A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə3/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   2   3   4   5   6   7   8   9   ...   197
Övladlarıma üç Ģeyi əmanət qoyuram: dilimiz,  
qeyrətimiz, vətənimiz!  ġ a h   Ġ s m a y ı l  X ə t a i                                                                 
Təəssüf ki, müxtəlif tarixi dövrlərdə parçalanmış Azərbaycan 
adlanan-doğma torpağımızın bir hissəsi də 20-ci əsrin sonlarında erməni 
və  rus  işğalçıları  tərəfindən  işğal  edildi.  Itirilmiş  ərazilərlə  bərabər 
işğalçılara qarşı 1988-1994-cü illərdə apardığımız azadlıq mübarizəsində 
və  Qarabağ  müharibəsində  xalqımız  iyirmi  mindən  çox  şəhid  vermişdi. 
Bu müharibədə on minlərlə döyüşçümüz yaralanmış, əlil və şikəst olmuş, 
minlərlə  mülki  əhali  və  hərbçi  əsir  düşmüşdür.  Qarabağ  müharibəsində 
Azərbaycanın  ən  rəşadətli  oğulları  böyük  ruh  yüksəkliyi  ilə  döyüşmüş, 
yeri  gəldikcə  ermənilərə  öz  həddini  göstərmiş,  hətta  Vətən  uğrunda  öz 
canlarını qurban verməkdən çəkinməmişlər.  
Qarabağ  müharibəsi  haqqında  çox  yazılıb  və  bundan  sonra  da 
yazılacaq.  Bu  müharibənin  başlanması,  müharibənin  aparılması,  uğurlar 
və ya uğursuzluqlar zaman-zaman insanları düşündürməyə vadar edəcək.  
1993-cü ilin fevralınadək ermənilər  Qarabağ müharibəsində yenə 
də  uduzmuşdular.  1992-ci  il  döyüşləri-Ağdərə  və  digər  bölgələrin  azad 
edilməsi- buna  misal ola bilər. Lakin rusların birbaşa hərbi yardımı ilə - 
“Qarabağ”  ümidləri  demək  olar  ki  puç  olmuş  ermənilər  -  yenidən 
dirçəlməyə başladılar.  Həmin ildən ruslar bizim ölkə ilə demək olar ki, 
bütün  əlaqələri  kəsdilər.  Onlar  hətta  bizə  ərzaq  və  digər  malların 
Rusiyanın ərazisindən keçirilməsini də qadağan etmişdilər. Bundan başqa 
Xankəndində  və  Ermənistanda  yerləşdirilmiş  rus  ordusu  bölmələrinin 
birbaşa  müdaxiləsi  ilə  Şuşa,  Laçın,  Kəlbəcər  və  digər  bölgələr  işğal 
olundu,  Xocalı  soyqırımı  törədildi.  Müharibənin  gedişində  ermənilərin 
dönüş yaratmasına, Azərbaycandakı daxili çəkişmələr də yardım göstərdi. 
Elə bu çəkişmələri də ruslar təşkil etmişdilər.  
Torpaqlarımızın əsas işğal səbəblərini, məhz ruslarla ermənilərin 
işğalçılıq  planlarında  axtarmaq  lazımdır.  Məğlubiyyətimizin  səbəblərini 
biz-“piyadaların”  güclü  və  ya  gücsüzlüyündə  deyil,  şahmat  taxtasında 
daha böyük “fiqurların” at oynatmasında axtarmaq lazımdır.  
Döyüşlər zamanı düşmənə borclu qalmamışıq. Bunu ermənilərin 
özləri  də  yaxşı  bilirlər.  Məlumdur  ki,  bu  müharibədə  ermənilər,  heç  də 
bizdən  az  itki  verməmişlər.  Azərbaycan  Ordusunun  ermənilərə  qarşı 


 

apardığı Qarabağ müharibəsində şanlı səhifələr çoxdur. Bu şanlı səhifələr 
Azərbaycan  tarixi  salnaməsinə  Laçında,  Ağdamda,  Qubadlıda,  Fizulidə, 
Cəbrayılda,  Zəngilanda,  Goranboyda,  Şuşada,  Ağdərədə,  Kəlbəcərdə, 
Murovdağda  rəşadətli  oğulların  qanları  ilə  yazılmışdı.  Təkcə  onu  qeyd 
etmək  kifayətdir  ki,  1992-ci  ilin  yayında    Dağlıq  Qarabağ  adlanan 
ərazinin yarısı-Ağdərə bölgəsi, Əsgəranın və Xocavəndin bir çox 
Cəsurlara tale də kömək edir__T. P u b l i 
kəndləri  düşməndən  azad  edilmiş,  ermənilər  Xankəndi  ətrafına  qədər 
sıxışdırmışdı. Müharibə meydanlarında ermənilərə divan tutan da, onları 
həm  canlı  qüvvə,  həm  də  döyüş  texnikası    itkilərinə  məruz  qoyan  da, 
Azərbaycanın  qalan  ərazilərinin-80  faiz  ərazisinin-  işğal  olunmasının 
qarşısını alan da, məhz həmin Azərbaycan ordusu idi. Bu barədə yüzlərlə-
minlərlə döyüş faktları və hadisələr var. Bu müharibədə bir çox qəhrəman 
oğullarımız  həlak  olsa  da,  həmin  döyüşlərin  canlı  şahidləri-müharibə 
veteranları da çoxdur və hələ yaşayırlar. 
Bəzən  1991-1994-cü  illərdəki  Azərbaycan  ordusu  nizamsız,  zəif 
təchiz  olunmuş,  peşəkar  hərbçilərin  çatışmadığı  bir  ordu  kimi  xatırlanır. 
Təbii ki, 71 ildən sonra yenicə müstəqillik əldə etmiş Azərbaycanın yeni  
yaradılan  ordusunda  da  çatışmamazlıqlar  var  idi.  Peşəkar  zabitlər 
çatışmır,  ordu  silah  və  sursatla  tam  təchiz  edilmir,  bəzən  əsgərlər 
hazırlıqsız döyüşə cəlb edilirdi. Lakin bütün bunların əvəzində əlinə silah 
alıb  düşmən  üzərinə  gedən  hər  bir  kəsdə  yüksək  döyüş  əhval-ruhiyyəsi 
var idi. Beləliklə, Azərbaycanın  igid oğulları bu çətinliklərə sinə gərərək 
ordu yaradır və eyni zamanda erməni və rus işğalçılarına qarşı müharibə  
aparırdı. Nizami ordu tam hazır olmasa da, döyüşən igidlər var idi. Az bir 
vaxtda  heçdən  ordu  yaratmaq,  bu  ordunu  döyüş  texnikası  ilə,  silah-
sursatla, geyimlə və ərzaqla təchiz etmək, həm onlara hərbi təlim keçmək
həm  də  eyni  zamanda  erməni  və  ruslarla  müharibə  aparmaq-bu,  əlbəttə, 
çox  çətin  idi.  Bütün  bu  çətinlik  və  çatışmamazlıqlara  baxmayaraq 
Azərbaycanın vətənpərvər oğulları, babalardan bizə miras qalmış iqidlik, 
qeyrət,  namus  və  şərəfi  yaddaşlarında  yaşadaraq,  71  ildən  sonra  milli 
ordu yaratmağa nail ola bildilər.  
Azərbaycan  ordusunun  ilk  bölmələrindən  biri  kimi  1991-ci  ilin 
oktyabrında  Kəlbəcərdə  yaradılan  Kəlbəcər  Ərazi  Müdafiə  Batalyonu  -
“Kəlbəcər  Batalyonu”-  erməni  işğalçılarına  qarşı  amansız  döyüşlər 
aparmış,  Kəlbəcəri  1993-cü  ilin  aprelinədək  mərdliklə  müdafiə  etmiş, 
bununla  bərabər  Laçın,  Ağdərə,  Fizuli,  Ağdam,  Tərtər,  Goranboy, 
Murovdağ  bölgələrinin  düşməndən  azad  edilməsi  əməliyyatlarında  da 
fəal  iştirak  etmişdur.  Bu  batalyon  Qarabağ  müharibəsinin  sonunadək  ön 
cəbhədə olmuşdur. 1991-ci il oktyabr ayından yaradılmasına başlanılan  


 

Kəlbəcər  Ərazi  Müdafiə  Batalyonu,  sonralar  809-cu  Əlahiddə  Batalyon, 
1992-ci ilin may-iyun aylarında 701-ci hərbi hissə (“Əfsanəvi Alay”) ilə 
birləşərək  əvvəlcə  onun  tərkibində  712-ci  batalyon,  sonralar  isə  3-cü 
tabor adlandırılmışdır.  
Ayrı-ayrı  adlar  və  nömrələr  daşımasına  baxmayaraq,  bu  tabor-“ 
Kəlbəcər Batalyonu” - adı ilə məşhurlaşmış və həmişə ön cəbhədə 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin