38-ci Sual. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu


-cü Sual. Azərbaycan-Avropa Şurası münasibətləri



Yüklə 209,77 Kb.
səhifə14/21
tarix24.12.2023
ölçüsü209,77 Kb.
#191347
1   ...   10   11   12   13   14   15   16   17   ...   21
Dünya iqtisadiyyatı

54-cü Sual. Azərbaycan-Avropa Şurası münasibətləri
Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 18 il keçir. Azərbaycanın dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan Avropa Şurasına üzv olaraq qəbulunun ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin formalaşmasında önəmli rolu danılmazdır.Müstəqilliyinin ilk illərində ağır daxili və xarici böhran yaşayan Azərbaycan bu beynəlxalq təşkilata tamhüquqlu üzv olmaq üçün çətin yol qət edib. 1992-ci il yanvarın 24-də Azərbaycan parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib və Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi məhz həmin dövrdən başlayır.Tarixi yolların qovuşuğunda yerləşən ölkəmizin Avropa Şurasına qəbul olunması həm Azərbaycan, həm də bu təşkilat üçün çox mühüm hadisədir. Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilir və 2001-ci il yanvarın 25-də Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilir. Məhz həmin dövrdən qurumun binasının qarşısında dövlətimizin bayrağı dalğalanır. Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndəliyi isə İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak edib və ölkəmizin bu uğuru heç şübhəsiz ki, tarixi əhəmiyyətlidir. Ümummilli Liderin dediyi kimi, “Tarixi yolların qovuşuğunda yerləşən ölkəmizin Avropa Şurasına qəbul olunması həm Azərbaycan üçün, həm də bu təşkilat üçün çox mühüm hadisədir”. Bu gün Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq yüksək səviyyədədir və qurum tərəfindən bu əməkdaşlıq yüksək qiymətləndirilir. Çünki, ölkəmiz bu quruma üzv olduğu vaxtdan indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlar qazanıb və bu qurum tərəfindən də təsdiq olunub. Heç şübhə yoxdur ki, hazırda Azərbaycan Avropa Şurasının insan haqlarının qorunması, demokratiyanın daha da inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərilməsi, beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsi kimi prinsiplərini rəhbər tutaraq bu qurumla əməkdaşlığı dinamik şəkildə inkişaf etdirir. Avropa Şurasının tamhüquqlu və fəal üzvü kimi bu əməkdaşlığı gündən-günə gücləndirən Azərbaycan Şuranın insan haqlarının qorunması, demokratik proseslərin inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərilməsi, beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsi kimi prinsiplərini hər zaman rəhbər tutur.
Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv seçildikdən sonra bu qurumla əlaqələrin genişləndirilməsi istiqamətində önəmli addımlar atılıb. Heç də təsadüfi deyil ki, 2003-cü il yanvarın 27-də AŞPA Bürosunun iclasında Azərbaycan Respublikasının Assambleyadakı nümayəndə heyətinin rəhbəri İlham Əliyev Büronun üzvü və AŞPA-nın vitse-prezidenti seçilib.
İlk sessiyadan başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin avropalıların diqqətinə çatdırılması ölkəmizin ən boyük uğurudur
Ölkəmizin Avropa Şurası kimi mötəbər bir təşkilata bərabərhüquqlu üzv kimi qəbul edilməsinin əhəmiyyətindən danışarkən xüsusilə vurğulamaq yerinə düşərdi ki, elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələri avropalıların diqqətinə çatdırılır. Xüsisilə qeyd etmək lazımdır ki, sessiyada 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımının tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılıb. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, Ermənistanda və işğal altıdakı Azərbaycan torpaqlarında uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla 783 azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər vurğulanıb. Sadalanan faktların sənədlərdə yer alması ölkəmizin uğuru və nailiyyətidir.
Avropa Şurasında bu günə qədər əldə edilən uğurlar və Azərbaycanın Avropaya inteqrasiya proseslərində iştirakı ölkəmizin bu beynəlxalq təşkilat ilə əlaqələrinin mühüm əhəmiyyət kəsb etdiyini təsdiq edir. Hazırda Azərbaycan Avropa Şurasının insan haqlarının qorunması, demokratiyanın daha da inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərilməsi, beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsi kimi prinsiplərini rəhbər tutaraq bu qurum ilə əməkdaşlığı dinamik şəkildə inkişaf etdirir.

Yüklə 209,77 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin