A. N. Abbasbəyli, S. Z. Yusifzadə


Misir-Babilistan münasibətləri yeni şahlıq dövründə



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə9/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

 
2.2. Misir-Babilistan münasibətləri yeni şahlıq dövründə 
Dövrü səciyyələndirən yazılı kitabələrin, müxtəlif xarakterli sənədlərin təhlili göstərir ki, Babil-Misir 
əlaqələrinin  ən zəngin dövrü Misirdə yeni şahlıq dövrünə  təsadüf edir. Məhz bu zaman iki dövlət arasında 
müqavilə bağlanmış və hökmdarlar müəyyən edilmiş sərhədlərin pozulmamasına and içmişlər. 
E.ə. XV əsrin ortalarından Babilistan yenidən ÖnAsiyanın qüdrətli dövlətləri sırasına çıxır, onun qonşu 
ölkələrə mədəni- siyası təsiri güclənir. Kassi- babil şahı I Karaindaşın hakimiyyəti dövründə Babilistan Misirlə 
diplomatik əlaqələr yaradır və sonralar bu əlaqələr daha da genişlənir. Babilistan Misir əlaqələri haqqında XIX 
əsrin sonlarında Misirdə Ell-Amarn arxivindən tapılmış diplamatik məktublar ətraflı  məlumat verirlər. Amarn 
arxivində firon III Amenxotepin Babil şahı Kadaşman -Enlilə (e.ə.1374-1360) iki məktubu və Kadaşman-Enlilin 
ona üç cavab məktubu II Burna-buriaşın (e.ə.1359-1333) III Amenxotepe bir, IV Amenxotepə (Exnaton) beş 
məktubu, Babilistandan Misirə və Misirdən Babilistana göndərilən hədiyyələrin siyahısı qorunub saxlanmışdır. 
Göründüyü kimi, Babil - Misir yazışmaları e.ə.XIY əsrin təxminən 30-40- illik bir dövrünü əhatə edir. 
Lakin məktublardakı  bəzi qeydlər Babilistan- Misir əlaqələrinin  əsasının e.ə XV əsrin ikinci yarısında, kassi 
şahı I Karaindaşın dövründə qoyulduğunun göstərir. Məsələn, kassi şahı II Burna-buruaşın Exnatona yazdığı bir 
məktubda göstərilirdi: «Karaindaşın dövründən, sənin  əcdadlarının səfirləri mənim  əcdadlarımın yanına gələn 
vaxtdan indiyə  qədər onlar (II Burna-buruaş  və Exnatonun əcdadları) dost olmuşlar.» Buradan aydın olur ki, 
Misir fironu birinci olaraq Babilistana səfirlər göndərmiş  və onunla dostluq əlaqələri yaratmağa cəhd 
göstərmişdir. Bu şübhəsiz ki, I Karaindaşın dövründə Babilistanın beynəlxalq nüfuzunun olduqca artdığını 
göstərir. 
II Burna-buruaşın başqa bir məktubundan aydın olur ki, kassi şahı I Kuriqalzu (e.ə.XIY əsrin əvvəlləri) 
qədim Fələstin və Suriyanın Misir əleyhinə ittifaq bağlamaq təklifini rədd etmiş  və Misir fironun özünün 
müttəfiqi adlandırmışdı. Yenə II Burna-buruaşın Exnatona yazdığı bir məktubda I Kuriqalzunın Misirdən çoxlu 
qızıl aldığı göstərilirdi. 
Ümumiyyətlə, Babilin Misirdən aldığı mallar içərisində  qızıl  əsas yer tuturdu. I Kuriqalzunun 
dövründən başlayaraq ölkədə inşaat işlərinin geniş miqyas alması bu qiymətli metala ehtiyacı xeyli artırmışdı. 
Təsədüfu deyil ki, istər Kadaşman - Enlil, istərsə də II Burna-buruaş Misir fironlarından qızıl göndərmələrini 
xahiş edərkən onun inşaat işləri üçün lazım olduğunu xüsusi qeyd edirlər. Kadaşman Enlil III Amenxotepə 
yazırdı: «haqqında sənə yazdığım qızıla gəldikdə isə, nə qədər mümkünsə çoxlu qızıl göndər, sənin səfirlərinin 
mənim yanıma gəlməsindən də tez göndər. Onu indi nə qədər mümkünsə tez, bu biçim vaxtı, ya Duzu (iyun-
iyul), ya da Ab (iyul-avqust) ayında göndər ki, mən gördüyüm işi başa çatdıra bilim. 
Əgər sən bu biçim vaxtı - Duzu və ya Ab ayında mənim yazdığım qızılı göndərsən onda mən qızımı 
sənə verərəm... Və  əgər sən Duzu və Ab aylarında qızı göndərməsən və beləliklə, mən gördüyüm işi başa 
çatdırmasam, ondan sonra göndərməyinin nə  mənası var? Mən işi qurtardıqdan sonra qızıl mənim nəyimə 
lazımdır. Əgər sən onda mənə üç min taland qızıl göndərsən də, mən qəbul etməyib geri qaytaracam və qızımı 
sənə ərə verməyəcəm. 
Kadaşman-Enlinin bu «ultimatumu» tezlikb öz təsirini göstərir və II Amenxotep (Kadaşman Enlinin 
yeni evi üçün zəngin mebel dəsti göndərir) qiymətli ağac növlərindən olan, qızıl və fil sümüyü ib hasiyələnmiş 
çarpayılar, taxtlar, kürsülər və s. göndərir. 
Hədiyyələrin siyahısından sonra adətən onların bəzəyini təmsil edən qızıl, gümüş  və başqa qiymətli 
metalların ümumi çəkisi göstərilirdi. III Amenxotepin Kadaşman Enlilə göndərdiyi hədiyyələrin tərkibində 4 kq 
dan çox qızıl, 600 qr -a yaxın gümüş var idi. 
Tikinti ilə bağlı  qızıl sifariş verilməsinə II Burna-buruaşın Exnatona məktublarında da rast gəlirik: 
«Mən tikinti işinə başlamışam və bu haqda qardaşıma yazmışam, qoy qardaşım mənə çoxlu yaxşı  qızıl 
göndərsin və mən öz işimi başa çatdırım.» Başqa bir məktubunda II Burna-buruaş fironun ona yalnız iki minə 
(yəni 1 kq)  qızıl göndərməsindən narazı qaldığını bildirərək yazırdı: 
«Mənim  əjdadlarımla sənin  əjdadların dostluq əlaqələri yaradandan bir-birinə  zəngin hədiyyələr 
göndərmiş və heç vaxt bir-birinin ədalətli xahişini rədd etməmişlər. İndi isə qardaşım hədiyyə kimi mənə yalnız 
iki mina qızıl göndərmişdir, əgər qızıl çoxdursa sən də atanın göndərdiyi qədər göndər. Əgər o kifayət qədər 
deyilsə, onda heç olmasa, atan göndərdiyinin yarısını göndər. Nə üçün sən yalnız iki minə qızıl göndərmisən? 
İndi allahın evində (məbəddə  işim çoxdur və tezliklə onu başa çatdırmaq istəyirəm. Ona görə  də çoxlu qızıl 
göndər. » 
Qızılın  əsasən insaat işlərinə  sərf edilməsi haqqında Durr-Kuriqalzudan tapılmış  və e.ə XIII əsirə aid 
olan sənədlər daha ətraflı  məlumat verirlər, bu sənədlərin xeyli hissəsi Durr- Kuriqalzudan tikilən iki sarayın 
müxtəlif hissələrini bəzəmək, mebelləri haşiyələmək, bəzək əşyaları hazırlamaq və s. üçün sənətkarlara verilən 


 
13
qızıl, gümüş, qiymətli və yarımqiymətli daşların qəbzləridir. Qeyd etmək lazımdır ki, Babil şahdarının adətən, 
Misirə «yaxşı  qızıl» sifariş vermələrinə baxmayaraq alınan qızılın keyfiyyəti həmişə yüksək olmurdu. 
Mənbələrə görə XVIII sülalənin sonlarından Misirdə  bəzən qızılın  əyarlılığını süni şəkildə  aşağı salmaq 
təcrübədən keçirdilirdi. Tarixi dəqiq müəyyən olmayan bir üzüyün təhlili onun tərkibində 75 faiz mis, 25 faiz 
isə  qızıl olduğunu göstərmişdir. El-Amarn məktublarında Misirdən göndərilən qızılın keyfiyyətindən 
narazılığına tez-tez rast gəlmək olur. Məsələn, Kadaşman-Enlil məktublarının birində Misir fironunun 
göndərdiyi 30 minə (15kq) qızılın gümüşə bənzədiyini göstərirdi. 
II Burna-buruaş Exnatondan xahiş edirdi ki, o, göndərəcəyi qızılı məmurlarına etibar etməsin və yalnız 
özü görəndən sonra onu möhürləyib yola salsın. Daha sonra o yazırdı: «Qardaşım əvvəl göndərdiyi qızılı özü 
görməmiş  və onu qardaşımın məmuru möhürləyib göndərmişdir. Ona görə  də onun gətirdiyi 40 mina qızılı 
kürəyə qoyduqdan sonra onun çəkisi düz gəlməmişdir. II Burna-buruaşın xahişinə baxmayaraq, Misir yenə də 
keyfiyyətsiz qızıl göndərməkdə davam edirdi. «Sənin göndərdiyin səfirə  gəldikdə isə - deyə II Burna-buruaş 
başqa bir məktubunda yazırdı ki, onun gətirdiyi 20 mina qızılın çəkisi düz olmamışdır və onu kürəyə qoyduqdan 
sonra heç 15 mina da qızıl alınmamışdır.» 
Qaynaqların təhlili göstərir ki, Babilistanla Misir arasında vaxtaşırı baş verən düşmənçiliyə baxmayaraq, 
nəinki ticarət-iqtisadi, habelə siyasi əlaqələr də heç zaman kəsilməmiş, ayrı-ayrı hökmdarların dövründə isə 
«nigah diplomatiyasından» da istifadə edilmşidir.  
El-Amarn məktublarında qızılla yanaşı, Babil şahlarının başqa sifarişlərinə  də rast gəlmək olur. 
Məsələn,  Kadaşman-Enlil və II Burna-buruaş Misir fironlarından «umamu» adlanan heyvanın canlıya bənzər 
müqəvvasını göndərmələrini xahiş edirdilər. II Burna-buruaşın məktubunda onların həm suda, həm də quruda 
yaşayan heyvanlar olduğu göstərilirdi. Görünür, burada Babilistanın heyvanat aləminə yad olan timsah və 
begemot nəzərdə tutulurdu. Ola bilsin ki, Babil şahları bu qəribə heyvanlar haqqında eşitmiş  və onlara öz 
saraylarında nümayiş etdirmək istəmişdilər.  
Bunlarla yanaşı Babilistan Misirdən çoxlu məişət  əşyaları, bəzək  şeyləri, paltarlar və b. mallar alırdı. 
Babilistanın Misirdən aldığı malların çeşidini öyrənmək baxımından Exnatonun II Burna-buruaşa göndərdiyi 
hədiyyələrin siyahısı böyük maraq doğurur. Dörd sütundan və 307 sətirdən ibarət bu siyahıda qızıl, gümüş tunc 
və b. materiallardan onlarca nəfıs  əşyanın adı göstərilir. Qızıldan müxtəlif qablar, onlarla qızıl üzük, qolbağı, 
boyunbağı, Pamassu (hami-allah) allahının qızıl heykəlləri, daş qablar, fil sümüyündən müxtəlif əşyalar və b. 
Exnatonun II burna-buruaş göndərdiyi hədiyyələrin tam olmayan siyahısı bunlardır. 
Göstərilən  əşyaların tərkibindəki qızılın çəkisi 1200 minadan çox (təxm.600 kq), gümüşün çəkisi 293 
mina 3 şəkəl (təxm. 146kq), tuncun çəkisi ilə 860 mina 20 şekel təxm. 430 kq idi. 
Babilistanla Misir arasında ticarət  əlaqələri hər iki ölkəyə iqtisadi mənfəət verməklə yanaşı, siyasi, 
əlaqələrin möhkəmləndirilməsi üçün də  zəruri idi. Təsadüfi deyil ki, II Burna-buruaş  məktublarda bunu 
dəfələrlə qeyd edirdi. Hələ ilk məktublarının birində o, III Amenxatepe yazırdı. «Sənin atanla mənim atam 
əvvəllər bir-biri ilə dost olduqları kimi, gəl indi biz də bir-birimizlə dost olaq və qoy bizim aramızda bədxah 
sözlər deyilməsin”. 
Başqa bir məktubda II Burna-buruaş Exnatona bildirildi ki, «şahlar arasında qardaşlıq, dostluq, ittifaq və 
başqa əlaqələr o zaman ola bilər ki, qiymətli daşlar ağır gəlsin, gümüş ağır gəlsin, qızıl ağır gəlsin.» 
Göründüyü kimi, ölkələr arasında hər cür münasibətlərin inkişafı ticarət əlaqələrinin miqyasından asılı 
idi. Bu əlaqələr isə, qeyd edildiyi kimi, hər iki ölkə üçün faydalı idi. Babilistana zəruri mallar göndərən Misir 
əvəzində özü üçün eyni dərəcədə  zəruri olan mallar alırdı. Amarn məktubları Babilistanın Misirə göndərdiyi 
mallar haqqında da aydın təsəvvür yaradır. Bu malların içərisində lazurit üstünlük təşkil edirdi. 
Qeyd etmək lazımdır ki, hələ III Tutmosun salnaməsində Misirin Mesopotamiyadan lazurit aldığı 
göstərilirdi. Kadaşman-Enlil və II Burna-buruaşın Misirə göndərdiyi hədiyyələrin içərisində demək olar ki, 
həmişə lazuritə  və ya lazuritdən hazırlanmış  əşyalara rast gəlmək olur. Məsələn II Burna-buruaş Exnatona 
ümumiyyətlə, 8 mina lazurit (4kq) və lazuritdən bir sıra qiymətli əşyalar göndərmişdi. 
Məlum olduğu kimi, Mesopotamiyada lazurit və b. qiymətli və yarımqiymətli  daşlar  yox  idi  və  ən  
qədim  zamanlardan Mesopotamiya dövlətləri bu qiymətli malları xaricdən alırdılar. Mənbələrdə lazuritin 
Mesopotamiyaya müasir Əfqanıstanın Bədəxşan rayonundan və ya Urmiya gölü zonasından gətirildiyi 
göstərilir. 
Şübhə yoxdur ki, kassilər dövründə Babilistan şərqlə  sıx ticarət  əlaqələri saxlamış  və oradan çoxlu 
miqdarda dazurit və başqa mallar almışlar. Bu dövrdə Babilistanda dekorativ tətbiqi sənətdə lazurit və başqa 
qiymətli və yarımqiymətli geniş istifadə edilməsi, habelə onların geri ixracı bunu sübut edir. 
Lazuritb yanaşı, Misirə daha çox və  çənk arabası göndərilirdi. II Burna-buruaş Exnatona 10 cüt at, 5 
çənk arabası göndərmişdi. Amarna məktublarında Babilistanın Misirə göndərdiyi bir sıra başqa malların da da 
adı  çəkilir. Məsələn, II Burna-buruaşın dövründə Misirə çoxlu qiymətli  əşya göndərilmişdi. Bunlar əsasən 
lazurit, gümüş, qızıl, tunc fil sümüyündən bəzəklər və məişət şeylərindən ibarət idi. 
İstər Babilistan, istərsə də Misir tərəfi yuxarıda adları çəkilən malları bir-birinə hədiyyə göndərdiklərini 
yazmalarına baxmayaraq, bunun əslində mübadilə  məqsədi güddüyü və iqtisadi ehtiyacla bağlılığı açıq 


 
14
göstərilirdi. Amarn məktublarından yuxarıda gətirdiyimiz misallar bunu aydın sübut edir. Xarici ticarəti öz 
əllərinə alan bu və ya digər ölkənin hökmdarı qarşı tərəfə hədiyyələr göndərərkən onların əvəzində layiqli cavab 
hədiyyəsi gözləyirdi və daha doğrusu, nə gözlədiyini açıq yazırdı: Deməli, Amarna məktublarında söhbət adı 
hədiyyə mübadiləsindən deyil, iki böyük dövlət arasında müntəzəm ticarət əlaqələrindən gedir. Təbiidir ki, bu 
əlaqələr müəyyən beynəlxalq normalara, bir-birinin hüquq bərabərliyini tanımağı  tələb edirdi. Ehtimal ki, bu 
münasibətlər iki dövlət arasında bağlanmış müqavilə ilə  tənzim olunurdu. Amarna məktublarında belə bir 
müqavilənin mövcudluğuna işarə olunurdu.  
Müəyyən olunmuş normaların hər hansı  şəkildə pozulması cavab tədbirləri ilə qarşılanırdı. II burna-
buruaşın məktubundan gətirdiyimiz aşağıdakı  sətirlər bizcə, məhz bu mənada başa düşülməlidir: “Sənin 
səfirlərin üç dəfə mənim yanıma gəlmiş, lakin sən onlarla məmə heç bir qiymətli hədiyyə göndərməmisən. Ona 
görə mən də sənə heç bir qiymətli hədiyyə göndərməmişəm. Nə sən qiymətli bir şey əldə etdin, nə də mən”.  
Exnatona yazdığı bütün məktublarında öz şərəfini və dövlətin mənafeyini uca tutan II burna-buruaşın 
narazılığının əsas səbəbi bizcə aşağıdakı sətirlərdə aydınlaşır: «Sonra o (II Burna-buruaşın səfıri) dedi ki, mənim 
qardaşımın ölkəsində  hər  şey vardır və onun heç bir şeyə ehtiyacı yoxdur (Sənə bildirirəm ki,) mənim də 
ölkəmdə  hər  şey vardır və  mən də  hər bir şeyə ehtiyac hiss etmirəm. Yaxşı münasibətlər bizə  şahlardan 
qalmışdır və bizdə bir-birimizə firavanlıq arzulamışıq. Qoy, bizim aramışdakı bu əlaqələr daha da möhkəm 
olsun.» 
Bununla II Burna-buruaş özünün Misir fironu ilə bərabər səviyyəli hökmdar olduğunu qabarıq şəkildə 
nəzərə çarpdırır. II Burna-buruaş Exnatona yenə kiçik hədiyyə 4 mina lazurit və 5 cür at göndərir və çoxlu yaxşı 
hədiyyələr göndərə bilməməsini yolun çətinliyi ilə su təchizatının pisliyi, havanın istiliyi izah edir. Elə buradaca 
o,  Exnatondan çoxlu yaxşı qızıl göndərməsini xahiş edir. 
Ticarət  əlaqələrinin normal inkişafına mane olan səbəblər təkcə bunlar deyildi. Daha təhlükəli maneə 
Babilistandan gedən karvanların yolda qarət edilməsi, tacirlərin isə öldürülməsi idi. Belə qarətləri əsasən Misirin 
nüfuz dairəsində olan Şərqi Aralıq dənizi ölkələrinin hökümdarları edirdilər. Bu da təsadüfi deyildi. Məlum 
olduğu kimi, Exnaton ölkədə kəskin daxili çəkişmələr şəraitində özünün məşhur dini islahatını həyata keçirirdi. 
Bu çəkişmələr Misirin hərbi potensialını xeyli zəiflətmişdi. Başı islahata və öz rəqibləri ilə mübarizəyə qarışan 
Exnaton fəal xarici siyasət yeritmirdi və əslində Misirdən asılı olan Şərqi Aralıq dənizi dövlətlərini başlı-başına 
buraxmışdı. Bu dövlətlər arasında daimi ixtilaflar və daxili çəkişmələr hökm sürürdü. Onlar Misir fironuna bir-
birindən  şikayət edir. Hər biri öz qonşusunu Misirə  xəyanətdə  təqsirləndirirdi. Misir hökmdarı bu şikayətlərə 
qibtə ediləcək dərəcədə səbirlə yanaşır və adətən heç bir tədbir görmürdü. 
II Burna-buruaşın sonrakı məktubunda Babilistan tacirlərinin ölümü ilə nəticələnənə daha ağır qarətin 
xatırlanması fironun öz nüfuz dairəsinə daxil olan ərazilərdə karvan yollarının təhlükəsizliyini təmin etmək üçün 
ciddi tədbir görə bilmədiyini göstərir və bu, Exnatonun dövründə Misirin beynəlxalq vəziyyətinin 
mürəkkəbliyini bir daha sübut edir. II Burna-buruaş yazırdı: «mənim Ahu-tabu ilə səfərə çıxan tacirlərim ticarət 
işləri ilə  əlaqədar Kinahiddə  ləngimişdilər. Ahu-tabu oradan qardaşımın yanına yola düşdükdən sonra 
Balumemenin oğlu  Şumadda və Akkolu Şaratunun oğlu  Şutatna öz adamlarını göndərərək Kinahiddəki 
Hinnatuni şəhərində mənim tacirlərimi öldürmüş və pullarmı ələ keçirmişlər. Buna görə mən Azzanı (?) sənin 
yanına göndərmişəm. Ondan soruş  və o hər  şeyi sənə desin. Kinahhi sənin ölkəndir və onun şahları  sənin 
qullarındır. Mən sənin ölkəndə zorakılığa məruz qalmışam. Onların qarşısını al və qarət etdikləri pulları ödə”. 
Məktubda daha sonra deyilirdi: “Mənim qullarını öldürən adamları isə edam et və onların qanının intiqamını al. 
Əgər sən bu adamları öldürməsən, onlar yenidən bu işə qayıdacaq. Ya mənim karvanlarımı, ya da sənin 
səfirlərini öldürəcəklər. Belə olduqda bizim aramızda səfirlərin gediş gəlişi kəsilər və əgər belə olsa, onda onlar 
sənə qarşı çıxarlar. » 
Göründüyü kimi, Exnatonun hakimiyyəti illərində Şərqi Aralıq dənizi ölkələrində Misirin mövqeyinin 
zəifləməsi Babilistan-Misir ticarət  əlaqələrini xeyli çətinləşdirmişdi. Babilistan ticarət karvanlarının qarətində 
Suriya və Fələstin hakimlərinin iştirakı, onların Ön Asiya ticarətində öz müstəqilliklərini bərpa etmək, Misirin 
Babilistan və başqa dövlətlərə birbaşa ticarət  əlaqələrinə mane olmaq cəhdlərindən irəli gəlirdi. Ehtimal ki, 
Misirin Babilistanla əlaqələri bu ölkələr üçün daha təhlükəli idi. Hananeylərin Misirdən ayrıla biləcəyini açıqca 
qeyd edir. Bu məsələ ilə bağlı bir faktı da xatırlatmaq yerinə düşərdi. Hanandılar Misirə qarşı  çıxış etmək 
istərkən kömək üçün məhz Babilistana müraciət etmiş, lakin Kuriqalzudan rədd cavabı almışdılar. Bu Şərqi 
Aralıq dənizində ağalıq üçün Misirin Babilistanla ittifaqının mühüm əhəmiyyətə malik olduğunu göstərir. 
E.ə.XVI yüzillikdə Mitanni və Babilistandan asılı vəziyyətə düşən Assuriya XV yüzillikdən başlayaraq, 
Misirlə əlaqələri genişləndirməyə və öz keçmiş qüdrətini bərpa etməyə çalışırdı. Exnatonun müasiri olan I Aşşur 
Uballitin (e.ə.1365-1330) dövründə Assuriya Mitanni və Babilistanın təhlükəli düşməninə çevrilir. İstər 
Mitanni, istərsə  də Babilistan şahları Misir-Assuriya yaxınlaşmasının və Assuriyanın yüksəlişinin təhlükəli 
nəticələrini yaxşı görürdülər və ona görə  də bu ittifaqa mane olmağa çalışırdılar. II Burna-buruaş Exnatona 
məktubunda assuriyalıları öz təbəələri adlandırır və tələb edir ki, firon onunla heç bir əlaqə saxlamasın. 
Tarixi  şəraitin mürəkkəbliyinə baxmayaraq, Babilistanla Misir arasında ticarət  əlaqələri kəsilmirdi və 
hətta bu “nigah diplomatiyası” - qohumluq  əlaqələri ilə möhkəmləndirilirdi. Amarn yazılarından məlum olduğu 


 
15
kimi, Kadaşman Enlilin bacısı  və  qızı, habelə II Burna-buruaşın qızı müvafiq olaraq III Amenxotep və 
Emxatona  ərə vermişdilər. Digər tərəfdən Kadaşman-Enlilin III Amenxotepin qızını almaq arzusuna Misir 
fironuna rədd cavabı vermişdi. Bu fakt əksər hallarda Misir fironunun Babil şahına etinasız münasibəti, ona 
yuxarıdan aşağı baxmağı ilə izah olunur. Əslində isə bu qədim Misir taxt-tacı varisliyi adəti ilə bağlı idi. Bu 
adətə görə «taxt-tac yalnız qadın xətti ilə keçirdi. Firon arvadı taxt-tac varisi hesab olunurdu. Taxt-taca istənilən 
mənşəli adam iddia edə bilərdi. Və əgər o məlikəyə evlənirdisə, dərhal şah taxtına çıxırdı. Məlikə öz mənşəyinə 
görə məlikə idi, şah isə ona evləndikdən sonra şah olurdu.» 
Amarna dövründən sonra Babilistanla Misir arasında ticarət əlaqələri zəifləyir, lakin tamamilə kəsilmir. 
II Ramzesin hakimiyyəti illərində iki ölkə arasında daha bir diplomatik qohumluq əlaqəsinin yarandığı güman 
edilir. XIX sülalə dövrünə aid sənədlərdə Misirin Babilistandan müxtəlif mallar, xüsusilə at, gümüş, qiymətli 
daşlar, sürtgü yağı idxal etdiyi göstərilir. 
E.ə. XIII əsrin başlanğıcında Babilistanla Xett dövləti arasında əlaqələr genişlənir. Misirə və Assuriyaya 
qarşı hər iki dövlətinin mövqeyini möhkəmlətmək məqsədilə Xett şahı III Xattusili Babil şahı Kadaşman-Turqu 
(e.ə.1281-1264) ilə qarşılıqlı  hərbi yardım haqqında müqavilə bağlayır. Müttəfiqlik borcunun yerinə yetirən 
Kadaşman-Turqu Misirlə  əlaqəni kəsmiş  və Xett şahına Misirlə müharibə edərsə, piyada qohumlar və  cənk 
arabaların ilə kömək edəcəyini vəd etmişdi.  
 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin