Amid Səlimoğlu “Ruhilər”



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə7/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   2   3   4   5   6   7   8   9   10   ...   45
Bəyaz Dəhliz

Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
20 
 
 
– Ay qız, sən niyə yığırsan? Yasəmən bura niyə 
gəlib, yığacaq da o. – Gülər əli ilə Fəridə xanımdan 
qalxmasını istədi. 
 
–  Elə  şey  olar?  Nə  var  ki,  burda?!  –  Fəridə 
xanım Gülərin sözlərindən xoşu gəlməmişdi ki, tərs-
tərs ona baxdı.  
 
Yasəmən isə yenə Gülərə bir söz demədi. İşinin 
xatirinə susmağa məcbur oldu.  
 
– Mən yığışdıraram, Fəridə xanım. Siz narahat 
olmayın. – Yasəmən dərhal yanlarına gəlib dizlərini 
yerə  qoyaraq  qırıntıları  yerdən  götürüb  yeri  silməyə 
qoyuldu. 
 
Bir yandan yeri silir, bir yandan da özünü  ələ 
almağa çalışırdı. Ayaqlarını bir-birinin üstünə atmış 
Gülərin qarşısında diz köçüb yeri silməsi onu daha da 
əzirdi. Qəhər boğsa da, özünü sıxır, ağlamamaq üçün 
özünü zorla saxlayırdı. Onsuzda, hər əzaba dözməyi 
öyrənmişdi.  Buna  da  dözmək  elə  də  çətin 
olmayacaqdı. Ancaq nə qədər olsa da, axı o da qadın 
idi.  Qadınlıq  qüruru  isə  içində  tüğyan  edir,  tufanlar 
qoparırdı.  Bunu  isə  üzə  vurmurdu.  Ailəsi  üçün 
məcbur idi. 
 
*** 
 
 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
21 
 
 
–  Sən  gəl  mənim  dediyimi  elə.  Boş-boş 
oturmaqdan bir şey çıxmayacaq.  
 
–  Ay  qardaş,  istəmirəm  də!  Niyə  başa 
düşmürsən?  –  Sabir  stəkanı  çayla  doldurub  Zakirin 
qabağına qoydu. 
 
– Niyə istəmirsən axı? Elə də çətin olmayacaq. 
Uzağı  iyirmi  gün.  Həkimlə  də  danışmışam,  hər 
köməklik  edəcək.  Həm  tanış  adamdır,  vəziyyətinizi 
də  danışdım,  sağ  olsun,  bir  qəpik  də  almayacaq.  – 
Çayından  bir  qurtum  aldıqdan  sonra  qənd  qabına 
baxdı. – Konfet yoxdu?  
 
– Yox, qurtarıb.  
 
–  Heç  nə  olmaz.  Nəysə,  –  deyə  qəndi  ağzına 
atdı. –  Gəl, razı ol. Neçə aydır ki, işsizsən. Bacıma da 
yazıqdır.  Özünü  fikirləşmirsənsə,  onu  fikirləş, 
uşaqlarını fikirləş. Nə vaxta kimi evdə oturacaqsan?  
 
– Offf... – Sabir əsəblə əlini üzündə gəzdirdi. – 
Başa düşmürsən, sənin dediyini etsəm, məni heç işə 
götürən olmayacaq! 
 
– Elə deyirsən ki, səni guya nazir götürəcəklər. 
Adi işlərdə işləyəcəksən də. Onlar da belə şeylərə heç 
fikir vermirlər. 
 
– Mən bugündən sonra dəli olmaq istəmirəm. 
Həm  niyə  kimisə  aldadım  ki?!  Bu  düzgün  olan  iş 
deyil. 
 
–  Yenə  başladı.  Ə,  nə  düzgünlük!  Kimdi 
düzgünlüyə  baxan.  Düzgün  olub  nə  edəcəksən?  De, 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
22 
 
səkkiz aydır ki, cibinə bir qəpik girmir. Ağıllı ol! Sənə 
deyirəm  ki,  gəl  mənim  dediyimi  elə.  Həkimlə  də 
danışmışam.  Uzağı  iyirmi  gün  xəstəxanada 
yatacaqsan. Sonra  isə  olacaqsan  pensiyaçı.  Ayda  iki 
yüz manatını alacaqsan. Heç yoxdan yaxşıdır.   
 
–  Soruşsalar  da,  nədən  çıxmısan,  deyəcəm 
dəlilikdən! Bir bu qalmışdı.  
 
–  Ə,  sənə  kim  deyir,  hamıya  hesabat  ver! 
Deyərik  ki,  rayona  iş  dalıyca  gedib.  Narahat  olma. 
Yasəmənlə uşaqlara da biz baxarıq.  
 
– Nə bilim, Zakir. Bilmirəm. 
 
– Mən səndən çox bacımı fikirləşirəm. O, mənə 
ata,  anamdan  yadigardır.  Gözlərimin  önündə  əriyib 
yox olur bədbəxt. Ona yazığın gəlsin.  
 
Zakir  sözünü  bitirib  susdu.  Sabir  isə  başını 
aşağı  salmışdı.  O  da  heç  nə  demirdi.    Zakirlə  Sabir 
uşaqlıqdan bir-birini tanıyırdılar. Zakir ondan iki yaş 
böyük  olardı.  Yasəmənlə  Sabirin  evlənməsi  üçün 
evdəkiləri  də  elə  Zakir  razı  salmışdı.  Sabirin  xətrini 
çox  istəyirdi.  Ona  görə  də,  çalışırdı  ki,  onlara  bir 
yardımı toxunsun. 
 
–  Fikirləş.  Yasəmənlə  də  danış.  Götür-qoy 
edin. Ancaq bir qərara gəlin. Vaxt itirmək yaxşı deyil. 
–  Zakir  ayağa  qalxdı.  –  Rüfət  hardadır?  Gələndən 
görməmişəm. 
 
– O biri otaqdadır. Yatıb.  
 
– Lap yaxşı. Mən gedirəm. Yenə gələcəm.  



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin