Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə37/48
tarix02.01.2022
ölçüsü1,59 Mb.
#2528
1   ...   33   34   35   36   37   38   39   40   ...   48
Aslan Nəzər oğlu Tairov 

 

 



 

 

166



Aslan Nəzər oğlu Tairov 1898-ci 

ilin may ayında Salyan rayonunda 

anadan olub. 

4 illik kənd məktəbini bitir-

dikdən sonra Bakıya gəlir və 1911-ci 

ildə ikinci kişi gimnaziyasına daxil olur. 

1920-ci ilin aprel çevrilişindən sonra 

Bakı Dövlət Universitetinin tibb 

fakültəsinə qəbul olur. 1926-cı ilin may 

ayında tibb fakültəsini müvəffəqiyyətlə bitirən A.Tairov 

Universitetin Elmi Şurasının qərarı ilə Hospital Cərrahlıq 

kafedrasında ordinator saxlanılır. Iki illik ordinaturanı 

bitirdikdən sonra Lənkəran şəhər xəstəxanasının baş həkimi və 

eyni zamanda cərrahiyyə şöbəsinin müdiri təyin olunur. O, bu 

vəzifədə 1935-ci ilədək işləyir və 7 minə yaxın müxtəlif 

cərrahi əməliyyatlar aparır. 

Praktik təbabətdə özünü göstərən gənc həkim 1935-ci 

ildə Azərbaycan Tibb institutunun Hospital Cərrahlıq 

kafedrasına assistent kimi işləməyə dəvət olunur. 

1937-ci ildə Naxçıvan MSSR Xalq Səhiyyə komissarı 

təyin edilir və  həmin il dekabrın 22-də öz razılığı ilə tutduğu 

vəzifədən azad olunur. 

Hospital Cərrahiyyə kafedrasında çalışmaqla bərabər, 

1938-ci ildən 1941-ci ilə  qədər eyni zamanda sanitar-

aviasiyada cərrah kimi respublika əhalisinə  təcili cərrahi 

yardım göstərir. 

A.Tairov Rus-Alman müharibəsi dövründə özünü 

bacarıqlı  hərbi-səhra cərrahı kimi göstərmiş, 1944-1945-ci 

illərdə 45-ci ordunun baş cərrahı işləmiş, hərbi cərrahlıqda çox 

böyük təşkilatçılıq nümayiş etdirmişdir. 

O, 1946-cı ildə  Aşqabad zəlzələsində türkmən xalqına 

yardım göstərən azərbaycanlı  həkim tağımına rəhbərlik 

etmişdir. 

Ordudan tərxis olunan dosent A.N.Tairov Azərbaycan 

SSR Səhiyyə nazirinin elmi katibi təyin edilir və 1952-ci 

ilədək bu vəzifədə işləyir. 




 

 

 



167

1954-cü ildə A.N.Tairov Bakı  şəhər Səhiyyə  şöbəsinin 

baş cərrahı təyin edilir, elə həmin il doktorluq dissertasiyasını 

müdafiə edir və ona professor elmi adı verilir. 

1964-cü ildə Fakültə  Cərrahlıq kafedrasının müdiri 

vəzifəsinə seçilir və 1971-ci ilədək bu vəzifədə çalışır. Onun 

rəhbərliyi ilə 3 doktorluq, 4 namizədlik dissertasiyası müdafiə 

edilmişdir. 

A.N.Tairovun  əməyi yüksək qiymətləndirilərək ona 

1960-cı ildə Azərbaycan SSR Ali Sovetinin Fərmanı ilə 

əməkdar həkim, 1966-cı ildə isə tibb elminin inkişafında 

xidmətlərini nəzərə alaraq əməkdar elm xadimi kimi yüksək ad 

verilmişdir. 

1971-ci ildə A.N.Tairov vəzifə başında dünyasını 

dəyişmişdir. 

 

 



 

 

168




Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin