A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə7/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   2   3   4   5   6   7   8   9   10   ...   197
Özünümüdafiə Batalyonu yaradılır 
Cəbhə gündəliyindən 
22 sentyabr 1991-ci il 
Iki gündür ki, Kəlbəcər rayon İcraiyyə komitəsinə Özünümüdafiə 
Batalyonu  təşkil  etmək  barədə  məktub  gəlib.  Dünən    rayon  İcraiyyə 
komitəsində  iclas  keçirildi.  Bizə-yəni,  rayon  İcraiyyə  komitəsinin 
işçilərinə özünümüdafiə batalyonunun yaradılması barədə göstəriş verildi. 
Bu  işə  müavin  Hilal  müəllim  rəhbərlik  edəcək.  Konkret  tapşırıqlar 
verildi.  Mən,  Bayramov  Ələkbər,  Sadıqov  Fərhad,  Mehdiyev  Əbülfəz, 
Quliyev  Seyfəddin,  Əhmədov  Tofiq  və  digər  yoldaşlar  Özünümüdafiə 
Batalyonu  təşkil etmək üçün işə başladıq. Əvvəlcə 3 saylı orta məktəbin 
bir hissəsini və idman zalını əsgər yataqxanası üçün uyğunlaşdırmalıyıq.  
 
Buna  görə  biz    məktəbin  bir  hissəsinə  ara  kəsdik,  Qılışlı  peşə 
məktəbindən və İstisu sanatoriyasından çarpayı, yorğan-döşək, qab-qacaq 


 
14 
və digər əşyalar gətirdik. Biz bu işləri bircə gündə yerinə yetirdik. Bütün 
bu  əşyaların  hamısını  özümüz  maşınlara  yüklədik,  boşaltdıq  və  idman 
zalına daşıdıq. Artıq məktəbin bir hissəsi və idman zalı qaydaya salınıb.  
 
Axşam  İcraiyyə  komitəsinin  sədrinə  məlumat  verdik.  Əsgər  və 
zabitlərin batalyona çağırılması üçün hərbi komissarlıq qarşısında tapşırıq 
qoyuldu.  400  nəfər  rus  ordusunda  xidmət  etmiş,  silahla  davranış 
qaydalarını  bilən,  ehtiyatda  olan  bacarıqlı  əsgər  və  zabitlər  batalyonda 
xidmətə  çağırılacaq.  Biz  öz  öhdəmizə  düşən  işləri  vicdanla  və  həvəslə 
yerinə yetirir, artıq öz ölkəmizin ordusu olacağına sevinirik.  

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin