38-ci Sual. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu


-cı Sual. MDB və Azərbaycanın milli maraqları



Yüklə 209,77 Kb.
səhifə21/21
tarix24.12.2023
ölçüsü209,77 Kb.
#191347
1   ...   13   14   15   16   17   18   19   20   21
Dünya iqtisadiyyatı

60-cı Sual. MDB və Azərbaycanın milli maraqları
Azərbaycan müxtəlif regional və qlobal səviyyəli beynəlxalq təşkilatlarda fəal təmsil olunur. Respublikamızın milli və dövlət maraqlarının daha dolğun ifadəsinə və təmininə xidmət edən beynəlxalq əməkdaşlığın bu forması ölkəmizin xarici siyasət kursunun əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan üzvü olduğu təşkilatların işində fəal iştirak etməklə yanaşı, eyni zamanda, dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığı da genişləndirir. Müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrini möhkəmləndirən Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində fəaliyyəti də böyük önəm daşıyır. Qeyd etdiyimiz kimi, Azərbaycan fəal aktor kimi MDB çərçivəsində əlaqələrdə aktiv iştirak edir. Doğrudur, ölkəmizin xarici siyasətinin əsas istiqamətini Avroatlantik məkana inteqrasiya təşkil edir. Lakin buna baxmayaraq, respublikamız MDB ilə münasibətlərin yaratdığı perspektivlərdən də yararlanır. Məlum olduğu kimi, Azərbaycan bir çox postsovet ölkələri ilə səmimi dostluğa və qarşılıqlı maraqlara əsaslanan ikitərəfli siyasi, iqtisadi, mədəni, humanitar əlaqələr qurub. Bu əlaqələrin təşkilat çərçivəsində də davam etdirilməsi qarşılıqlı etimadın artmasına müsbət təsir göstərir. Ölkəmiz müntəzəm surətdə təşkilatın dövlət və hökumət başçıları, xarici işlər nazirlikləri və digər səviyyələrdə keçirilən iclaslarında iştirak edir. Belə toplantılar çərçivəsində müzakirə olunan məsələlər, ikitərəfli görüşlər münasibətləri daim yüksək səviyyədə saxlamağa kömək edir. Təşkilatın Azərbaycanda görülən işlərə, ölkədə gedən proseslərə obyektiv münasibət sərgiləməsi Azərbaycan-MDB əlaqələrinə müsbət təsir göstərir. Təşkilatın işlərində yaxından iştirak edən bir ölkə olaraq Azərbaycan, heç şübhəsiz, ölkəmiz üçün prinsipial əhəmiyyət kəsb edən məsələlərdə qurumdan daha adekvat reaksiya gözləyir.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli regional önəm daşıyırƏrazisinin 20 faizi işğal altında olan bir dövlət kimi təhlükəsizlik və müdafiə məsələləri Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir. Eyni zamanda, istənilən hökumətlərarası beynəlxalq təşkilatın fəaliyyəti quruma üzv olan dövlətlər arasında stabil qarşılıqlı əməkdaşlıq və mehriban münasibətlər olduqda daha səmərəli və uzunömürlü ola bilər. Bu nöqteyi-nəzərdən, MDB-nin də fəaliyyətinin effektliliyi qurum daxilində mövcud olan siyasi, iqtisadi münasibətlərin inkişaf səviyyəsindən, qarşılıqlı etimad mühitindən xeyli dərəcədə asılıdır. Heç kəsə sirr deyil ki, keçmiş SSRİ-nin dağılması ərəfəsində bir sıra regionlarda alovlanan münaqişə ocaqları bu gün hələ də qalmaqdadır. Xüsusən də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükə daşıması baxımından tezliklə ədalətlə həll edilməsi vacib olan məsələdir. Bildiyimiz kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan bu münaqişədə Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal olunub, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, ölkəmizə yüz milyardlarla dollar məbləğində maddi zərər dəyib. Hazırda, Ermənistanın işğal altındakı ərazilərdə yeritdiyi talan siyasəti dəyən zərərin miqdarını və miqyasını genişləndirir. slam Konfransı Təşkilatının Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmasını tələb edən qərar və qətnamələrinin qəbulunda iştirak ediblər. Bu fakt da üzv ölkələrin Ermənistanın işğalçı siyasətinə mövqeyini ifadə edir. Təşkilatın fəaliyyətində ən aparıcı rol oynayan ölkə olan Rusiyanın, eyni zamanda, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olduğunu nəzərə alsaq, Azərbaycan ictimaiyyəti MDB-dən məsələ ilə bağlı daha qətiyyətli mövqe gözləməkdə haqlıdır. Belə ki, təşkilata üzv ölkələr tərəfindən Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad edilməsini, məcburi köçkünlərin yurd-yuvasına qayıtmasının təmin edilməsini tələb edən qətnamənin qəbul edilməsi işğalçı Ermənistana beynəlxalq təzyiqin artırılması baxımından təsirli ola bilərdi. İşğalçı ölkənin üzv olduğu qurum daxilində ciddi təzyiqlərə məruz qalmadan fəaliyyət göstərməsi isə digər beynəlxalq təşkilatlar kimi MDB-nin də nüfuzuna zərbədir. Münaqişənin tezliklə ədalətli həlli isə beynəlxalq hüququn tələblərinin, habelə insan haqlarının müdafiəsinin reallıqda əksini tapması baxımından əhəmiyyətlidir. Bu, həm də regiondakı digər münaqişələrin də həllində stimulverici amil kimi çıxış edə bilər.
Bu baxımdan, bu günlərdə Bakıda keçirilən MDB-nin iştirakçısı olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası üzv dövlətlər arasında hərbi münaqişələrin tezliklə aradan qaldırılmasının zəruriliyini bir daha göstərmiş oldu. Çünki hərbi əməkdaşlıq üçün ilk növbədə, tərəflər arasında sülh və qarşılıqlı etimad olmalıdır. Azərbaycan beynəlxalq təhlükəsizliyə və terrorizmlə mübarizəyə töhfələr verən bir ölkə olaraq, etibarlı hərbi tərəfdaş kimi özünün müsbət beynəlxaq imicini formalaşdırıb. Ermənistan isə yalnız Azərbaycan torpaqlarının işğalından əl çəkməklə MDB çərçivəsində konstruktiv hərbi əməkdaşlıqda maraqlı olduğunu göstərə bilər.

Yüklə 209,77 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin