41. Sual. Qədim Şərq ölkələrində təhsil və pedaqoji fikir. 42. 19 cu əsrin 60 cı illərində Rusiyada məktəb islahatları və onun Azərbaycan məktəb təhsilinə təsiri


XIX əsrdə Azərbaycanda marifçilik hərəkatı . M. F. Axundovun elmi pedaqoji fikirləri



Yüklə 35,63 Kb.
səhifə5/14
tarix30.01.2022
ölçüsü35,63 Kb.
#51805
1   2   3   4   5   6   7   8   9   ...   14
pedaqogika 40 60 cvb

47. XIX əsrdə Azərbaycanda marifçilik hərəkatı . M. F. Axundovun elmi pedaqoji fikirləri.

Azərbaycan dilinin dövlət məktəblərinin tədris planına daxil edilməsi, bu dildə dərslik və tədris vəsaitləri hazırlamaq, proqram tərtib etmək ana dili təlimi ideyasını xeyli gücləndirdi. XIX əsrin 60-cı illərində Rusiyada başlayan ictimai pedaqoji hərəkat, N.Q.Çemışevskinin, K.D.Uşinskinin ana dili təlimi ideyası Azərbaycanda da təlimin ana dilində aparılması fikrini qüvvətləndirirdi. M.F.Axundzadə, H.Zərdabi və onun “Əkinçi” qəzeti, sonralar isə M.Şahtaxtlı və b. ana dilli məktəblər uğranda mübarizənin ön cərgəsində gedir və bu işə istiqamət verirdilər.

Ana dili təlimi ideyasının həyata keçirilməsində İ.Qasir, S.Ə. Şirvani, M.T. Sidqi, S.M. Qənizadə, H.Mahmudbəyov, F.Köçərli, M.Mahmudbəyov, R.Əfəndiyev, N.Nərimanov, füyuzatçılar, mollanəsrəddinçilər və onlarla başqaları mühüm rol oynadı. Onlar bir tərəfdən yeni-yeni məktəblər açır, ana dilində proqram və dərsliklər tərtib edir, bu dilin tədrisini yaxşılaşdırmağa çalışır, ana dilinin təlim və tərbiyəvi rolunu ciddi müdafiə edirdilər.

Mirzə Fətəli Axundzadə  yazıçı-dramaturq, filosof, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisidir. O, 1812-ci il iyunun 30-da Azərbaycanın qədim əyalətlərindən olan Şəkidə anadan olmuşdur

M.F.Axundzadənin pedaqoji fikirlərinin mərkəzində xalq məktəblərinin zəruriliyi, müəllim kadrların hazırlığı, təlimin ana dilində aparılması, təlimin metodikası, qadın təhsili problemləri, məktəblərdə real və dünyəvi biliklərin öyrədilməsi məsələsi dururdu. O, dünyəvi təhsil uğrunda mübarizə aparır, təhsilin məzmununda təbiət elmlərinə üstünlük verir, eyni zamanda humanitar fənlərin, ilk növbədə ədəbiyyat, tarix, hüquq və fəlsəfənin öyrənilməsinin əhəmiyyətini yüksək qiymətləndirirdi. Ümumtəhsil işində o, musiqi, nəğmə, rəsm və oyunların rolunu ayrıca qeyd edirdi. O, gənclərin əmək və fiziki tərbiyəsinin pedaqoji əhəmiyyətinə dair diqqətəlayiq fikirlər söyləmişdir.

M.F.Axundzadənin fikirlərində başlıca məqsəd insanları tərbiyə etmək, onlara doğru yol göstərməkdir. Axundzadənin əsərlərində hökmdarlar, zülmkarlar, fırıldaqçı ruhanilər, hər cür istismarçılar, rüşvətxor çar məmurları ifşa edilir, zəhmətkeş xalqda mədəniyyətə və maarifə maraq aşılanırdı.

M.F.Axundzadə XIX əsr Azərbaycan ictimai, fəlsəfi və pedaqoji fikir tarixində bir hərəkat kimi başlayan maarifçiliyin başçısı, nəzəriyyəçisi və ən görkəmli yaradıcı siması olmuşdur. O, istedadlı realist sənətkar, materialist filosof, böyük maarifçi, alovlu vətənpərvər və demokrat idi.

M.F.Axundzadə hər şeydən əvvəl Azərbaycan məktəb və pedaqoji fikir tarixinə həm müəllim, həm də təlim və tərbiyə sahəsinə ilk orijinal fikirlər söyləyən pedaqoq kimi daxil olmuşdur. O, 1836–1840–cı illərdə Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi vəzifəsində işləmişdir. Məlum olduğu kimi XIX əsr Azərbaycanda elmi–pedaqoji və ictimai fikrin inkişafında yeni mərhələ təşkil etdiyi kimi xalq maarifi, məktəb təhsili və pedaqoji fikrin inkişafı tarixində də ayrıca mərhələ təşkil edir.

Kəmalüddövlə məktubları” fəlsəfi traktatında Axundov  Kəmalüddövlənin məktublarından bir vasitə kimi istifadə edərək xalqın maariflənməsi, dünya mədəniyyətindən xəbərdar olması, onun öz azadlığı uğrunda mübarizə aparması, zəlilliyə, köləliyə, yaltaqlığa, riyakarlığa, nifaqa, məkrə, hiyləyə, qorxaqlığa, iküzlülüyə qarşı çıxması üçün yeni tipli ədəbiyyata böyük ehtiyac olduğunu söyləyirdi.




Yüklə 35,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin