Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə43/48
tarix02.01.2022
ölçüsü1,59 Mb.
#2528
1   ...   40   41   42   43   44   45   46   47   48
Anna Ivanovna Suslova 

 

Anna Ivanovna Suslova 



1889-cu ildə Vyatski quberniyasının 

(indiki Kirov vilayətinin) Yaranski 

qəzasının  Suslova kəndində anadan 

olmuşdur. Ilk təhsilini xalq 

məktəbində almışdır. 

1907-ci ildə Bakı  şəhərinə 

gələrək Mixaylov xəstəxanasında 

(indiki  Əzizbəyov adına doğum evi) 

sanitarka  işləyir,   eyni     zamanda

Mixaylov məktəbində bazar günləri 

keçirilən kurslarda iştirak edir. O, 1912-ci ildə 4 sinif 

imtahanını verir. 1913-cü ildə doğuşa yardım kurslarına daxil 

olur və oranı 1915-ci ildə bitirərək birinci dərəcəli mamaça 

ixtisasını alır. 

A.I.Suslova 1916-cı ildə 19 №-li kəskin yoluxucu 

xəstəliklər Lazaretinə (indiki A.Semaşko adına xəstəxanaya) 

işə düzəlir və 1922-ci ilə  qədər burada işləyir. O, gecə 

kurslarına gedərək, 6 sinifi bitirməsi haqqında  şəhadətnamə 

alır. 1922-ci ildə 2-ci Moskva Dövlət universitetinin tibb 

fakültəsinə daxil olur və 1924-cü ildə Azərbaycan 

universitetinin tibb fakültəsinə keçirilir və oranı 1928-ci ildə 

bitirərək həkim diplomunu alır. 

A.I.Suslovanın Azərbaycan respublikasının rayon-

larında işləmək xahişini nəzərə alaraq Azərbaycan SSR-i Xalq 

Səhiyyə Komissarlığı onu Naxçıvan MSSR-nə göndərir ki, o, 

burada 40 ildən çox həkim işləmişdir. 

Naxçıvan respublikasında o, böyük şərəfli yol keçərək 

həkim-ginekoloq və pediatr vəzifələrində işləmişdir. O, özünün 

fədakar, inadlı əməyi nəticəsində kollektivdə və xalq arasında 

hörmət və məhəbbət qazanmışdır. 




 

 

 



181

A.I.Suslova demək olar ki, ömrünün yarısını  

respublikada ana və uşaqların sağlamlığının mühafizəsinə sərf 

etmişdir. O, ağır xəstə  uşaqlara kömək göstərmək üçün 

vaxtaşırı rayonlara gedirdi, lazım gələndə aylarla kəndlərdə 

qalırdı. 

A.I.Suslova həm də yaxşı  təşkilatçı idi. 1930-cu ildən 

1952-ci ilə  qədər uşaq məsləhətxanasının müdiri, uşaq 

xəstəxanasının baş həkimi, Naxçıvan səhiyyə nazirliyində ana 

və uşaqların müdafiəsi müfəttişi və səhiyyə nazirinin müavini 

vəzifələrində işləmişdir. O, dəfələrlə akuşer-ginekoloqların və 

pediatrların ümumittifaq qurultaylarında iştirak etmişdir. 

Mütəmadi olaraq öz biliyini Sovet Ittifaqının müxtəlif 

şəhərlərində artırmışdır. 

A.I.Suslova ictimai işlərdə də fəal iştirak etmişdir. 12 il 

(1947-1958-ci illər) Naxçıvan MSSR-i Ali Sovetinin deputatı 

seçilmiş, respublika Ali Sovetinin üzvü olmuşdur. Onun 

səmərəli əməyi, hərtərəfli həkimlik və ictimai fəaliyyəti Sovet 

Dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. 

A.I.Suslova «Lenin ordeni»,  «Şərəf nişanı» ordeni ilə, 

medallarla, «Səhiyyə əlaçısına» nişanı ilə və Fəxri fərmanlarla 

təltif edilmişdir. Ona Azərbaycan SSR-in «Əməkdar həkimi» 

adı verilmişdir. 

A.I.Suslova 1969-cu ildə Naxçıvan  şəhərində  vəfat 

etmişdir. 

 

 



 

 

 



182


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin