A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə12/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   8   9   10   11   12   13   14   15   ...   197
25 dekabr 1991-ci il 
Dekabrın 21-də Ağdərənin Çapar kəndini düşməndən azad etmək 
üçün hücum əməliyyatı keçirdık. Lakin bu əməliyyatda kəndi azad etmək 
mümkün  olmadı.  Çünki  ermənilərə  həm  rus  ordusu  öz  texnikası  ilə 
kömək edirdi, həm də Çərəkdar dəstəsinin əməliyyatda iştirak etməməsi 
bu planımızı pozdu.  Batalyon haqqında Müdafiə Nazirliyi tərəfindən əmr 
verilsə  də,  hələ  də  ərzaq  verilmir.  İcra  hakimiyyətinin  köməkliyi  ilə 
əsgərlərin  yeməyini  təşkil  edirəm.  Bəzi  çatışmamazlıq  olsa  da  vəziyyət 
yaxşıdır.  Yeməkxana  qaydasındadır,  hər  gün  ət  kombinatından  ət 
gətirirəm.  Əsgərlər  üçün  1-ci,  2-ci  xörəklər  hazırlanır  və  kompot  verilir. 
Əsgərlərin  yataqları  öz  qaydasındadır,  hər  bir  əsgərə  yorğan-döşək,  iki 
döşəkağı,  diş  pastası,  diş  fırçası,  əl  dəsmalı,  ayaqqabı  kremi  və  fırçası  
verilib. Mən əsgərlərin nəinki geyim və yeməklərini təşkil edir, 
hətta  onların  döyüş  hazırlığı  təlimlərinə  də  nəzarət  edirəm.  Əsgərlərin 
silah və sursatdan istifadə qaydalarının mənimsəmələrinə daha çox diqqət 
yetiririk. Batalyonda çox yaxşı nizam-intizam yaratmışıq. 
 
Biz  Kəlbəcər  kimi  Azərbaycanın  ucqar  bir  bölgəsində  ən  vacib 
olan  avtomobil  yanacağı  qıtlığı  ilə  qarşılaşdığımız  bir  vaxtda  Bakıda 
yaşayan  və  işləyən  həmyerlilərimizdən  Cavid  Qurbanovun  bizim 
batalyon üçün göndərdiyi 50 ton yanacaq dadımıza çatdı. Mən həmin  
Son aqibətini düĢünə-düĢünə döyüĢə girəndən igid olmaz. 
______________________________________________ġ e y x   ġ a m i l 
yanacağın  hamısını  “Həyat  yolu”  ilə  maşınlarla  daşınmasını  təşkil 
edirəm.  Bununla  əlaqədar  iki  ədəd  25  tonluq  yanacaq  çəni  gətirib  yerə 
basdırmışıq  və  yanacağı  onlara  doldururuq.  Bu  yanacaq  olmasaydı  biz 
çıxılmaz  vəziyyətdə  qala  bilərdik.  Cavid  müəllim  hətta  bizə  yanacaq 
daşıyan bir maşın da bağışlayıb.  
Artıq  batalyonda  bütün  komandaları  öz  dilimizdə  verir, 
nizamnamələri rus dilindən öz dilimizə çevirir, zabit və əsgərlərə öyrədir, 
təlimlər  keçirik.  Ana  dilində  komanda  vermək  və  ana  dilində  mahnı 
oxumaq  bəzən  bizim  özümüzə  də  qəribə  gəlir.  Axı,  biz  buna  adət 
etməmişik.  Bütün  bunlara  baxmayaraq  biz  öz  dilimizdə  komanda  verir, 
əsgərlərə təlim keçirik. Artıq  əsgərlərimiz öz dilimizdə marş da oxuyur. 
Biz Kəlbəcər batalyonu üçün əsgər marşı da bəstələmişik və  həmin marşı 
bir neçə gün ərzində əsgərlərə öyrətdik:  

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin