A. N. Abbasbəyli, S. Z. Yusifzadə


V Mövzu  Qədim Yunanıstanda diplomatiya və səfirlik işi



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə17/71
tarix02.01.2022
ölçüsü1,43 Mb.
#39696
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   71
Beynelxalq munasibetler tarixi en qedim dovrlerden XIX yuzilliyin 70-ci illerinin sonuna qeder

V Mövzu 
Qədim Yunanıstanda diplomatiya və səfirlik işi 
 
 
5.1. Qədim yunan polisləri arasında münasibətlər və səfirlik işi 
Yunanıstanın diplomatik əlaqələrinin öyrənilməsi Roma hüququnun öyrənilməsinə  çıxış hesab edilə 
bilər. Yunanıstan üçün həmişə dualizm xas olmuşdur. Bu Yunanıstanın birləşməsi uğrunda mübarizədə 
təcəssüm olunur. Yunanıstanın e.ə.VIII -VI əsrlərə  qədər olan dövrünü əsasən arxeoloji qazıntılar nəticəsində 
öyrənmək mümkündür. Yeganə yazılı əsər Homerin “İlliada” və “Odisseya” əsərləri, habelə Herodotun “Tarix” 
əsəridir. Bu əsərlərdə yunan-Troya və yunan-İran müharibələri ilə bağlı maraqlı materiallara rast gəlinir. 
Qədim Yunanıstan təkcə sivilizasiyanın erkən vətəni deyil, həm də dövlətlərarası münasibətlərin 
konkret məzmuna malik olduğu ölkələrdən biridir. Yunan şəhər dövlətləri - polislər öz aralarında müəyyən 
ittifaqlar yaradırdılar ki, bunlar məbəd ittifaqları adlanırdı. Bu zəmində Anfiktoniya və Prokseniya institutları 
bərqərar olmuşdur. Xeyli sonralar ostrakizm yolu ilə ana şəhərdən qovulanlar yeni koloniyalar yaradarkən özləri 
ilə yunan-şəhər dövlətlərinə məxsus olan ənənələri də aparmışlar. 
Afina və Sparta şəhər-dövlətlərinin ittifaqları bərqərar olandan sonra yunan diplomatiyasında və hərbi-
siyasi tarixində dualizm qəti olaraq bərqərar  olmuşdur. Bu dualizm özünü 1-ci və 2-ci Afina dəniz ittifaqları 
dövründə aydın  şəkildə göstərmişdir. Klassik dövr diplomatiyası üçün xarakterik cəhətlərdən biri də  məbəd 
ittifaqlarının mövcudluğudur. Bir qayda olaraq 12 yunan polisi bir məbəd ittifaqını yaradırdı. Bunların 
içərisində ən böyük nüfuza malik olanları Delfi və Fiv məbəd ittifaqları idi. Hər bir məbəd ittifaqına 12 kahin 
daxil idi. Onlara ağsaqqal başçılıq edirdi. Onun başlıca vəzifəsi məbəd  İttifaqları arasında  əlaqələri qoruyub 
saxlamaq, sülhü təmin etmək, habelə lazım olarsa müharibəni elan etməkdən ibarət idi. 
Ənənəyə görə, yunan polislərindən heç biri digərinə dərhal müharibə elan edə bilməzdi. Bunun üçün 40 
günlük müddəti başa vurmaq lazım idi. Bu müddətdə sülhə nail olunmurdusa, ağsaqqal müharibə elan edən 
dövlətin adından müharibə elan olunan dövlətin ərazisinə bir ucu yandırılmış, o biri ucu isə qana batırılmış cida 
atardı. Sülh elan olunması müharibənin nəticəsindən asılı olurdu və ağsaqqalların köməyi ilə sülh sazişi konkret 
müddət üçün imzalanırdı. 
Siyasi dualizmlə yanaşı yunan polisləri arasında iqtisadi əlaqələrə ciddi diqqət verilirdi ki, bu zaman 
prokseniyadan istifadə olunurdu. Hər hansı yunan şəhər dövləti başqa şəhərə göndərilən elçinin zəngin ailədən 
olmasına, soyadının qədim olmasına çalışırdı. Elçi göndərilən şəxs qonşu polisin xalq yığıncağı qarşısında çıxış 
etmək üçün hazır olmalı idi. Buna görə elçiyə üzərinə mum çəkilmiş taxta lövhənin üzərinə  səlahiyyətləri 
yazılmış iki lövhə verilirdi. Lakin diplomu olan şəxs gedəcəyi  şəhərdə özünə proksen-himayəçi tapmalı idi. 
Məhz proksen onu xalq yığıncağına təqdim edə bilərdi. Yunan diplomatiyasında ritorik-diplomatiya məktəbləri 
mühüm rol oynayırdı.  
Yunan şəhər dövlətlərinin hamısı öz koloniyalarına malik idilər. Lakin həmin koloniyalar çox keçmədən 
güclü siyasi vahidlərə çevrilirdilər. E.ə.VIII-VI  əsrlərdə yunan koloniyaları Qara dənizin  şərq sahillərindən 
tutmuş Aralıq dənizi  boyunca yayılmışdı. Yunan koloniyaları Yunanıstanın qədim Şərqin müxtəlif ölkələri ilə 
əlaqələrinin genişlənməsində mühüm rola malik olmuşlar.  
Mövcud tədqiqatlarda Homer dövrü diplomatiyası e.ə.XII-VIII əsrlərdə aid edilir. Homerin “İlliada” və 
“Odiseya” əsərlərinin təhlili göstərir ki, bu əsərlərin materialları e.ə.III minilliyin problemləri ilə səsləşir. Homer 
də yunan şəhər dövlətləri arasındakı dualizmi siyasi rəqabət və iqtisadi əlaqələrlə bağlayırdı. 
“İlliada” əsərinin təhlili göstərir ki, qədim yunanlar o dövrki dünyanın məlum ölkələrinin hamısı - üç 
qitə haqqında kifayət qədər elmi biliklərə malik olmuşlar. Qədim Yunanıstanda da şərqdə olduğu kimi 
koalisiyların yaranması xarici təhlükə ilə bağlı olurdu. Məlum olduğu kimi, yunan şəhər dövlətlərinin ən böyük 
ittifaqı e.ə. 479-cu ilə aid olan və Peloponnes müharibələri dövründə dağılan I Afina dəniz ittifaqı və  e.ə. 379-
da yaranan II Afina dəniz ittifaqından ibarət olmuşdur. 
İranda Əhəmənilər sülaləsi bərqərar olduqdan sonra Aralıq dənizindən keçən ticarət yollarının tutulması 
onun başlıca arzusu olmuş və e.ə. 500-cü ildə başlanan yunan-İran müharibəsi buna xidmət etmişdi. İstər I Dara, 
istərsə  də varisi Kserks onilliklər boyu apardığı müharibələrlə Elladaya yiyələnməyə çalışırdılar. Sonralar 
Panellin konqresində  məhz bununla bağlı  İrana müharibə elan olunması  məsələsi dəfələrlə  səslənmişdi. Hətta 
diplomatiya ilə hərbi işi paralel aparan Makedoniya çarı II Filip belə Şərq yürüşünün alovlu carçısı olmuşdur. 
Yunan  şəhər-dövlətləri möhkəmləndikcə  və  İranla müharibələr fasiləsiz xarakter aldıqca, bu şəhər dövlətlərin 
vahid ittifaqda birləşməsi ideyası ciddi şəkildə müzakirə obyektinə çevrilməkdə idi. Məhz bu zəmində 
birləşmənin Makedoniya və Afina layihələri meydana gəlmişdi. 
Hələ Yunan-İran müharibələri dövründən Afina Yunanıstanın bir sıra  şəhər-dövlətlərini öz ətrafında 
birləşdirməyə nail olmuşdu. İttifaqın xəzinəsi Parfenon məbədində saxlanırdı. Afinanın əsas məqsədi hərbi və 
siyasi yolla yunan şəhərlərinin hamısını  öz ətrafında birləşdirməkdən ibarət idi. E.ə.V-IV əsrlərdə Yunanıstanın 
başlıca qorxusu İrandan və Makedoniyadan idi. Təsadüfi deyil ki, e.ə.443-429-cu illərdə Afinanın strateqi olmuş 
Perikl Yunanıstanın birləşdirilməsinin özünəməxsus layihəsini hazırlamışdı 


 
24
Periklin layihəsinə görə, yunan şəhərləri Afinanın  ətrafında gözlənilən təhlükələrə qarşı birləşməli 
idilər. Bu məqsədlə Panellin konqresi çağırılmalı idi. Lakin Perikl öz layihəsini reallaşdıra bilmədi. Çünki yunan 
polislərinin bir qismi müxtəlif səbəblərdən Spartaya meyilli idilər. Təsadüfi deyil ki, Yunanıstana xas olan 
siyasi dualizm Peloponnes müharibələri dövründə öz siyasi zenitinə yüksəlmişdi.  Əslində Peloponnes 
müharibələri Makedoniya çarlığının gücləndiyi dövrdə dəniz ittifaqını dağıtmaqla Yunanıstanı həm İran, həm də 
Makedoniya qarşısında tərksilah olunmuş vəziyyətdə qoydu. Digər tərəfdən Sparta Afina dəniz ittifaqının gücü 
qarşısında İranla yaxınlaşmağa başladı ki, bu da bir sıra müqavilələrdə öz əksini tapmışdır. 
Lakin yunan şəhər-dövlətlərinin birləşməsi prosesi Makedoniya çarlığı  tərəfindən reallaşdı. Çarlığın 
tarixi e.ə.VII-V əsrlərə, xüsusilə V Filippin dövrünə gedib çıxır. E.ə.IV əsrin ortalarında Makedon tayfalarının 
hamısı IV Filipp tərəfindən birləşdirilmiş və qüdrətli monarxiya aparatı yaradılmışdı. Yeni döyüş qaydası olan 
falanqa ellin şəhər- dövlətləri üzərində  qələbə çalmağa  şərait yaradırdı. II Filipp hərbi qüvvədən daha çox 
diplomatiyaya üstünlük verirdi. Tədricən şəhər- dövlətlərinin bir qismi Makedoniya tərəfə keçmişdi. II Filipp də 
Periklin müəllifi olduğu Panellin konqresinin keçirilməsində maraqlı idi. Bu konqreslərdə özü şəxsən iştirak 
edir və bildirirdi ki, yunanlarla makedoniyalılar ümumi düşmənə qarşı birləşməyə borcludurlar. Yunanıstanın 
birləşdirilməsi yolunda ən mühüm hadisə e.ə.338-ci ildə baş vermiş Xeroneya döyüşü olmuşdur. Xeroneya 
döyüşü ilə Yunanıstanın istiqlaliyyəti də məhv oldu, yerində vahid dövlət yarandı. 
II Filipp Perikldən sonra ikinci şəxs idi ki, Panellin konqresinin çağırılması uğrunda mübarizə aparırdı. 
Xeroneya döyüşündən sonra Fiv və Fokida məbəd ittifaqları arasında yaranmış ziddiyyətlərdən istifadə edən II 
Filipp Fiv tərəfindən münaqişəyə qoşulur. Bu Fiv məbəd ittifaqına fokidalıların qarət etdiyi 10 min talant vəsaiti 
geri qaytarmağa imkan verir. Xeroneya döyüşündən sonra II Filipp Panellin konqresini çağırmaqla iki başlıca 
məqsədə nail olmaq istəyirdi.  
-  Yunan şəhər dövlətləri üzərində hegemonluğu təmin etmək. 
- İranla müharibə məsələsində yunan şəhərlərinin müttəfiqliyini qazanmaq. 
Məhz II Filippin təhriki ilə e.ə.337-ci ildə Korinf şəhərində sinedron-məclis çağırılır. II Filipp yunan 
dilində pis danışmasına baxmayaraq məclisdə  çıxış edərək öz missiyasını  nəzərə çatdırır və yunan şəhər-
dövlətləri arasında düşmənçiliyi pisləyir. İki yüz ildən bəri davam edən və Yunanıstana böyük bəlalar gətirən 
yunan-İran müharibələrinin qisasının alınmasını  tələb edən II Filipp öz populyarlığının zirvəsində idi. Korinf 
məclisi İrana müharibə elan edir. Müharibə üçün məqam əlverişli seçilmişdi. E.ə.336-cı ildə gərgin saraydaxili 
çəkişmələrdən sonra III Dara hakimiyyəti ələ almışdı. 
II Filippin Yunanıstanı birləşdirməsi və Afina dəniz ittifaqına mənsub olmuş donanmaya sahiblənməsi 
ona Kiçik Asiyaya yürüş üçün geniş imkan yaratmışdı. Lakin baş vermiş faciəli hadisə onun həyatəna son 
qoydu. Şərq yürüşünə rəhbərlik Makedoniyalı İsgəndərin payına düşdü. İsgəndərin şərq yürüşü e.ə.334-325-ci 
illər arasındakı onillik dövrü əhatə edir. Şərq yürüşündə  məqsəd Kiçik Asiyadakı yunan şəhərlərini  İranın 
təsirindən azad etmək və «demokratiyanı» bərpa etməkdən ibarət idi. İsgəndərin hərbi qüvvələri təxminən 100 
min nəfərə yaxın idi, halbuki Əhəmənilərin silahlı qüvvələri bundan on dəfələrlə çox idi. 
İsgəndərin Kiçik Asiyaya çıxışı maneəsiz baş verdi. Çünki təzəcə hakimiyyətə  gəlmiş III Dara 
İsgəndərin məqsədindən xəbərdar olsa da öz hərbi qüvvələrini qaydaya sala bilməmişdi. E.ə.334-cü ildə Qranik 
çölündə baş vermiş döyüş III Daranın hərbi qüvvələrinin məğlub olması ilə  nəticələnmişdi. Lakin e.ə.333-cü 
ildə baş verən İss döyüşü yalnız İsgəndərin sərkərdəlik bacarığı nəticəsində Makedoniyanın xeyrinə həll oldu. 
İss döyüşündən sonra Babil hökmdarı Mazun, Atropat, habelə III Daraya sadiq olmuş 2 şəhər hakimi İsgəndərin 
hakimiyyətini qəbul edirlər.  
İsgəndərin e.ə.332-ci ildə baş vermiş Misir yürüşü xilaskarlıq yürüşü kimi qəbul edilir. Lakin Qəza və 
Tir  şəhərləri müqavimət göstərdikdən sonra təslim olurlar. İsgəndərin Misir yürüşü nəticəsində Misir onun 
hakimiyyətini qəbul edir. İsgəndər Misir fironu və Ra allahının oğlu elan edilir. Həmin ildə  İsgəndəriyyə 
şəhərinin əsası qoyulur. Burada tikilən Mayak dünyanın ikinci möcüzəsi sayılır. İsgəndərin zərbələri altında İran 
Əhəmənilər dövləti e.ə. 330-da dağılır. Dara özünün sevimli sərkərdəsi Bes tərəfindən öldürülür. 
İsgəndərin Orta Asiyaya yürüşü e.ə. 328-327-ci illərə aiddir. Yürüşdən sonra İsgəndər Hindistan 
səfərinə başlayır və Hindistanın şimal-qərb bölgəsi Makedoniya imperiyasının hakimiyyəti altına keçir. İsgəndər 
e.ə. 325-ci ilin sonunda yürüşü başa vurur və su yolu ilə öz qoşunlarını Mesopotamiyaya qaytarır. İmperiyanın 
ərazisi canişinliklərə bölünür və paytaxt kimi Babil şəhəri seçilir. 

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin