38-ci Sual. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu


-ci Sual. Post-Sovet dövründə Azərbaycanda sosial, iqtisadi və siyasi transformasiya



Yüklə 209,77 Kb.
səhifə8/21
tarix24.12.2023
ölçüsü209,77 Kb.
#191347
1   ...   4   5   6   7   8   9   10   11   ...   21
Dünya iqtisadiyyatı

45-ci Sual. Post-Sovet dövründə Azərbaycanda sosial, iqtisadi və siyasi transformasiya

46-cı Sual. Azərbaycan Respublikasının dinlə bağlı siyasəti
Azərbaycan islam ölkəsidir, eyni zamanda dünyəvi dövlətdir. Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır. Yəni dövlət idarəçiliyi və qanunvericiliyi dini prinsiplərə əsaslanmır. Amma bu dövlətin dinə qarşı olduğu anlamına da gəlmir. Əksinə, beynəlxalq hüquq normalarına söykənən Anayasamız millətindən asılı olmayaraq, hər bir vətəndaşın dini etiqad azadlığını tanıyır. Qanunla hər kəsə öz iradəsiylə istədiyi dini seçməyə və azad şəkildə ibadət etməyə icazə verilir. Lakin diqqətə alınmalı mühüm məqamlar da var. Belə ki, ölkəmizdə dini ayrı-seçkiliyi, radikalizmi və s. təbliğ edən dini icmaların və cərəyanların fəaliyyəti qadağandır. Amma bir sıra ekspertlər dini mühitin tənzimlənməsində yalnız qüvvədə olan qanunvericiliyin kifayət etmədiyini irəli sürürlər. Onlar Azərbaycanda xüsusilə son illər müxtəlif dinlərin və cərəyanların yayıldığını nəzərə alaraq dövlətin də dinlə bağlı siyasətinin təkmilləşməsinə ehtiyac olduğunu bildirirlər. İddialar həqiqəti nə dərəcədə əks etdirir? Dövlətin yürütdüyü siyasət dini vəziyyəti tənzimləmək iqtidarındadırmı? Hazırkı yazımızda elə bu mövzunu araşdırmağa çalışdıq. Sualmız isə belə oldu: "Sizcə Azərbaycanda dövlətin apardığı dini siyasət dövrümüzün reallığına cavab verirmi?" hazırda Azərbaycan dövləti tolarantlıq baxımından bütün dinlərə eyni şərait yaratmağa və onlara qarşı heç bir ayrı-seçkilik etməməyə çalışır: "Bu ilk baxışdan çox təqdirəlayiq bir haldır. Nəzərə alsaq ki, Azərbaycan vətəndaşlarının 90 faizindən çoxu müsəlmandır, belə olduqda dövlət tərəfindən islamın xeyrinə pozitiv ayrı-seçkiliyin edilməsi məncə, ciddi bir qəbahət olmayacaq. Düzdür, son dövrlərdə Azərbaycan dövləti tərəfindən islam dininin bayramları olan Qurban və Ramazan milli bayramlar olaraq qəbul edilib və bu bayram günləri rəsmi olaraq qeyri-iş günü elan olunub. Bundan başqa, bir neçə tarixi əhəmiyyətli məscid dövlətin maliyyə dəstəyilə bərpa olunub. Bütün bunlarla yanaşı hesab edirəm ki, Azərbaycan dövləti mövcud cəmiyyətdə dini proseslərə nəzarətetmə siyasətiylə yanaşı, bu prosesləri istiqamətləndirmə siyasəti də güdməlidir. Din insanların mənəvi ehtiyacıdır. Hazırda dünyada, xüsusilə də Qərb dövlətlərində islam dininə maraq gündən-günə artmaqdadır. Son dövrlərdə aparılan tədqiqatlar da göstərir ki, ənənəvi olaraq müsəlman olan azərbaycanlılar arasında öz dinlərini öyrənmək dinamikası artır. İnformasiyanın bol olduğu müasir dövrdə müxtəlif məqsədli məlumatların yayılması imkanının geniş olduğunu nəzərə alaraq hadisələrin inkişaf etməsinə nəzarət etmək çox vacibdir. Əks təqdirdə, cəmiyyətdə zərərli ünsürlərin formalaşması labüd olacaq. Amma bu nəzarət yalnız məhdudlaşdırmaqla mümkün olmayacaq. Cəmiyyətin dini ehtiyacını qarşılayacaq imkanlar da təklif olunmalıdır"."İnam" Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi bildirdi ki, bütün azadlıqlar bir-birinə bağlıdır və bağlılıq onları yaşadır, gücləndirir: "Dini azadlığı insan hüquq və azadlıqlarından kənarda təsəvvür edə bilmirəm. Amma dini siyasətə qatanları da qəbul etmirəm. Dinin siyasətdə istifadə olunması, alətə çevrilməsi bütün tarix boyu qanlı müharibələrlə müşayiət olunub. İstər xristianların səlib yürüşləri olsun, istərsə də müsəlmanların səlibçilərlə döyüşləri. Din siyasətə qarışanda mahiyyətini, eyni zamanda nüfuzunu itirir, onun ilahiliyinə insan müdaxiləsi baş verir. Odur ki, ağıllı cəmiyyətlər dini siyasətdən kənar tutur. Belədə din insanı saflaşdıran, duruldan ilahi bir alət olaraq qalır. Burada yenə Məhəmməd Əmin Rəsulzadənin sözləri yerinə düşür: "Məscidə girən insan siyasət, partiya, ideyanı unutmalıdır və ancaq Allaha dua etməlidir. Ümumiyyətlə, ruhanilər siyasətlə, siyasi mübarizəylə məşğul olmamalıdır, məscid neytral olmalıdır". Eyni zamanda siyasətlə məşğul olanlar, bu anlamda onu yönəldənlər də bilməlidir ki, dini azadlıq da digər azadlıq kimi qorunmalıdır. "Qurani-Kərim"də deyilir ki, hər xalq öz aqibətinə görə məsuliyyəti özü daşıyır. Zülmə dözüb başqasına boyun əyənlər öz bədbəxtliklərini yaxınlaşdıranlardır. Həzrəti peyğəmbərimiz isə belə buyurub: "Bir əmrdə şübhə olursa, ağlınızla həll edin". Odur ki, dini siyasət yönəldənlərimiz elə "əmrlər" verməlidirlər ki, şübhəyə yer qalmasın və hər kəs problemi "öz ağlıyla həll" eləməyə məcbur olmasın".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov dedi ki, Azərbaycan dövlətinin yürütdüyü dini siyasəti beynəlxalq ictimaiyyət müsbət qarşılayır, digər dövlətlərə model kimi tövsiyə edir: "Bu da sübut edir ki, ölkə rəhbərliyinin müəyyənləşdirdiyi dövlət-din münasibətlərini tənzimləmə üsulu özünü tam doğruldur. Bunu dini əqidəsindən asılı olmayaraq, bütün vətəndaşlarımız gündəlik həyatlarında da hiss edirlər. Üstəlik ölkəmizi yaxından öyrənən xarici ekspertlər, din siyasəti ilə məşğul olan elmi araşdırmaçılar, nazirlər, politoloqlar, ilahiyyatçılar, qafqazşünaslar da Azərbaycanın dövlət-din münasibətləri modelini digər ölkələrə nümunə göstərirlər".

Yüklə 209,77 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin