A k ġ f k a m a L


“Əfsanəvi Alay” və ya “Birinci



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə4/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   2   3   4   5   6   7   8   9   ...   197
Öz vətənindən üz döndərən adam, öz vicdanından  
da üz döndərmiĢ olur.   Y. Q a l a n 
olmaqla, ən çətin döyüş əməliyyatlarında iştirak etmiş, çox mühüm və 
çətin tapşırıqları yerinə yetirmiş, dəfələrlə düşmən arxasına göndərilmiş, 
bir  neçə  dəfə  düşmən  mühasirəsini  yarıb  çıxmışdır.  Kəlbəcər 
Batalyonunun  1993-cü  ilin  dekabrında  Murovdağ  silsiləsinin  qarlı 
zirvələrini  aşaraq  düşmən  arxasına-Kəlbəcərin  Bozdu  və  Təkəqayası 
kəndlərinə etdiyi yürüş isə əfsanəyə çevrilmişdir. Qış fəslində 3600-3700 
metrlik  yüksəklikləri-Murovdağın  tamamilə  qarla  örtülmüş  zirvələrini 
fəth edərək düşmən üzərinə hücum etmək, əlbəttə, ağılasığmaz bir yürüş 
idi.  Bu  cür  hərbi  yürüşlər  dünya  hərb  tarixində  az-az  ordulara  nəsib 
olmuşdur.  Belə  bir  şərəfli  döyüş  yolu,  məhz,  Kəlbəcər  Batalyonuna  və 
Bakı  şəhərində  yaradılmış  Birinci  Batalyona-“Əfsanəvi  Alay”a 
məxsusdur. “Əfsanəvi Alay” və onun taborlarının döyüş yolları müharibə 
gedən  bütün  Qarabağ  torpaqlarından  keçmişdir.  Bu  briqada  1992-ci  ilin 
yazınadək  Qarabağ  bölgəsinin  Şuşa  şəhərində,  Kərkicahan,  Malıbəyli, 
Quşçular,  Kosalar,  Qaybalı,  Umudlu,  Daşaltı,  Kəlbəcərin  Ağdaban 
kəndlərində  və  sonralar  Ağdərə,  Laçın,  Kəlbəcər,  Murovdağ,  Fizuli, 
Tərtər,  Ağdam  bölgələrində  erməni  işğalçılarına  qarşı  aparılan 
müharibədə şərəfli bir döyüş yolu keçmişdir. Bu  hərbi hissəyə çox vaxt 
Birinci  Batalyon  da  deyirlər.  Şəmistan  Əlizamanlının  oxuduğu  “Birinci 
Batalyon” mahnısı da elə “Əfsanəvi Alay”-a həsr olunmuşdur. 
Kəlbəcər  Batalyonunun  yaradılması,  onun  keçdiyi  döyüş  yolları 
haqqında,  döyüşçü  yoldaşlar,  onların  bir  çoxunun  göstərdiyi  igidlik, 
qəhrəmanlıq  və  qoçaqlıqlar  barədə  yaddaşımda  qalanları  və  kiçik  cəbhə 
gündəliyimdə  olan  məlumatları  bu  kitaba  köçürməyə  çalışmışam.  Bu 
kitab  Qarabağ  müharibəsi  tarixinin  kiçik  bir  hissəsini  əhatə  etsə  də 
Azərbaycan  ordusunun  şərəfli  döyüş  yollarından  bəhs  edir.  Burada 
xalqımızın  igid  oğullarının  erməni  və  rus  işğalçılarına  qarşı  apardığı 
azadlıq mühəribəsinin bir hissəsi yazılmışdır.  
Bu  da  bir  tarixdir,  özü  də  şərəfli  bir  tarix.  Əgər  bu  tarixləri  indidən 
gələcək  nəsillərin  yaddaşına  çatdırmasaq,  gələcəkdə  bu  tariximiz  də 
unudulacaq,  saxtalaşdırılacaq  və  yalanlar  içərisində  itib-batacaq, 
torpaqlarımız  yenə  də  təcavüzlərə,  xalqımız  isə  növbəti  soyqırımlara 


 

məruz  qalacaqdır.  Biz  indidən  ayağa  qalxıb  erməniləri  torpaqlarımızdan 
qovmasaq,  erməni  və  rus  işğalçılarına  öz  gücümüzü  göstərməsək, 
torpaqlarımız  yenidən  bölünəcək  və  ya  “güzəştə”  gediləcək, 
Azərbaycanın  xəritəsi  beləliklə  bir  əsrdən,  bəlkə  də  bir  neçə ildən  sonra 
“Azərbaycan” adlı ölkə dünya xəritəsindən silinəcəkdir!..  
 
BaĢında Ģir duran qoyun ordusu, baĢında qoyun  
duran Ģir ordusuna qalib gələr.  X a b r i 
Lakin,  mən  xalqımın  qəhrəmanlıq  ənənələrinə  və  qeyrətinə 
inanıram.  Biz  heç  vaxt  vətənimizi  erməni  əlində  qoymayacağıq,  mütləq 
itirilmiş  torpaqlarımızı  düşmən  tapdağından  azad  edəcək,  Göyçədən, 
Dərələyəzdən, 
Vedidən, 
Ağbabadan,  Zəngəzurdan,  Kəlbəcərdən, 
Laçından, Qubadlıdan, Zəngilandan, Cəbrayıldan, Fizulidən, Ağdamdan, 
Şuşadan, Dağlıq Qarabağ mahalından qovulmuş soydaşlarımızı öz doğma 
yurdlarına qaytaracağıq!  
Qoy ermənilər bilsinlər ki, tarixin gerçəkliyi olaraq, ya bizə qarşı 
torpaq  iddialarından  əl  çəkərək,  verdiyimiz  torpaqlarda  yaşayaraq, 
bizimlə qonşuluq etməlidirlər, ya da Qafqazda-qədim türk torpaqlarında-
onlara yer qalmayacaq!  
Qarabağ  müharibəsində  Kəlbəcər  Batalyonunun  və  eləcə  də, 
Əfsanəvi  Alayın  erməni  işğalçılarına  qarşı  apardığı  çoxsaylı  döyüş 
əməliyyatlarının  hamısı,  əlbəttə  ki,  bir  kitaba  sığmaz.  Bunlar üçün cild-
cild kitablar yazılmalıdır.  
Bu  kitabda    bəzi  döyüşlər  və  döyüşçülər  barədə  məlumatın  az 
olması və ya olmaması üçün döyüş yoldaşlarımdan üzr istəyirəm.  


 

 
Qırx il miskin qul kimi yaĢamaqdansa,  
bir gün azad yaĢa!   B a b ə k 
     

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin