Mühazirə 4 Təlim prosesi, idraki və psixoloji əsasları, qanunauyğunluqları, prinsip və qaydaları


Təlim prosesinin qanunauyğunluqları



Yüklə 32,8 Kb.
səhifə5/15
tarix11.05.2022
ölçüsü32,8 Kb.
#57580
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   15
MÜH.4 PED,2022

Təlim prosesinin qanunauyğunluqları:

  1. ümumi – bütün sistemi əhatə edən qanunauyğunluqlar

  2. xüsusi – sistemin ayrıca komponentinə aid olan qanunauyğunluqlar

Ümumi qanunauyğunluqlar:

  • Təhsil-tərbiyənin məqsədi qanunauyğunluğu

  • Təhsilin məzmunu qanunauyğunluğu

  • Təlimin keyfiyyəti qanunauyğunluğu

  • Təlimin metodları qanunauyğunluğu

  • Təlimin idarə edilməsi qanunauyğunluğu

  • Təlimin stimullaşdırılması qanunauyğunluğu

Tədris prosesində öz təsiri ilə bütün sistemi əhatə edən qanunauyğunluqlara ümumi qanunauyğunluqlar deyilir.

Sistemin ayrıca komponentinə aid edilən qanunauyğunluqlara xüsusi qanunauyğunluqlar deyilir.

Təlim prosesinin aşağıdakı ümumi qanunauyğunluqları vardır:

1) Təhsil-tərbiyənin məqsədi qanunauyğunluğu. Təhsil-tərbiyənin məqsədi cəmiyyətin inkişaf səviyyəsindən və tempindən, təlabat və imkanlarından, pedaqoji elmin və praktikanın inkişaf səviyyəsindən və imkanlarından asılıdır.

2) Təhsilin məzmunu qanunauyğunluğu. Təhsilin məzmunu ictimai təlabatlardan, təhsilin məqsədindən, sosial və elmi tərəqqinin tempindən, məktəblilərin yaş imkanları, təlim, təhsil-tərbiyə nəzəriyyəsi və təcrübəsinin inkişaf səviyyəsindən asılıdır.

3) Təlim keyfiyyətinin qanunauyğunluğu. Təlimin hər yeni mərhələsinin səmərəliliyi əvvəlki mərhələnin məhsuldarlığından. əldə olunmuş nəticələrdən, öyrənilən materialın xarakterindən, həcmindən, şagirdlərin oxumağa qabilliyindən, təlimin müddətindən asılıdır.

4) Təlimin metodları qanunauyğunluğu. Təlim metodlarının səmərəliliyi metodların tətbiqi ilə bağlı bilik və bacarıqlardan, təhsil-tərbiyənin məqsədindən, məzmunundan, şagirdlərin yaşından, öyrənmə imkanlarından maddi-texniki təminatdan və təlim prosesinin təşkilindən asılıdır.

5) Təlimin idarə olunması qanunauyğunluğu. Təlimin mhsuldarlığı təlimdə əks əlaqənin intensivliyindən, korreksiyanın araşdırılmasından asılıdır.

6) Təlimin stimullaşdırılması qanunauyğunluğu. Təlimin məhsuldarlığı təlimin daxili motivlərindən, xarici (ictimai, iqtisadi, psixoloji) stimullardan asılıdır.

Təlimin xüsusi (konkret ) qanunauyğunluqlarının təsiri tədris prosesinin ayrı-ayrı komponentlərinə aid edilir.(yəni təlim sisteminin komponentləri)


Yüklə 32,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin