ABĠd tahġRLĠ



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə41/43
tarix31.01.2017
ölçüsü4,4 Mb.
#6963
1   ...   35   36   37   38   39   40   41   42   43

«ġərq» qəzeti 
  
 
 
 
 
 
 
 
                          23 oktyabr 2003 
 
 
«Azərbaycan mühacirəti» 
 
Abid  Tahirlinin  yeni  kitabında  mühacirətdə  yaşamaq  məcburiyyətində 
qalan tanınmış soydaşlarımızın fəaliyyətindən söhbət açılır. 
 
«Tural-Ə»  Nəşriyyat  Poliqrafiya  Mərkəzi  bu  yaxınlarda  Azərbaycan 
Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Həsən bəy Zərdabi mükafatının 
laureatı,  filologiya  elmləri  namizədi  Abid  Tahirlinin  «Azərbaycan  mühacirəti» 
kitabını çapdan buraxıb. 

 
359 
Kitabda  Azərbaycan  mühacirətinin  təşəkkül  tarixi,  coğrafiyası,  həyat  tərzi, 
sosial  tərkibi,  sayı,  mədəniyyət  mərkəzləri,  mətbuat,  eləcə  də  taleyin  hökmü  ilə 
qürbətdə  məskunlaşan  soydaşlarımızın  bir  qisminin  vətən  yolunda  fəaliyyətindən 
ətraflı bəhs olunur, mühacirətin problemləri zəngin qaynaqlar əsasında araşdırılır. 
Kitab  mühacirət  problemi  ilə  maraqlanan  tarixçi,  filoloq,  jurnalist,  tələbə  və 
aspirantlar, habelə  xaricdəki həmvətənlərin həyat  və  düşüncə  tərzi ilə  maraqlanan 
oxucular üçün nəzərdə tutulub. 
 
 
 
 
 
 
 
 
 Mirəvəz RƏHĠMOV 
 
 
 
 
 
 
 
«525-ci qəzet»  20 may 2001 
 
 
 
«Sözlə yarananlar, sözü yaĢadanlar» 
 
Tanınmış alim və jurnalist Abid Tahirlinin yeni kitabı çapdan çıxıb. 
 
Söz sehrli bir aləmdir. Bu kəlmə səslənəndə təsəvvürümüzdə Nizami, Füzuli, 
Vaqif,  Sabir…  və  digərləri  canlanır,  onların  sözlə  yaratdıqları,  sözə  verdikləri 
qiymət  yada  düşür.  Nizamini  Nizami,  Füzulini  Füzuli,  Vaqifi  Vaqif,  Sabiri  Sabir 
edən də söz olub, onları yaşadan da… 
«…Sözdən  yaranan  insan  həmişə  sözlə  yaşamağa  səy  edib,  təxəyyül  və 
təfəkkürünün  imkan  verdiyi  çərçivədə  ecazkar  bir  «dünya»  yaradıb.  İnsanın  ən 
böyük  qüdrəti,  möcüzəsi  sözlə  yaratdıqlarındadır»  -    bu  fikirlər  söz  aləmində  öz 
yeri  olan,  sözü  ilə  seçilən,  tanınmış  jurnalist,  mətbuat  tariximizin  araşdırıcısı, 
filologiya  elmləri  namizədi  Abid  Tahirlinin  «Əbilov,  Zeynalov  və  oğulları» 
mətbəəsində  nəfis  şəkildə  yenicə  çapdan  çıxan  «Sözlə  yarananlar,  sözü 
yaşadanlar» kitabından götürülüb. 
«Azərbaycan  mühacirəti»  kitabıyla  geniş  oxucu  kütləsinin  rəğbətini 
qazanmış  A.Tahirlinin  «Sözlə  yarananlar,  sözü  yaşadanlar»  adlı  yeni  kitabı 
oxuculara dəyərli töhfədir. 
 
 
 
 
 
 
 
 
 
Zaur ZEYNALLI 
 
 
 
 
 
 
 
 
  Elçin ƏLĠOĞLU 
 
 
 
 
 
 
 «525-ci qəzet» 17 noyabr 2001 
 
 
Mühacirət mətbuatı ilə bağlı dəyərli kitab 
 
Tədqiqatçı Abid Tahirlinin yeni çapdan çıxan kitabı Azərbaycan mühacir 
mətbuatının tarixinə işıq salır. 
 
Mühacirət  ədəbiyyatı  problemləri,  xüsusilə  də  mühacir  mətbuatı  ilə  bağlı 
maraqlı  tədqiqatların  müəllifi,  filologiya  elmləri  namizədi  Abid  Tahirli  bu 
mövzuda  dövri  nəşrlərdə  sanballı  məqalələrlə  ardıcıl  çıxışlar  edir.  Alimin  bu 

 
360 
günlərdə  «QAPP-Poliqraf»  nəşriyyatı  tərəfindən  nəfis  tərtibatla  çapdan  buraxılan 
«Azərbaycan  mühacirəti  mətbuatı»  (I  hissə)  kitabı  da  onun  gərgin  axtarışlarının 
bəhrəsidir.  Müəllif  əsəri  Azərbaycanda,  Türkiyədə,  Rusiyada,  Gürcüstanda, 
Polşada, ABŞ-da, Argentinada son nəfəsinədək vətənimizin istiqlal idealına sadiq 
qalan  və  onun  uğrunda  fəal  ideoloji  mübarizə  aparan  azadlıq  mücahidlərinin 
ruhuna ithaf edib. 
Kitab mühacir nəşrlərlə bağlı araşdırmaları bir topluda buraxmaq sahəsində 
ilk təşəbbüsdür. 
 
 
 
 
 
 
 
 
 
Mirəvəz RƏHĠMOV 
 
 
 
 
 
 
 
 
   27 sentyabr 2002 
 
 
 
 
 
 
 
 
     «525-ci qəzet». 
 
 
Belçikada Azərbaycan dostluq və kültür  
cəmiyyəti qurulacaq 
 
Azərbaycan Dostluq və Kültür Cəmiyyəti qurulacaq 
Abid  Tahirli  «Bu  gün  Azərbaycan  üzərində  oyunlar  oynanılır.  Qarabağ 
bizim canımızdır» - dedi 
 
Brussel  (Tercüman)  –  Qlasnost  və  perestroyka  işığında  əmələ  gələn  bir 
qrupla  Avropaya  gələn  Sovet  qrupundakı  qazeteçi  Abid  Tahirli  ilk  iş  olaraq 
Avropada yaşayan azərilərlə türkləri tapıb onlarla dərdləşmək oldu. 
Yeni  quruluş  vaxtında  son  dərəcə  məmnun  qaldıqlarını  ifadə  edən  Abid 
Tahirli:  «Bu  gün  Azərbaycan  üzərindən  bir  neçə  ssenarilər  qurulur.  Qafqazlarda 
Azəri-erməni  məsələsi  bu  ssenarinin  məhsulu  olaraq  ortaya  çıxarıldı.  Bizdən 
Qarabağı istəyirlər… Qarabağ bizim canımızdır. Heç kim həvəslənməsin» deyərək, 
özbəklərlə vuruşan və yurdsuz qalan Məshəti türklərinə qucaq açdıqlarını söylədi. 
Belçikada  qaldığı  müddətdə  türklər  tərəfindən  yalnız  buraxılmayan 
azərbaycanlı  qazeteçi  Abid  Tahirlinin  də  qoşulduğu  bu  yığıncaqda  Belçikada 
Azərbaycan ilə əlaqələri qüvvətləndirəcək bir cəmiyyət qurulmasına qərar verildi. 
 
 
 
 
 
 
 
 
 
              Yusif ÇĠNAL 
 
 
 
 
 
 
        «Tercüman» qəzeti (Türkiyə) 
 
 
 
 
 
 
 
 
           29 noyabr 1989 
 
 
 
Yaradan, yaĢadan tədqiqatçı-alim 
 
İstedadlı  tədqiqatçı-publisist  Abid  Tahirlini  1988-ci  ildən  –  «Odlar  yurdu» 
qəzetinin  redaktor  müavini  vəzifəsində  işlədiyi  müddətdən  tanıyıram.  O,  öz 

 
361 
jurnalist qələmi, əqidəsi ilə sınanmış əməkdaşlardan biridir. «Odlar yurdu» yalnız 
«Vətən» Cəmiyyətinin yox, geniş mənada bütün cəmiyyətin orqanı sayılırdı. Sanki, 
cəmiyyət  bu  qəzetdən  nəfəs  alırdı.  Qəzet  də  öz  növbəsində  cəmiyyətin  nəbzini 
tutmuşdu, onu maraqlandıran, düşündürən mövzulardan bəhs edirdi. 
1990-cı  ildə  qəzetin  «Açılmamış  səhifələr»  rubrikasında  «Mirzəli  Aşiq 
Axundzadə»  adlı  məqaləm  dərc  olundu.  Mirzəli  Aşiqin  həyat  və  yaradıcılığından 
ilk  məlumatlar  olduğuna  görə,  məqalə  geniş  oxucu  kütləsinə  müsbət  təsir 
bağışlamışdı.  Qəzetin  redaktor  müavini  Abid  Tahirli  məqalənin  ilk  tədqiqat 
xarakterli olduğuna görə məni təbrik etdi. 
Abid  Tahirli  yüzlərlə  məqalənin,  10-a  yaxın  kitabın  müəllifidir.  O,  ömrü 
boyu  yaradıcılığı  uzun  illər  xalqdan  gizlədilmiş  mühacirətdə  olan  Ceyhun 
Hacıbəylinin  həyat  və  yaradıcılığını  araşdırmış,  onun  ədəbiyyat,  mədəniyyət  və 
ictimai  fikir  tariximizdə  yeri  və  rolunun  elmi  dəqiqliklə  müəyyənləşdirmişdir. 
Buna görə də, Abid Tahirlinin tədqiqat işini xalqımızın mütəfəkkir ziyalısı Ceyhun 
Hacıbəylinin  həyat  və  fəaliyyətinin  kompleks  araşdırmasının  birinci  cəhdi  kimi 
qiymətləndirmək olar. 
Abid  Tahirlinin  xüsusilə  mühacirət  mövzusundakı  məqalə  və  oçerkləri 
ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Fakt və hadisələri məharətlə 
işıqlandırmaq,  özünəməxsus  publisistik  ritmlərlə  vermək  qabiliyyəti  Abid 
Tahirlinin  mühacirətlə  bağlı  yazılarının  təsirli  alınmasında  və  oxucu  qəlbinə  yol 
tapmasında mühüm bir amildir. 
 
 
 
 
 
 
 
 
 
dos. Pərviz Axundbəyli 
 
 
 
 
 
On gün Ġsveçdə 
 
«Vətən»  Cəmiyyətinin  nümayəndə  qrupu  İsveçdən  qayıtmışdır.  Qrupun 
rəhbəri Abid Tahirli dedi: 
-  On  iki  gün  ərzində  İsveçin  7  şəhərində  olduq.  Orada  yaşayan 
həmvətənlərimizlə görüşlərimiz  maraqlı oldu. Stokholm və Göteborq şəhərlərində 
fəaliyyət  göstərən  Azərbaycan  mədəniyyət  mərkəzlərində  keçirilən  rəngarəng 
tədbirlər  hamının  ürəyincə  idi.  İsveç  Sülhü  Müdafiə  Komitəsinin  Göteborq 
şöbəsində  görüş  keçirdik.  Arlov  şəhər  bələdiyyə  idarəsinin  rəisi  A.Yanson  və 
Malme mühacirət idarəsinin rəisi R.Nilsonla söhbətlər etdik, Azərbaycan haqqında 
həqiqətləri  çatdırdıq.  Lund  şəhərində  isə  yenicə  nəşrə  başlayan  «Araz»  jurnalının 
redaksiyasında hər iki tərəf üçün faydalı söhbətlər oldu. 
 
 
 
 
 
 
 
 
 
 
E.ĠSAYEV 
 
 
 
 
 
 
 
«Səhər» qəzeti, 10 aprel 1991 
 

 
362 
 
«Hər qələm millətin səfiridir» 
 
«Vətən»  Cəmiyyətinin  dəvəti  ilə  Azərbaycana  gəlmiş  Fransa,  İsveçrə, 
İngiltərə, Kanada kütləvi informasiya vasitələri nümayəndələrilə keçirilən görüşdə 
cəmiyyətin  rəyasət  heyətinin  sədr  müavini  Heydər  Məmmədəliyev,  Avropa  və 
Amerika  ölkələri  şöbəsinin  müdiri  Abid  Tahirli,  eləcə  də  Azərinformun, 
Azərbaycan  Teleradio  Şirkətinin,  «Bakı»,  «Həyat»,  «Bakinski  raboçi»,  «Odlar 
yurdu», «Biznes» və «Xalq qəzeti» qəzetlərinin müxbirləri iştirak etmişlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 AFAQ 
 
 
 
 
 
 
«Odlar yurdu» qəzeti, aprel 1992. 
 
 
 
Tədqiqatçının tapıntısı 
 
Ədəbi-mədəni,  ictimai-siyasi  fikir  tariximizdə  böyük  xidmətləri  olmuş 
Ceyhun Hacıbəylinin (1891-1962) həyat və yaradıcılığının öyrənilməsinə son illər 
ciddi  təşəbbüs  göstərilir. Onun  1909-1910-cu  illərdə  qələmə  aldığı  «Hacı  Kərim» 
povestinin  üzə  çıxarılması  da  belə  bir  təşəbbüsün  nəticəsidir.  Həmin  povest  bu 
yaxınlarda  «Azərnəşr»  tərəfindən  rusca  çapdan  buraxılmışdır.  Kitabı  gənc 
tədqiqatçı Abid Tahirli tərtib etmiş və ona ön söz yazmışdır. 
 
 
 
 
 
 
 
 
«Azərbaycan müəllimi» qəzeti 
 
 
 
 
 
 
 
 
    29 avqust 1995 
 
Yubileyə töhfə 
 
(«Kitabi-Dədə Qorqud» - 1300) 
 
Bu  yaxınlarda  «Sultan-qrafiks»  nəşriyyatının  buraxdığı  «Dədə  Qorqud 
aliliyi»  kitabı  (məqalələr  toplusu)  BMT  nümayəndəliyinin  son  bir  ildə  Dədə 
Qorqud  mövzusunda  nəşr  etdirdiyi  üçüncü  kitabdır.  Nəfis  tərtibatlı  bu  kitabda 
ölkəmizin tanınmış qorqudşünaslarının əsərləri toplanmışdır. 
Kitabı tərtib edən filologiya elmləri namizədi Abid Tahirli, redaktoru Dilsuz, 
məsləhətçilər  professorlar  Tofiq  Hacıyev,  Samət  Əlizadə  və  BMT-nin 
Azərbaycandakı nümayəndəliyinin məsul işçisi Sultan Hacıyevdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 M.Rəhimov 
 
 
 
 
 
 
 
 
 
«Xalq qəzeti» 
 
 
 
 
 
 
 
 
        27 oktyabr 1999 
 

 
363 
 
«Dədə Qorqud» yubileyinə töhfələr 
 
Birləşmiş  Millətlər  Təşkilatının  İnkişaf  Proqramı  (BMTİP)  Azərbaycan  və 
ümumtürk mədəniyyətinin görkəmli abidəsi olan «Kitabi-Dədə Qorqud» dastanın 
1300 illik yubileyi ilə bağlı tədbirlərdə yaxından iştirak edir. Bu günlərdə BMTİP 
1997-ci ilin fevralında respublika hökuməti ilə imzalanmış «Azərbaycanın mədəni 
irsinin  qorunması»  layihəsi  çərçivəsində  «Dədə  Qorqud»  bülletenini  «Ozan» 
nəşriyyatında Azərbaycan və ingilis dillərində nəfis şəkildə çapdan buraxmışdır. 
Bülletenin  tərtibçisi  və  redaktoru  Abid  Tahirli,  məsləhətçiləri  filologiya 
elmləri 
doktoru 
Məhərrəm 
Qasımlı 
və 
BMT-nin 
Azərbaycandakı 
nümayəndəliyinin  məsul  işçisi  Sultan  Hacıyevdir.  Nəşrin  üz  qabığında  və 
arxasında rəssam Fəxrəddin Əliyevin «Dədə Qorqud» mövzusunda illüstrasiyaları 
verilmişdir. 

 

 

 
 
«Dədə  Qorqud»un  yubileyi  münasibətilə  BMTİP-in  köməyi  ilə  rəngli 
açıqcalar  dəsti  də  çapdan  buraxılmışdır.  «Patronat-C»  şirkətinin  nəşr  etdiyi  bu 
dəstə  Xalq  rəssamı  Mikayıl  Abdullayevin,  rəssamlardan  Fəxrəddin  Əliyevin, 
L.Quritskinin  və  L.Şarovun  qədim  dastanın  ayrı-ayrı  boyları  mövzusunda 
çəkdikləri illüstrasiyalar daxildir. Fotoların müəllifi Yaşar Xəlilovdur. Redaktor və 
mətnlərin müəllifi Abid Tahirlidir. 
 
 
 
 
 
 
 
 
 
    AzərTAc 
 
 
 
 
 
 
«Azərbaycan» qəzeti, 30 iyun 1999 
 
 
 
«Sən həmiĢə bizimləsən» 
 
«Gənclik» nəşriyyatının nəfis tərtibatla çap etdiyi «Sən həmişə bizimləsən» 
toplusuna  (tərtibçilər:  Dilsuz,  A.Tahirli,  redaktoru:  Dilsuz,  səh.392)  İlyas 
Əfəndiyevin  həyat  və  yaradıcılığından  bəhs  edən  xatirələr  toplanmışdır.  Kitabda 
İ.Əfəndiyevin  vəfatı  ilə  əlaqədar  ölkə  rəhbərliyinin,  tanınmış  ədəbiyyat  və 
mədəniyyət xadimlərinin nekroloqu, yazıçı ilə vidalaşma mərasiminin materialları, 
vəfatından  sonra  mətbuatda  İ.Əfəndiyev  haqqında  yazılardan  seçmələr  çap 
olunmuş,  dramaturqun  Azərbaycan  Milli  Akademik  Dram  Teatrında  tamaşaya 
qoyulmuş pyeslərinin siyahısı verilmişdir. 
 
 
 
 
 
 
 
 
 
Ramiz BĠLALOV, 
 
 
 
 
 
 
 
 
     Mirəvəz RƏHĠMOV 
 
 
 
 
 
 
 
«Azərbaycan müəllimi» qəzeti,  
     7 oktyabr 1999. 
 
 

 
364 
«Gənc jurnalist»in ilk nömrəsi 
 
 
Azərbaycan  Beynəlxalq  Universitetinin  jurnalistika  fakültəsinin  II  kurs 
tələbələri xüsusi mövzulara həsr olunmuş qəzet buraxmağı qərara almışdılar. Artıq 
bu ideya reallaşmış, ilk mövzusu «Bakı küçələri» olan «Gənc jurnalist» qəzetinin 
birinci nömrəsi çapdan çıxmışdır. Mövzunun eyni olmasına baxmayaraq, qəzetdə 
yer  almış  yazılar  çox  rəngarəng,  müəlliflərin  yazı  tərzi  isə  müxtəlifdir.  Dərc 
olunmuş  materiallarda  hər  gün  paytaxtımızın  küçələrində  qarşılaşdığımız 
problemlər  ətraflı  işıqlandırılmış,  onların  həlli  yolları  araşdırılmışdır.  Qəzet  6 
səhifədən ibarətdir və gözəl tərtibata malikdir. Gənc yazarlar sözün əsl mənasında 
öz  məharətlərini  göstərməyə  çalışmışlar.  Yazılar  müxtəlif  janrlarda  işlənilib.  Son 
səhifədə isə yumoristik parçalar özünə yer tapmışdır. 
Qeyd  etmək  lazımdır  ki,  bu  təşəbbüs  fakültədə  dərs  deyən  Abid  Tahirliyə 
məxsusdur. 
 
 
 
 
 
 
 
         «Xalq qəzeti», 13 dekabr 2000 
 
 
 
 
 
 
 
 
       Anar HÜSEYNOV 
 
 
 
 
 
 
 
 
        ABU-nun tələbəsi 
 
 
Məcburi cavab 
 
 
«Ədəbiyyat  qəzeti»nin  12  may  tarixli  19  sayında  Abid  Tahirlinin 
«Missionerlik  bəlası»  başlıqlı  məqaləsini  oxudum.  Yazı  məndə  qəribə 
assosiasiyalar yaratdı. Yadıma Səlib müharibələri, beş yüz il bundan əvvəl Avropa 
gəmilərinin  Yava  və  Hind-Çin  sahillərinə  yan  alıb  Şərqi  soymaları,  1869-cu  ilin 
noyabrında  Süveyş  kanalının  açılışından  sonra  Şərqin  bütünlüklə  Qərbin 
müstəmləkəsinə  çevrilməsi,  törədilən  təxribatlara  qarşı  Şeyx  Cəmaləddin 
Əfqaninin  başçılığı  altında  Yaxın  və  Orta  Şərqdə  müqavimət  hərəkatının 
başlanması çar hökumətinin Qafqazda yeritdiyi ruslaşdırmaq siyasəti, Volqaboyu, 
Şimal  türkləri  arasında  onların  ana  dilində  xristianlığa  məhəbbət  təlqin  edən 
ədəbiyyat  yaymaqları  və  Azərbaycan  reallığı  –  xalqın  düşdüyü  ağır  maddi 
çətinlikdən  sui-istifadə  edib,  müxtəlif  süni  vasitələrlə,  maddi  şirnikləndirmə  yolu 
ilə əhalinin müəyyən qismini xristian dininin katolik və pravoslav təriqətlərinə cəlb 
etmək  cəhdləri  düşdü.  İslam  dininə  mənsub  olan  xalqlar  arasında  missioner 
təxribatına  dair  yazı  yazmaq  fikrinə  düşdüm.  Materialları  sistemə  salarkən  əlimə 
məşhur  Əhməd  bəy  Ağayevin  XIX  əsrin  ikinci  yarısından  sonra  Türkiyədə  geniş 
vüsət almış missioner məktəblərinə qarşı yazılmış və 1912-ci ildə Bakıda «İqbal» 
qəzetində kiçik bir müqəddimə ilə dərc olunmuş «Məcburi cavab» məqaləsi keçdi. 
Yazıda  Avropa  missionerlərinin  məqsədi  və  onların  mənəvi  təxribatları haqqında 
kifayət  qədər  aydın  məlumatın  olduğunu  nəzərə  alıb,  onun  yenidən  nəşrini  daha 

 
365 
münasib  hesab  etdim.  Çünki  məqalədə  çoxlarını  düşündürən  və  narahat  edən 
məsələlərə cavab tapmaq olur. 
 
 
 
 
 
 
 
 
 
Xeyrulla MƏMMƏDOV 
 
 
 
 
 
 
       «Ədəbiyyat qəzeti», 21 iyul 2000 
 
 
Gənc yazıçının ilk kitabı 
 
Bu günlərdə Dövlət Gənc Tamaşaçılar teatrında «Qovuq» kitabının təqdimat 
mərasimi keçirildi. 
Filologiya  elmləri  namizədi  Abid  Tahirli  əsər  haqqında  mərasim 
iştirakçılarına  ətraflı  məlumat  verdi.  Gənc  yazıçıya  bundan  sonra  da  gələcək 
yaradıcılıq yollarında uğurlar arzuladı. 
Şairlərdən  Əhməd  Qəşəmoğlu  və  Abbas  Abdulla,  Vaqif  İbrahimoğlu,  Liza 
Nağıyeva, Muğam Əliyev, Aqil Səmədbəyli, həmyerliləri adından Şəlalə Tahirli və 
başqaları  çıxış  edərək  kitabın  məziyyətlərindən  danışdılar,  Aygün  Həsənoğluya 
yeni yaradıcılıq müvəffəqiyyətləri arzuladılar. 
 
 
 
 
 
 
 
 
«Xalq qəzeti», 9 yanvar 2001 
 
 
 
 
 
 
 
 
Mirəvəz RƏHĠMOV 
 
 
 
 
 
 
 
«ġuĢa – Bakı – Paris» - Ġstiqlal mücahidinin tale yolu 
 
...Üzeyir  Hacıbəylinin  ev  muzeyində  Azərbaycanın  istiqlaliyyəti  uğrunda 
dönməz mücahidlərdən və milli yaddaşı mühacirətdə yaşadan ictimai xadimlərdən 
biri,  istedadlı  publisist  və  tədqiqatçı  Ceyhun  Hacıbəylinin  anadan  olmasının  110 
illiyinə həsr olunmuş yubiley mərasimi keçirilmişdir. 
...Ceyhun  Hacıbəylinin  ömür  yolunun  və  irsinin  ilk  elmi  araşdırıcısı, 
filologiya  elmləri  namizədi,  jurnalist  Abid  Tahirli  yubilyarın  bəlalı  taleyi, 
çoxcəhətli  ictimai,  elmi-mədəni  fəaliyyəti  barədə  aşkarladığı  diqqətçəkən 
məqamlardan  söhbət  açdı.  Məruzəçi  Ceyhun  Hacıbəylinin  milli  demokratik 
mətbuatımızın  müstəqillik  uğrunda  tarixi mübarizəyə  qoşulmasının  önündə gedən 
publisist  və  mətbuat  tariximizin  ilk  tədqiqatçısı  olduğunu  xüsusi  vurğuladı.  Əsrin 
əvvəllərində çıxan «Kaspi», «Baku», «İrşad», «Tərəqqi», «İttihad» kimi qəzetlərdə 
milli  oyanış  mövzusunun  aparıcı  müəlliflərindən  olan  Ceyhun  bəy  təsadüfi  deyil 
ki, Azərbaycan  Demokratik  Cümhuriyyətinin  rəsmi  nəşri  «Azərbaycan»  qəzetinin 

 
366 
yaradıcılarından  biri  və  ilk  baş  redaktoru  olmuşdu.  Ceyhun  Hacıbəyli  mühacirət 
illərində  redaktorluq  etdiyi  «Qafqaz»,  «Azərbaycan»  jurnallarında  və  «Azadlıq» 
radiostansiyasında da demokratik mətbuatımızın ənənələrini yaşatmışdı. 
 
 
 
 
 
 
 
 
 
       Tahir Aydınoğlu 
 
 
 
 
 
 
 
«Xalq qəzeti», 2 mart 2001. 
 
 
Tarixi sənədlər nə deyir? 
 
Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  yanında  Baş  Arxiv  İdarəsində 
Azərbaycanlıların Soyqırımı günü ilə bağlı böyük toplantı keçirilmişdir. 
Tədbirdə  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  məsul  işçisi  Abid 
Tahirli  Prezidentin  məlum  fərmanının  tarixi  əhəmiyyətindən  və  həmin  fərmanla 
bağlı həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. 
 
 
 
 
 
 
 
 
 
Mirəvəz RƏHĠMOV 
 
 
 
 
 
 
 
«Xalq qəzeti», 1 aprel 2001. 
 
 
«Azərbaycan»ın ilk baĢ redaktoru 
 
Bu  günlərdə  dahi  bəstəkar  Üzeyir  Hacıbəylinin  ev-muzeyində  onun  kiçik 
qardaşı Ceyhun Hacıbəylinin anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley 
tədbiri  keçirildi.  Tədbirdə  C.Hacıbəylinin  tədqiqatçıları,  alimlər,  qohumları  və 
gənclər toplaşmışdı. 
Elmlər  namizədi  Abid  Tahirli  bir  tədqiqatçı  kimi  C.Hacıbəylinin 
yaradıcılığını  təhlil  etdi.  Bildirdi  ki,  onun  «Hacı  Kərim»  adlı  povesti  nadir  əsər 
kimi  uzun  illər  M.F.Axundov  adına  Dövlət  Kitabxanasının  xüsusi  fondunda 
saxlanılıb.  Azərbaycanın  faciələri  C.Hacıbəylinin  publisistikasında,  hekayə  və 
felyetonlarında öz əksini tapıb. 
 
 
 
 
 
 
 
 
 
           Rəsmiyyə Rzalı 
Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin