A. N. Abbasbəyli, S. Z. Yusifzadə


Misirin Mitanni  dövləti ilə əlaqələri



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə12/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

3.2. Misirin Mitanni  dövləti ilə əlaqələri 
Mittanni e.ə. XVI-XIII əsrlərdə Mesopatomiyanın şimal-qərbində indiki Suriyanın şimalında yerləşirdi. 
Əhalisi hürrilərdən və sami dilli tayfalardan ibarət olmuşdur. Rəsmi dili hürri və akkad dilləri idi. E.ə. XVI 
əsrdə bu tayfalar Mitanni sülaləsinin başçılığı ilə vahid dövlətdə birləşmişdilər. Güclü ordu yaratmış Mitanni 
dövləti fəal xarici siyasət yeritmiş, Assuriyanın bir hissəsini, Kiçik Asiyanı, Asiyanı, Suriyanı, Finikiyanı  və 
Fələstini özünə tabe etmişdi. 
Ölkənin iqtisadiyyatında əkinçilik əsas yer tuturdu. Əkinçilik üçün yağışlar mühüm rol oynayır, geniş 
çay vadiləri isə süni suvarma sistemlərinin yaradılmasına imkan verirdi. Mitanni ərazisindən Ön Asiya 
ölkələrinin mühüm ticarət yolları keçirdi. Mitanni dövləti bir çox qonşu ölkələr ilə  əlaqələr saxlayırdı. Ell-
Amarn məktublarındakı məlumata görə, müxtəlif Mitanni malları Misirə göndərilirdi. 
Mitanni  əhalisi mənşəyinə görə,  əsasən hürilərdən ibarət olmuşdur. Mitanni şahları – hətta Hind-ari 
mənşəli adlar daşıyanlar da, məişətdə hürri və akkad dilində danışırdılar. Akkad dili beynəlxalq ünsiyyət vasitəsi 
idi. Hürri dövlətlərinin (Arrapxa, Alalax, Uqarit) sosial quruluşlarındakı oxşarlıq, Mitanni cəmiyyətinin də 
onlardan o qədər seçilmədiyini göstərir.  
Bizə  məlum olan ilk Mitanni şahı I Şuttatnadır e.ə. XVI əsrin sonunda, I Şuttatnadan sonra isə 
Parattarna  şahlıq etmişdir. Mənbələrdən bizə  məlum olan Mitanni şahlarının  ən qüdrətlisi Saussadattar 
olmuşdur. Bizə qədər onun yazılı möhürü gəlib çatmışdır: «Saussadattar Parsadattapın oğlu Mitanni şahı». 
Saussadattar Misir fironlarının XVIII sülaləsinin Asiya yürüşləri dövründə  şahlıq etmişdir. Buna 
baxmayaraq, Mitanninin nüfuzu dairəsinə yuxarı  Fəratdan Kilikiyaya, Şimali Suriyadan Assuriya, Nineviya, 
Arabxah, Kadmuq, İsuv və Alziyə  qədər geniş bir ərazi daxil idi. Bu dövrdə Ön Asiyanın siyasi həyatında 
Misirdən sonra əsas rolu Mitanni oynayırdı. Lakin qüdrətinə  və  sərvətinə görə Mitanni Misirdən çox geri 


 
17
qalırdı. 
Ehtimal ki, XVIII sülalənin fironları ilə müharibələr olmasaydı, Mitanni öz qüdrətinin  ən yüksək 
zirvəsində dayanardı. I Tutmosun şahlığından başlayaraq, Misir fironları Suriya və  Fələstinə  işğalçı yürüşlər 
təşkil edir, lakin hər dəfə  də Mitanni ordusunun müqavimətinə rast gəlirdilər. Bu müharibə Mitanni şahı I 
Artadamanın dövründə, Misir və Mitanninin dostlaşmasından sonra başa çatdı  və bu sülh firon IV Tutmosun 
Mitanni  şahzadəsi ilə nikahına  əsasən möhkəmləndi. Mitanni şahı Tuşrattanın IV Amenxotepə  məktubunda 
deyilir: 
«III Amenxotepin atası IV Tutmos, mənim babam Aptadamaya məktub yazdı və onun qızı atamın (II 
Şüttarna) bacısını istədi. Beş-altı dəfə məktub yazdı, amma o, qızını vermədi. Yeddinci dəfə məktub yazandan 
sonra o, (Artadama ) qızını verdi». 
Bu hadisələr Mitanni və Misirin Şərqi Aralıq dənizi hövzəsi  ərazisi uğrunda illərlə davam edən 
mübahisəsinə son qoydu. Ərazi bu iki dövlətin nüfuz dairələrinə bölünür. Şimal hissəsi Mitanninin, cənub 
hissəsi isə Misirin nüfuz dairəsinə daxil olur. Qeyd etmək lazımdır ki, III Amenxotep Mitanni şahı II Şuttarnaşm 
qızı Kelu-Xəbəyə evləndikdən sonra Misir və Mitanninin siyasi əlaqələri daha da möhkəmləndi. 
Mitanni dövlətinin Xet şahı I Suppiliuma ilə müharibəsi dövründə Mitanni şahı Tuşiratta Misir fironuna 
birinci məktubunu yazır: «Misir şahına , qardaşıma sənin qardaşından, mən sağ-salamatam. Sənə, bacım Kellu-
Xebeyə, sənin evinə, sənin arvadlarına, oğullarına,  əyanlarına, orduna, atlarına, döyüş arabalarına və ölkənə 
əmin-amanlıq arzulayıram. 
Sən mənim atamla yaxşı münasibətdə olmusan. Mənim atam səni sevirdi, sən də mənim atamı. Buna 
görə  də o, mənim bacımı  sənə verdi. Kim mənim atamla belə yaxın olub? Bütün Het düşmən kimi mənim 
ölkəmə hücum etdi. Mən onları darmadağın etdim. Onlardan heç biri öz ölkəsinə qayıtmadı. 
Mən sənə döyüş arabası iki at, Het hərbi qənimətindən I oğlan və I qız göndərmişəm. Qardaşıma isə 
hədiyyə olaraq 5 döyüş arabası və 5 qoşqu atı göndərmişəm. Bacım Kelu Xebeyə hədiyyə olaraq bir cüt qızıl 
boyunbağı, bir cüt qızıl sırğa və  ətriyyatla dolu daş qab göndərmişəm. Səfir kimi Kelsiyə  və Tunibivrini 
göndərmişəm. Qoy qardaşım onları tez buraxsın ki, qardaşımın salammı eşidim və fərəhlənim. Qoy qardaşım 
mənimlə dostluğu möhkəmlən-dirsin və öz səfirlərini yanıma göndərsin ki, onlar mənə qardaşımdan salam 
gətirsinlər və mən bunu eşidim.» 
Ell-Amarndakı  məktubdan məlum olur ki, III Aminxotep öz səfirini  Mitanniyə göndərmiş  və 
Turşattanın  qızı  Tadu-xebanı istəmişdir. 
Turşatta fironunun xahişi ilə cavab olaraq yazmışdı: «böyük şaha, Misir şahına, mənim qardaşıma. 
Turşatta, böyük şah, Mitanni şahı, sənin qardaşın. Mənim qardaşım səfiri Maneni mənim yanıma göndərdi. 
Dedi: Qoy qardaşım öz qızını mənə arvad olmaq üçün göndərsin və o, Misirin xanımı olsun. Mən qardaşımın 
ürəyini kədərləndirmədim və dedim: «Mən razıyam.» qardaşım istədiyi kimi mən onu Maneyə göstərdim, Mane 
onu görən kimi çox xoşhal oldu». 
Misir səfirləri bir neçə dəfə hədiyyələrlə Mitanni sarayına gəldilər. Nəhayət, Turşatta məmnun oldu və 
qızını çox böyük cehizlə Misirə göndərdi. Cehiz əsasən qızıl - bəzək  əşyalarından, bürünc, parça - paltar, 
ətriyyat yağı, döyüş arabaları, atlar, qullar, lazurit, və müxtəlif növ qiymətli daşlardan ibarət idi. Nigah III 
Aminxotepin hakimiyyətinin 35 və ya 36-cı ili oldu. 
Misir taxt-tacına IV Aminxotep sahib olandan sonra Turşatta hədiyyə olaraq ona qiymətli  əşyalar 
göndərdi və xatırlatdı ki, o, Mütaniyə  hələ III Aminxotepin onun üçün hazırladığı iki qızıl heykəlciyi 
göndərməlidir. III Aminxotep Mitanniyə az miqdarda hədiyyə göndərdi və  hətta qızıl heykəlciklərin yerinə 
ağacdan düzəldilmiş və üzərinə qızıl çəkilmiş heykəlciklər göndərdi. 
Tell-Amarna yazışmalanndan məlum olur ki, III Aminxotepə ərə getmiş Mitanni şahzadəsi Tadu- Xeba, 
sonra onun oğlu III Aminxotepin arvadı oldu.  
III Aminxotepin və IV Aminxotepin sarayının təsviri göstərir ki, bütün hərəmxana qadınları baş 
hərəmin xidmətçiləri idilər. Güman ki, firon ayrı-ayrı vaxtlarda məlikənin xidmətçiləri, o cümlədən  əcnəbi 
şahzadə xanımlarla birgə yaşamaq hüququndan istifadə edirdi. Bu şahzadə xanımlar sarayda, atalarının Misirə 
lazım olan siyasi istiqamətlərdə  fəaliyyətini təmin etmək üçün girov kimi saxlanılırdılar və faktik olaraq 
fironunun arvadları deyildilər.  
Yeni firon sələfinin bütün saray heyətinin, həmçinin aralarında Tadu-Xeba olan mərkənin əsil-nəcabətli 
xidmətçilərinin varisi oldu. Turşatta onu yenə  də yeni fironun «arvadı» hesab edirdi, amma Misir 
mənbələrindən məlumdur ki, I Aminxotepin bir baş arvadı (Nefertiti) və bir rəsmi kənizi (Kiya) olmuşdur. Bu 
Misirlə Mitaninin əlaqələrinin nə qədər birtərəfli olduğunu göstərir, hərçənd ki, Tuşrattanın məktublarına əsasən 
belə bir nəticəyə gəlmək olar ki, bu dövlətlər bərabərhüquqlu olmuşlar. 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin