A k ġ f k a m a L


Uğurlu əməliyyatların uğursuz sonluğu



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə15/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   11   12   13   14   15   16   17   18   ...   197
25 yanvar 1992-ci il 
Bizim  batalyon,  yəni  Kəlbəcər  Özünümüdafiə  Batalyonunun  adı 
dəyişdirilərək  809-cu  Əlaiddə  Batalyon  (809  nömrəli  hərbi  hissə) 
adlandrılıb. Çətinliyimiz çoxdur. 3-4 aydir ki, batalyon yaradılıb, amma, 
Müdafiə Nazirliyi tərəfindən batalyona nə ərzaq, nə də silah-sursat verilir. 
Buna  baxmayaraq  biz  həvəslə  işləyir,  əsgərlərə  təlimlər  keçir, 
Azərbaycanın digər bölgələrindən kristal və alazan raketləri gətirir, qrad 
qurğuları  düzəltdirir  və  onların  mərmilərini  daşıtdırırıq.  Ağdamın 


 
19 
Uzundərə  hərbi  bazasından  xeyli  sursat  daşıtdırmışam.  Təchizat  üzrə 
komandirin müavini kimi bu işlərin əksəriyyəti mənim üzərimə düşür.  
Bundan başqa 1992-ci ilin yanvar ayında İstisuda və Taxta düzdə 
rus  hərbçilərini  tərksilah  edərək  xeyli  avtomat,  pulemyot,  qumbaraatan, 
patron  və  mərmi  ələ  keçirdik.  Bu  “əməliyyat”da  batalyonun  könüllü 
döyüşçülərdən olan Elxan Əliyevin fəaliyyəti çox böyük idi. Lakin rayon 
rəhbərləri,  prokuror  və  digərləri  bildirdilər  ki,  biz  silahları  ruslara 
qaytarmasaq,  onlar  dinc  əhalini  girov  götürəcək  və  Xankəndinə 
aparacaqlar.  Biz  dinc  əhalinin  zərər  çəkməməsi  üçün  məcbur  olub  silah 
və sursatı ruslara qaytardıq.  
Həmin gecə məlum oldu ki, rus batalyonunda xidmət edən və bu 
işlərdə  bizə  kömək  etmiş  azərbaycanlı  əsgər  Elşadı  (Mingəçevirdəndir) 
həbs edib Xankəndinə aparmaq istəyirlər. Gecə saat 3-də mən batalyonun 
bir  qrup  əsgəri  ilə  rusları  maşınının  qabağını  kəsib  Elşadı  bizə  təhvil 
vermələrini tələb etdim. Rus ordusunun zabiti mayor İlqar Əliyev həmin 
əsgəri bizə təhvil verməkdən imtina etdi və bildirdi ki, mən həmin əsgəri 
həbs  edib  Xankəndinə  aparacam,  Azərbaycan  ordusunu  isə  tanımıram. 
Bir  rus  əsgəri  isə  əlində  qumbaranı  hazır  vəziyyətdə  tutaraq  Elşadı  da 
yanında  saxlayır,  yaxına  gələcəyimiz  təqdirdə  qumbaranı  partladacağını 
bildirirdi.  Vəziyyət  döyüş  həddinə  çatmışdı.  Bu  vaxt  rusların  qərərgah 
rəisi olan bir  mayor gəldi və bizimlə razılaşaraq  əsgər Elşadı bizə təhvil 
verdi. İndi Elşad bizim batalyonda xidmət edir.  
Təhlükə qorxusu,  təhlükənin özündən on min dəfə qorxuludur. 
___________________________________________________D.D e f o 
Bir neçə gündən sonra ruslar atıcı silahları vertalyota yükləyərək, 
Kəlbəcəri  tərk  etdilər.  Onlardan  qənimət  kimi  20-dək  yük  maşını,  4-5 
ədəd  zirehli  döyüş  maşını  qaldı.  Lakin,  onlar  həmin  texnikanı  yararsız 
hala  salıblar.  Biz  həmin  texnikanı  təmir  etməliyik.  Maşınlardan  birini 
əsgər  Nəsimi  Mehdiyevə,  birini  isə  əsgər  Elçin  Məmmədova  təhkim 
etmişik. Onlar gənc əsgər-sürücülərdir. 529 nömrəli zirehli transpartyoru 
özüm  gedib  Şaplar  körpüsünün  yanından  batalyonun  həyətinə  gətirdim. 
Mühərrikinin biri işləmirdi, elə bircə mühərriklə çətinliklə sürüb gətirdik. 
Hazırda  onu  təmir  etməyə  çalışırıq.  İndi  bütün  Kəlbəcər  sərhədlərinin 
qorunması bizim öhdəmizə düşür.   

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin