Ərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi



Yüklə 342,66 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix23.02.2017
ölçüsü342,66 Kb.
#9459
  1   2

Az

ərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzi 

XƏRÇƏNG REGİSTRİNDƏ  

XBT-O-3 

TƏSNİFAT SİSTEMİNİN 

İSTİFADƏSİNƏ DAİR  

METODİK TÖVSİYƏ 

Bakı - 2015 

55.6

X 45


X 45  Xərçəng registrində XBT-O-3 təsnifat sisteminin istifadəsinə dair 

metodik tövsiyə. B.: “TimePrint” MMC, 2015. – 40 səh. Tiraj 500.



“Xərçəng  registrində  XBT-O-3  təsnifat  sisteminin  istifadəsinə  dair 

metodik  tövsiyə”  onkoloji  klinikalar  və  tərkibində  onkoloji  şöbəsi  olan 

digər  yerli  tibb  müəssisələrinin  həkimləri  üçün  nəzərdə  tutulmuşdur. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar

Mərkəzi tərəfindən hazırlanmış və çap edilmişdir.



MÜNDƏRİCAT 

X

ərçəng registri nədir? ................................................................................. 4 



X

ərçəng registrləri dünyanın digər ölkələrində ............................................ 5 

X

ərçəng registri Azərbaycanda..................................................................... 6 



XBT-O-3 n

ədir? ............................................................................................ 7 

X

ərçəng registrində XBT-O-3 təsnifat sisteminin tətbiqi ............................. 8 



X

ərçəng registrində XBT-O-3 təsnifat sistemindən istifadə etməklə 

kodlaşdırmanın əsas qaydalarının xülasəsi ................................................... 9 

Topoqrafik v

ə Morfoloji kodlaşdırma üzrə təlimatlar ................................ 15 

Topoqrafiya ................................................................................................ 17 

Giriş ........... ................................................................................................ 

17 


Sif

ət formaları ............................................................................................. 17 

Xüsusi topoqrafik kodlar ............................................................................ 17 

Topoqrafik regionlar v

ə dəqiqləşdirilməmiş nahiyələr ............................... 18 

Periferik sinirl

ər və birləşdirici toxuma ...................................................... 20 

Sözönl


əri ..................................................................................................... 20 

Bir neç


ə nahiyənin hüdudlarını əhatə edən bədxassəli yenitörəmələr ........ 21 

Limfomalara aid topoqrafik kodlar ............................................................. 23 

Leykemiyaların topoqrafik kodlaşdırılması ................................................ 24 

Morfologiya ................................................................................................ 25 

Giriş ............................................................................................................ 25 

X

ərçəng və karsinoma ................................................................................ 25 



Davranış ...................................................................................................... 25 

İn situ karsinoma və uşaqlıq boynunun epiteldaxili yenitörəməsi 

(UEY) III .................................................................................................... 26 

Patoloji laboratoriyalarda davranış kodunun istifadəsi ............................... 27 

Morfoloji kod matriksinin mahiyy

əti.......................................................... 28 

Histoloji d

ərəcə və diferensiasiya kodları (6-cı simvol) ............................. 31 

Hematopoetik fenotip kodları ..................................................................... 33 

Nahiy


əyə aid morfoloji terminlər ............................................................... 34 

Psevdotopoqrafik morfoloji terminl

ər ........................................................ 36 

Mür


əkkəb morfoloji diaqnozlar .................................................................. 37 

Çoxsaylı morfoloji terminlərə malik diaqnozun kodlaşdırılması ............... 37 

Çoxsaylı birincili yenitörəmələr ................................................................. 38 

Ədəbiyyat ................................................................................................... 40 



X

ərçəng registri nədir? 

X

ərçəng  registri  (XR)  –  onkoloji  xəstəliklərdən  əziyyət  çəkən 

pasiyentl

ərin demoqrafik və tibbi məlumatlarını özündə cəmləşdirən 

elektron m

əlumat bazasıdır.  

Demoqrafik  m

əlumatlar  dedikdə  xəstənin  yaşı,  cinsi,  milliyyəti, 

doğulduğu yer və s. nəzərdə tutulur.  

Tibbi  m

əlumat  dedikdə  isə  xəstənin  keçdiyi  müayinələr, 

qoyulmuş  diaqnoz,  aldığı  müalicə  (kimyəvi,  şüa-terapiyası,  cərrahi 

əməliyyat) və s. nəzərdə tutulur. 

Dünyada  ilk  x

ərçəng  registrinin  yaradılması  1935-ci  ilə  təsadüf 

edir.  Bundan 

əvvəl  isə  1926-cı  ildə  Amerikada  (ABŞ)  Yale-New 



Haven 

Hospitalında ilk  ümumi xəstə registri  yaradılmışdır. Sonrakı 

ill

ərdə  registrlər  daha  da  təkmilləşdirilərək,  hal-hazırkı  elektron 



formaya q

ədər inkişaf etdirilmişdir. 

M

əlumatların  XR  məlumat  bazasına  daxil  edilməsi  tibb 



əssisələrində  xüsusi  təlimatlandırılmış  mütəxəssislər  tərəfindən 

aparılır.  Bazaya  daxil  edilmiş  məlumatlar  xəstə  haqqında  geniş 

t

əsəvvür  yaratmağa  imkan  verir  və  eyni  zamanda  aşağıdakı 



m

əqsədlər üçün istifadə olunur: 

Onkoloji  x



əstəliklərin  müxtəlif  zaman  intervalları  üzrə  artım

dina


mikasının hesablanması; 

Müxt



əlif  ərazilərdə  və  əhali  qrupları  arasında  onkoloji

x

əstəliklərin yayılma tezliyi və yüksək risk qruplarının (yaş, cins 



v

ə s. üzrə) təyin edilməsi; 

Onkoloji 



x

əstəliklərlə 

mübariz

ə-nəzarət 



proqramlarının

qiym


ətləndirilməsi və planlaşdırılması; 

Bu istiqam



ətdə səhiyyə resurslarının düzgün bölüşdürülməsi;

Klinik,  epidemioloji  v



ə digər səhiyyə xidmətlərinə dair tədqiqat

işlərinin inkişaf etdirilməsi.

Qeyd 

edilmiş məsələlərin həlli ilə  yanaşı XR aşağıda sadalanan



bir çox 

başqa məsələlərə aydınlıq gətirməyə və dövlətin səhiyyə siyasəti-

nin bu sah

ədə strateji istiqamətlərini müəyyən etməyə imkan verir: 

X

ərçəng  xəstəliyinə  tutulma  riski  yüksək  olan  əhali  qruplarını



əyyən  etməyə  (məsələn,  yaşlar  və  ya  cinslər  üzrə  xərçəng 

hallarının dəyişməsi); 



X

ərçəngin  çox  yayıldığı  bölgələrdə  müvafiq  skrininq  və  ya



h

ədəfli  dispanserizasiya  tədbirlərini  tətbiq  etməyə  (uzaq

k

əndlərdə  yaşayan  və  ya  keyfiyyətli  müasir  tibbi  xidmətlərə



çıxışı  zəif  olan  əhaliyə  hədəflənmiş  skrininq  kampaniyalarının

t

əşkili);



Müxt


əlif  xərçəng  xəstəliklərinin  səbəblərini  müəyyən  etməyə

(m

əsələn,  ağciyər  xərçənginin  daha  çox  tütündən  istifadə  edən



x

əstələr arasında yayıldığı məlumdur, lakin bir çox digər xərçəng

x

əstəliklərinin  baş  vermə  səbəbləri  və  ya  onların  yaranması  ilə



əlaqəli olan risk faktorları hələ dəqiq müəyyən edilməmişdir).

X

ərçəng registrləri dünyanın digər ölkələrində 

İlk  xərçəng  registrlərinin  ABŞ-da  yaradılmasına  baxmayaraq, 

daha  sonralar  bir  çox  ölk

ələr  bu  cür  registrlərin  əhəmiyyətini 

araşdıraraq  öz  milli  modellərini  yaratmağa  çalışmışlar.  Hazırda 

dünyanın  bir  çox  ölkələrində  müasir-elektron  xərçəng  registrləri 

f

əaliyyət  göstərməkdədir.  Bəzi  ölkələrdə  isə  artıq  uzun  illərdir  ki, 



x

ərçəng  registrləri  səhiyyə  xidməti  təşkilinin  ayrılmaz  hissəsinə 

çevrilmişdir. 

Haz


ırda  Azərbaycanın  da  yerləşdiyi  regionda  xərçəng 

registrl


ərinin yaradılması və fəaliyyətinin inkişaf etdirilməsi ilə bağlı 

mühüm 


işlər görülməkdədir. Türkiyədə altı xərçəng registri vardır ki, 

onlardan biri  Türk Milli  X

ərçəng Registridir və digər beş registr isə 

bölg


ə  xəstəxanalarında  fəaliyyət  göstərir.  Hazırda  İzmirdə  yerləşən 

regional 

x

ərçəng  registri  Beynəlxalq  Xərçəng  Registrləri 



Assosiasiyasının  tam  hüquqlu  üzvüdür  və  həmçinin  regional  təlim 

v

ə  dəstək  mərkəzi  funksiyasını  daşıyır.  Qazaxıstanda  xərçəng 



registrinin 

yaradılması  prosesinə  Səhiyyə  Nazirliyi  və  Milli 

Onkologiya  M

ərkəzi  tərəfindən  artıq  başlanılmış  və  bu  məqsədlə 

xüsusi elektron m

əlumat bazasının yaradılması işinə start verilmişdir. 

Rusiyada  milli  s

əviyyədə fəaliyyət göstərən xərçəng registri olmasa 

da,  2005-ci  ild

ən  etibarən  Sankt-Peterburq  şəhərində  yaradılmış 

regional  x

ərçəng  registri  Avropa  Xərçəng  Registrləri  Cəmiyyəti 

t

ərəfindən  tanınmış  və  onun  verdiyi  məlumatların  etibarlığı  sübut 



edilmişdir.  Bununla  yanaşı  Arxangelsk  vilayəti  üzrə  də  regional 

x

ərçəng  mərkəzi  yaradılmışdır.  Qonşu  Gürcüstanda  xərçəng 



registrinin 

yaradılması üzərində fəaliyyətə yaxınlarda başlanılmış və 



hazırda texniki tapşırıq üzərində iş aparılır. Belarusiyada iki xərçəng 

registri 

yaradılmış  və  milli  səviyyədə  olan  xərçəng  registri 

Beyn


əlxalq  Xərçəng  Registrləri  Assosiasiyasının  tam  hüquqlu  üzvü 

q

əbul  edilmişdir.  Ukraynada  regional  uşaq  onkoloji  xəstəlikləri 



registri 

yaradılmışdır,  lakin  milli  səviyyədə  və  ya  digər  regional 

x

ərçəng  registrləri  mövcud  deyil.  İran  İslam  Respublikasında  Milli 



X

ərçəng Registri ilə yanaşı dörd regional və sahəvi xərçəng registri 

var  v

ə  Milli  Xərçəng  Registri  Beynəlxalq  Xərçəng  Registrləri 



Assosiasiyasının tam hüquqlu üzvüdür. 

X

ərçəng registri Azərbaycanda 

Az

ərbaycanda  Milli  Xərçəng  Registri  2015-ci  ildə  Azərbaycan 



Respublikası  Səhiyyə  Nazirliyinin  Milli  Onkologiya  Mərkəzi  və 

İctimai  Səhiyyə  və  İslahatlar  Mərkəzinin  birgə  əməkdaşlığı 

ç

ərçivəsində  yaradılmışdır.  Milli  Xərçəng  Registrinin  proqram 



t

əminatı  hal-hazırda  bir  çox  ölkələrdə  istifadə  olunan  ÜST-nin 

X

ərçəng  Tədqiqatları  Üzrə  Beynəlxalq  Agentliyi  və  Beynəlxalq 



X

ərçəng  Registrləri  Assosiasiyası  tərəfindən  birgə  hazırlanmış 

CanReg5  registr 

proqramının  əsasında  yaradılmışdır.  Beləliklə, 

Az

ərbaycan Milli Xərçəng Registri - CanReg5 proqram təminatının 



Az

ərbaycanda  fəaliyyət  göstərən  tibb  müəssisələrinin  tələblərinə 

uyğun  olaraq  müvafiq  dəyişikliklər  və  əlavələr  edilmiş  ən  son 

modifikasiya 

olunmuş  formasıdır.  Milli  Xərçəng  Registrində 

XBT-O-3 t

əsnifat sisteminin kodları istifadə olunur.  

Milli X


ərçəng Registrinin yaradılma məqsədi: 

► Xərçəng  xəstəliklərinə  dair  məlumatların  toplanmasının

standartlaşdırması;

► Regional,  milli  və  beynəlxalq  səviyyədə  xərçəng  xəstəliklərinə

dair m

əlumatların müqayisəli təhlilinin təmin edilməsi.



Milli X

ərçəng Registrinin istifadəsi onkoloji xəstələrin ölkə üzrə

vahid  m

əlumat  bazasını  yaratmaqla,  gələcəkdə  bu  sahədə  etibarlı 

statistik  m

əlumatların  əldə  olunması,  tədqiqat  işlərinin  inkişaf 

etdirilm

əsi və daha uğurlu səhiyyə siyasətinin hazırlanmasına imkan 

ver

əcəkdir.  Əldə  edilən  həmin  məlumatlar  onkoloji  xəstəliklərlə 



mübariz

ə-nəzarət  proqramlarının,  istifadə  olunan  müayinə  və 



müalic

ə metodlarının effektivliyinin qiymətləndirilməsi və gələcəkdə 

planlaşdırılmasında istifadə olunacaqdır. 

X

ərçəng  xəstəliklərinin  qeyri-infeksion  xəstəliklər  arasında,  o 



cüml

ədən qeyri-infeksion xəstəliklərdən ölənlər arasında əhəmiyyətli 

payını və onkoloji xəstəliklərin növbəti 10-20 ildə proqnozlaşdırılmış 

artımını nəzərə alaraq, Azərbaycanda onkoloji xəstəliklərin insidens 

v

ə  prevalensini,  xərçəng  xəstəliklərinin  cinsi,  yaş  və  coğrafi  ərazi 



üzr

ə yayılmasını monitorinq və təhlil etmək, həmin xəstəliklərin risk 

faktorları  və  səbəblərini  müəyyən  etmək,  onkoloji  xəstəliklərin 

profilaktikası, 

diaqnostikası 

v

ə 



müalic

əsinə 


h

ədəflənmiş 

proqramların  effektivliyini  qiymətləndirmək  məqsədilə  Azərbaycan 

Milli  X


ərçəng  Registrinin  (onkoloji  və  ya  xərçəng  xəstəlikləri 

registri) 

yaradılması ilk mühüm addım sayıla bilər. 

XBT-O-3 n

ədir? 

 

Onkoloji  X



əstəliklərin  Beynəlxalq  təsnifatı  (XBT-O)  35  ildən 

artıq  müddətdir  ki,  onkoloji  tibb  müəssisələrində  törəmənin 

lokalizasiyasını  (topoqrafiyasını)  və  histoloji  xüsusiyyətlərini 

(morfologiyasını)  kodlaşdırmaq  üçün  istifadə  edilir.  Qeyd  olunan 

m

əlumatlar əsasən histopatoloji müayinəyə dair çıxarışdan götürülür. 



 

İlk  dəfə  1976-cı  ildə  dərc  edildikdən  sonra  XBT-O 

yenitör

əmələrin  yekun  təsnifatı  üçün  beynəlxalq  səviyyədə  qəbul 



edilmişdir.  Bu  təsnifat  dünyada  bədxassəli  xəstəliklər  üzrə 

x

əstələnmə  və  sağqalma  göstəricilərinin  qeydiyyatı  məqsədilə 



onkoloji xidm

ət sahələrində tətbiq olunur və əldə olunan məlumatlar 

onkoloji 

x

əstəliklərə  nəzarət,  tədqiqat  işləri,  müalicənin 



planlaşdırılması və səhiyyə iqtisadiyyatı üçün istifadə edilir. 

 

XBT-O-da  yenitör



əmələrin  təsnifatı  Ümumdünya  Səhiyyə 

T

əşkilatı/Xərçəng Xəstəliklərinin Tədqiqatı üzrə Beynəlxalq Agent-



lik (ÜST/BXXTA) t

ərəfindən verilən “Şişlərin təsnifatı”na uyğun gəlir. 

XBT-O  müxt

əlif  ölkələrin  mütəxəssisləri  sıralarından  yaradılmış 

razılaşma  qrupları  tərəfindən  hazırlanır  və  beləliklə,  burada  verilən 

t

əsnifat ən yüksək səviyyəli sübut və rəylər əsasında formalaşdırılır. 



 

Onkoloji X

əstəliklərin Beynəlxalq təsnifatının ikinci nəşri 1990-cı 

ild


ə, üçüncü nəşri (XBT-O-3) isə 2000-ci ildə çap edilmişdir. 



X

ərçəng registrində XBT-O-3 təsnifat sisteminin tətbiqi 

XBT-O  yenitör

əmələrin  həm  topoqrafik,  həm  də  morfoloji 

xüsusiyy


ətlərini  təsvir  etmək  üçün  nəzərdə  tutulmuş  kodlaşdırma 

sistemin


ə malik olan ikiqat təsnifat sistemidir. 

► Topoqrafik  kod  şişin  yarandığı  və  ya  onun  mənşəyini  təşkil

ed

ən  anatomik  nahiyəni  (və  ya  orqan  sistemini)  təsvir  edir.



Burada 

“X

əstəliklərin  Beynəlxalq  Statistik  təsnifatı  və



Sağlamlıqla Əlaqədar Problemlər”in 10-cu nəşrinin (XBT-10) II

bölm


əsində  verilən  kateqoriyalarla  eyni  kateqoriyalar  istifadə

edilir,  lakin  b

əzi  kodlar bir-birindən  fərqlənir.  Kodun  əvvəlində

h

əmişə  “C”  hərfi,  bundan  sonra  üçrəqəmli  kod  olur.  Bunlardan



ilk ikisi tör

əmənin yerləşmə yerini, nöqtədən sonra gələn üçüncü

r

əqəm  isə  subnahiyəni  bildirir.  Məsələn,  C18.4-də  18  rəqəmi



nahiy

ənin  çənbər  bağırsaq,  4  isə  subnahiyənin  köndələn  çənbər

bağırsaq olduğunu bildirir.

► Morfoloji kod şiş hüceyrəsinin növünü (və ya histologiyasını) və

bioloji 

davranışını  (bədxassəli  və  ya  xoşxassəli)  təsvir  edir.  Bu

kod 

şiş hüceyrəsinin növü və ya histologiyasını təsvir edən dörd



r

əqəmdən  və  şişin  davranışını  bildirən  bir  rəqəmdən  təşkil

olunmuşdur. İlk dörd rəqəm sonrakı rəqəmdən (şişin davranışını

bildir


ən) kəsr (/) işarəsi ilə ayrılır. Davranış kodu 0 (xoşxassəli),

1  (d


əqiqləşdirilməmiş  davranışlı),  2  (in  situ  karsinoma),  3

(b

ədxassəli,  birincili  nahiyə),  6  (bədxassəli,  metastaz)  və  ya  9



(b

ədxassəli,  birincili  və  ya  metastatik  olduğu  məlum  olmayan)

ola bil

ər.


► XBT-O-3  histoloji  nəticələr  əsasında  törəmənin  topoqrafiya  və

morfologiyası  barədə  məlumatların  kodlaşdırılması  məqsədilə

onkoloji 

x

əstələrin  registr  sistemlərində  istifadə  edilir.



Az

ərbaycanda  XBT-O-3  təsnifat  sistemi  ilk  dəfə  Səhiyyə

Nazirliyinin  Milli  Onkologiya  M

ərkəzi  ilə  Səhiyyə  Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən birgə yaradılmış

Az

ərbaycan  Milli  Xərçəng  Registrində  (kanser  registri)  tətbiq



olunmağa başlamışdır.



XƏRÇƏNG REGİSTRİNDƏ XBT-O-3 TƏSNİFAT 

SİSTEMİNDƏN İSTİFADƏ ETMƏKLƏ  

KODLAŞDIRMANIN ƏSAS QAYDALARININ XÜLASƏSİ 

 

XBT-O  t



əsnifat  sisteinin  2-ci  nəşrində  verilmiş  müvafiq  rəqəmlər  üçün  Cədvəl  1-ə  baxın 

(h

əmçinin bax: XBT-O-3, səhifə 19, Cədvəl 14). 



 

 

QAYDA  A.  Topoqrafik  regionlar  v



ə  dəqiqləşdirilməmiş 

nahiy

ələr:  əgər  diaqnozda  törəmənin  toxuma  mənşəyi 

göst

ərilmirsə,  “ƏGO”  əvəzində  hər  bir  dəqiqləşdirilməmiş 

nahiy

əni  əlifba  göstəricisində  təklif  edilən  müvafiq  kodla 

kodlaşdırın.  

D

əqiqləşdirilməmiş  nahiyələr,  məsələn,  “yuxarı  ətraf”  bir  neçə 



toxumadan  ibar

ət  olur.  Məsələn,  “yuxarı  ətrafın  yastı  hüceyrəli 

karsinoması”  C76.4  (yuxarı  ətraf,  ƏGO)  kimi  deyil,  C44.6  (yuxarı 

ətraf dərisi) kimi kodlaşdırılmalıdır. Kodlaşdırma təlimatlarının 4.2.4 

bölm

əsinə  baxın.  Bu  qayda  üzrə  bir  neçə  istisna  mövcuddur: 



m

əsələn,  çənə  və  alın,  belə  ki;  bu  nahiyələr  əsasən  dəridən  təşkil 

olunduğu üçün onların ƏGO kateqoriyası da dəriyə aid edilir. 

 

 



QAYDA  B.  Sözönl

əri:  Əgər  topoqrafik  nahiyənin  adının 

qarşısına  peri-,  para-  və  ya  bənzər  kimi  XBT-O-da  xüsusi 

göst

ərilməyən  sözönləri  əlavə  edilmişsə,  törəmənin  mənşəyi 

spesifik 

toxumanın  göstərildiyi  hallar  istisna  olmaqla,  nahiyəni 

müvafiq d

əqiqləşdirilməmiş C76 altkateqoriyası ilə kodlaşdırın.  

Bu  ümumi  qayda,  h

əm  də,  “sahə”  və  ya  “region”  kimi  qeyri-

d

əqiq  ifadələrə  də  aiddir.  Səhifə  17-də  verilən  kodlaşdırma 



t

əlimatlarına nəzər salın (həmçinin bax: XBT-O-3, səhifə 22). 

 

 



QAYDA 

C. 

Bir 

neç

ə  topoqrafik  kateqoriya  və  ya 

altkateqoriyanı  əhatə  edən  şişlər:  Şiş  iki  və  ya  daha  artıq 

kateqoriyanı və ya alt-kateqoriyanın hüdudlarını əhatə edirsə və 

əmələgəlmə 

m

ənbəyi 



əyyən 

edil

ə 

bilmirs

ə, 

“.8” 

altkateqoriya

sını tətbiq edin.  

S

əhifə  18-də  verilən  kodlaşdırma  təlimatlarına  nəzər  salın 



(h

əmçinin bax: XBT-O-3, səhifə 24).  XBT-9 ilə müqayisədə XBT-

10-da  yenitör

əmələr  üçün  daha  çox  sayda  kateqoriya  ayrılmış 

əvvəllər  üçrəqəmli  şəkildə  ifadə  edilən  bəzi  kateqoriyalar  iki  ədəd 

üçr


əqəmli  kateqoriya  ilə  əvəz  edilmişlər.  Həmin  .8  kateqoriyasının 

siyahısı üçün Cədvəl 4-ə nəzər salın (həmçinin bax: XBT-O-3, səhifə 

24, C

ədvəl 17). 

QAYDA  D. 

Limfomaların  topoqrafik  kodları:  Əgər  limfoma 

limfa  düyünl

ərindən  inkişaf  edirsə,  onu  C77.0  ilə  kodlaşdırın. 

Əgər limfoma bir neçə limfa düyünü regionunu əhatə edirsə, onu 

C77.8  kimi 

(çoxsaylı  regionların  limfa  düyünləri)  kodlaşdırın. 

Düyünd

ən kənar (ekstranodal) limfomaları yarandığı toxumaya 

(bu, 

biopsiyanın  aparıldığı  nahiyə  olmaya  da  bilər)  görə 

kodlaşdırın.  Əgər  limfomanın  nahiyəsi  qeyd  edilmirsə  və  

ekstranodal 

olmasına  şübhə  varsa,  onu  C80.9  kimi  (naməlum 

birincili nahiy

ə) kodlaşdırın. 

20-ci  s


əhifədə  verilən  kodlaşdırma  təlimatlarına  nəzər  salın 

(h

əmçinin bax: XBT-O-3, səhifə 24). 



QAYDA  E.  Leykemiyalara  dair  topoqrafik 

kodlaşdırma: 


Yüklə 342,66 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin