A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə16/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   12   13   14   15   16   17   18   19   ...   197
15 fevral 1992-ci il  
Bakıdan  bu  gecə  gəlmişəm.  Müdafiə  Nazirliyinə  çağırmışdılar. 
Mənimlə  bərabər qərərgah rəisi,  baş leytenant T.Mehdiyev,  tibb  xidməti 
rəisi, baş leytenant M.Fərzanov,  avtomobil xidməti rəisi, kiçik leytenant 
M.Şahüseynov  da  getmişdilər.  Biz  tamamilə  buz  bağlamış  Murov  yolu 
(“Həyat  yolu”)  ilə  getdik  və  qayıdanda  isə  Arazboyu  dolanaraq  Laçın 


 
20 
yolu ilə gəldik. Murovdağda 20-30 km yolu tamamilə qarın, buzun üzəri 
ilə  maşın  sürürdük.  Sürücü  Fehruzun  ustalığı  nəticəsində  Murovdağın 
döngələrində bir neçə dəfə qəzadan qurtardıq. 
İlk  dəfədir  ki,  Müdafiə  Nazirliyindən  ərzaq  gətirmişəm.  Bu 
vaxtadək  əsgərləri  rayon  İcra  hakimiyyətinin  öz  hesabına  yedizdirirdik. 
Mən əsgər və zabitlər üçün geyim, ərzaq, soyuducu, sobalar,  qab-qacaq, 
stol  və  stullar  gətirilməsini  təşkil  etdim  və  indi  bir  neçə  maşınla  həmin 
yüklərin gətirilməsi üçün ərzaq xidməti rəisi gizir Tofiq Rzayevi və əşya 
xidməti rəisi Üzeyir Şahbazovu Bakıya göndərmək istəyirəm.  
Nazirlikdə  olarkən  batalyonun  sənədləşmə  qaydaları  ilə  tanış 
oldum. Orada məni  Müdafiə Nazirliyinin əməliyyat bölməsinə çağırdılar 
və məndən bizim batalyonun qoruduğu ərazini, düşmən mövqelərini,  
onların qüvvələri haqqında, bizim bölüklərin harada yerləşdiklərini, hansı 
silah və texnika ilə təchizatını və s. məlumatları soruşdular. Mən bu 
məlumatları  xəritə  üzərində  qeydlər  etməklə  bildirdim.  Orada  bizə 
bildirdilər ki, bizim batalyona 500 ədəd avtomat silah ayrılmış və həmin 
silahları həmin gecə Yevlaxdan götürməyimizi tapşırdılar. Bundan başqa 
mən polkovnik V.Musayevdən Kəlbəcər üzərindən Ermənistandan Dağlıq 
Qarabağa uçaraq silah-sursat daşıyan düşmən vertalyotlarını vurmaq üçün 
 
əlavə silah istədim. Polkovnik mənə söz verdi ki, “strela” tipli raketlərlə 
təchiz olunmuş zenitçilər  dəstəsini tezliklə Kəlbəcərə göndərəcək.  
Həmin gecə qərərgah rəisi, baş leytenant T.Mehdiyev 500 ədəd 
Vətənini və ailəsini qorumaq-kiĢilərin vəzifəsidir. 
                                                                                           M ü ə l l i f 
avtomat  silahı  təhvil  götürmək  üçün  Yevlaxa  getdi.  Həmin  gecə 
T.Mehdiyev  təhvil  götürdüyü  500  avtomatı  Kəlbəcər  rayon    xalq 
cəbhəsinin  sədri,  həm  də  Kəlbəcər  Müdafiə  şurasının  üzvü  olan  İlham 
Həsənova  verib  ki,  Fazil  Şirinovla  birlikdə  Kəlbəcərə  gətirsin.  Silahları 
Kəlbəcərə  gətirən  kimi  İ.Həsənov  onları  batalyona  verməkdən  imtina 
edib,  silahları  öz  tərəfdarlarına  paylayıb  və  bildirib  ki,  özüm  batalyon 
yaradacağam.    İndi bizim  batalyon üçün ayrılmış silahları onlardan geri 
almağa çalışırıq. Lakin, İlham silahları vermir, özü batalyon yaradacağını 
deyir...  
Bakıdan  iki  ədəd  maşınların  üzərində  rabitə  qurğusu  gətirmişik. 
Bir qurğu ZİL-131 markalı maşında, digəri isə QAZ-66 markalı maşının 
üzərindədir. Lakin, mütəxəssis olmadığı üçün onları quraşdıra bilmədik. 
Buna  görə  Bakıdan  Universitetin  hərbi  kafedrasından  iki  rus  zabitini 
gətirərək həmin rabitə qurğularını işə salmağa çalışırıq. İş başa çatandan 
sonra  həmin  rus  zabitlərinə  öz  maaşımız  hesabına  6000  manat  pul 
verəcəyik.  


 
21 
Batalyonun  həyətində  ilk  hərbi  mağaza  da  fəaliyyətə  başlayıb. 
Mağazanın satıcısı Səmayə Alı qızı hərbçilər üçün mümkün olan əşya və 
malları Bakı şəhərindən gətirib. 
Artıq bölükləri sərhəd məntəqələrində yerləşdirməyə başlamışıq. 
Biz  3-ci  bölüyü  Aşağı  Ayrım  və  Alçalı  kəndlərində,  4-cü  bölüyü 
Zəylikdə,  5-ci  bölüyü  Ağdabanda,  Mərciməkdə  və  Çərəkdarda,  1-ci 
bölüyü  Söyüdlüdə  yerləşdirmişik,    2-ci  bölüyü  ehtiyatda  saxlamışıq. 
Silah-sursat isə çatışmır...
  
 
    
Yalnız etiraz etməyən xalqı əsarət altına almaq olar. 
_________________________________________G. L i x t e n b e r q 

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin