A. N. Abbasbəyli, S. Z. Yusifzadə


III Mövzu  Mesopotamiya şəhər-dövlətlərinin qədim Misirlə diplomatik -siyasi əlaqələrinin spesifik xüsusiyyətləri



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə11/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

III Mövzu 
Mesopotamiya şəhər-dövlətlərinin qədim Misirlə diplomatik -siyasi əlaqələrinin spesifik xüsusiyyətləri 
 
3.1. Babilistan-Misir diplomatik-siyasi əlaqələri 
E.ə. XVI əsrin əvvəllərində Misirdə hiksosların hakimiyyətinə son qoyulmuş və bununla Misir tarixində 
yeni şahlıq dövrü başlandı. XVI sülalənin hakimiyyəti ilə başlanan yeni Şahlıq dövrünün fironları, xüsusilə III 
Tutmos Afrika və Asiyanın bir çox ərazilərini işğal etmişdilər. III Tutmosun hakimiyyəti dövründə Misirin 
Şimaldan cənuba doğru  ərazisi 5 min kilometrədək uzanırdı  və Afrikanın onlarla xalqı Misirə tabe edilmiş, 
Misir mədəniyyətinin təsir dairəsinə düşmüşdü. 
E.ə. II minilliyin ortalarında III Tutmosun varisləri IV Tutmos, III Amenxotep və IV Amenxotepin 
dövrlərində Misir Ön Asiyanın bir sıra qüdrətli dövlətləri, o cümlədən Babilistan, Asiya və Xet dövləti ilə geniş 
diplomatik əlaqələr yaradır. 
E.ə. II minilliyin ortalarında Ön Asiyada dövlətlərarası münasibətləri, o cümlədən Misirin xarici 
siyasətini öyrənmək üçün ən mühüm mənbələr Misirdəki Ell-Amarna (qədim Axetaton şəhəri) adlanan ərazidən 
tapılmış  sənədlərdən ibarətdir. Bu sənədlər Babil, Xet, Assuriya və s. dövlətlərin hökmdarlarının Misir 
fironlarına məktublarından və fironların onlara cavablarından ibarətdir. 500-dən çox məktubdan ibarət olan Ell-
Amarn arxivinin materialı tam tərcümə və tədqiq olunmamışdır. Bu məktublardan ayrı-ayrı parçalara müxtəlif 
müəlliflərin əsərlərində rast gəlinir. Misirin diplomatik əlaqələrini öyrənmək baxımından Misir-Xet müqaviləsi 
(e.ə.XIII əsr) xüsusi əhəmiyyət kəsb edir. Bu müqavilənin istər Xet, istərsə də qədim Misir dilində tam məntiqi 
dövrümüzə qədər gəlib çatmamışdır. 
Kassilərin hakimiyyətinin ilk dövründə Babilistanın xarici əlaqələrinə aid mənbələr olduqca azdır. 
Dağınıq faktlar göstərir ki, II Aqumun şahlığından III Aqımrun şahlığına qədərki dövrdə (təxm. e.ə. 1595-1460) 
Babilistanda kassi şahları uzun mübarizədən sonra «Dəniz sülaləsini» məğlub edərək aşağı Mesopatomiyanı 
yenidən vahid şahlıqda birləşdirmişdilər. 
Bu dövrdə Babilistanın Xet dövləti, Assuriya və Nuzi ilə əlaqələrinə aid mövcud faktlar kassilərin öz 
yaxın qonşuları ilə yaxşı münasibətlər yaratmağa cəhd etdiklərini göstərir. Məsələn «Sinifronik tarix» adlı 
mənbədə göstərilir ki, Aşşur  şahı III Puzur- Aşşur və Kardunyaş (aşağı Mesopotamiyanın kassicə adı)  şahı I 
Burna-Buriaş and içmiş və öz ölkələri arasında sərhəd xəttini müəyyən etmişlər. Göstərilən mənbədəki başqa bir 
məlumatdan aydın olur ki, «Kardunyaş  şahı Karaundaş  və  Aşşur  şahı  Aşşurbel III Hattusilisin Babil şahı II 
Kadaşman Enlilə yazdığı  məktubdan aydın olur ki, Xet dövləti ilə Misir arasında məlum sülh müqaviləsi 
bağlandıqdan sonra (e.ə.l260-cı il) Babil Misir dostluq əlaqələri bərpa olunmuşdu.» 
Misirlə geniş ticarət əlaqəsi Babilistanın iqtisadiyyatında nəzərə çarpacaq iz buraxmışdı. Mənbələrdən 
məlumdur ki, Babilistanda kassi hakimiyyətindən  əvvəl və ondan sonrakı dövrlərdə  dəyər ölçüsu kimi 
gümüşdən istifadə edilmişdir. Lakin kassilər dövründə Misirdən çoxlu qızıl idxal olunması gümüşün 
sıxışdırılmasına və dəyər ölçüsü kimi qızıldan istifadə edilməsinə səbəb olur. E.ə.XIII yüzilliyin əvvəllərindən 
başlayaraq Misirlə intensiv əlaqələr kəsildikdən sonra bu məqsədlə  qızılla yanaşı, gümüşdən də istifadə 
olunurdu. 
 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin