A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə5/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   2   3   4   5   6   7   8   9   ...   197
Kəlbəcər müdafiədə: 1988-1991-ci illər 
Kəlbəcər bölgəsi Azərbaycanın qərbində yerləşir, qərbdən Göyçə 
mahalı, şimaldan Göygöl və Daşkəsən bölgələri, şərqdən Qarabağ mahalı, 
cənubdan  Laçın  bölgəsi  və  Zəngəzur  mahalı  ilə  həmsərhəddir.  Kəlbəcər 
yeraltı,  yerüstü  sərvətləri  ilə  Azərbaycanın  incisi  idi.  Qızıl,  civə  və 
mərmər yataqları, isti suyu, turş suyu-dörd yüzdən çox mineral bulaqları, 
min  cür  bəzək  daşları,  qoz  və  palıd  meşələrı,  təmiz  havası,  təbii 
gözəllikləri ilə  məşhur olan Kəlbəcəri  - bəzən “Azərbaycanın İsveçrəsi” 
də adlandırırdılar.  Azərbaycanın ən geniş və zəngin yaylaqları  - Sarıyer, 
Qaraarxac,  Sultan  Heydər,  Gülü  düzü,  Keyti-Mehdi,  Alagöllər,  Çalmalı, 
Söyüdlü,  Qara  Qaya,  Dəlidağ,  Murovdağ,  Qoçdaş  və  s.  yaylaqlar  da–
Kəlbəcərdə  idi.  Azərbaycanın  28  bölgəsinin  mal-qoyun  sürüləri  yayda 
Kəlbəcər  yaylaqlarına  gətirilərdi.  O,  Kəlbəcər  ki,  indi  düşmən  onun  can 
dərmanı  olan  bulaqlarından  içir,  güllü-çiçəkli  yaylaqlarında  at  oynadır, 
saysız-hesabsız  sərvətini  daşıyıb  xarici  ölkələrdə  satırlar  və  əvəzində 
silah-sursat  alıb  bizə  qarşı  müharibə  edirlər.  Kəlbəcərin  ərazisi  o  qədər 
genişdir  ki,  ərazinin  bu  başından  o  biri  başına  getmək  üçün  70-80 


 
10 
kilometr məsafəni qət etmək lazım gəlir. Saysız-hesabsız əlçatmaz dağlar, 
dərin  dərələr,  keçilməz  meşələr,  sərin  yaylaqlar,  sərt  qayalar,  aşırımlar-
hamısı təbiət səngərləridir.  
Hərbi  baxımdan  çox  əlverişli  mövqeyi  olan  Kəlbəcər  bölgəsini 
işğal etdikdən sonra, ermənilər qüvvələrini bir yerə toplayaraq, asanlıqla 
Ağdam,  Fizuli,  Cəbrayıl,  Qubadlı,  Zəngilan  bölgələrini  zəbt  edə 
bilərdilər.  Kəlbəcərin  düşmən  tərəfindən  zəbt  edilə  biləcəyini  heç 
ağlımıza gətirmirdik; düşünürdük ki, hər dağda, hər təpədə bircə erməni 
quldurunu  öldürə  bilsək,  bütün  erməni  ordusunu  Kəlbəcər  bölgəsində 
məhv  edə  bilərik.  Hələ  20-ci  əsrin  əvvəllərində  ermənilər  dəfələrlə 
Kəlbəcərə hücum etsələr də hər daşı, qayası bir səngər olan bu torpaqlara 
girə  bilməmişlər.  O,  zaman  Kəlbəcər  igidlərinə  başçılıq  edən  Məşədi 
Cəmil  laçınlı  Sultan  bəylə  və  Xosrov  bəylə  əlaqə  saxlayaraq  əhalini 
silahlandırıb  düşməni  bu  torpaqlara  buraxmamış,  qorumuşdu  bu 
torpaqları.  1905-1918-ci  illərdə  erməniləri  Kəlbəcərə  buraxmayan 
babalarımız-Məşədi Cəmil, Məşədi Kamal, Məşədi İsmayıl qardaşlarının 
nəvə-nəticələrindən  çoxlu  əsgər  və  zabit  silah  götürərərək  vətəni 
müdafiəyə  qalxdılar.  Həmin  döyüşçülərdən:  Akif,  Habil  (şəhid  olub), 
Sənani və İlqar Kamalovları, Vidadi Cəmilovu, Ramiz Əhmədovu, Vahib 
və  Vidadi  Allahverdiyevləri,  Nəriman  və  Həsən  Məmmədov  
qardaşlarını, Qalib Mustafayevi, Vahid İbrahimovu (şəhid olub), Elman 
 DüĢmən  çox olsa, qorxma, düĢmənin birliyindən qorx. 
 
Salmanovu,  Sərdar  və  Əli  Cəfərovları,  Kamil  Mehdiyevi    və  onlarla 
başqalarını göstərə bilərik. Lakin, “Sən saydığını say, gör fələk nə sayır”.  
Bəs  necə  oldu  ki,  biz  –  Məşədi  Cəmilin,  Məşədi  Kamalın,  Məşədi 
İsmayılın,  Qaçaq  Mehdinin,  Qaçaq  Əmiraslanın  nəvələri  -  qoruya 
bilmədik gözəl Kəlbəcərimizi, bilmədik onun qədir-qiymətini... 
O, mənim Kərbəlam, o, mənim Kəbəm
İmanım Kəlbəcər, dinim Kəlbəcər! 
Qəlbim onu, dilim onu haraylar
Səsim Kəlbəcərdi, ünüm Kəlbəcər! 
Ayrılıq   atəşi   sinəmi   deşir
Buz bulaq, gur bulaq yadıma düşür. 
Bir günə dözməzdim, illər ötüşür
Ayım Kəlbəcərdi, günüm Kəlbəcər! 
1988-ci  ilin  fevralından  başlayan  ermənilərin  torpaq  iddiaları  və 
terrorçuluq    hərəkətləri  artıq  Qarabağın  hüdudlarından  kənara  çıxmışdı. 
Dağlıq  Qarabağı  Azərbaycandan  qoparıb  Ermənistana  birləşdirilməsini 
tələb  edən  ermənilər  Kəlbəcərə  gedən  yeganə  avtomobil  yolunu 


 
11 
bağlamağa  çalışırdı.  Bu  vaxtlar  Kəlbəcəri  milis  dəstələri  qoruyurdu. 
Həmçinin Kəlbəcərə rus ordusu da gətirilmişdi. Onlara isə etibar yox idi.  
Çünki həm Ermənistanda, həm də Azərbaycanda sərhəddə yerləşdirilmiş 
rus ordusunun bölmələri vahid komandanlıqdan idarə edilir, onların     
iştirakı  ilə  ermənilərə  hər  cür  yardımlar  göstərilir,  türk  əhaliyə  hədə-
qorxu gəlirdilər. 1988-ci ilin payızinda ermənilər rus zabit və əsgərlərinin 
təzyiqi ilə Qərbi Azərbaycandan-Göyçədən, Zəngəzurdan, Dərələyəzdən, 
Vedidən,  Ağbabadan  soydaşlarımız  qovdular.  Həmin  torpaqlarda  bir 
nəfər də olsun türk qalmadı. Əli yalın, silahsız əhali neyləyə bilərdi? Bu 
köçürmələrdə rus hərbçiləri biləvasitə ermənilərə kömək etdilər.  
1988-ci  ilin  payızında  Göyçə  mahalının  ermənilər  tərəfindən 
işğalı  Kəlbəcərin  də  vəziyyətini  ağırlaşdırdı.  Kəlbəcərin  Azərbaycanın 
digər bölgələri ilə əlaqəsi yalnız Kəlbəcər-Ağdərə-Tərtər yolu idi ki, artıq 
1989-cu  ildən  Ağdərədən  keçən  bu  yolu  da  erməni  və  rus  hərbçiləri 
bağladılar.  1988-1989-cu  illərdə  ziyalılardan  Təhməz  Cəfərovun  təklifi 
və  rəhbərliyi  ilə  Murov  dağının  Ömər  aşırımından  yeni  yol  açıldı. 
Kəlbəcəri  Gəncə  ilə  birləşdirən  100  km-lik  bu  yolu  haqlı  olaraq 
kəlbəcərlilər  “Həyat  yolu”  adlandırırdılar.  Murov  dağının  insan  ayağı 
dəyməyən  yamaclarına  traktorla  çıxaraq,  quşqonmaz  qayaları,  daşları 
söküb  insan  ağlına  gəlməyən  yamaclara  traktor  çıxaran  traktorçular  əsl 
qəhrəmanlıq göstərdilər. Xüsusən də traktorçu Nəsirəddin və onun 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin