyir. 
Ancaq ürəyinə  salmamaq  üçün  fikirlərini  dağıtmağa 
çalışırdı.  –  Allah həmişə  mehriban eləsin.  Əsas bir-
birlərini  başa  düşsünlər,  qalan  bütün  problemlər 
düzələr.  
 
– Elədir. – Pakizə xala qısaca dedi.  
 
Yasəmən yeməyi qızdırmaqda, Pakizə xala da 
öz çayını içməkdə idi. Bir neçə dəqiqə keçsə də heç 
biri kəlmə söz danışmamışdı. Ancaq Pakizə xala dözə 
bilməyib yenidən soruşdu: 
 
– Sabirin işləri necədir? İş tapa bilməyib hələ? 
 
Yasəmən  bir  qədər  düşündükdən  sonra  ona 
tərəf dönərək masaya yaxınlaşıb stula əyləşdi.  
 
– Tapıb. Elə onu danışmaq üçün getmişdi.  
 
– Hə? Nə işidir ki, elə. – Pakizə xala maraqla 
soruşdu. 
 
– Tikinti şirkətindədir. Dəqiq bilmirəm. Ancaq, 
deyəsən başqa şəhərə göndərəcəklər.  
 
–  Həə?  Onda  maaşı  da  çox  olar.  Yaşadığın 
yerdə  uzağa  göndərəndə  maaşı  çox  verirlər.  – 
Gözlərini bərələdərək dedi. – Bizim uşaqlar demişdi. 
Mən də onlardan eşitmişəm.  
 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin