Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə44/48
tarix02.01.2022
ölçüsü1,59 Mb.
#2528
1   ...   40   41   42   43   44   45   46   47   48
Hacı Tahir oğlu Tahirov 

 

Hacı Tahir oğlu Tahirov 1923-



cü ildə Naxçıvan  şəhərində anadan 

olub. Ibtidai məktəbin 6-cı sinfini 

bitirdikdən sonra 1935-ci ildə 

Naxçıvan tibb məktəbinə daxil olub 

və 1938-ci ildə oranı bitirib. O, 1938-

1946-cı illər  ərzində Naxçıvan 

şəhərində müalicə-profilaktika 

müəssisələrində feldşer kimi işləyib.   

1946-cı      ildə      Azərbaycan Dövlət 

Tibb institutunun sanitar-gigiyena fakültəsinədaxil olmuş  və 

1952-ci ildə institutu bitirmişdir. 

H.T.Tahirov 1952-1958-ci illərdə Naxçıvan Səhiyyə 

nazirliyində Baş Dövlət Sanitar müfəttişi işləmişdir. O, 1958-

1962-ci illərdə respublika sanitar epidemioloji stansiyanın baş 

həkimi vəzifəsində çalışmışdır. H.T.Tahirov 1962-ci  ildən 

1973-cü ilə  qədər Naxçıvan MSSR Səhiyyə nazirliyində 

əvvəlcə baş epidemioloq, sonra baş sanitar müfəttişi – nazir 

müavini, axırıncı iki ildə isə səhiyyə nazirini əvəz etmişdir. O, 

1973-1987-ci illərdə respublika sanitar epidemioloji stansiyada 

xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri vəzifəsində 

işləmişdir. 

H.T.tahirov 1987-ci ildə Bakı  şəhərinə köçmüş  və o 

ildən 2004-cü ilə  qədər Azərbaycan Respublika sanitar 

karantin müfəttişliyinin Xəzər dəniz sanitar karantin şöbəsində 

epidemioloq vəzifəsini tutmuşdur. H.T.Tahirov Moskva və 

mərkəzi həkimləri təkmilləşdirmə  və ixtisaslaşdırma 

kurslarında, Leninqrad hərbi tibb akademiyasında kursda 

ixtisasını təkmilləşdirmişdir. 

H.T.Tahirov Naxçıvanda işlədiyi müddətdə sanitar 

gigiyena və epidemiya əleyhinə  tədbirlərin həyata ke-

çirilməsində bilavasitə  iştirak etmiş, baş vermiş yoluxucu 

xəstəliklərin tezliklə aradan qaldırılmasına, onların təkrar baş 

verməməsi üçün öz bilik və bacarığını sərf etmişdir. 

1958-ci ilin birinci rübündə Noraşen (Şərur) rayonunun 

Dəmirçi kəndində təbii çiçək hadisəsi baş verdi. Onun qarşısını 



 

 

 



183

almaq və yayılmasına imkan verməmək üçün təcili epidemiya 

əleyhinə  tədbirlər hazırlanıb həyata keçirilir. Birinci növbədə 

kənddə qərargah təşkil edilir. H.T.Tahirov epidemioloji ocağın 

rəisi təyin edilir. Hər gün profilaktik və epidemiya əleyhinə 

tədbirlər aparılır. Kənddə  xəstəxana və izolyator təşkil edilir. 

Gündə 2 dəfə (səhər və axşam)  əhali termometraj edilir. 

Hərarəti olan, şübhəli xəstələr izolyatora qoyulur. 

Tədbirdə Azərbaycan Səhiyyə nazirinin birinci müavini 

Rizvan  Şıxbünyat oğlu Cavadovun rəhbərliyi ilə Azərbaycan 

Respublika taun əleyhinə stansiyanın, Azərbaycan Respublika 

Elmi-tədqiqat mikrobiologiya, virusologiya və gigiyena 

institutunun mütəxəssisləri qərargahda fəaliyyət göstərirlər. 

Beləliklə görülən məqsədyönlü tədbirlər nəticəsində  təbii 

çiçək, xəstəliyi az vaxtda ləğv edilir. Məhz buna görə 

H.T.Tahirov SSRI Səhiyyə nazirliyi və Azərbaycan SSR-i 

Səhiyyə nazirliyi tərəfindən  təşəkkür almışdır. 

H.T.Tahirov səmərəli əməyinə görə Dövlət tərəfindən 8 

dəfə medallarla, «Səhiyyə  əlaçısına» döş nişanı ilə  təltif 

olunmuşdur. O, həm də  fəal ictimaiyyətçi olmuşdur. 

Naxçıvanda işlədiyi illərdə Naxçıvan  şəhər sovetinə deputat 

seçilmişdir. 

H.T.Tahirov haliyədə təqaüdçüdür. 

 

 



 

 

184




Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin