Amid Səlimoğlu “Ruhilər”



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə8/45
tarix02.01.2022
ölçüsü1,85 Mb.
#50966
1   ...   4   5   6   7   8   9   10   11   ...   45
Bəyaz Dəhliz

Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
23 
 
 
– Xoş getdin.  
 
Zakir mətbəxdən çıxaraq həyətə endi. Sabir də 
onun arxasıyca yola salmaq üçün həyətə çıxdı.  
 
– Sağ ol. – Zakir həyət qapısından çıxıb getdi. 
 
Sabir  də  həyətdə  biraz  var-gəl  etdikdən  sonra 
yenidən evə girdi. Nə edəcəyini heç cürə qərarlaşdıra 
bilmirdi. Çıxış yolu axtarsa da, qarışıq fikirlər içində 
itib  batırdı.  Zakirin  dediyini  etmək  istəmirdi,  ancaq 
başqa əlacı da yox kimi görsənirdi.  
 
 
 
*** 
 
 
Axşama  kimi  Yasəmən  birtəhər  dözmüş, 
Gülərlə  ünsiyyət  qurmamağa  çalışmışdı.  İşini  tez 
bitirib  evə  getmək,  bugün  olanları  yaddaşından 
silmək  istəyirdi.  Ona  görə  də,  dayanmadan  çalışırdı 
ki,  işini  tez  bitirsin.  Getmək  vaxtı  çatdığında  isə 
həmişə  olduğu  kimi  Fəridə  xanımla  oturub 
dərdləşmək belə istəməmişdi. Alacağı pulu aldıqdan 
sonra dərhal evinin yolunu tutmuşdu.   
 
Yasəmən  kəndin  mərkəzində  avtobusdan enib 
dar  yolla  getməyə  başladı.  Fikirləşmək  istəməsə  də, 
təkrar  olaraq,  yaşadığı  həyatı  düşünür,  içində 
kimlərisə  asıb-kəsirdi.  Gülərin  sözlərini  xatırlayır, 
qəhər boğsa da, özünü sıxıb saxlayırdı. Kiminsə onu 
dərdli görməsini istəmirdi. Bütün hirsini isə çiynindən 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
24 
 
asdığı  çantasına  tökürdü.  Dırnaqları  ilə  çantanın 
dəstəsindən elə tutmuşdu ki, sanki bu dəqiqə çantanı 
parçalayacaqdı.  
 
Sonunda evinə çatmışdı. Həyət qapısından içəri 
keçərək  evə  daxil  oldu.  Nə  Sabir,  nə  də  Rüfət  gözə 
dəymirdi.  Öz  otağına  keçərək  çantanı  əsəblə  bir 
kənara  tulladı.  Yatağın  üstünə  oturaraq  başını  yerə 
dikdi.  Düşünməkdən  halı  heç  də  yaxşı  deyildi. 
Ağlamamaq  üçün  özünü  güclə  saxlayırdı.  Ancaq 
başını  qaldırıb  şkafın  üstünə  qoyulmuş  güzgüdə  öz 
əksini görəndə hönkürtü ilə ağlamağa başladı. Bir əli 
ilə gözlərinin yaşını silir, bir əli ilə də ağzını tuturdu. 
Sabirlə  Rüfətin  onun  səsini  eşitməsini  istəmirdi. 
Yasəmən durmadan ağlayırdı. Bütün hirsini, əsəbini, 
illərlə içinə yerləşdirdiyi acıları bir dəqiqənin içində 
gözlərindən çıxarmışdı.  
 
Sabir isə olanlardan xəbərsiz hamamda Rüfəti 
çimizdirirdi.  Rüfəti  yuyub  dəsmalla  qurutduqdan 
sonra  hamamdan  çıxaraq  onu  öz  otağına  apardı. 
Rüfəti yerinə uzandırdıqdan sonra mətbəxə gedirdi ki, 
yataq otağının yanından keçərkən Yasəməni gördü. 
 
– Gəlmisən? – Qapıya söykənərək dedi. 
 
–  Hə.  Biraz  olar.  –  Yasəmən  Sabirə  heç  nə 
bildirməmək  üçün  ayağa  qalxaraq  arxasını  ona  tərəf 
çevirdi. 
 
–  Nəsə  olub?  –  Sabir  Yasəmənin  səsindən 
şübhələnmişdi. 


Amid Səlimoğlu                                                              Bəyaz Dəhliz 
25 
 
 
– Heç. Heç nə. Yorğunam biraz.  
 
–  Yaxşı.  Çay  qoymuşam.  Gəl  bir  stəkan  iç. 
Yorğunluğunu alar. – Sabir Yasəmənin yalan dediyini 
başa düşmüşdü. Onu ilk görəndə gözlərinin şişdiyini 
sezmişdi.  
 
 Mətbəxə  girərək  çay  süzmək  istədi, ancaq  nə 
fikirləşdisə, mətbəxdən çıxıb həyətə düşdü. Telefonu 
çıxardaraq Zakirə zəng etdi.  
 
–  Salam.  Birazdan  gələ  bilərsən?  Dediyini 
oturub bir də danışaq. 
 
–  Yaxşı.  Gələrəm.  –  Xəttin  digər  tərəfindən 
Zakirin səsi eşidildi.  
 
Sabir  telefonu  söndürüb  cibinə  qoydu.  Başını 
qaldırıb göy üzünə baxdı. Sonra yenidən geri dönüb 
evə girdi.  
 
Yasəmən  isə  çoxdan  əynini  dəyişmişdi. 
Mətbəxdə  çay  süzmüş,  divanda  oturmuşdu.  Sabirin 
mətbəxə girdiyini görüb ona baxdı. 
 
– Harda idin? 
 
– Heç. Zakirlə danışırdım. – Stula əyləşdi. 
 
–  Niyə?  Nəsə  olub?  –  Yasəmən  maraqla 
soruşdu. 
 
– Yox. Dedim gəl, danışaq. Görək, neynirik. 
 
– Razısan? – Əlindəki stəkanı nəlbəkiyə qoydu. 
 
–  Başqa  çarəm  var?  –  Sabir  gözlərini  ondan 
qaçırmağa çalışırdı. Gözlərinə baxmaq istəmirdi. 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin