38-ci Sual. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu


-cı Sual. Azərbaycanın alternativ və bərpa edilən enerji hasilatı sahəsində siyasəti



Yüklə 209,77 Kb.
səhifə3/21
tarix24.12.2023
ölçüsü209,77 Kb.
#191347
1   2   3   4   5   6   7   8   9   ...   21
Dünya iqtisadiyyatı

40-cı Sual. Azərbaycanın alternativ və bərpa edilən enerji hasilatı sahəsində siyasəti
Dövrümüzdə əhalinin sayının kəskin şəkildə artması, iqtisadiyyatın, o cümlədən, enerji tutumu çox olan sənayenin inkişafı, insanların rifah səviyyəsinin yüksəlməsi, məişətdə istifadə olunan elektrik cihazlarına, nəqliyyat vasitələrinə tələbatın artması paralel olaraq enerji daşıyıcılarına olan tələbatı da kəskin şəkildə artırmışdır.Uzun müddətdir ki, dünyada əsas enerji daşıyıcısı kimi kömür, neft və qaz kimi yanacaq növləri işlənmiş, tələbat dünyanın bir çox ölkəsində geniş miqdarda rast gəlinən bu yanacaq növləri ilə qarşılanmışdır. Ənənəvi resursların təbii ehtiyatlarının azalması, ehtiyatların bərpa olunmaması, habelə yanacaq növlərinin qiymətlərinin qeyri-stabil və dəyişkən olması, neft və qaz kimi resursların ölkələrin siyasi və geoloji maraqlarına xidmət üçün təzyiq vasitəsi kimi istifadə edilməsi, bu yanacaq növlərinin istifadəsinin ekoloji tarazlığın pozulmasında mühüm rol oynaması günü-gündən bərpa olunan enerji mənbələrinə marağı artırmaqdadır.Hələ uzun illər karbohidrogen resurslarının yanacaq bazarında və tələbatda mühüm rol oynayacağı və əsas yer tutacağı danılmazdır. Lakin, dünyanın əksər nüfuzlu təşkilatları, mütəxəssisləri karbohidrogen resurslarının enerji bazarında hökmranlığının bir gün başa çatacağını yekdil şəkildə qeyd etməkdən çəkinmirlər.Bərpa olunan enerji mənbələri əsasən "günəş", "külək", "geotermal", "hidroenerji", "biokütlə" və "dalğa" enerjiləri kimi qruplaşdırılır.Bərpa olunan enerjini "təbii mənbələrdən əldə edilə bilən və özünü daim yeniləyən bir enerji mənbəyi" olaraq adlandırmaq mümkündür. Bununla bərabər, bərpa olunan enerji növləri ətraf mühitə zərər verən karbon emissiyalarını azaldılması, yerli mənbələr olduqları üçün idxal edilməyə ehtiyac duyulmaması və bu sayədə enerji məsələsində xaricdən asılılığın azaldılması kimi məqamlar baxımından olduqca əhəmiyyətlidir. Bərpa olunan enerji mənbələrini ənənəvi enerji mənbələrindən fərqləndirən üç əsas amil aşağıdakılardır:

Bərpa olunan enerji mənbələri bu qədər geniş potensiala malik olmasına baxmayaraq, dünyada istehlak edilən enerji növlərinə baxdıqda birinci yeri neft, sonrakı yerləri isə sıra ilə kömür və təbii qaz tutmaqdadır.
Bərpa olunan enerji mənbələrinin ənənəvi enerji resurslarından geri qalmasının səbəbləri:

  • ənənəvi enerji resurslarına tətbiq edilən subsidiyaların davam etdirilməsi;

  • ətraf mühitin çirklənmə xərclərinin ənənəvi enerji resurslarının maya dəyərinə daxil edilməməsi;

  • bərpa olunan enerji mənbələri texnologiyasının ilkin xərclərinin yüksək olmasıdır.

Qeyd etmək lazımdır ki, dünyanın inkişaf etmiş ölkələri tərəfindən bərpa olunan enerji mənbələrindən istifadənin artırılmasına xüsusi diqqət yetirilməkdədir. ABŞ, Çin, Yaponiya, Avropa Birliyinə üzv ölkələr və iqtisadi cəhətdən sürətlə inkişaf edən bir çox dövlət bu sahədə hədəflər müəyyənləşdirmiş, enerji təhlükəsizliyinin təmin edilməsində bərpa olunan enerji mənbələrindən istifadənin rolunu yüksək qiymətləndirdiklərini bəyan etmişlər. Beynəlxalq və regional təşkilatların hesabatları göstərir ki, bu sahəyə ciddi miqdarda investisiya qoyuluşu təmin edilir və enerji sistemində bərpa olunan enerji mənbələrinin payı gündən-günə sürətlə artmaqdadır.


Yüklə 209,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin