Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi


Süleyman Əsəd oğlu Süleyman-zadə



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə40/48
tarix02.01.2022
ölçüsü1,59 Mb.
#2528
1   ...   36   37   38   39   40   41   42   43   ...   48
Süleyman Əsəd oğlu Süleyman-zadə 

 

Süleyman 



Əsəd oğlu 

Süleyman-zadə 1905-ci ildə Ismayıllı 

rayonunun Lahıc kəndində anadan 

olmuşdur. Uşaq yaşlarında 

valideynlərini itirdiyinə görə Bakı 

şəhərinə  gəlir. Burada orta məktəbi 

bitirdikdən sonra o, universitetin 

biologiya fakültəsinə daxil olur və 

oranı 1925-ci ildə bitirir. Sonra Bakı 

şəhər 19№-li orta məktəbdə 10 il 

müəllim işləmişdir. 

S.Ə.Süleyman-zadə 1936-cı ildə Azərbaycan Dövlət 

Tibb institutuna daxil olmuş və oranı 1941-ci ildə bitirdikdən 

sonra iyul ayının 27-də 1557 №-li evakohospitalda baş 

ordinator işləmiş, bir aydan sonra tutduğu vəzifədən azad 

edilib, Azərbaycan Xalq Səhiyyə Komissarlığının sərəncamına 

göndərilmişdir. O, Səhiyyə Komissarlığının 26/VIII-1941-ci il 

97№-li  əmrinə  əsasən Naxçıvan  şəhər poliklinikasında 

nevropotoloq vəzifəsinə təyin edilir. 

S.Ə.Süleyman-zadə 1942-ci ilin oktyabr ayının 29-dan 

1943-cü ilin iyun ayının 10-a kimi poliklinikanın baş  həkimi 

işləmiş və o vaxt yenidən burada nevropotoloq işləməyi davam 

etdirmişdir. 1944-cü ilin dekabr ayının 15-də yeni vəzifəyə – 

Naxçıvan tibb məktəbinin direktoru vəzifəsinə təyin edilmiş və 

bu vəzifədə  10 ildən artıq işləmişdir. 

S.Ə.Süleyman-zadə 1955-ci il may ayının 10-dan 1959-

cu il aprel ayının 9-dək Naxçıvan MSSR-in Səhiyyə naziri 

vəzifəsində  işləmişdir. Daha sonra Naxçıvan  şəhər birləşmiş 

xəstəxanasında 2 ay nevropotoloq işləyəndən sonra 

Azərbaycan SSR Səhiyyə nazirinin əmrilə Bakı  şəhərinə 

köçmüşdür. O, 1959-cu ilin iyun ayının 1-dən 27 ildən çox 

Respublika Elmi-tədqiqat mikrobiologiya, gigiyeva və 

virusologiya institutunda müxtəlif vəzifələrdə  həkim-bioloq 

kimi işləmişdir. 

S.Ə.Süleymanzadə nazir işlədiyi müddətdə respublikada 

tibbi kadrların artırılmasına, yeni xəstəxanaların açılmasına, 

 

 

 



174

çarpayıların çoxalmasına, müalicə-sanitar müəssisələrinin 

avadanlıqla və tibbi ləvazimatla təchiz edilməsinə daim diqqət 

yetirmişdir. Məsələn, 1955-1959-cu illərdə 2 kənddə 

xəstəxana, 5 kənddə feldşer-mama məntəqəsi açılmış, 

həkimlərin sayı 38 nəfər, orta tibb işçilərinin sayı 265 nəfər 

artmışdır. 

Səhiyyə nazirliyinin 1958-1959-cu illərdə respublikada 

kənd tibb müəssisələrinin yenidən qurulması haqqında  əmri 

oldu. Bu  əmrə  əsasən 1959-cu ildə rayon səhiyyə  şöbələri  

ləğv olundu, rayon xəstəxanaları rayon sanepidstansiyalarla 

birləşdirildi və yeni kompleks-sanitar xəstəxana birləşməsi – 

SXB adlandırıldı. SXB-yə rayonun baş  həkimi rəhbərlik edir, 

o, həm də böyük sanitariya inspektoru sayılır. 

Belə quruluş kənd tibb müəssisələrinin işində profilaktik 

istiqaməti təmin edir. Rayonda mövcud kadrlardan və maddi 

vəsaitdən daha səmərəli istifadə etmək üçün şərait yaranır. 

S.Ə.Süleyman-zadə göstərdiyi xidmətə görə Dövlət 

tərəfindən medallarla təltif olunmuşdur. Ona Azərbaycan SSR-

i Səhiyyə nazirliyi tərəfindən fəxri fərmanlar verilmişdir. 

S.Ə.Süleyman-zadə 1986-cı ildə Bakı  şəhərində  vəfat 

etmişdir. 

 



 

 

 



175


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin