41. Sual. Qədim Şərq ölkələrində təhsil və pedaqoji fikir. 42. 19 cu əsrin 60 cı illərində Rusiyada məktəb islahatları və onun Azərbaycan məktəb təhsilinə təsiri


A. A . Bakıxanovun təlim tərbiyə haqqında fikirləri



Yüklə 35,63 Kb.
səhifə9/14
tarix30.01.2022
ölçüsü35,63 Kb.
#51805
1   ...   6   7   8   9   10   11   12   13   14
pedaqogika 40 60 cvb

53. A. A . Bakıxanovun təlim tərbiyə haqqında fikirləri.

Abbasqulu ağa Bakıxanov 1794-cü il iyunun 21-də Bakı şəhəri yaxınlığında Əmircan (köhnə adı Xilə) kəndində Bakı xanları nəslindən olan II Mirzə Məhəmməd xanın ailəsində anadan olub. Səkkiz yaşına qədər Bakıda yaşayıb, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı, Ramana kəndlərində keçirib

Abbasqulu ağa Bakıxanov pedaqoji məsələlərlə bir alim kimi məşğul olmuş, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar olan iki əsər yazmışdır ki, bunlardan biri “Təhzibül-əxlaqdır”.

 “Təhzibül-əxlaq” əsəri Abbasqulu ağa Bakıxanovun əsas əxlaqi-fəlsəfi əsəri hesab etmək olar .Bu əsərdə o, cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını, onun gözəl cəhətlərini təbliğ edir. A.Bakıxanov bu əsəri yazarkən klassik Şərq ədəbiyyatında bu səpkidə yazılmış bir çox kitabları araşdırmışdır. O, əsərdə bir əxlaq müəllimi kimi faydalı məsləhət və nəsihətləri ilə gəncləri düz yola dəvət edir, onu əməyə rəğbət, dostluğa sədaqət, böyüklərə hörmət, təvaze və ədalətə çağırır. İnsan qəlbini ləkələyən, onu cəmiyyət içərisində xar edən tənbəllik, riya, paxıllıq, nankorluq, yalançılıq kimi alçaq sifətlərdən çəkindirməyə çalışır və öz fikirlərini elmi surətdə, dərin fəlsəfi izah və sübutlarla möhkəmləndirir, bir çox məsələlərdə dünyəvi əxlaq cəbhəsində duraraq ümumbəşəri əxlaq normalarını təbliğ edir.

 “Təhzibül-əxlaq” müəllifin pedaqogika və psixoogiyaya aid elmi və nəzəri məsələləri əhatə edən fəlsəfi əsəridir. “Təhzibül-əxlaq” əsərinin əsas məqsədi gəncləri pis əməllərdən çəkindirmək, onlarda nəcib və gözəl əxlaqi normaları tərbiyələndirməkdir. 

Azərbaycan xalqının ictimai, mədəni, pedaqoji  fikir inkişafı tarixində görkəmli yer tutan böyük simaladan birində A. Bakıxanovdur. O öz dövrünün tanınmış alimi, mütəfəkkiri, istedadlı şairi və ilk Azərbaycan maarifçiliyinin əsas nümayəndəsi idi. XIX əsrin birinci yarısı da yeni maarifçi-realist ədəbi cərəyanın yaranması müəyyən dərəcədə onun adı ilə bağlıdır. Əhatəli dünyagörüşə malik şəxsiyyət kimi Abbasqulu Ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratmışdır. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında onun mühüm xidmətləri vardır.Abbasqulu Aga Bakıxanovun əxlaq nəzəriyyəsi onun insanlığa, vətənə və xalqına olan məhəbbəti, maarifçi və demokratik dünyagörüşü ilə bağlıdır.


Yüklə 35,63 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin