A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə6/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   2   3   4   5   6   7   8   9   ...   197
Öz döyüĢ ənənələrini, döyüĢ ruhunu yaĢadan  xalq-məğlub ola bilməz.  
                                                                                                    M ü ə l l i f  
sənətkar yoldaşlarının zəhməti daha çox olmuşdu. Ölkənin digər bölgələri 
ilə  Kəlbəcərin  əlaqəsi  həmin  Murovdağın  Ömər  aşırımı  (bu  aşırıma 
telegüzgü  qoyulduğu  üçün  bəzən,  “Güzgü”  aşırımı  da  deyirdilər)  ilə, 
vertalyotlarla  və  Laçın  bölgəsi  ilə  mümkün  idi.  Qışda  isə  Murovdağ 
aşırımı və Laçın aşırımları qarla örtülür, həftələrlə, aylarla kəlbəcərlilərin 
başqa  bölgələrlə  əlaqəsi  tamamilə  kəsilirdi.  Bu  dövrdə  ruslar  açıq-aşkar 
ermənilərə  həm  silah-sursat,  həm  də  mənəvi  cəhətdən  yardım  edirdilər. 
Kəlbəcərin  sərhəd  kəndlərində  yerləşdirilmiş  rus  hərbçilərinin  bir  tikə 
ərzağı  yox  idi.  Kəlbəcərlilər  mühasirə  şəraitində  yaşadıqları  və  ərzağı 
çətinliklə  əldə  etdikləri  bir  vaxtda,  öz  çörəklərini  onlarla  bölür  və  hər 
cəhətdən  onlara  kömək  edirdilər  ki,  ermənilər  Kəlbəcəri  də  işğal 
etməsinlər.  Bəzən  rus  əsgərləri  ilə  bərabər  əhali  növbə  ilə  səngərlərdə 
keşik çəkirdi. Lakin ruslar bizim çörəyimizi yeyib ermənilərə havadarlıq 
edir,  onlarla  gizli-gizli  görüşür,  lazımi  məlumatları  onlara  ötürürdülər. 
Özlərini elə göstərirdilər ki, guya ermənilərə gücləri çatmır.  


 
12 
Bu  yerdə  yadıma  bir  rus  aliminin  sözləri  düşdü:  “Rusiya  böyük 
bir  dövlət  kimi  qurtardı.  Öz  qonşularına təzyiq  göstərən  bir dövlət  kimi 
onun gələcəyi yoxdur və hələ uzun müddət də olmayacaq”. 
1988-ci ildə ermənilər Ağdərə ərazisində dəfələrlə Kəlbəcərə 
gedən avtomobil yolunu bağlayaraq, yolda olan əhalini daşa basır, döyür, 
sonra  isə  azğınlaşaraq  öldürməyə  başlayırdılar.  Həmin  vaxtlar  bir  çox 
kəlbəcərlilər Ağdərə yolunda ermənilər tərəfindən güllələnmişdilər.  
Artıq ermənilər rusların havadarlığı ilə günü-gündən azğınlaşırdı. 
1989-1991-ci illərdə onlar Dağlıq Qarabağda yaşayan azərbaycanlıları da 
dədə-baba  yurdlarından  qovmağa  başladılar.  Ermənilər  azərbaycanlıları 
nəinki  qovur,  hətta  onları  öldürür,  əsir  aparır,  cürbəcür  işgəncələr 
verirdilər.  Bütün  bunlar  rus  hərbçilərinin  gözü  qabağında  və  ya 
bioləvasitə onların iştirakı ilə baş verirdi. Onlar ermənilərin terrorlarının 
qarşısını almaq istəmir, hətta ermənilərə silah və sursat verir, onlara arxa 
dururdular.  Xocalıda  azərbaycanlılara  qarşı  törədilən  soyqırımını 
ermənilər ruslarla birlikdə etmişdilər.  
Beləliklə  1989-1991-ci  illərdə  Dağlıq  Qarabağın  türk  əhalisi 
öldürüldü,  qovuldu,  əsir  aparıldı,  evləri  qarət  edildi,  yağmalandı  və 
nəhayət,  nə  Zəngəzurda,  nə  Dərəyəyəzdə,  nə  Ağbabada,  nə  Vedidə,  nə 
Göyçədə, nə də Dağlıq Qarabağda onlardan əsər-əlamət qalmadı.   
1991-ci  ilin  yayında  Kəlbəcərin  Sarıyer  yaylağına  basqın  etmiş 
iki  erməni  qulduru  tutulmuşdu.  Həmin  erməniləri  aparmağa  gəlmiş  rus 
ordusunun vertalyotu Kəlbəcər stadionunda qəza törədərək səkkiz nəfər 
Sərtlik tələb olunan yerdə yumĢaqlıq zərər gətirə bilər. YumĢaqlıqla 
düĢməni dost eyləyə bilməzsən, əksinə, onun iddialarına qol-qanad 
vermiĢ olarsan. _S ə d i    ġ i r a z i 
uşaq öldürdü. Onlar ilk kəlbəcərli şəhidlər idilər: Salmanov Razim Tofiq 
oğlu-8  yaşında,  Orucov  Azər  Zakir  oğlu-7  yaşında,  Məmmədov  Sahib 
Soltan oğlu-10 yaşında, Valehov Anar Qardaşxan oğlu-7 yaşında, İbişov 
Cahid Telman oğlu-10 yaşında, Əsgərov Səxavət Dəmir oğlu-14 yaşında, 
Əsgərov  Natiq  Məhəmməd  oğlu-14  yaşında,  Xəlilov  Bəxtiyar  Rəhim 
oğlu-11 yaşında.   
1991-ci  ilin  sentyabrınadək  Kəlbəcərin  sərhədlərini  qoruyan  rus 
hərbçiləri  və  yerli  polis  dəstələrinin  sayı  az  olduğundan  və  Kəlbəcər 
ərazisinin  sərhədləri  çox  uzun  olduğundan,  əlbəttə,    onlar  bütün  bu 
ərazini  qoruya  bilməzdilər.  Çünki  Göyçə  ilə  120  kilometrdən  çox  olan 
sərhəd xəttini qorumaq çətin idi. Ermənilər 1989-cu ildən ordu yaratmağa 
başladıqları  halda,  bizim  rəhbərlər  hələ  də  gözlərini  Moskvaya  dikərək 
ruslardan  kömək  gözləyirdilər.  Belə  bir  vaxtda  Azərbaycana  öz  ərazi 
bütövlüyünü və müstəqilliyi ni müdafiə etmək üçün milli ordu lazım idi. 


 
13 
 
Ġstisu qəsəbəsində Kəlbəcər batalyonunun yerləĢdiyi bina, 1992-ci il 
 
Ana torpaq üçün düĢmənlə döyüĢdüyüm aylar, günlər, saatlar, 
dəqiqələr-ömrümün ən Ģərəfli anlarıdır.
  

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin