1. Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası fənninin məzmunu,məqsədi və xüsusi təhsildə yeri



Yüklə 165,89 Kb.
səhifə25/42
tarix09.01.2022
ölçüsü165,89 Kb.
#51129
1   ...   21   22   23   24   25   26   27   28   ...   42
təsviri incəsənət imtahan cavabı (1)-1

49.Yeni təlim metodları

Təsviri incəsənətin tədrisində yeni təlim metodları

·       Təlim metodu anlayışı

·       Təlim metodlarının funksiyaları

·       Təlim metodlarının təsnifatı:sözlü, əyani, praktik, problemli, iteraktiv təlim metodları

·       Orta ümumtəhsil məktəblərində təlim metodlarına verilən tələblər

Təsviri incəsənət dərslərində təlim metodlarının tətbiqi xüsusiyyətləri

·       Təlim metodları əsasında təsviri incəsənət dərslərinin təşkili metodları: İcmal, plan-konspekt və əyani vəsaitlərin tərtibinə verilən tələblər

Təlim metodu müəllimin və şagirdlərin praktiki və idrak fəaliyyətini təşkil edən elə sistemdir ki, o daima tədrisin məzmununu mənimsəməyə aparır. Təlim prosesində hər hansı bır metodun seçilməsi ilk növbədə şagirdin yaş xüsusiyyətindən, sinfin hazırlığından, dərsin növündən, mövzusundan və məqsədindən asılı olaraq müəyyənləşdirilir. Beləliklə, təlimin metod və üsullarından dərs prosesi, onun cəmindən, ümumi istiqamətlərinin birləşməsindən isə tədris sistemi yaranır.

Tarixən qabaqcıl müəllimlər, mütəxəsislər, alimlər tərəfindən təlim metodları daim dəyişmiş, yeniləşmiş və daha da zənginləşmişdir. Bu prosesdə hər zaman fənnin, onun məzmu-nunu əhatə edən dərslərinin şagird tərəfindən daha effektiv, hərtərəfli qavranılmasında əldə olunmuş nəticələr Əsas götrülmüşdür və bu işin daha da təkmilləşdirilməsinə daim diqqət yetrilmişdir. Beləliklə təlim metodlarının təsnifatı ilə daim bir çox mütəxəssislər, alimlər məşğul olsalarda, bu sahədə hamı tərəfindən qəbul olunmuş optimal nəticələr əldə edilməmişdir. Hal-hazırda bizə məlum olan təlim metodlarının təsnifatını aşağıdakı kimi vermək olar:

·       •Sözlü metodlar

·       Əyani metodlar

·       Praktik metodlar

·     Problemli təlim metodları

·     Fəal(intcraktiv) təlim metodları.

Sözlü metodlar – adından məlum olduğu kimi bu metodlar sözə istinad edən, ver- bal (şifahi metodlar) xarakter daşıyır və sözə əsaslanır.Sözlü metod şifahi şərh metodları adı ilə də tanınır. Sözlü metodlara – nəql, izah, məktəb mühazirəsi,  müsahibə, dərslik və kitablar üzərində iş, müstəqil iş və s.Oyanı metodlar- hissi idrakın fəal növü olan əyani metodlar orta ümumtəhsilin bütün mərhələlərində geniş yer tutur. Əyani metodlar ibtidai sinif şagirdləri üçün daha xarakterikdir.Əyani metodlardan istifadə şadirdlərin müşahidəçilik qabiliyyəti-ni, əşyaları görmək, əlamət və xassələrini öyrənmək bacarığının, əyani- obrazlı nitqinin, mücərrəd təfəkkürünün inkişafına şərait yradır. Əyani təlim metodlara – nıüşahi-də, illüstrasiya, demonstrasiya, ekskursiya və. Göstərmək olar. Praktik metodlar – adından da məlum olduğu kimi, şagirdlərin əldə etdikləri bilik-lərin tətbiqi ilə əlaqədardır. Praktik metodlara – çalışmalar, laborator işlər, idraki oyunlar, praktik işlər, yaradıcı işlət, təlimin texniki vasitələri ilə işlər, vidio metod, proqramlaşdırılmış təlim vəs. Nəzərdə tutulur.Problemli təlim – zamanət şagirdlər üçün problem situasiya, məsələ yaradılır, burada bir fikir digəri ilə, yaxud bir vəziyyət digəri ilə barışmır və ziddiyyət, başqa sözlə, kollziya yaranır. Bu prosesdə meydana çıxmış ziddiyyəti barışdırmaq deyil əksinə, onu daha da kəskinləşdirmək lazımdır ki, burada yüksək enerji alınsın. Yaradılmış belə problem situasiyalar şagirdlərin təıəkkürünü hərəkətə gətirir, fikirlərini irəli aparır, onları axtarıcılığa, tədqiqatlara sövq edir, həvəsləndirir. Bu zaman təfəkkü-rün müxtəlif prosesləri yalnız məsələ şagird üçün yeni olduğu halda meydana gəlir və şagird müstəqil onun həlli yollarını axtarır. Dərsdə verilmiş problem situasiya bütün şagirdləri fəallaşdırmalıdır.Beləliklə.problemli təlim metodlarını aşağıdakı qruplarda ümumləşdirmək olar:

•       problemli şərh metodu

•       qismən axtarıcılıq metodu

•       tədqiqatçılıq metodu

Fəal(intcraktiv) təlim metodları. Mənə de – mən yaddan çıxarım. Mənə göstər – mən yadda saxlayım. Məni cəlb et mən öyrənim.(Çin hikməti.) Ümumdünya qa-baqcıl təhsil təcrübəsi göstərir ki. Fəal(interaktiv) təlim metodu dərsin keyfiyyətini ar-tırmaq məqsədilə istifadə olunan çox güclü vasitədir.Bu metod şagirdlər üçün dərsi çox maraqlı və cəlbedici edir. Fəal(interaktiv) təlim həm məzmunun Öyrənilməsinin, həm də tətbiqinin səmərəlliliyini artırır və şagirdlərin dərketmə fəaliyyətini daha da fəallaşdırır.Beləliklə. Fəal(İnteraktiv) təlim metodlarını aşağıdakı qruplarda Ümumləşdirmək olar:

•      Beyin həmləsi (BİBÖ, Klaster, Auksion,Suallar,Sinektika, Söz assosasiyası)

•         Müzakirələr (Diskussiya, Akvarium, Klassiq dialoq, dairəvi müzakirə)

•         Rollu oyunlar (Modelləşdirmə, İşgüzar oyunlar, Səhnələşdirmə)

•         Prezentasiyalar (Təqdimatlar,Ekspert qrupu, Esse)

Təqdimatın aparılması ( Problemin həlli, kublaşdırma, Venn Müsahibə, Layihənin hazırlanması, Sosialoji sorğu, Refleksiya)

·       Məntiqi təfəkkür prosesslərinin inkişafına yönəldilmiş metodlar ( ən mühüm alqoritmin çıxardılması, alqoritm üzrə təsvir, meyar üzrə qiymətləndirmə)

·       Yaradıcılığa yönəldilmiş metodlar (Yaradıcı əsərlərin yaradılması,praqnozlaşdırma, atalar sözləri üzrə iş ,Fantaziyanın biomu, əşyaların qeyri-adi istifadəsi)

·       Təşkilati metodlar (Ziqzaq və ya mozaika, karusel )

·       Qruplara bölünmə ( say, ad günü , püşk atma ,mozaika, ümumi xüsusiyyət)

·       Fəallaşdırma ( Müsbət iş iqliminin yaradılmasına yönəlmiş oyunlar , Buz əridən oyunlar , fəallaşdırma oyunları və s




Yüklə 165,89 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin