2 Nİzami GƏNCƏVİ



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə12/23
tarix29.12.2016
ölçüsü2,76 Mb.
#3863
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

İSKƏNDƏRİN NÜŞABƏ İLƏ

MƏCLİSDƏ OTURMASI 

Dur, saqi, şərabdan bir qədəh gətir! 

O qızıl çiçəkdən bir fərəh gətir! 

Üzümün rəngini şərabla bir tut, 

Yaquta bənzətmə, qıl tam bir yaqut! 

Firidun şənliyi, Cəmin novruzu 

Üzlərdən silmişdi kədəri, tozu. 

İskəndər şövkətli taxta oturdu, 



                                                                                                            

228


Önündə padşahlar boynunu burdu. 

                                                                                                            

229


Oxuyub çalanlar, şərab və qədəh 

O gözəl məclisə verirdi fərəh. 

Nüşabə naz ilə hey qədəh alar. 

Ortada gəlinlər qol-qola oynar. 

Məclisdə Feyləqus oğlu İskəndər 

O pəri qızlara salmadı nəzər. 

Birinci, nəfsini oda salmazdı. 

İkinci, hərəmdə ov ovlamazdı. 

Başçılar məclisdə ağır oturdu, 

Padşaha hörmətçin mərd kimi durdu. 

Göy soyuq, günəşin xeyməsi ocaq, 

Yer quru, Cəmşidin yastığı yumşaq

192



Günəş Dəlv bürcündən çıxdı qırağa, 



Girdi Hut bürcünə balıq tutmağa

193


Pul-puldur dağların ətəyi, qəlbi 

Buzlanmış balığın arxası kimi. 

Qurd gözlü qasırğa kəsir nəfəsi, 

Kürkçünün zəhmətə artmış həvəsi. 

Maralın kök budu buzdan qorxaraq, 

Aslan sağrısını etmişdi sığnaq. 

Buzlamış ceyranın kabablıq budu 

Suların bağrına hey duz vururdu

194


Buludlar o qədər sıx kafur saçmış, 

Çinarın qolları ağ çiçək açmış

195


Bənövşə qönçəsi tumurcuq ikən 

Bahar yarpağıtək qar gəlir göydən. 

Olmuş gül ağacı yeldən hamilə, 

Qarnını doldurmuş çiçəklər ilə. 

Ağzını açmadan buzlu nəhrlər, 

Otların dodağı süd ətri verər. 

Yadlardan gül üzə pərdə çəkəli, 

Bülbülün təblini yırtmış dan yeli. 

Bülbültək bardaqlar gəlmiş fərəhə, 

Kəkliktək ağzından düşməz qəhqəhə. 

İçənlərin üzü meydən alıb rəng 

Qızarmış, tərləmiş gül yarpağıtək. 

İskəndər əmr etdi: "Şənlik eşqinə 



                                                                                                            

230


Məclisdə bir alov parlasın yenə.” 

Yenidən yaraşıq, bəzək vuruldu, 

Cənnətə bənzər bir məclis quruldu. 

Məclisdə gül kimi bir atəş yanır, 

Qibtədən güllərin qəlbi dağlanır. 

Odlu tikan tutmuş əldə sarı gül, 

Bu, Zərdüşt odunun tikanı deyil. 

O müşkin kömürdən axan şölələr 

Daşlara əks edən gövhərə bənzər. 

Qara rəng kömürlər ki, alovlanır 

Xəzinə üstündə yatan ilandır. 

Ya qoca insafsız, rəhmsiz məcus 

Əmr etmiş həbəşi qarət etsin rus

196


Hindistandan gəlmiş bir nəfər cadu 

Xırmana vurar bir arpadan odu. 

Müğ arpa yerinə əkmiş ərğəvan, 

Bənövşə düşürmüş biçdiyi zaman

197


Həbəş müşk aparmış Mazandarana, 

Yerinə saf qızıl vermişdir ona. 

Ev hindli qadından qana bürünmüş, 

Abinus qırmızı söyüdə dönmüş. 

Səqlablı atını çapmışdır Çinə, 

Bərtasdan bir samur kükrəmiş yenə. 

"Bilal"da çıxarmış gözəl bir səda, 

Həbəşdə yaşarkən səs verir Rumda. 

Onun şən səsinə qara zəncilər 

Qəlbindən qan tökür, gözündən zəhər. 

Qara qamışlıqdan çıxmış bir aslan, 

Uzun barmaqları alovlu oxdan. 

Katibin dalından göyərmiş qələm, 

Barmağında müşkin qələmlər möhkəm

198


Bir atlaz satandır, oturmuş çox şən, 

Geyimi qoca bir qadın külündən. 

Bir çox ip əyirmiş toxunsun palaz, 

Palazın yerinə tapmışdır atlaz. 

Kimyagərdir bu, kürəsi yanar, 

Dəmiri ataraq saf qızıl alar. 


                                                                                                            

231


Alovlar qızıldan qurmuş bir iksir, 

Öz ətəklərinə saf qızıl səpir. 

Alovu bürüyən sıx-sıx tüstülər 

Neylufər gülünün zülfünə bənzər. 

Reyhanla bəzənmiş saxsı güldandır, 

Ancaq bu, meşədən çıxan reyhandır

199



Od deyil, Cəmşiddən qalma bostandır, 



Günəş xonçasında kökə yapandır. 

Ağ-qara cövhəri parladandır bu, 

Müğlərin yoldaşı - hirbüdün dostu! 

Yeni bir qönçədir, yediyi tikan, 

Cövhəri qədimdir, görüşdə cavan. 

Qış vaxtı yoxsula şən nəğmə söylər, 

Qonşuya qazandan elçilik elər. 

Sazının telləri edər zümzümə, 

Zərdüştün Zəndindən xoşdur bu nəğmə! 

Zənd ilə Zərdüştü yaxan atəşi 

Yaxmışdır dünyanın böyük günəşi. 

Al gül yarpağıdır sərv budağında, 

Ötər kəklik, turac sol və sağında. 

Qırmızı mərcandan ucalmış çinar. 

Başında "ququ"tək kəkliklər ağlar: 

Ördəyə başında yer versə çinar, 

Köksündən acı bir sızıltı qopar. 

Ördəyin vücudu suyun düşgünü, 

Atəşə girərsə qaralar günü. 

Bu bağda coşaraq ötüşər quşlar, 

Hər quşda başqa səs, başqa ahəng var. 

Setarla çalınır sanki hər nəğmə, 

Şərqidən yüz kərə gözəl zümzümə. 

Ciyər duz yedikcə hey qanı damır, 

Duzun da həsrətdən bağrı qavrılır. 

Dişlərə sirr açır şəkərburalar, 

Yedikcə insanın həvəsi artar. 

Qan daman kababın qoxusu ənbər, 

Müşkiylə bəslənmiş aşlar, yeməklər. 

Hər çeşid mürəbbə, turşu, meyvə var, 



                                                                                                            

232


Limon və portağal, narınc ilə nar. 

Çalanın Zöhrətək oynayır qəlbi, 

Kuzələr parıldar Müştəri kimi. 

O gülgün şərab ki, dilbərdən dilbər, 

Dünyadan dünyaca qaldırmış kədər. 

Hamının keyfi saz, səsləri yumşaq, 

Yalnız saz kəskindir ötsə də şaqraq. 

Orda bişmiş idi yoldaşlar tamam, 

Bircə şərab idi, ortalıqda xam. 

Yarım sərxoş idi böyük hökmüdar, 

Çənginin əlində çəng sutək axar. 

Çəng səsi, mey, reyhan, qızarmış quşlar, 

Dar gözlü sənəmlər, sıxı ağuşlar. 

Kimdir həyatından belə kam alan? 

İskəndərə məxsus bu şərəf, bu şan. 

İskəndər eşqinə müştəri üzlər 

Küpləri boşaltdı gündüzə qədər. 

Elə ki, gündüzün yarısı keçdi.. 

Fələk də kürənin nisfini biçdi. 

İskəndər əmr etdi xəzinədara: 

"Xoş gəldin edilsin bu qonaqlara! 

Xalvarla gətirsin qızıl və bəzək. 

Dəvələr yüküylə atlaz və ipək. 

Bir alay həbəşi şux xidmətçilər. 

Boyları sərv kimi, görüşü dilbər. 

Nə müşkə çəki, nə tirməyə daş var, 

Baxdıqca insanın gözü qamaşar. 

Dəyərli üzüklər, zümrüd, firuzə, 

Brilyant, daş-qaşlar gülümsər üzə. 

Qızıldan parlaq tac - zümrüd naxışlı,, 

Gövhərlə işlənmiş naxışlı, daşlı. 

Ətəyi kafurla dolu bir qumaş, 

Üstündə parlayır dəyərli daş-qaş. 

Kəcavə qatırda zərdi, zivərdi, 

Kəcavə çəkənlər qızıl kəmərdi. 

Bu qədər zər, zivər, dövlət, yatır var, 

Verdi Nüşabəyə xəzinədarlar. 


                                                                                                            

233


Nüşabə geyindi şahanə xələt, 

Necə ki, günəşdən ay alır zinət. 

Yenidən əmr etdi böyük İskəndər: 

"Hədiyyə alsın hər pəriüz dilbər!" 

Verildi adına görə hədiyyə, 

Burda geysin deyə, aparsın deyə. 

O qədər yükləndi hər gözəl pəri 

Çəkə bilməyirdi zəri, zivəri. 

Təşəkkür edərək öpdülər yeri, 

Sevinclər içində döndülər geri. 

Gövhər toplayınca uca mədəndən, 

Axıcı xəznətək döndülər şən-şən. 



İSKƏNDƏRİN ƏLBÜRZ  

DAĞINA GETMƏSİ 

Ey saqi, qırmızı süddən ver ki, hər 

Civəyə əks etsə, ona can verər. 

Ver mənə, dönmüşdür qanım civəyə, 

Söz düzüm dırnaqdan keçən riştəyə

200


Ey şəfəq sökmədən oyanan himmət, 

Yenə söz saçmağa etmişəm niyyət. 

Bu qızıl sözlərlə bir gövhər qurum, 

Əlaltı başları daşlara vurum. 

Qızılda varmıdır o güc, parıltı. 

Mən kimi dindarı etsin əlaltı? 

Bəzəkçün yaranmış bu qızıl, gövhər 

Bənd olsun, zəncirdir, qəm, kədər verər. 

Qorxaraq əyridən, quldur, oğrudan 

Varlılar qızılı gömər hər zaman. 

Yoxsul ki, hər zaman qızıl düşünər, 

Bu istək ona da xəzinə verər. 

Indi ki, qızıldan ucadır istək. 

Ən yoxsul, ən zəngin kimsədir, demək. 

Bu dünya olmuşdur yoxsul dünyası, 



                                                                                                            

234


Həm özü məsuddur, həm əqrəbası. 

Qorxusuz və rahat yaşar hər zaman, 

Çəkinməz quldurdan, qorxmaz oğrudan. 

Düşüncə, kədərdir çox sərvət, çox var, 

Dünyası az olan olur bəxtiyar. 

Tarixə dəyərli gövhər düzənlər 

Gövhərli xəznədən belə nəql elər: 

O Cəmşid idraklı aldıqca fərəh 

Nüşabə eşqinə qaldırdı qədəh. 

Gül ilə, mey ilə verdi əl-ələ, 

Neçə gün keçirdi sərkərdələrlə. 

Iş görmək fikriylə bir gün oturdu, 

Bahardan bəzəkli bir məclis qurdu. 

Çəkdi o məclisə elə bir hasar 

Bürcündə görünməz oldu ulduzlar. 

Baş sərkərdələri eylədi dəvət, 

Hörmətli yer verdi, göstərdi şəfqət. 

Şən məclis qurdu bu sınanmış ərlər, 

Padşahın ağlından aldılar bəhər. 

Fikrini açmaqdan durmadı geri, 

Bütün istəyini sürdü irəli: 

"Könlümə qonmuşdur belə bir həvəs, 

Sizdən başqasıyla almayım nəfəs. 

Sizin rəyinizlə istərəm ancaq 

Dünyanı mən qarış-qarış dolaşmaq. 

Ruma dönmək idi fikrim, nə etmək, 

Atın cilovunu çevirdi fələk. 

Əzm etdim ki, Ruma çevirməyim üz, 

Ölkələr dolaşım gecə və gündüz. 

Şən, uçuq yerlərdə gəzim hər yanı. 

Əlimə keçirim bütün dünyanı. 

"Səncab" ölkəsinin başında durum, 

"Səqlab" gümüşünə sikkəmi vurum. 

Ölkələr, torpaqlar dolaşmaqla mən 

Öyrənim xalqlardan hansıdır çox şən. 

Alım bu şənlikdən faydalı bəhrə, 

Çünki təsir edir dəmir dəmirə. 


                                                                                                            

235


Birinci yürüşdə istəyim ancaq 

O qoca Əlbürzə kəsmə yol açmaq. 

Dağları, çölləri aşıb keçərək, 

Sonra da dənizə səyahət etmək. 

Xəzər dənizinə durum baxım mən, 

Damlalar çiləyim suya qədəhdən. 

Ordumla sahilə çıxınca artıq 

Bir həftə ovlayım quş ilə balıq. 

Sonra da baxaram əzmim nəyədir, 

Zəmanə o zaman bir yol göstərir. 

Bu işlər olurmu fikrinizlə saz? 

Dövlət doğrulardan boyun qaçırmaz." 

Başçılar yer öpdü: "Sizindir əmr, 

Bizim fikrimizdir şah tökən tədbir. 

Baş qoyarıq, hara qoysanız ayaq, 

Əmriniz hər başa bir tacdır parlaq. 

Suda, ya atəşdə yer varsa, yenə

Fikrimiz baş əyər hər bir əmrinə. 

Atsanız yerə ən uca dağlardan, 

Qorxusuz düşərik yerə hər zaman. 

Şahdan bir yol seçmək, bizdənsə ancaq 

Padşahın əmrinə boyun qatlamaq". 

Bu sözdən ürəyi olunca rahət, 

İskəndər onlara etdi çox hörmət. 

Yola çıxmaq üçün gördü hazırlıq, 

Açdı xəznələrin ağzını artıq, 

Ordunu gövhərlə elə doyurdu, 

Onları cəvahir daşımaq yordu. 

Öz kəskin ağlıyla qabağı görən 

Qorxaraq çəkindi yaman gözlərdən. 

Xəzinə yükləndi, yol aldı, ancaq 

Yollarda çətindi onu daşımaq. 

Dağlara qaldırmaq çətin olurdu,- 

Xəzinə çəkirdi göylərə ordu. 

Belə bir fikirə gəldi İsgəndər, 

O köhnə top üçün düzəltsin çənbər. 



                                                                                                            

236


Yerləri öyrənsin o, mənzil-mənzil. 

Quru nə qədərdir, dəniz neçə mil. 

Bilsin yer üzündə uca, alçağı, 

Enə və uzuna ölçsün torpağı. 

Ədldən, zülümdən tutaraq xəbər 

Hər yoldan azana olsun bir rəhbər. 

Hər zülmü ədlilə yusun dövrandan. 

Qurtarsın hər azad xalqı bu qandan. 

Hər qorxulu yerə çəksin bir hasar, 

Hər yerdə bir hünər eyləsin izhar. 

"Yollar çox uzaqdır" deyə düşündü, 

Yollarda təhlükə, qorxu göründü. 

Hədərə getməsin çəkdiyi zəhmət, 

Xəzinə olmasın düşmənə qismət. 

Gördü ki, talandan varlanmış əskər, 

Varlandıqlarından qorxdu İskəndər. 

Birinci, çalışmaz varı olanlar, 

Əlindən var-yoxu getməkdən qorxar. 

Ikinci, qarşıya çıxsa ac, bəlli, 

Qılıncı endirər o iki əlli. 

Sınaqlı kəslərdən böyük İskəndər 

Özüylə almışdı yüz on üç nəfər. 

Hamısı şahanə məclisin qəlbi, 

Hər işdə ağıl və tədbir sahibi. 

Sınaqdan Bəlinas hamıdan yaşlı, 

Hamıdan bilikli, hamıdan başlı. 

Ən çətin işlərə onu çəkərdi, 

O da ən ağıllı tədbir tökərdi. 

Xəzinə və yolun çətinliyindən 

Söz açdı ona hər uzağı görən. 

Bəlinas söylədi hey düşünərək: 

"Xəzinə torpağa gömülsün gərək! 

Ordu da padşahı təqlid eləsin, 

Bir xarabalıqda malı gizləsin. 

Bilinsin xəzinə gizlənən məkan, 

Hər kəs öz varına qoysun bir nişan. 

O uzaq yollardan qayıdan zaman 

Hər kəs qoyduğundan tapsın bir nişan. 



                                                                                                            

237


Tanısın qoyduğu nişanı hər kəs, 

Etsin öz malını almağa həvəs." 

Bu fikri İskəndər irəli sürdü. 

Ordunun xeyrini bu işdə gördü. 

Torpağa gömdü öz xəzinəsini, 

Nişanla bərkitdi dörd dövrəsini. 

Əmr etdi, basdırsın sərvəti olan, 

Qəlbindən silinsin qorxu və duman. 

Dağlarda, daşlarda hamı yer-yerdən 

Daş-qaşı gömərək döndülər şən-şən. 

Hər kim ki, xəzinə və sərvət qoydu, 

Üstündə bir nişan və surət qoydu. 

Beləydi ruzgarın fəndi, oyunu, 

Başqa bir xəyala çevirdi onu. 

Ayrı bir tərəfdən Ruma yol aldı, 

Xəzinə o yerdə gömülmüş qaldı. 

O qədər saz idi ordunun halı

Ehtiyac görmədi alsın o malı. 

Açıqda o qədər tapdılar dövlət, 

Gizlənən sərvətə olmadı rəğbət. 

Səfərdən Yunana basarkən ayaq, 

Dünya işlərindən oldular uzaq. 

Tikdilər məbədçin ən yüksək bina, 

Oldu hər kəs üçün ibadətxana. 

Deyrə vəqf edildi gömülən sərvət, 

Hər kişi verdi baş rahibə bir xətt, 

O xətlə tanrıya, dinə inanan 

Axtarıb tapsın hər sərvətdən nişan. 

O monastırlarda indiyə qədər 

Gömülən sərvətdən qalır sənədlər. 

Bunu dini bir borc bilənlər, əlbət, 

Məbədə ürəkdən göstərir xidmət. 

Sənəddən birisi verilir ona, 

Düşür o sərvəti tapmaq yoluna. 

Xəzinə açanın gəlsə müъdəsi. 

Alar hər xəznədən ayaq kirəsi. 

Mənə bəxtim ayaq kirəsi vermiş, 

Ayağım xəzinə-içinə girmiş. 



                                                                                                            

238


                                                                                                            

239


İSKƏNDƏRİN DƏRBƏND  

QALASINI ALMASI 

Dur, saqi, mey gətir, versin mənə naz, 

Gəncliyi qaytarar, insan qocalmaz. 

Əlimdən çıxmışdır bu iki dövlət. 

Edirəm küpdəki qana qənaət. 

Kim istər yaxşı ad keçirsin ələ

Gərək bu qapıda olsun bir kölə. 

Qoysun yaxşılıqda elə təmiz ad, 

Bununla sonunu eləsin abad. 

Vücuda geyinsin belə bir köynək, 

Saxlasın bəladan onu zirehtək. 

Hər kim öz sonundan yaxşılıq umar, 

Gözəl addan başqa gözəl admı var? 

Durma, sən ey uca ad-san bəyənən. 

Dünyada yaxşı ad almaq istəsən, 

Geyin, yaxşılıqla bir donu parlat, 

Başqa əlbəsəni yaxşılıqla sat. 

Görməyirsənmi bu müşkü hər zaman 

Qara bir ipəkdə saxlayır satan? 

Bu yeni xəyala bəzək vuranlar 

Ən gözəl adlardan daim dəm vurar: 

Gözəl ad çıxardı böyük İskəndər. 

Ondan fayda gördü, dərdi çox bəhər. 

Yaxşılarla durdu, oturdu hər an, 

Yanına yol tapa bilməzdi yaman. 

Şahlardan ziyadə böyük İskəndər 

Məzluma daha çox salırdı nəzər. 

Hər yerdə bir zahid görsəydi, xəlvət 

Çapardı yanına, edərdi hörmət. 

Hər yerdə çətin-bir döyüş başlardı, 

Zahidlərdən kömək, himmət umardı. 

İskəndər onunçun üstün gəlirdi, 

Daşı firuzədən seçə bilirdi. 


                                                                                                            

240


Onunla bərabər çarpışan ordu 

Bu işdən incidi, üzünə durdu 

Dedilər ona: "Ey dünya sarsıdan, 

Sən dövlət işinə çalış hər zaman. 

Ordudur qazanan uğurlu zəfər, 

Sən ancaq zahidə salırsan nəzər. 

Dünyanın açarı qılıncdır, əlbət, 

Bu zahid kəslərlə nədir bu ülfət? 

Zəfərə silahsa zöhd ilə himmət. 

Bu nöqsanımızı bizə də öyrət. 

Döyüşçün çaparkən bu meydanlara 

Biz də zahidlərdən istəyək çara?" 

İskəndər dinlərkən əskər sözünü, 

Dinmədi, saxladı bundan özünü. 

Faydalı görünməz tez cavab vermək, 

Hər cavab vaxtında verilsin gərək. 

Elə ki, Əlbürzə yol aldı ordu, 

Hər yerdə şahdan bir nayib oturdu. 

Bu çətin yollarda heç yorulmadan 

Ovçu aslan kimi keçdi Şirvandan 

Açaraq öz istək qol-qanadını

Oradan Dərbəndə sürdü atını. 

O zaman çox abad deyildi şəhər. 

Üstündə bir qala vardı mötəbər. 

Qalada kök salmış azğın quldurlar, 

O yoldan kim keçsə yolunu burar. 

Elə ki, İskəndər çadırı qurdu, 

Quldurlar çadırı yuxarı vurdu

201



Qala qapısını bağladı düşman, 



Qorxmadı qılıncdan, qılınc vurandan. 

Hüzura gəlməkdən baş qaçırdılar, 

Itaət ipini bütün qırdılar. 

Şah çağırsa belə uca dərgaha, 

Heç biri itaət etməzdi şaha. 

Onlara dostluqla uzansa qolu 

Yenə də gedərkən kəsərdi yolu. 

Çarəsiz qalınca çox kədərləndi, 



                                                                                                            

241


Əzm etdi ortadan qaldırsın bəndi. 

Əmr etdi ki, yüz min silahlı əskər 

Hasarlı qalaya doğru gəlsinlər. 

Yıxsınlar mancanaq, sapan, daş ilə, 

Köpürən qan ilə versinlər selə. 

Qırx gün o hasarda çalışıb durdu, 

Kərpic də qopara bilmədi ordu. 

O yüksək qaladan ox qanad salmış, 

Nə kəmənd yetişər ona, nə qayış. 

Belə sərt görüncə sapın atanlar 

Gəlintək qaladan çox utandılar. 

Nə hasar araba ona yol tapır, 

Nə də mancanaqdan qorxusu vardır. 

Yorulub qalınca bu çalışmaqdan, 

Bu günbəd üstünə boş qoz atmaqdan. 

Sınaqlı İskəndər bir məclis qurdu, 

Başçılar gəlincə belə buyurdu: 

"Bu qala haqqında nədir fikriniz? 

Yorulduq düşünüb-daşınmaqdan biz. 

Ölkələr fəth edən dikbaş igidlər 

Ədəblə baş əyib dua etdilər: 

"Bəndəyik, əmrinə bağladıq kəmər, 

Dincəlmək bilmədik bu günə qədər. 

Qırx gündür yuxusuz, yorğun yeməksiz 

Buludla, günəşlə çarpışırıq biz. 

Buludun başına, bilirsən, yol yox, 

Nə qılınc vurular, nə nizə, nə ox. 

Hər işə div kimi tapdıq bir çara, 

Bu divlər evində gəldik zinhara, 

Bu uğursuz yoldan gəl dönək geri, 

Çeynəyək daşları, dik təpələri". 

İskəndər duydu ki, igid başçılar 

Acizdir bu işdən, olmuşdur naçar. 

Sürmədən günəş mil çəkdi gözünə

Batdı bir al gövhər Nil dənizinə

202


Sahildə səpərək xəzinə, gövhər, 

Bir məclis bəzədi bahara bənzər. 


                                                                                                            

242


Hamı bu məclisə gəldikdən sonra 

Söylədi döyüşkən uca başlara: 

"Yaxında varmıdır bir zahid dindar, 

Dünya işlərindən çəkilən kənar?" 

Bir nəfər söylədi: "Uca tacidar, 

Bu yaxın köhüldə qoca zahid var, 

Kimsənin üzünü görməz bu adam, 

Bir çəngə ot ilə keçinir müdam." 

Yerindən ox kimi qopdu hökmüran, 

Ayrıldı məclisdə olan dostlardan. 

Xas adamlardan da qoşuldu ona, 

Aradı, iz tapdı köhül yoluna. 

Gecə, yol düşmənin günündən qara, 

Fənər tuturdular o şəhriyara. 

At sürdü, köhülə gəlincə yaxın, 

Aydınlıq köhülə edincə axın, 

İşığı görüncə zahid uzaqdan 

Dişarı sıçradı o qaranlıqdan. 

Gördü bir mələkdir günəştək parlar, 

İqbalı olmuşdur yuxudan bidar. 

Qoca tez padşahın yanına keçdi, 

Şahlığın nuruyla padşahı seçdi, 

Söylədi: "Görürəm, bir gövhərsiniz, 

Zənnimcə cahangir İskəndərsiniz. 

İskəndər şəfqətlə ona əl verdi, 

Onunla bərabər köhülə girdi. 

Soruşdu: "Bu yerdə dostun kim, ey pir? 

Bu çöldə yeməyin, geyimin nədir? 

Bir də anlat mənə, dar köhüldə sən 

Nə bildin cahangir İskəndərəm mən? 

Söylədi: "Həmişə qəlbin olsun şad. 

Hər zülmün bəndindən olasan azad. 

Ulduzun bəxtində versin əl-ələ, 

Taleyin ucalsın səadət ilə. 

Görüncə səni mən tanıdım ondan: 

Ayı qaranlıqda tanıyar insan. 

Dünyada sanma tək sənin güzgün var. 


                                                                                                            

243


Mənim də ürəyim güzgüdür, parlar. 

Yüz ildir parladır onu riyazət, 

Bir surət göstərə bilir, nəhayət. 

Ey uca fikirli, sordunuz məndən: 

Necə ömr edirsən dar göhüldə sən? 

Olmuşam sayəndə sağlam bir insan, 

Əvvəlkindən daha sağlamam, inan. 

Qəlbimdə kimsəyə yox məhəbbət, kin, 

Azadə, bəxtiyar yox mənim təkin. 

Dünyada bir vəfa görmədim, gerçək, 

Vəfasız kimsədən umulmaz kömək. 

Hər işi fikrimlə çox ölçüb biçdim, 

Özümə yararlı bu yeri seçdim. 

Hesabı, kitabı kəsdim dostlardan, 

Yalnız bir dostum var - böyük yaradan. 

Doyunca yeməyə etmədim adət, 

Mədəni doldurmaq zəhmətdir, zəhmət. 

Yediyim köy otdur, geydiyim həsir, 

Daşları, bax, bunlar kimiya edir. 

Bu illər uzunu tacidarlardan, 

Səndən başqasını görmədim, inan. 

Səbəb nə, göylərdə sönmüşkən çıraq 

Uğurla köhülə basdınız ayaq? 

Sənə bu köhüldə, ey böyük insan, 

Xidmətçin əskiyəm bir qara quldan." 

İskəndər dedi: "Ey sınaqlı qoca, 

Çarəm yox, gəlmişəm, fikrimdir uca 

Tanrı bir dəmiri böldü ikiyə, 

Bizlərə tapşırdı "sahib ol" deyə. 

Onlardan qılınc və açar bəzərkən 

Açarı sən aldın, qılıncı da mən. 

Bu dəmir qılıncla işıqlı gündə 

Mən haqqa köməyəm ədlin önündə. 

Sən də, gəl, gecəykən göstər kəramət, 

Ədalət yolunda bir açar tərpət. 

Mənim bu qılıncım, sənin açarın 

Açsın qapısını xalqın, diyarın. 


                                                                                                            

244


Bu dik dağ başında var uca hasar, 

O yerdə yurd salmış azğın quldurlar. 

Gecə də, gündüz də çalırlar karvan, 

Sənə də qəsd edir bu azğın düşman. 

Istəyim bu işlək yolu açmaqdır, 

Ədl ilə, biliklə bəzək saçmaqdır. 

Sən öz himmətinlə göstər bir hünər, 

Tale də bu yolda köməklik edər. 

Əyridən, oğrudan təmizlənər yol, 

Yolçunun ərzağı artar, olar bol." 

Elə ki, anladı o qoca dindar. 

Qalada hökm edir azğın quldurlar, 

Ahından açınca odlu bir sapan, 

Göylərin qapağı açıldı haman. 

Dağa o sapanı elə fırlatdı, 

O dağ öz içində dənizə batdı. 

Padşaha söylədi: "Qayıt indi sən, 

Uca dağ oynayıb qopdu yerindən." 

Məclisə dönüncə uca şəhriyar, 

Məclisdə olanlar qarşı çıxdılar. 

Ən gözəl bir məclis qurdu yenidən,  

Ortaya mey gəldi, üzlər oldu şən. 

Xidmətçi gəldi ki, qalabəyidir, 

Hüzura gəlməyə izn istəyir. 

Əmr etdi, hüzura aldılar onu, 

Girincə yer öpdü, əydi boynunu. 

Alqışlar yağdırdı uca dərgaha, 

Açarı ədəblə verdi padşaha. 

Söylədi: "Bu gecə qopdu bir bəla, 

İsgəndər gücüylə dağıldı qala. 

İki bürc hasardan birdən qoparaq 

Uçuldu padşahın bürcündən iraq. 

Tanrının qəhrindən qopdu bir sapan, 

Hasara düşüncə dağıldı hər yan. 

Səninsə sapanın çatmaz bu yerə, 

Günəşi yandırmaz kiçik bir zərrə

Bilirəm, xarablıq deyil ordudan, 


                                                                                                            

245


Başqa bir qapıdan gəlir bu sapan. 

İndi ki, göyün də hökmü səndədir, 

O qala, o da sən, sənindir əmr." 

Baxdı başçılara, dedi İskəndər: 

"Duaya bundan xoş kim dəlil istər?  

Qırx gündür daş, qılınc yeyir bu hasar, 

Sınaqlı igidlər hey çarpışırlar. 

Bu qədər qılıncın almaz gücüylə

Qopmadı o dağdan bir kəsək belə. 

Yoxsul bir zahidin çəkdiyi ahdan 

Dağıldı bir hasar, bürc oldu viran. 

Cizcə bu qalaya kim oldu üstün? 

Bu dünya zahidsiz olmasın bir gün." 

Başçılar bu işə çox heyran oldu, 

Öz dediklərindən peşiman oldu. 

Yer öpüb dedilər: "Sən ey hökmüran, 

Taxtından, tacından ayrılmayasan. 

Ölkədə qolların qüvvətə dolsun, 

Çəkiyin daşları əbədi olsun. 

Belə nüktələri sənsən tanıyan, 

Səni öz kölgəsi etmiş yaradan. 

Bu sirri, hikməti biz də anladıq, 

O yanlış yollardan çəkildik artıq." 

Yenidən bürüdü qoşun hasarı, 

Yollardan qaldırdı yol vuranları.  

Qalanın yerinə ərazi verdi, 

Onları verdiyi mülkə göndərdi. 

Göylərlə öpüşən qalanın bir-bir 

Uçulmuş yerləri edildi təmir, 

Elə ki, dağıntı, uçuqlar bitdi, 

Zülmün qalasını ədl evi etdi. 

O dağda əhali doymuşdu cana, 

Şikayət etdilər o hökmürana: 

"Bu qıpçaq xalqı bir dəhşətdir, dəhşət... 

Əkin əkməyə də bizdə yox cür ət. 

Axına başlarkən açıq dağlardan 

Əkindən, biçindən qoymazlar nişan. 


                                                                                                            

246


Axından ölkəmiz çox ziyan edir, 

Malımız, canımız məhv olub gedir. 

Rahatlıq versəydin bu ölkəmizə, 

Böyük bir mərhəmət edərdin bizə. 

Bu açıq və uçuq yerləri bir-bir 

Daş ilə dağ kimi eyləsən təmir, 

Onda çöl xalqının axınlarından 

Rahatlıq içində dincələr xəzran”

203



Əmr etdi: nə qədər açıq, uçuq var, 



Çəksin bu xəzranın xalqı bir hasar. 

Gecə də, gündüz də qara daşlarla 

Olduqca böyük səd çəkilsin yola. 

Iş bilən, sınanmış daş yonanlardan, 

Dağlarda açığı sədlə bağlayan 

Bilikli ustalar göndərdi ora, 

Keçidlər alındı möhkəm hasara. 

Hasar işlərindən azad olaraq 

Hərəkət qəsdilə ucaltdı bayraq. 

Gurlayan təbillər açırdı yara, 

Ağaclar abnustək olurdu qara. 

İskəndər xeyməni çıxardı çölə, 

Yollarda mənzili qatdı mənzilə. 

Ata ülkər kimi verdi hərəkət, 

Hər bürcə çatınca saçdı səadət, 

Gecənin saçları müşkin həlqədən 

Neylufər günbədə saçarkən səmən, 

Yolun zəhmətindən padişah, ordu 

Azacıq dincəldi, bir məclis qurdu. 

"Əfsanə söyləsin" deyə, İskəndər 

Çağırdı o yerdən bir neçə nəfər. 

Verdi bir çox sual o yerə dair, 

Bütün vəqələri öyrəndi bir-bir. 

Söz sözü çəkərkən hər yerdən onlar 

Açdılar şaha çox maraqlı əsrar: 

"Burda bir qala var ki, cənub yeli 

Əssə də, o yerə uzanmaz əli. 

Minadan bir daşdır, saçar müşk, ənbər, 



                                                                                                            

247


Həm gözəl, həm şəndir bir cənnət qədər. 

Sərir adlanır o mübarək məzar, 

Orda Keyxosrovun taxtı. camı var. 

Keyxosrov mülkündən köçüb gedərkən, 

Taxtına, tacına bu yerdir məskən. 

Məzarı odlu bir köhüldür ancaq, 

O yerə olmayıb ayaq da basmaq. 

Həm də o məkanda padşahlıq edən 

Bir məlikzadə var onun nəslindən, 

O şahın yerinə pərəstiş edər. 

Taxtını, tacını düşməndən güdər." 

O dünya dolaşan uca hökmüran 

Gül kimi açıldı bu xoş dastandan. 

Harda macəralı bir qala alsa, 

Yenilən qüvvətli, ya aciz olsa, 

Girərdi qalaya Keyxosrov sayaq 

Apaçıq, ya da ki, gizli olaraq. 

Qalanı dolaşıb dönərdi yenə, 

Bəxşişlər verərdi keşikçisinə. 

Hər şeyi görməyə marağı vardı, 

Hər işin üstündən odtək çapardı. 

Elə ki, eşitdi bu keyfiyyəti, 

Qalanı görməyə artdı rəğbəti. 

Qoca Keyxosrovun köhnə canından 

Dövlət məclisinə versin yeni can. 


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin