41. Sual. Qədim Şərq ölkələrində təhsil və pedaqoji fikir. 42. 19 cu əsrin 60 cı illərində Rusiyada məktəb islahatları və onun Azərbaycan məktəb təhsilinə təsiri


XlX əsrdə Azərbaycanda maarifçilik hərəkatı və A. Bakıxanovun pedaqoji fikirləri



Yüklə 35,63 Kb.
səhifə3/14
tarix30.01.2022
ölçüsü35,63 Kb.
#51805
1   2   3   4   5   6   7   8   9   ...   14
pedaqogika 40 60 cvb

44. XlX əsrdə Azərbaycanda maarifçilik hərəkatı və A. Bakıxanovun pedaqoji fikirləri.

Azərbaycan dilinin dövlət məktəblərinin tədris planına daxil edilməsi, bu dildə dərslik və tədris vəsaitləri hazırlamaq, proqram tərtib etmək ana dili təlimi ideyasını xeyli gücləndirdi. XIX əsrin 60-cı illərində Rusiyada başlayan ictimai pedaqoji hərəkat, N.Q.Çemışevskinin, K.D.Uşinskinin ana dili təlimi ideyası Azərbaycanda da təlimin ana dilində aparılması fikrini qüvvətləndirirdi. M.F.Axundzadə, H.Zərdabi və onun “Əkinçi” qəzeti, sonralar isə M.Şahtaxtlı və b. ana dilli məktəblər uğranda mübarizənin ön cərgəsində gedir və bu işə istiqamət verirdilər.

Ana dili təlimi ideyasının həyata keçirilməsində İ.Qasir, S.Ə. Şirvani, M.T. Sidqi, S.M. Qənizadə, H.Mahmudbəyov, F.Köçərli, M.Mahmudbəyov, R.Əfəndiyev, N.Nərimanov, füyuzatçılar, mollanəsrəddinçilər və onlarla başqaları mühüm rol oynadı. Onlar bir tərəfdən yeni-yeni məktəblər açır, ana dilində proqram və dərsliklər tərtib edir, bu dilin tədrisini yaxşılaşdırmağa çalışır, ana dilinin təlim və tərbiyəvi rolunu ciddi müdafiə edirdilər.

XIX əsrin görkəmli rus mütəfəkkirlərinin dərin elmi fikirləri Rusiyanın ucqarlarında, o cümlədən Azərbaycanda milli məktəb ideyasının meydana gəlməsinə və inkişafına böyük təkan verdi. Ana dili təlimi uğranda mü­barizənin ikinci dövrü başlandı.

60-cı illərdən başlayaraq Azərbaycanın bir çox görkəmli nümayəndələri, müəllim və maarifçiləri təlimin ana dilində aparılması işində gərgin mübarizəyə başladılır.

Abbasqulu ağa Bakıxanov pedaqoji məsələlərlə bir alim kimi məşğul olmuş, uşaqların və gənclərin tərbiyəsi ilə əlaqədar olan iki əsər yazmışdır ki, bunlardan biri “Təhzibül-əxlaqdır”.

 “Təhzibül-əxlaq” əsəri Abbasqulu ağa Bakıxanovun əsas əxlaqi-fəlsəfi əsəri hesab etmək olar .Bu əsərdə o, cəmiyyət haqqındakı fikirlərini bir sistem şəklində şərh edərək, gənclər arasında nəcib əxlaq normalarını, onun gözəl cəhətlərini təbliğ edir. A.Bakıxanov bu əsəri yazarkən klassik Şərq ədəbiyyatında bu səpkidə yazılmış bir çox kitabları araşdırmışdır. O, əsərdə bir əxlaq müəllimi kimi faydalı məsləhət və nəsihətləri ilə gəncləri düz yola dəvət edir, onu əməyə rəğbət, dostluğa sədaqət, böyüklərə hörmət, təvaze və ədalətə çağırır. İnsan qəlbini ləkələyən, onu cəmiyyət içərisində xar edən tənbəllik, riya, paxıllıq, nankorluq, yalançılıq kimi alçaq sifətlərdən çəkindirməyə çalışır və öz fikirlərini elmi surətdə, dərin fəlsəfi izah və sübutlarla möhkəmləndirir, bir çox məsələlərdə dünyəvi əxlaq cəbhəsində duraraq ümumbəşəri əxlaq normalarını təbliğ edir.

 “Təhzibül-əxlaq” müəllifin pedaqogika və psixoogiyaya aid elmi və nəzəri məsələləri əhatə edən fəlsəfi əsəridir. “Təhzibül-əxlaq” əsərinin əsas məqsədi gəncləri pis əməllərdən çəkindirmək, onlarda nəcib və gözəl əxlaqi normaları tərbiyələndirməkdir. 

Azərbaycan xalqının ictimai, mədəni, pedaqoji  fikir inkişafı tarixində görkəmli yer tutan böyük simaladan birində A. Bakıxanovdur. O öz dövrünün tanınmış alimi, mütəfəkkiri, istedadlı şairi və ilk Azərbaycan maarifçiliyinin əsas nümayəndəsi idi. XIX əsrin birinci yarısı da yeni maarifçi-realist ədəbi cərəyanın yaranması müəyyən dərəcədə onun adı ilə bağlıdır. Əhatəli dünyagörüşə malik şəxsiyyət kimi Abbasqulu Ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratmışdır. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında onun mühüm xidmətləri vardır.Abbasqulu Aga Bakıxanovun əxlaq nəzəriyyəsi onun insanlığa, vətənə və xalqına olan məhəbbəti, maarifçi və demokratik dünyagörüşü ilə bağlıdır.


Yüklə 35,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin