2 Nİzami GƏNCƏVİ



Yüklə 2,76 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix29.12.2016
ölçüsü2,76 Mb.
#3863
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

DARANIN MƏKTUBUNA 

İSKƏNDƏRİN CAVABI 

"Anaram tanrını, haq qüdrətini, 

Torpaqdan yaradır hər göyərtini, 

Bu uca göylərə ülviyyət saçan, 

Ağıllı kimsənin gözünü açan, 


                                                                                                            

139


Dünyanı yaradan hər şeydən qəni, 

Kimsəsiz kimsənin kömək edəni, 

Dünyaya insanla verdi yaraşıq, 

Göyləri yerlərə bağladı artıq. 

Suyun qılıncına yer oldu qılaf, 

Günəş çeşməsitək parlatdı şəffaf. 

Bəndəlikdən uzaq o pərvərdigar, 

Onda nə pozulmaq, nə qocalmaq var. 

Ona şahiddir hər gözə görünən, 

Varlıqlar hissədir onun mülkündən. 

Hər varlıq isbata möhkəm bir dəlil, 

Dünyada bir şeyə o möhtac deyil. 

Bir şeyi yaratmaq istərsən, əlbət, 

Sənə də, mənə də gərəkdir alət. 

O hər şey yaradır, lakin alətsiz, 

Idraka bu ağlın gücü yox hərgiz. 

Hər ağıl tanrıdan öyrənir bilik, 

Ürəklər tilsimdir, edər bəndəlik. 

Hökmü, hikmətiylə doludur cahan, 

Hökmdə aşkardır, hikmətdə nihan. 

Bu sadə səhradan uçuşan ruhlar 

Ondan gəlmiş, yenə ona qayıdar. 

Hər qəlbə, hər gözə ondandır işıq, 

Mənə də, sənə də o verdi şahlıq. 

Hər varlıq, hər yoxluq onun hökmündə, 

O ulu tanrıdır, bir kiçik bəndə. 

Bəxşişi bol olan bu pərvərdigar 

Əcəbmi məni də etsə tacidar? 

Söylə, ey şəhriyar, ey bəxti uca, 

Anandan çatdınmı bu taxta, taca? 

Sənə də şahlığı vermiş yaradan, 

Hər verən şeylərə baxma ucadan, 

Nemətə xor baxmaq olmaz, tacidar! 

Xor baxan bəndəni sevməz bir dindar. 

Dünyada sərxoş da, huşyar da olsan, 

Əmrindən boynunu qaçırma bir an. 

Pənahım olursa o pərvərdigar, 


                                                                                                            

140


Əcəbmi məni də etsə tacidar? 

Böyüklük etməyi bacarram mən də, 

Qılınc oynadaram aslan önündə. 

Qılıncla təxtü tac ala bilərəm, 

Ayı da kəməndə sala bilərəm. 

Cəmşid tarixini oxu bir daha, 

O ayı gör necə uddu əъdaha

137


Haman əъdahaya sonra Firidun 

Əъdaha gücüylə açdı nə oyun?!

138


And olsun yer-göyü quran tanrıya 

Ki, ondan bu yer-göy almışdır maya. 

Tanrıdan bir kimsə tutmasa xəbər, 

Demək, yox başında şüurdan əsər. 

And olsun keçmişin rəhbərlərinə, 

Bizim dinimizin peyğəmbərinə, 

And olsun Ibrahim qoyan sühüfə, 

O dinçin tanrıya şükür min dəfə. 

O Iran xalqına əl taparsam mən, 

Silərəm Zərdüştün dinini yerdən. 

Nə atəş qoyaram, nə atəşgədə, 

Odlar da şölədən yanar bu dərdə. 

Bu közəl mərasim, bu ayin, bu yol 

Ulu babalardan qalmış, əmin ol! 

Bu müşkün qoxusu duyulmamaqçin 

Onu çör-çöp ilə gizlətmək neçin? 

Xurma ağacına kəməndi atan, 

Əlbəttə, yeyəcək xurmanı asan. 

O külün bostanda başı yüksəlir 

Ki, gözəl rəngi var, həm saçır ətir. 

Bilsə ki, mərdliyi, qol qüvvəti var, 

O zaman başını maral dik tutar. 

Aslanlar içində odur ən vəhşi: 

Pəncəsi itidir, kəskindir dişi. 

Bir maral budu var. iki ac aslan. 

Kababı kim yeyər? Ən güclü olan! 

Iki fil xortumu çarpışır, demək, 

Bunlardan ən güclü üstün gələcək. 



                                                                                                            

141


Mən meydan əriyəm, sən də bir kişi, 

Meydanda seçilir hər mərdin işi. 

Bu yoldan o zaman çəkərəm yüyən, 

Ya külah qaparam, ya ölərəm mən. 

Sandın səndən başqa yoxdur bir nəfər, 

Ancaq bir sənsənmiş dünyada sərvər?! 

 Hər yarpaq altında təlaş edən var, 

Hər mənzil başına bir yol gedən var. 

Bu müdhiş ilanla şətrənc oynama. 

Qarşı çıx, hiyləylə bunca qaynama! 

Öz mülkümdəm mənə iqta göstərmə. 

Süheylə baratı Yəməndən vermə!

139 

Qoyuna verilməz dələmə suyu, 



Onda öz qanı var, görəcək bunu. 

Qürurla bu qədər olma gərdənkəş, 

Torpaqdan yarandın, deyilsən atəş. 

Gəl burax bu kini, islaha yanaş, 

Qalaydan pozulur almaz kimi daş. 

Bir qab şərabın var, saxla can-başla. 

Sındırarsan onu, çarpışma daşla. 

Unutma, neft ilə doludur cahan, 

Söyüdü qoru bu odlu tufandan. 

Xoş keçdi, ələ al nuş ilə eyşi, 

Xəracla cahanda şəxsin nə işi! 

Biri yoxsuldan bağ əsirgəməmiş, 

O biri verməmiş bağından yemiş. 

Get, elə bir ov tap zəifdir məndən, 

Yağ çıxmaz sənə bu aslan böyründən. 

Heç mümkün deyilsə meyvəni dərmək, 

Budaqdan asılmaq nəyinə gərək. 

O zaman arzuna yetişərsən sən, 

Körpü sala bilsən böyük dənizdən. 

Bir düşün, bu qədər qürur nə gərək! 

Bəsləyirsən əbəs baş tutmaz dilək. 

Bax, gənclik nə yola çəkdi Bəhməni, 

Qorx bu əъdahadan ki, dişlər səni! 

Yolunu div vurar Isfəndiyartək, 



                                                                                                            

142


Rüstəmlə döyüşə çıxasan gərək! 

Divlərlə oturub dursa Süleyman, 

Qalmaz barmağında üzüyü, inan!

140


Çalış bu dünyada səhv eyləmə sən, 

Çox bizim kimilər yanmış səhvindən. 

Özünə verdiyin hesab düz deyil, 

Bu yanlış oyunu uduzdun, çəkil! 

Nədir bu xam xəyal, bu xam tərpəniş? 

Simurğu toruna kim sala bilmiş? 

Zəncidən deyilsən daha adamcıl. 

Bərbərdən igidmi çıxdın sən, ayıl! 

Kin ilə döyüşə başlayınca mən 

Nə qədər qan tökdüm zənci, bərbərdən. 

Qayıt bu kinindən artıq, yetişər. 

Insanı incitməz azad kişilər. 

Öncə sən bağladın kin mənə qarşı, 

Ilk səndən göründü ilanın başı. 

Ordunu sazladın qan içsin deyə. 

Üstümə gəlirsən basqın etməyə. 

Ölkəmə salırsan min fitnə, min kin, 

Atamın mülkünü almaqdır fikrin. 

Mənə də gərəkdir yığaraq əskər 

Belimə bağlayım hərb üçün kəmər, 

Ordumla bu dərin dənizdən aşmaq, 

Qılıncımla bir qan dənizi açmaq. 

Sanma mən sərxoşam, sən ayıq, huşyar, 

Mənim də başımda ağlım, huşum var. 

Taleyin gününü edibsə parlaq. 

Mən də xoşbəxtlikdən deyiləm uzaq. 

Sənə iş vermişsə köhnə ruzigar, 

O işdə mənim də məharətim var. 

Sənə tacın yardır, mənə qılınc yar, 

Səndə tac vardırsa, məndə qılınc var! 

Güvənmə taxtına sən, ey tacidar! 

Hər taxtın önündə bir də tabut var. 

Güvənmə ki, dağlar çəkmiş daş hasar, 


                                                                                                            

143


Elə zənn etmə ki, qırılmaz daşlar. 

Döyüş zamanında işlərkən əllər 

Dağlardan toz qopar, titrər təməllər. 

Bu dünya mülkünün gəlincə sonu 

Asanca mənimsər axtaran onu. 

Çıxarkən bir sənlik, mənlik ortaya. 

Ah, necə doymasın cana bu dünya?!

141


Bilirəm, bax, budur fikrinin canı: 

Tutmaz bir tərəzi iki batmanı

142



Məni öz daşınla gəl çəkmə daha, 



Bəhməni bununçun vurdu əъdaha

143


Cavabda daş, dəniz atsan ortaya, 

Dağ kimi daşımı ataram suya

144


Mən də zirehpuşam, qılınc oynatsan, 

Sülhə də razıyam, sülhə əl atsan. 

Gövhərdən, qılıncdan, nəyin var, çıxar, 

Mənim də bunlarda məharətim var." 

Elə ki, məktubu Dara dinlədi, 

Dimağı alışdı, kinlə inlədi. 

Durmadan topladı qədərsiz əskər, 

Daradan qalmadı geri İskəndər. 

Ortaya çıxardı güclü bir ordu, 

Silahdan onlara yaraşıq vurdu. 

Dara anladı ki, qızmış əъdaha 

Aslanın izini buraxmaz daha. 

Elə bir şövkətlə qalxdı yerindən, 

Dağlar da sarsıldı öz təməlindən. 

Nəhayət, gəldilər qarşı-qarşıya, 

Kinin qapısını açmışdı dünya. 

Cəzirə ki, Musil adlı ölkədir, 

Səfalı bir yerdir, xoş düşərgədir, - 

Bu yerdə toqquşdu iki tacidar, 

Dəhşətdən, vəhşətdən titrədi dağlar. 

Çarpışan şahlardan əsər axtarsan, 

Indi də o yerdə sümük taparsan. 


                                                                                                            

144


DARANIN İSKƏNDƏRLƏ

MÜHARİBƏSİ 

Ey saqi, şərabın ağzını dur aç, 

Vaxtı boş keçirmə, qədəhə mey saç! 

Xüsusi mey ilə xərab et bir an, 

Qurtarım canımı bu xərabatdan. 

Bu mavi göylər ki, daim seyr edər. 

Bu günəş, bu ay ki, dolaşıb gedər. 

Bunları sanma bir oyun-oyuncaq, 

Sərsəri deyildir bu geniş afaq. 

Pərdədə hər telin vəzifəsi var. 

Bizə bu hikmətlər deyil aşikar. 

Kim bilir ki, sabah nələr olacaq? 

Kim sönüb gedəcək, kim sağ qalacaq? 

Kimin paltarını atarlar çölə, 

Kim qoyar başına tac gülə-gülə. 

Yaxşıdan, yamandan xəbər verənlər 

Pak, təmiz şahlardan belə nəql edər: 

Çin şahı səhərə nəfəs verərkən 

Ulduzu günəşə dəyişdi Ədən

145


Toqquşma yerinə yetişdi ordu, 

Qaf kimi düz iki pərgarda durdu. 

Yollara töküldü dəmirdən tikan

146



Şeypurlar coşduqca qopdu həyəcan. 



Üz-üzə gəlirdi hər iki ordu, 

Nə ürəkdə dinclik, nə gözdə uyğu. 

Hər iki tərəfdə ordu qaynaşır, 

Qaynaşma ayağa, ələ dolaşır. 

Üz-üzə durdular döyüş yerində, 

Döyüşə cəsarət yox heç birində. 

Hamı düşünürdü bəlkə sülh olsun, 

Qılınclar qınında sakit otursun. 

Gənclikdən, qürurdan hər iki sərkəş

Birisi su idi, birisi atəş. 

Nəhayət, şəfqətdən kin etdi zühur, 


                                                                                                            

145


Yandı hər ürəkdə kinli bir qürur. 

Elə ki, qaynadı kinli bir hiddət, 

Ürəkdən büsbütün silindi şəfqət, 

Davullar gurlarkən dəhşət verərək, 

Təblin dodağından öpürdü fələk147. 

Sərxoş fillər ilə qızışdı meydan. 

Güzgü sınıb düşdü filin alnından. 

Şeypurlar qoparır aslan nərəsi, 

Dimağı doyurur nayın nəfəsi. 

Türk payı qopardı elə bir şivən 

Igidlər coşaraq qopdu yerindən. 

Zinclərin sədası elə müdhişdi, 

Bəzəkli günbədi dəlib keçmişdi. 

Meydanı bürüdü qanlı vurhavur, 

Döyüşdən igidlər getdikcə coşur. 

Sanki bir məhşərdir, yer, göy dağılır, 

Israfil şiddətlə surunu çalır. 

Göylərin yolunu tutdu toz. torpaq, 

Sağlığın yüyəni əllərdən uzaq. 

O qədər toz qonmuş tərkə, yəHərə, 

Yer göyə dönmüşdü, göy isə yerə

148


Ciyəri yandırır atəşli səda, 

Boğulur kəməndin halqaları da. 

Nəfəslər göydə bir buluddur guya, 

Qılınc şöləsindən yanırdı dünya. 

Qılınc oynadırdı torpaqla, qanla, 

Havanın dimağı dolurdu canla. 

Iran tacidarı səhərdən durdu, 

Sazladı olduqca mükəmməl ordu. 

Öncə sağ qanada bəzəklər saçdı, 

Əъdaha qılınclar ağzını açdı. 

Sonra da sol qolu nizama saldı, 

Cəbhəyə poladdan bir dağ ucaldı. 

Bir mərkəz dikəltdi cinahın gözü, 

Qapandı günəşin və ayın üzü. 

Bu mərkəz poladdan tökülmüş bir dağ, 

Sığınan kəslərə dəmir bir sığnaq. 


                                                                                                            

146


O yanda Rum şahı qurdu ordunu, 

Sanki bal arısı şan etdi mumu. 

Silah istəyənə payladı silah, 

Kömək istəyənə payladı pənah. 

Sağ-solu bəzədi qılınc və qalxan. 

Necə ki, canlanır çəmən buluddan. 

Dağtək möhkəmlətdi önü, arxanı, 

Göydə səyyarətək qurdu meydanı. 

Elə ki, hər tərəf sazladı ordu, 

Igidlər döyüşə çox hazır durdu. 

Qılınclar boyunla oynarkən artıq, 

Dünyanın gözündən çəkildi işıq. 

Çuxurlar qan ilə dolub daşaraq. 

Qırmızı kükürdtək qızardı torpağ. 

Əyri qılıncların əъdahasından 

Əъdaha yuvası olmuşdu meydan. 

Oxların nəhəngi yay pusqusundan 

Bir yerdə durmayır, şığıyır hər an. 

Qıvrım kəmənd olmuş bir ilan yenə, 

Ağzını açmışdır tutsun xəzinə. 

Coşduqca fillərin sərxoş nərəsi

Tıxandı ərlərin kəskin nəfəsi. 

Qılınclar o qədər boyun üzdülər, 

Qalmadı boynunu dik tutan bir ər. 

Ata öz oğluna bəslər ədavət, 

Oğul da ataya etməz məhəbbət. 

Az qaldı bayrağı qərq eyləsin qan, 

Nicat çadırını yığdı dünyadan. 

Yaylarda o qədər dartıldı oxlar, 

Yay çəkən əllərdə kəsildi qabar. 

Döyüşdən o qədər qızışdı meydan, 

Qığılcım sıçradı at nallarından. 

Ordu mərkəzində Daranın qəlbi 

Darıldı bir aslan ürəyi kimi. 

Kükrəyir, dağıdır sağ və solunu, 

Hər yana işlədir Bəhmən qolunu. 

Sarsılmaz qolunu atsa hər yana, 


                                                                                                            

147


Düşür düşmən başı ayaq altına. 

Hər cana çatırsa verməyir aman, 

Hər başa vurursa qoparır haman. 

Rumların qədərsiz töküldü qanı, 

Torpağa sərildi min pəhləvanı. 

Bu yanda qılıncla igid İskəndər 

Qaldırdı dünyada qanlı bir məhşər. 

Iki əl qan tökər, çalışır, durmaz, 

Hər əldə bir qılınc - kəsərli almaz. 

Iki əl qılıncı elə əridir 

Düşmən öz canına hayıf deməyir. 

Bir qılınc vurunca hər fil başına, 

Salardı başını ayaq altına. 

Kinini dənizə töksəydi, şəksiz, 

Hər yana atəşlər saçardı dəniz. 

Ağzından sanki bir aslan od saçır, 

Aslan qarşısından madyanlar qaçır. 

Daraya dedilər: "Bu qızmış aslan 

Çox adlı igidi saldı atından. 

Padşahın qəlbinə kin dolsun gərək, 

Belə filgövdədən qurtulsun gərək. 

Orduya əmr ver, dolaraq kinə 

Hər yandan yürüşlə axsın üstünə". 

Bu fikri Dara da gördü məsləhət, 

Ordular dəniztək etsin hərəkət, 

Hamısı sel kimi bir səmtə axsın, 

İskəndər üstünə cilov buraxsın. 

Daranın əmriylə ordu yer-yerdən 

Qaynayıb irəli atıldı birdən. 

Cilovlar parladı edərkən həmlə, 

Qılınca sarıldı iki əliylə. 

İskəndər görüncə elə divanı 

Atdı düşmən kimi şərmi, həyanı, 

Əmr etdi yerindən tərpənsin dəniz, 

Hər kəs öz canını tutmasın əziz. 

Düşmənin yolunu tutsun hər yandan, 

Keçirsin qılıncdan, verməsin aman. 


                                                                                                            

148


Qarınca, çibintək qaynadı meydan, 

Girdi bir-birinə hər iki cahan. 

O qədər ki, qılınc, ox yağdırdı qol, 

Qarınca tapmadı keçməyə bir yol. 

Gilə arısıtək çəkdilər neştər, 

Göylərdə oxları oxa tikdilər. 

İskəndərsə haman qorxulu anda 

Bir kötüktək möhkəm durdu meydanda. 

Bir igid yanaşdı o filpeykərə, 

Əl atdı Əhrimən kimi xəncərə, 

Dərindən bir yara açdı pəhləvan, 

O gənc sərv titrədi müdhiş yaradan. 

Zirehi dələrək kaftandan keçdi, 

Işə bax, ipəyi polad nə biçdi. 

Parlayan günəşin qolu dönmədi, 

O qüvvət altında bir an inlədi, 

Ağrıdan azacıq dincəldi canı, 

Qılıncla torpağa sərdi düşmanı. 

Düşmənin gücünü ölçmək istərkən 

Bundan təkan yedi qorxusuz düşmən. 

Düşündü meydandan çəksin yüyəni, 

Nizədən dincəlsin yorğun bədəni. 

yenidən bəxt ilə olaraq həmdəm, 

Durdu öz yerində möhkəmdən möhkəm. 

Bu falda bir zəfər, səadət gördü, 

Qolunda düşməndən çox qüvvət gördü. 

Bütün qüvvətini alaraq ələ 

Döyüşə qalxdı öz həmçəkisilə. 

Həmlədən-həmləyə keçirdi ordu, 

Su deyil, sanki qan içirdi ordu. 

Döyüşdə sınanmış iranlı birdən 

Rumların yolunu kəsdi hər yerdən. 

Meydanda zəiflik göstərdi rumlar, 

Onları edirdi əcəl giriftar. 

Yenidən mərdliklə namusa doldu, 

Dağ kimi yerindən tərpənməz oldu. 

Himmətlə tutdular əldə bayrağı, 


                                                                                                            

149


Qənimət almasın amansız yağı. 

Zənci öz tacına düzüncə gövhər 

Çin şahı taxtından düşdü dərbədər

149


Gecənin köksündən ay doğdu parlaq 

Şəfəqli güzgütək işıq saçaraq. 

Bir çöldə yığıldı hər iki ordu, 

Hər iki cəbhəni düşmənlik yordu. 

Döyüşdən əl çəkib döndülər geri, 

Yudular yaranı; tozu, qan-təri. 

Hamını almışdı kədər, düşüncə 

Nə zühur edəcək şəfəq sönüncə? 

Saf, təmiz portağal o səhər erkən 

Bir dəstə gül kimi güldü üfüqdən 

Üz-üzə dayandı hər iki ordu. 

Pəhləvanlar qalxıb şikargah qurdu 

Qılınc, ox, kamanla uzun bir zaman 

Qol gücü göstərdi uca asiman. 

Yorulan ordunun saraldı rəngi. 

Əl cilov itirdi, ayaq üzəngi, 

Daranın iki baş sərdarı vardı. 

Üzdə dost, ürəkdən çox kin tutardı. 

Daranın kinindən yorulmuşdular. 

Ortada bir ürək incikliyi var. 

Şahı öldürməkçin oldular əlbir, 

Kin ilə oturub tökdülər tədbir. 

Bəzəmək istərkən qanlı bir bazar. 

Gedib İskəndərə sığındı onlar: 

"Daranın bizə çox etimadı var. 

Tək bizə inanır qoca tacidar. 

Zülmündən yanaraq etmişik tədbir, 

Öldürmək fikrində olmuşuq əlbir. 

Biz sabah bir həmlə edərik, bəlkə

Zülmdən qurtulsun bu məzlum ölkə. 

Yerində möhkəm dur, dayan bu gecə, 

Düşmənin bu səhər dönəcək heçə. 

Bu səhər bayraqla çıxarkən hərbə

Qılıncdan yeyəcək böyrü bir zərbə. 


                                                                                                            

150


Ancaq sən doğru qal bu şərtimizə, 

Xəzinə ağzını geniş aç bizə! 

Hər birimizi sən varlandırasan, 

Qulluğumuz üçün qızıl saçasan." 

Bu iki xainə rumlu hökmüran 

Söz verdi, onlarla bağladı peyman. 

Lakin inanmadı buna İskəndər: 

Daranı öldürə bilsin xainlər. 

Ancaq düşmənindən qurtulmaq üçün 

Hər kəs üçün çarə aramaq mümkün. 

Bu zülmü ədalət gördü hökmüran, 

Gəldi xatirinə köhnə bir dastan: 

"Dovşanını hər bir yerin, - məsəl var,- 

Yenə də o yerin tazısı tutar." 

Şahını öldürmək istəyən kəslər 

Ağıllı kimsədən alınca xəbər, 

İskəndərdən güclü pul almaq üçün. 

Həm də ki, Daradan qurtulmaq üçün, 

Şahın nemətini unutdu onlar, 

Onu öldürməyə verdilər qərar. 

Günəş yaqutunu oğru çalınca 

Bu dünya düşmüşdü yaqut dalınca. 

Məhtabı tutaraq dedilər: "Oğru, 

Günəşdən gövhəri oğurlamış bu."

150 

Iki dağ kimi səf çəkmişdi ordu, 



Çarpışma hər iki cəbhəni yordu. 

Döndülər o künü vurunca başa, 

Hazırlıq görüldü gələn savaşa. 

DARANIN  

SƏRKƏRDƏLƏRİ TƏRƏFİNDƏN 

ÖLDÜRÜLMƏSI 

Ey saqi, dur, məndən bu mənliyi at! 

Gəl, üzüm suyundan cahanı parlat! 

Bir şərab ver, məni mənzilə salsın, 

Çox könül alan var, o, kədər alsın. 


                                                                                                            

151


Qalana cənnətdir dünyanın halı, 

Tələsən adamın oddadır nalı. 

Bu bəzəkli bağda iki qanı var, 

Yoxdur heç birində qıfıl, bənd, açar. 

Birindən gir, bağı görüncə dolaş. 

O biri qapıdan çıxıb uzaqlaş. 

Ağlın var, gül ilə olma həmnişin. 

Çünki qalmağından deyilsən əmin. 

Bu anı xoş keçir, hər şeydən vaz keç. 

Gələcək və keçmiş çünki heçdir, heç. 

Dünyaya gəlmədik zövqə, işrətə, 

Işimiz qatlanmaq ağır zəhmətə. 

Eşşəyi toylara kimdir çağıran, 

Çağrılır su, odun bitdiyi zaman. 

Bu gözəl dastanı yazan ravilər 

Doğrular dilindən belə nəql edər: 

Elə ki, gündüzün atəşi söndü, 

Fələklər tüstüdən dona büründü. 

Ay doğub yaraşıq verdi gecəyə, 

Gözəldir aydınlıq düşsə kölgəyə. 

Hər iki ordunun sabaha qədər 

Kəşfiyyat qolları keşik çəkdilər. 

Onların səsindən bir dəyirmantək 

Bilməzdi burclar nədir dincəlmək. 

"Cəbhədə dincəlim" deyə yatanlar 

Fillər nərəsindən diksinib qalxar. 

Vücudu zəhmətdən yorulmuş insan 

Gözünü açardı yatdığı zaman. 

Yalvarır, yaxarır hər iki əsgər: 

Bitməsin bu gecə, olmasın səhər, 

Bir qədər geciksin, uzansın zaman. 

Bəlkə gec açılsın döyüşə meydan. 

Unudub kinini iki tacidar 

Bəlkə sübh etməyə versinlər qərar. 

Al günəş tacını qoyduğu zaman, 

Elə ki, ayrıldı qaralıq ağdan, 



                                                                                                            

152


İskəndər və Dara gəldi meydana. 

Ürəklə düşsünlər dostluq ardına. 

Şəfqətlə, hörmətlə edib barışıq, 

Xeyirli işə qol qoysunlar artıq. 

Bu işdə istədi tədbir və çara, 

Kimsədən düz cavab almadı Dara. 

Sülh üçün bir nəfər olmadı rəhbər, 

Dedilər: bu işi qılınc həll edər. 

Iranlı rumludan acizdir məgər? 

Onlar bu savaşda qazanmaz zəfər. 

Səhərki döyüşlə qızışar meydan, 

Rumludan salamat qoymarıq bir can". 

Daranı aldatdı belə sözlərlə, 

Birisi hiyləylə, biri hünərlə. 

Daranın düşməni iki sərkərdə 

Buna səy edirdi hər an, hər yerdə. 

İskəndər düşündü nə tədbir qursun 

Ki, Dara önündə dağ kimi dursun. 

O iki sərdarı tutdu nəzərdə, 

Əz igidliyinə güvəndi bir də. 

Rum əsgərlərinə dedi İskəndər: 

"Bu qatı mərkəzdə olunca səhər 

Ər kimi çalışmaq, çarpışmaq gərək, 

Canı dişə yığıb igidlik etmək. 

Bu dünya bizimdir çalsaq qələbə, 

Daranın olacaq yeyərsək zərbə. 

Deyirlər insana gizlidir məhşər, 

O məhşər görünər bizə bu səhər". 

Hər iki ordu bu düşüncələrlə 

Gecəni keçirdi dərin kədərlə. 

Dünyaya pəncərə açınca ziya 

Bambaşqa bir oyun başladı dünya. 

Bir ovuc qığılcım oldu bir atəş, 

Bir komac kimiydi parlayan günəş. 

Dağ kimi tərpəndi hər iki ordu, 

Dünyanın ürəyi titrəyib durdu. 

Firidun və Bəhmən nəvəsi əъdər 


                                                                                                            

153


Yuxudan səhərlə qalxdı bərabər. 

Ordunu sazladı, düzəltdi meydan, 

Parladı ox, kaman, qılınc və qalxan. 

Yüzlərcə polad dağ dikəltdi onda, 

Xəzinə dayandı onun altında. 

Sağ qolun işləri bitdikdən sonra 

Sol qolu çevirdi polad hasara. 

Cinahlar kök atdı yerə havadan, 

Yer kimi çarmıxa çəkildi meydan. 

Mərkəzdə durmuşdu cahan günəşi, 

Başının üstündə Kəyan dirəfşi. 

Dünyanı yandıran qılıncı məgər 

Bu günçün saxlardı böyük İskəndər! 

Yağdıran buludtək meydan dopdolu, 

Yaydan ox yağırdı, qılıncdan dolu. 

Ordunun qolları göyə dayandı, 

Atların dırnağı qana boyandı. 

Ən seçmə igidlər ordudan bir-bir 

Sağ-sola keçməyə alırdı əmr. 

Əmrlə inamsız kəslər hər yerdən 

Tərpənib, sol qolda tutdular məskən. 

Kimin ki, əmindi sədaqətində

Saxladı mərkəzdə - öz xidmətində. 

Onları ordunun qəlbinə aldı, 

Tökmə bir dağ kimi göyə ucaldı. 

Qopunca nərələr iki ordudan, 

Qiyamət qopmuş zənn etdi asiman. 

Təbillər gurlayıb verdi səs-səsə, 

Qanlı əъdahalar başladı rəqsə. 

Kərənay səsindən tutuldu qulaq, 

Qorxudan titrədi bütün əl-əyaq. 

Filə minənlərin bağırtısından 

Nildəki nəhənglər qopardı fəğan. 

Şeypurun səsindən qopdu ürəklər, 

Bağırlar yarıldı, düşdü göbəklər. 

Içi boş təbillər coşduqca coşar. 

Zülmətlər içindən atılır oxlar, 


                                                                                                            

154


Düşmənin köksünə nizələr sancar, 

Zirehdə, geyimdə pəncərə açar. 

O qədər yaylım ox yağdı hər yandan 

Bulud yağmurunu atdı başından. 

Indi o yaylım ox düşsə zəminə

Bulud qan yağdırar yağış yerinə, 

Naylardan qopan o müdhiş gurultu 

Eşidən kimsəyə verirdi qorxu. 

Qarışıq səslərlə hayqırdıqca can 

Çaxmaq daşından da çıxarırdı qan. 

Iki qan dənizi çalxandı birdən, 

Atəş dalğaları yüksəldi yerdən. 

Bürüdü hər yeri tufan atəşi, 

Ucalan toz-torpaq tutdu günəşi. 

Yayların bir daha qaşı çatıldı, 

Oxlar ilan kimi coşub atıldı. 

Civətək parlayan polad qılıncdan 

Civətək qaçırdı hər yerdə insan. 

Gövdələr əridən polad ox ilə

Dağların gövdəsi titrədi belə. 

Nizələr ucundan dövr edən fələk 

Seyrindən qalaraq oldu topaltək. 

Toppuzlar o qədər çaxmışdı təpik 

Yerin cəmdəyində qalmadı gəmik. 

O qədər sancılmış boğazlara ox, 

Artıq boğazlarda nəfəs yolu yox. 

Ox oxun içinə girmiş tikantək, 

Qalxandan bəzənib yer gülüstantək. 

Qaçanlar üzünə qiyamət qopmuş, 

Nə yol var qaçmağa, nə də qurtuluş. 

Atlılar ataraq sonuncu oxu, 

Atmışdır kamanı, oxu, oxluğu. 

Bir sallaxxanadır qanlı bucaqlar, 

Cəmdəklə yan-yana ucalmış dağlar. 

Yalnız öz canının hayında hər kəs, 

Ölən yoldaşını yada gətirməz. 

Meydanda yox idi matəm saxlayan, 


                                                                                                            

155


Nə bir qara geyən, nə bir ağlayan. 

Hər sözü ustası gözəl toxuyur: 

"El ilə qara gün bayramdır, toydur*. 

Əcəl pəncəsində ölsə bir nəfər 

Gözündən yaş tökər ona bir şəhər. 

Bütün bir şəhərçin saxlayaraq yas 

Ondan uzaqlara kimsə ağlamaz. 

Insan cəmdəyilə dolmuşdur sağ-sol, 

Döyüşçülər üçün qapanmışdı yol. 

O qan Dəcləsini günəş almışdı, 

Suya neylufərtək qayıq salmışdı. 

Həmin vuruşmada böyük İskəndər 

Günəş çeşməsində saçmışdı zəfər. 

Daranın qılıncı saldıqca şölə

Qızırdı daşların ürəyi belə. 

Elə ki soxuldu ordu orduya 

Məhşəri gözüylə gördü bu dünya. 

Dava meydanına yayıldı əsgər, 

Daranın canına var idi xətər. 

Ordular döyüşə girdiyi zaman 

Olduqca genəldi darısqal meydan. 

Yanında kimsə yox, yalnızdı Dara, 

Onunla etməyir kimsə müdara. 

Iki sərxoş sərdar fil kimi coşdu, 

Filbədən Daranın üstünə qoşdu, - 

Böyründən bir yara vurdular ona, 

Laləzar oldu yer, boyandı qana. 

Tacidar yıxıldı dərin yaradan, 

Sanki bir qiyamət kəsildi cahan. 

Bir ağac yıxıldı Kəyan bağından 

Yaralı bədəni qanına qəltan. 

Dərdə tab gətirməz incə olanlar, 

Yel ilə çırağın nə dostluğu var? 

O iki qantökən, o iki xain 

Qaçdılar yanına tez İskəndərin. 

Dedilər: "Atəşə yaxdıq düşmanı, 

Taleyin uğrunda töküldü qanı. 


                                                                                                            

156


Işini bitirdik, vurduq bir yara, 

Gözündə cahanı eylədik qara. 

Istərsən gözünlə gəl gör bu halı. 

Qanıyla boyansın atının nalı. 

Hünərlə öldürdük sizin düşməni, 

Indi sən yerinə yetir və dəni. 

Bizə vəd etmişdin ağır xəzinə, 

Doğru qal, vəfa et indi əhdinə." 

İskəndər bildi ki, bu iki sərdar 

Şah qanı tökməyə olmuş həvəskar. 

Verdiyi peymana oldu peşiman 

Həyadan bir şölə çıxdı canından. 

Adamın yaşıdı ölən zamanda 

Həyat ümidindən iz qalmaz onda. 

Dedi: "Harda batmış qana tacidar, 

Kəyan dövlətini bəzəyən sərdar?" 

Hər iki qantökən düşərək önə, 

Yol göstərdilər öz azğın zülmünə. 

Daranın düşdüyü yerə gəldilər, 

Yanında dostlardan yoxdu bir nəfər. 

Vücudu bulaşmış torpağa, qana, 

O Kəyan külahı düşmüş bir yana. 

Olmuş qarıncaya Süleyman əsir, 

Tikanlı bir arı bir fili yeyir. 

Bəhmənin qoluna sarılmış ilan, 

Düşmüş Isfəndiyar tunc çardağından

151

 . 


Firidun baharı, Cəmin bağçası 

Xəzana uğramış, başlanmış yası. 

Keyqubad nəslinin vücudunu, bax, 

Gör necə dağıdır yel yarpaq-yarpaq. 

İskəndər tələsik endi atından, 

Daranın önündə durdu pərişan. 

Əmr etdi o xain sərkərdələri, 

Xaricə meyl edən iki rəhbəri 

Möhkəm saxlasınlar, sonra İskəndər 

Yerindən tərpəndi üzündə kədər. 

Sürətlə yanaşdı xəstəyə sarı, 


                                                                                                            

157


Kəyan geyimindən açdı bağları. 

Başını şahanə dizinə qoydu, 

Gecəni işıqlı gündüzə qoydu. 

Yuxudan gözünü açdığı zaman 

Dedi: "Qalx bu qara qanlı torpaqdan! 

Burax ki, solmada qurtuluş bağım. 

Qaralmaq üzrədir işıq - çırağım, 

Böyrümü, bax, necə yırtmış bu dövran! 

Bağrımın altında böyrümdür pünhan. 

Pəhləvan, ey başım üstünə gələn! 

Qoru öz böyrünü mənim böyrümdən. 

Bu böyrüm buludtək sökülsə belə, 

Qılıncın acısı getməmiş hələ. 

Padşahlar başını burax, qaldırma, 

Bu dövran qırmışdır məni, sən qırma! 

O hansı əldir ki, uzanır mənə, 

Kəyanın tacıyla oynayır yenə. 

Əl saxla, qarşında Daradır duran, 

Günəşdən aydındır bu, deyil pünhan. 

Günəşim saralıb düşüncə dərdə, 

Üzümə çəkərsən lacivərd pərdə, 

Sərvi başaşağı görmə şərməndə, 

Elə bir padişah, belə bir bəndə! 

Xəstəyəm, zəhmətdən qıl məni azad, 

Haqqın rəhmətiylə məni eylə yad. 

Dünyanın taxtında mənəm tacidar, 

Yerimdən tərpətsən məni, yer sarsar. 

Dadlı bir yuxum var. toxunma. burax, 

Odumu göy alsın, suyumu torpaq! 

Taxtından çevirmə yatan bir başı, 

Inlətmə, bu dünya tökər göz yaşı! 

Əcəlim yetişmək üzrədir, dayan! 

Məni öz halıma burax bir zaman! 

Fikrin tac çalmaqsa mənim başımdan, 

Azacıq aman ver, qoy çıxsın bu can! 

Bu dünya mülkündən açınca kəmər 

Başım da, tacım da getsə, yox zərər". 


                                                                                                            

158


İskəndər ağladı: "Aman, tacidar, 

Nökərin İskəndər mənəm. şəhriyar! 

Istəməzdim görüm torpaqda səni, 

Öz qanına qəltan olan bədəni. 

Nə etmək, bir işdir olmuş dünyada 

Təəssüf verərmi bu işdə fayda? 

Başını yenidən qaldırsan əgər, 

Kiçiklik edərdi sənə İskəndər. 

Heyhat, mən qocaman dənizlər aşdım, 

Köksümə qədər al qana bulaşdım. 

Təəssüf, azmadım bu yollarda mən

Atımın dırnağı qopmadı nədən? 

Bu ağır günləri görməyəydim mən, 

Ah, eşitməyəydim Dara inlərkən. 

And olsun hər qəlbi bilən sərrafa. 

Daraya ürəkdən istərəm şəfa. 

Bir şüşə daş ilə qırılsa naçar, 

Çarə qapısına tapılmaz açar. 

Əfsus, Isfəndiyar nəslindən sansız 

Mülkün yadigarı sən idin yalnız. 

Nə olur, mənə də ölüm qoşaydı, 

İskəndər və Dara qucaqlaşaydı. 

Nə etmək, istəklə gəlməyir əcəl, 

Məzara girilməz ölümdən əvvəl. 

Padşahın bir tükü gözümdə, inan, 

Daha qiymətlidir yüzlərcə tacdan. 

Bu dərin yaraya bilsəydim çara, 

Edərdim, sağalsın deyə bu yara. 

Nəyə lazım bu taxt, bu tac, bu şöhrət, 

Darasız qaldı bu möhtəşəm dövlət. 

Mən bu taxta, taca ağlayaram qan, 

Ayırmış Daranı təxtü tacından. 

Yox olsun dünyadan elə gülüstan, 

Bağbanı xəstədir. acı tikandan. 

Daranı öldürən dünyaya nifrət, 

Gündüzkən öldürür, verməyir fürsət. 

Bir çarə etməyə imkan yox məndə, 


                                                                                                            

159


Bu gənc sərvə gərək ağlayam mən də. 

Anlat ki, istəyin, tədbirin nədir? 

Qorxunuz kimdəndir, ümid kimdədir? 

Söylə ki, hər sözün mənə bir fərman. 

Itaət etməyə bağlaram peyman". 

Dara hiss edincə bu dost nəfəsi, 

Açdı gözlərini, şahanə səsi 

Şəfqətlə ucaldı: "Ey uca baxtım, 

Tək sənə yaraşır bu tacım, taxtım. 

Sorma bir ölüyə mən indi nəyəm? 

Xəzanə tutulmuş ölgün çiçəyəm! 

Hər kəsin şərbəti buzla duruldu, 

Mənim şərbətimsə yalnız buz oldu. 

Varlığım qərq olmuş qan dənizinə, 

Içərim susuzdan alışır yenə. 

Buluddan şığıyan bir şimşəyəm mən, 

Dodağım qurudur, sudadır bədən. 

Bu kuzə yanından sınıqsa bir az, 

Mumla, yapışqanla sağaltmaq olmaz. 

Bu dünya eyləyir qarət hər yeri, 

Birisi gətirir, alır o biri. 

Nə bu gün yaşayan bu gün əmindir 

Nə köçüb qurtulan, heyhat, çətindir! 

Gör mənim günümü, haqqa doğru qal, 

Qorx belə bir gündən, məndən ibrət al! 

Sözlərimi anıb dinləsən məni, 

Mənim kimi etməz bu fələk səni. 

Bəhməndən mən igid deyiləm daha, 

Bir aman vermədi ona əъdaha. 

Ya da igidəmmi Isfəndiyardan? 

Dünya zərbəsindən qurtarmadı can. 

Nəslimə əzəldən ölümdür qismət. 

Öldürən bu əmrə verir şəhadət. 

Olsun yeni taxtın qoy səninçin xoş, 

Mənimsə balıncım qalacaqdır boş. 

Mənimçin ağlamaq lazım gəlirkən 

Sorursan qəlbimin istəyini sən. 


                                                                                                            

160


Könlümdə sevimli üç istəyim var: 

Üçü də şahanə bəxtinə yarar: 

Birinci - günahsız ölümə görə 

Rəftar etməlisən ədalət üzrə. 

Ikinci - sən Kəyan taxtını alsan 

Ona heç bir zaman yetirmə ziyan. 

Bu kinin toxmunu Iranda əkmə, 

Kəyanın nəslinə xatimə çəkmə! 

Üçüncü - toxunma hərəmxanəmə, 

Saxla hörmətini, təhqir eyləmə! 

Rövşənək qızımdır, olduqca göyçək, 

Əlimdə bəslənmiş bu gözəl mələk. 

Öz süfrə yoldaşın etməklə ucalt, 

Süfrəyə incilər verir şən həyat, 

Könlünü çevirmə Rövşənəyimdən, 

Təbii, işıqla günəş olur şən"

153



İskəndər söz verdi, Dara qaş çatdı, 



Söz verən qalxarkən söyləyən yatdı. 

Gecənin gözünə qaranlıq axdı, 

Bağdadı Kaxsız və Kərxsiz buraxdı

154


Kəyanın ağacı düşdü meyvədən, 

Oldu Isfəndiyar zirehi kəfən. 

Dünyadan al günəş qanad çəkincə

Yaqut içdi, şəvə daldı sevincə

155


Böyük Dara üçün böyük İskəndər 

Ağladı axşamdan sabaha qədər. 

Özünə ağlardı görürkən onu, 

Bilirdi belə bir ölümdür sonu. 

Əbləq atlı səhər gəlib üfüqdən 

Axuru çəməndə yerləşdirirkən 

İskəndər əmr etdi: Daranı artıq, 

Daxmaya qoymaqçın olsun hazırlıq! 

Günbədi daş qala, taxtı qızıldan 

Qayrıldı ona bir müəyyən məkan. 

Türbəsi bitincə bitdi hər zəhmət, 

Dara zəhmətindən oldular rahət. 

Bədən qəfəsində nə qədər can var, 



                                                                                                            

161


Elə bir igidə hörmət var, şan var, 

Bədəndən çıxınca dəyərli cövhər, 

Ona öz qadını arxa çevirər. 

Qorxunc bir küləkdən sönərsə çıraq, 

Nə fərqi, köşk olsun yeri, ya torpaq. 

Göydə ol, yerdə ol, fərqi yox bunun, 

Torpaqsan, yenə də torpaqdır sonun. 

Şor sudan torpağa düşərsə balıq, 

Ölüncə qarınca yemidir artıq. 

Dünya keçidinin qaydası budur, 

Gəldinsə dayanma, köçmək doğrudur. 

Birini ucaldar, atar ortaya, 

Birinə "məclisdən qalx" deyər dünya. 

Göy günbəz altında gəl qurma büsat, 

Kəhrəba qələdə yaramaz nişat!

157


Üzünü kəhrəba kimi saraldar, 

Əlbəsən lacivərd bir rəngə çalar

158



Aslanlar şəhrinə düşən bir ceyran 



Qorxunc bir ölümü gözlər hər zaman. 

Köçməyə quş kimi qanad aç göyə, 

Şərabla məst olma "şən yerdir" deyə. 

Ildırımtək şığı, bu dünyanı yax, 

Ancaq bu dünyada durma, ol uzaq! 

Pərvanə, səməndər "od" deyə gedər, 

Birisi yorğalar, biri iməklər. 

Arpanın yerinə çöp yedi eşşək, 

Öldü sahibi də eşşək öləntək. 

Bir dövlət şahıdır, ya şah dövləti, 

Bir zəhmət yoludur və yol zəhməti. 

Kim bilir bu köhnə, bu qoca dünya 

Nələr gizlətmişdir mağarasında. 

Köhnə bir çuvaldır bu qat-qat torpaq, 

Xəzinə sevməyir səs-küy qoparmaq. 

Hər yeni kisədə qızıl səs verər, 

Yeni küp dolduqca xoş nəfəs verər. 

Kim bilir bu divlər yurduna dövran 

Nə tarix yazmışdır yaxşı, yamandan? 


                                                                                                            

162


Nə aqil kəslərlə oynamış oyun? 

Nə dikbaş kəslərdən qoparmış boyun? 

Bu fələk səninlə deyildir canbir, 

Tikdiyi libaslar iki rənglidir. 

Gah səni firiştə kimi yüksəldir, 

Gah bağlar qolunu divlərlə əlbir. 

Səni bir çörəklə anmaz gecələr, 

Bir qoğal bağışlar göyə hər səhər. 

Bu yeddi dəyirman başında neçin 

Boynunu bükürsən bir arpa üçün? 

Xızrtək belə bir ruzini gəl at, 

Süd, xurma nə gərək, var abi-həyat! 

Bu vəhşi, yırtıcı, divxislət insan 

Səmimi dost deyil, uzaq ol ondan! 

Hər maral ovçunun zülmündən qaçar, 

Yırtıcı vəhşidir hələ insanlar. 

Çöldə şux bir ceyran düşməyir ələ. 

Insandan sığınır dağa, köhülə. 

Aslan ki, ormanda etmişdir məskən, 

Qorxaraq gizlənmiş insan şərindən. 

Insanda insanlıq öləndən bəri 

Itmiş insanlığın parlaq gövhəri. 

Insanlıq nəqşini oxusan bir-bir, 

Bilərsən bugünkü insanlıq nədir. 

Bəbəyin qapağı neçin qaradır? 

Insanlıq ölmüşdür, matəm saxlayır. 

Nizami, susmağa adət et, ancaq, 

Deyilməz sözləri danışma, burax! 

Sən də kəs səsini, danışma daha, 

Yat, ya da pambıqla qulağın tıxa! 

Lacivərd fələkdən ibrət al barı. 

Al ilə aldır bu, sarıyla sarı. 

Yüz rəngə boyanar gecələr baxsan. 

Bahartək gündüzə qurar gülüstan. 

Günəşdən bir çeşmə doğunca səhər, 

O da bir çeşmənin rənginə girər. 



                                                                                                            

163


                                                                                                            

164


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin