38-ci Sual. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu


-ci Sual. .Din xarici ölkələrin təsir vasitəsi kimi



Yüklə 209,77 Kb.
səhifə9/21
tarix24.12.2023
ölçüsü209,77 Kb.
#191347
1   ...   5   6   7   8   9   10   11   12   ...   21
Dünya iqtisadiyyatı

47-ci Sual. .Din xarici ölkələrin təsir vasitəsi kimi
Din – üzvlərinə bir bağlılıq məqsədi, fərdlərin hərəkətlərinin fərdi və ictimai nəticələrini mühakimə edə biləcəkləri bir davranış qaydaları bütünü və fərdlərin qruplarını və kainatı açıqlaya biləcəkləri bir düşüncə çərçivəsi verən bir düşüncə, sistemidir. Din – Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir. Tanrısız dinlər də vardır. Buddizm onlardan biridir. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. "Sivilizasiyalar toqquşmasının" hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilmişdir.
Din dünya gerçəkliyini dərk etməyə aparan yoldur. Dinin yolu böyük, cığırları çoxdur. Dünya əhalisi müxtəlif dinlərə etiqad edir. Bu dinlərin bəzilərinin öz peyğəmbəri, öz ənənələri, müqəddəs kitabları var.Dinlər yalnız bir ölkə, bir xalqın yaşadığı ərazidə deyil, müxtəlif ölkələrdə yayılmışdır.Azərbaycan demokratik ölkədir. Ölkəmizdə İslam dini ilə yanaşı, müxtəlif dinlərə etiqad edən insanlar da yaşayırlar.Qədim İpək yolunun üzərində yerləşən və Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan torpağı tarix boyu müxtəlif dinlərin qovuşduğu bir məkan olmuşdur. Belə bir şəraitin mövcud olmasında Azərbaycanın tarixi inkişafı, coğrafi mövqeyi, əhalisinin tərkibi və s. səbəblər böyük rol oynamışdır. Azərbaycanda tarixən şamanlıq, zərdüştlük kimi çoxallahlı dinlərlə yanaşı, islam, xristianlıq və yəhudilik kimi təkallahlı dinlər də olmuşdur. Azərbaycanda dini dözümlülüyün tərbiyə edilməsində islamın böyük rolu olmuşdur. Hüquq cəmiyyətdə nizam təsis edən və cəzasını ictimayyiyə vicdanının reaksiyasında və bu reaksiya əks etdirən dövlətin maddi icbari qüvvəsində tapan qaydalar nizamnaməsidir. Yılmaz Günəşə görə hüqüq cəmiyyətdə fərd və fərd cəmiyyət əlaqəsini bir başa təsir edən bir dəyərdir hüquq fərd və cəmiyyət baxmindan insanların hərəkət və davranışlarnı idarə edən dəyərlərdir. Hüququn din ilə əlaqəsi qanun və nizam fikirindən qaynaqlanır hüquq varlğın ümumi nizam və insanın buna tabe olan Əqli Səlim nöktələrindən din ilə birləşdirən amil ağıldır.
İslam təbiəti və təbiət qanunlarını bir nümunə və əksər hallarda bir ölçü olaraq götürmüşdür, çünki onlar da Allahın adətdir, ancaq insan daha yuxarıda olduğu üçün təbiəti və təbiət qanunlarını İlahiləşdirə bilməz onlara əsir ola bilməz onları bir-birinə istifadə edə bilməsi də bunu göstətir. İslam hüququnun hədədfi, fərd, cəmiyyət mənfəətlərini qarışdırmadan tarazlıq içində qorumaq haqqın yerini tutmasını ədalətin həyata keçməsini təmin etməkdi. Dünyada təxminən 124 dindən çox din var.Amma ən məşhur dinlər bunlardır.İslam,Xristianlıq,İudaizm,Atəşpərəstlik, Şamanizm,Bəhai dini,Buddizm,Hinduizm,Çaynizm,Şintoizm,Sunda Vivitan,Ateizm.

Yüklə 209,77 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin