41. Sual. Qədim Şərq ölkələrində təhsil və pedaqoji fikir. 42. 19 cu əsrin 60 cı illərində Rusiyada məktəb islahatları və onun Azərbaycan məktəb təhsilinə təsiri


Müasir dövrdə Azərbaycanda pedaqoji fikir



Yüklə 35,63 Kb.
səhifə14/14
tarix30.01.2022
ölçüsü35,63 Kb.
#51805
1   ...   6   7   8   9   10   11   12   13   14
pedaqogika 40 60 cvb

60.Müasir dövrdə Azərbaycanda pedaqoji fikir tarixi(1991-2021) Azərbaycan xalqı XX əsrdə iki dəfə özünün müstəqilliyinə qovuşmuşdur. Birinci dəfə 1918-ci ilin sentyabr ayından 1920-ci ilin may ayına qədərki dövrü əhatə edən Azərbaycan Xalq Cümhuriyyəti illərindəki müstəqillik az bir müddəti əhatə etsə də xalq maarifi, uşaq və gənclərin təlimi, tərbiyəsi və təhsili sahəsində xeyli və yadda qalan işlər gördü. Ikinci dəfə 1991-ci ildə SSRİ-nin süqutundan sonra əldə edilən müstəqilliyimiz bu gün özünün sosial-iqtisadi, elmi-pedaqoji və mədəni inkişafının üçüncü on illiyini şərəflə yaşayır. Müstəqilliyin 1991-1993-cü illərini əhatə edən birinci mərhələsi təhsil sisteminin tənəzzülü, sovet hakimiyyəti illərində qazanılmış nailiyyətlərdən, mütərəqqi ənənələrdən imtina edilməsi kimi xarakterizə edilir.

Müstəqilliyin ikinci mərhələsi 1993-2003-cü illəri əhatə edir. Onillik bir dövrü əhatə edən bu mərhələ son 15 il ərzində Təhsil Naziri olmuş Misir Mərdanovun sözləri ilə desək stabilləşmə meyllərinin təhsilin inkişafına da nüfuz etməsi, milli təhsil quruculuğu sahəsində ilk addımların atılması, dövlətin təhsilə diqqətinin artması, mütərəqqi və inkişafyönümlü qərarların qəbul edilməsi, təhsilin keyfiyyətinə nəzarətin güclənməsi, beynəlxalq əlaqələrin intensivləşməsi, təhsilə investisiya qoyuluşuna başlaması dövrü kimi tarixə daxil olmuşdur.Bu illər həm də, Azərbaycan təhsilinin inkişaf tarixinə Heydər Əliyev zirvəsi kimi daxil olmuşdur. Tarixə Müstəqil Azərbaycanın memarı kimi daxil olmuş, Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti dövründə təhsil quruculuğu xüsusi yer tutur. 1993-cü ildə H. Əliyevin hakimiyyətə qayıdışı ilə təhsildə böhranın qarşısı alındı, tezliklə ölkədə siyasi və iqtisadi sabitlik təmin olundu. 12 noyabr 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olundu. Konstitusiyada təhsilin dövlətin strateji sahəsi olması bir daha təsdiqləndi, pulsuz icbari ümumi orta təhsilə dövlət təminatı verildi. Müstəqilliyin ikinci mərhələsi ilə Azərbaycan məktəb və pedaqoji fikir tarixinin XX əsrin əsasən başa çatmasını, bu yüzillikdə əldə edilən nailiyyətləri Ulu Öndər Heydər Əliyev belə xarakterizə etmişdir: "XX əsrdə Azərbaycanın böyük nailiyyətləri həm də bundan ibarətdir ki, Azərbaycan xalqı təhsil, mədəniyyət, elm sahəsində bir sıra sıçrayış dövrü keçiribdir.



Müstəqilliyin üçüncü mərhələsi(2003-2013)Azərbaycan məktəb tarixinə təhsil sistemində köklü islahatlar dövrü kimi daxil olmuşdur. Məhz bu mərhələdə tahsil tarixində ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı qəbul olunmuş və uğurla həyata keçirilmişdir. 2003-cü ildən başlayaraq təhsil islahatları çərçivəsində eksperimentlərin aparılmasına yeniliklərin və innovasiyaların tətbiqinə başlanıldı. Yeni darslik siyasəti həyata keçirildi. 2008-ci ilin sentyabrında Azərbaycanla Dünya Bankı arasında 2-ci Kredit sazişi imzalandı. Respublika Prezidentinin 17 aprel 2006-cı il tarixli sarəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialınin inkişafı üzra Dövlət Proqramı (2006-2010)" keyfiyyətli təhsil uğrunda sağlam rəqabətin genişləndirilməsinə güclü takan verdi. 2009-cu il iyunun 19-da Milli Məclis "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul etdi. Yeni "Qanunla vətən daşların təhsil hüququnun dövlət təminatı təsbit olundu.
Yüklə 35,63 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin