A k ġ f k a m a L



Yüklə 10,02 Mb.
Pdf görüntüsü
səhifə11/197
tarix02.01.2022
ölçüsü10,02 Mb.
#2249
1   ...   7   8   9   10   11   12   13   14   ...   197
13 dekabr 1991-ci il 
Bu  gün  Batalyona  300  nəfər  çağırışçı  əsgər  qəbul  etmişik.  Rayon  İcra 
hakimiyyətində  toplanış  oldu  və  həmin  toplanışda  rayon  rəhbərliyi  və 
valideynlər zabitlərə və Azərbaycan ordusunun ilk əsgərlərinə xeyir-dua  
verdilər. Bu il yalnız Kəlbəcərdə həqiqi  əsgəri çağırış oldu. 1991-ci ildə 
Azərbaycanın heç bir bölgəsində əsgəri çağırış olmayıb. Mən əsgərlərin  
hərbi  komissarlıqdan  gətirilməsini,  geyindirilməsini  və  onların  hamama 
aparılmasını təşkil etdim. 
 
Müdafiə  Nazirinin  02  dekabr  1991-ci  il tarixli  028  saylı  əmrinə 
əsasən  bizim  Müdafiə  nazirliyinə  təqdim  etdiyimiz  ştat  cədvəli  təsdiq 
edilib. Ştat cədvəlinə əsasən Batalyonun şəxsi heyəti 550 nəfərdir ki, bu 
da beş bölük, avtomobil xidməti, təsərrüfat tağımı, rabitə tağımı və digər 
xidmət bölmələrindən ibarətdir. Müdafiə Nazirliyindən zabitlərin 
 
Anadan ayrılanda çətin yaĢarsan, 
Vətəndən ayrılsan, ölərsən, canım. 
                                                               B ə h m ə n   V ə t ə n o ğ l u 
və yuxarı yaşlı əsgərlərin vəzifələrə təyin edilməsi barədə əmrlər 
də  gəlib.  Bəzi  tağım  komandirlərinin  zabit  rütbələri  olmasa  da  onlar  ali 
təhsilli, hərbi məktəblərdən yarımçıq gələnlər idi. Tağım komandirlərinin 
müavinləri və manqa komandirləri yuxarı yaşlı əsgərlərdən-könüllülərdən 
təyin  edilmişdi.  Onlar  demək  olar  ki,  batalyonun  əsas  işlərini  yerinə 
yetirir,  əsgərlərə  təlimlər  keçir,  bizə  yaxından  kömək  edirlər.  Hələlik 
döyüş əməliyyatlarına onlarla gedirik. Onlardan bir neçəsinin adını qeyd 
edirəm:  Vahib  Allahverdiyev,  Elxan  Əliyev(İstisu),  Elxan  Qilvəli  oğlu,  
Bədir  Xıdırov,  Zakir  Abdullayev  (“Alazan  Zakir”),  Ədalət  Rəhimov, 
Oqtay  Məmmədov,  Ədalət  Mehdiyev,  İslam  Qasımov,  Ələkbər 
Ələkbərov,  Ramiz  Abışov,  Qəzənfər  Quliyev,  Qalib  Şükürov,  İsmayıl 
İsmayılov, Əli Məmmədov, Fazil Şirinov, Nemət Nadirov, Çingiz Qadir 
oğlu  Bayramov,  Şakir  Cabbarov,  Natiq  Əhmədov,    Mübariz  Mikayılov, 
Xəqani  Bayramov,  Ərşad  İbrahimov,  Kamil  Mehdiyev  (“Spartak”), 
Qorxmaz  Əsədov,  İlqar  Əsədov,  Həsən  Məmmədov,  Habil  Bayramov, 


 
17 
Mətləb,  Ənvər,  Niyazi,  Malik,  sürücülər:  Fehruz,  İlqar  Kamalov, 
Bəhmən, Ziyad, Sənani Kamalov və başqaları.  

Yüklə 10,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin