Mühazirə 4 Təlim prosesi, idraki və psixoloji əsasları, qanunauyğunluqları, prinsip və qaydaları



Yüklə 32,8 Kb.
səhifə1/15
tarix11.05.2022
ölçüsü32,8 Kb.
#57580
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   15
MÜH.4 PED,2022


Mühazirə 4

Təlim prosesi,

idraki və psixoloji əsasları,

qanunauyğunluqları, prinsip və qaydaları

P L A N


1.Təlim prosesinin mahiyyəti

2.Təlim prosesinin idraki əsasları

3.Təlim prosesinin psixoloji əsasları

4.Təlim prosesinin qanunauygunluqları

5.Təlim prosesinin prinsip və qaydaları

Pedaqogika elminin əsasını təlim, təhsil, tərbiyə təşkil edir. Didaktika pedaqogikanın mühüm bir sahəsi olduğundan, həm təlimin, həm də təhsil prosesinin nəzəri əsaslarını, məzmununu, vasitə və metodlarını, təşkili formalarını araşdırır. Didaktika sözü yunancadan “öyrədirəm” olduğu üçün nəyi və necə öyrətməli” anlayışlarını ifadə edir. Müasir dövrdə təhsil-tərbiyə nəzəriyyəsi nəyi və necə öyrətmək problemlərindən başqa həm də nə vaxt, harada, kimi və nə üçün öyrətmək və tərbiyə etmək, inkişaf etdirmək və formalaşdırmaq problemlərini də tədqiq edir.

Didaktikanın obyekti təlim və təhsil prosesidir. Predmeti isə təlim və təhsil prosesinin qanunauyğunluqları, müəllimin öyrətmə və şagirdin öyrənmə fəaliyyətinin qarşılıqlı əlaqəsini, səmərəli yollarını və şərtlərini müəyyən etməkdir.

Didaktika sözünü ilk dəfə alman alimi, pedaqoq Volfqan q Ratke (1571-1635) öz əsərlərində işlətmişdir.

Bu nəzəriyyə iki yerə - ümumi və xüsusi təlim və təhsil-tərbiyə nəzəriyyəsinə, texnologiyasına ayrılır. Ümumi tədqiqat sahəsini təlim və təhsil-tərbiyə hadisələri və prosesləri təşkil edir. Xüsusi tədqiqat sahəsi tədris metodikaları adlanır (hər bir fənnin tədrisinin məzmunu,formaları və metodlarını öyrənir).

Təlim hadisəni, tədris-təlim prosesi isə müəyyən zaman və məkanda təlimin inkişafı ilə əlaqədar olduğu üçün təlim işlərinin ardıcıllığını – sistemini bildirir.

Qədim və orta əsrlərdə təlim prosesi dedikdə tədris başa düşülürdü. XX əsrin əvvəllərində isə təlim anlayışına bu prosesi təşkil edən iki komponent – tədris və öyrənmə daxil edildi. Tədris dedikdə müəllimin fəaliyyətii, öyrənmə dedikdə isə şagirdin fəaliyyəti başa düşülür. Müasir tələblərə görə məktəb şagirdlərə düşünməyi öyrətməli, onları hərtərəfli inkişaf etdirməlidir.

Müasir anlamda təlimin əlamətləri:

- İkitərəfli xarakter

- Müəllimin və şagirdlərin birgə fəaliyyəti

- Müəllim tərəfindən rəhbərlik

-Şagirdlərin təhsil-tərbiyəsini, inkişafını və formalaşdırılmasını planauyğun şəkildə təşkil və idarə etmək

- Tamlıq və vəhdətdə olmaq

- Şagirdlərin yaş inkişafının qanunauyğunluqlarına müvafiqlik

Təlimin üç başlıca funksiyası vardır:

- öyrədici




Yüklə 32,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin