41. Sual. Qədim Şərq ölkələrində təhsil və pedaqoji fikir. 42. 19 cu əsrin 60 cı illərində Rusiyada məktəb islahatları və onun Azərbaycan məktəb təhsilinə təsiri


F. Köçərlinin və R. Əfəndiyevin pedaqoji xidmətləri



Yüklə 35,63 Kb.
səhifə8/14
tarix30.01.2022
ölçüsü35,63 Kb.
#51805
1   ...   4   5   6   7   8   9   10   11   ...   14
pedaqogika 40 60 cvb

51. F. Köçərlinin və R. Əfəndiyevin pedaqoji xidmətləri.

Firudin bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşa şəhərində anadan olub. 1879-1885-ci illər ərzində o Zaqafqaziya müəllimlər seminariyasında təhsil alır. Təhsil aldığı müddətdə müəllimləri A.O.Çernyayevski və M.Kipiani ilə yaxın münasibət saxlayır. 1884-cü ildə Qori müəllimlər seminariyasında təhsil alarkən “Təlimi-Sokrat” əsərini yazıb.

1890-cı ildə isə İrəvanda “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasını tamaşaya qoyub. Azərbaycan ədəbiyyatı tarixi” adlı üç cildlik əsərini tamamlamışdır. 1920-ci ildə “Vətən dili”nin I hissəsinin yenidən işlənməsində xidmətləri olmuşdur. Onlarla dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, metodika və stilistikasını zənginləşdirmişdir

F.Köçərlinin adı Azərbaycan məktəb və pedaqoji fikir tarixinə görkəmli müəllim, metodist, maarifçi-demokrat kimi daxil olmuşdur.

F.Köçərli pedaqoji fəaliyyəti ilə bərabər ədəbi və publisistik məqalələri ilə dövrünün bir çox vacib elmi-pedaqoji, ədəbi və metodiki problemlərinə aid bu gün də əhəmiyyətini itirməyən fikirlər söyləmişdir.

Firidun bəy Köçərlinin çox mühüm xidmətlərindən biri də uşaq ədəbiyyatı ilə, xalq pedaqogikası ilə bağlı olmuşdur. Onun 1912-ci ildə nəşr etdirdiyi “Balalara hədiyyə” adlı əsəri bu cəhətdən çox xarakterikdir. Bu kitab çap olunduqdan sonra çox tezliklə oxucuların marağına səbəb olmuş, dövrünün tanınmış ziyalısı - tanınmış Azərbaycan ədibi Eynəli bəy Sultanov yazırdı ki, “Bu kitabdan vətən qoxusu, dağların ətri, köçərililərin tüstüsü gəlir”.

Azərbaycan ədəbi pedaqoji fikrinin görkəmli nümayəndələrindən olan Abdulla Şaiq “İqbal” qəzetinin 18 və 21 oktyabr 1913-cü il saylarında dərc etdirdiyi “Dilimiz və ədəbiyyatımız” adlı məqaləsində bu əsəri yüksək qiymətləndirərək yazırdı ki, “bizim el ədəbiyyatımız o qədər vüsətlidir ki, onu yazmaqla qurtaracaq şeylərdən deyil. Millətimizin istedad və məharəti fitrilərinə və əhvali-ruhiyyəsinə aşina olmaq istəyənlər möhtərəm bəradərim Firidun bəy Köçərli cənablarının təlif etdiyi “Balalara hədiyyə” nam kitabçasından istifadə edə bilərlər. Həqiqətdə bəradərim Firidun bəy camaatımızın arasındakı nağıl, məsəl, tapmaca və şeirləri bir yerə toplamaqla Qafqaz müsəlmanlarının boynuna böyük bir haqq qoymuşdur.”F.Köçərlinin “Balalara hədiyyə” kitabı bu gün də gənc nəslin milli- mənəvi dəyərlərimiz əsasında tərbiyə edilməsi üçün çox dəyərli hədiyyədir.

Rəşid bəy Əfəndiyev. Rəşid bəy Əfəndiyev (1863-1942) XIX əsrin sonu və XX əsrin birinci yarısında Azərbaycanda xalq maarifi və pedaqoji fikrin inkişafı tarixində mühüm yer tutan,

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra özünün əməli pedaqoji fəaliyyəti ilə sovet pedaqogika elminin və maarifinin inkişafı üçün mühüm xidmətlər göstərən görkəmli müəllim və pedaqoqlardan biridir.

1879-cu ildə A.O.Çemyayevski Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinə tələbə toplayarkən İrəvan, Naxçıvan, Şuşa, Şamaxı, Qazax və s. şəhərlərlə yanaşı, Nuxaya da gəlir və Rəşid bəyi Qoriyə aparır. Həmin il Rəşid bəy Qori Müəllimlər Seminariyasına daxil olur. 1882-ci ildə oranı bitirib Qutqaşendə açılan 2 sinifli ibtidai xalq məktəbinə müdir və müəllim təyin olunur. 8 il Qutqaşendə (Qəbələ) müəllimlik etməklə yanaşı, Qafqaz arxeoloji cəmiyyətilə əməkdaşlıq etmiş və özünün “Nohur gölü”, “Qutqaşen kəndi haqda bir neçə məlumat”, “Nuxa qəzasında xalq səhiyyəsi” və s. adlı məqalələrini nəşr etdirmişdir. Rəşid bəy 1892-ci ildə Tiflisə köçür. Orada müəllimlik etməklə bərabər, həm də Zaqafqaziya müsəlmanlarının ruhani idarəsində katib müavini vəzifəsində çalışır.

Rəşid bəyin həyatı və fəaliyyətində diqqəti cəlb edən cəhətlərdən biri onun 1900-cü ildən 1916-cı ilə qədər Qori Müəllimlər Seminariyasında müəl­limlik etməsidir. O, bu dövrdə seminariyanın müəllim və şagird kollektivi arasında yüksək hörmət və nüfuz- qazanmışdır. Məhz buna görədir ki, Qafqaz Tədris Dairəsinin popeçayteli onu 1911-ci ildə fərqlənmə medalı ilə təltif etmişdir.

 R.Əfəndiyev elmi və pedaqoji fəaliyyətə hələ Zaqafqaziya Müəllimlər seminariyasının tələbəsi ikən başlamışdır. O, seminariyanın I kursunda oxuyarkən özünün müəllimi A.O. Çemyayevski ilə birlikdə azərbaycanlı şö­bəsinin tətbiqat məktəbi (nümunə-baza məktəbi -H.Ə.) üçün proqram tərtib etmişdir.

R.Əfəndiyev müşahidə etdiyi nöqsanları aradan qaldırmaq və savad təlimini altı ay müddətində deyil, bir ayda başa çatdırmaq işinə kömək üçün özünün beş illik pedaqoji təcrübəsinə və böyük rus pedaqoqu K.D. Uşinskinin pedaqoji görüşlərinə əsaslanaraq 1887-ci ildə “Uşaq baxçası’’ adlı əlifba kitabını yazmışdı. Kitab ilk dəfə 1898-ci ildə İstambulda çap edilmişdir.

R.Əfəndiyevin “Uşaq baxçası” kitabının Çemyayevskinin “Vətən dili” kitabından bir sıra fərqi və üstünlüyü vardır. Bu fərq ondan ibarətdir ki, Çemyayevskinin “Vətən dili” kitabı vasitəsilə ərəb əlifbasını şagirdə 6 aydan az vaxtda öyrətmək mümkün olmadığı halda, R.Əfəndiyevin “Uşaq baxçası” kitabı vasitəsilə bu əlifbanı bir ay müddətində öyrətmək, şagirdlərə yazı vərdişləri aşılamaq mümkün idi. Buna görə də Rəşid bəy kitabın titul səhifəsində belə yazmışdır: “Savadsız adam bir ayda oxuyar və yazar”.




Yüklə 35,63 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin